Putinin bitməz ARZULARI, 3 illik ÇEVRİLİŞ PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Putinin bitməz ARZULARI, 3 illik ÇEVRİLİŞ PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Prezidentin hakimiyyətdən kənarlaşdırılması üçün plan hazırlanıb.

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarla bağlı nikbin deyil. ABŞ prezidenti Donald Trampın ölkəsinin nüvə arsenalını genişləndirmək barədə bəyanatı gündəmdə bomba effekti yaradıb. ABŞ Demokrat Partiyasının nümayəndələri prezident Donald Trampı hakimiyyətdən kənarlaşdırmaq üçün plan hazırlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərin tarixi açıqlanıb. Türkiyə NATO-dan Egey dənizindən geri çəkilməyi tələb edib.

Ermənistanın xarici işlər naziri bizə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müsbət dəyərləndirmək şansı qoymayıb. Moskvaya səfər zamanı münaqişənin həllini müzakirə etmək niyyətindəyəm”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov cibutili həmkarı Mahmud Əli Yusiflə birgə brifinq zamanı məlumat verib.

E.Məmmədyarov Moskvaya səfəri mart ayında baş tutacaq.

“Beynəlxalq ictimaiyyət 26 fevral 1992-ci ildə Xocalıda yaşanan insanlıqdan kənar faciəyə qiymət verməli, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından bir an öncə geri çəkilməlidir”.

Bu barədə Türkiyə Baş nazirinin köməkçisi Numan Kurtulmuş deyib. Xocalı qətliamını şiddətlə qınayan N.Kurtulmuş “unutmadıq, unutdurmayacağıq” deyə vurğulayıb.

“Türkiyə və Azərbaycan xalqı iki dövlət bir millət olaraq kədərdə və sevincdə bir olmağa, birlikdə hərəkət etməyə davam edəcək, qardaşlığımız həmişə var olacaq. Azərbaycanlı qardaşlarımızın kədəri bizim kədərimizdir. Xocalı şəhidlərimizi bir daha rəhmətlə anırıq”, - deyə o bildirib.

Erməni politoloq İqor Muradyan ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz və Ermənistanla bağlı planlarını şərh edib.

Politoloq qeyd edib ki, ABŞ və Avropa İttifaqı Cənubi Qafqaza Baltik və Qara dənizləri arasındakı dövlətlərlə bağlı müəyyən edilmiş siyasi-geoiqtisadi blokun tərkibində baxmağa üstünlük verir: “Bu, ona gətirib çıxarır ki, Cənubi Qafqaz Şərqi Avropa ölkələri siyasətinin tərkibinə daxil olur. Və bu gün Cənubi Qafqazda ən pis siyasi vəziyyətdə olan ölkə Ermənistandır”.

Onun sözlərinə görə, Cənubi Qafqazda Gürcüstan və Azərbaycan Avropa İttifaqı və NATO-nun marağındadır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan prezidenti Serj Sarkisyanın Moskva səfərinə hazırlıq gedir. Bu barədə Ermənistan XİN-in rəhbəri Edvard Nalbandyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirilən mətbuat konfransında açıqlama verib.

Erməni jurnalist Musa Mikaelyanın səfərlə bağlı fikirləri maraqlıdır. Mikaelyan yazır ki, Sarkisyanın səfərinin aprelin 2-də keçiriləcək parlament seçkilərindən əvvəl, yoxsa sonra baş tutacağı hələlik bilinməsə də, bu səfər daha çox Ermənistandakı siyasi proseslərlə bağlı ola bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Azərbaycana “İsgəndər” raket komplekslərini sata bilər. Bunu məşhur Rusiya hərbi eksperti Aleksey Leonkov FAN agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanla hərbi-texniki əməkdaşlıq üzrə proqram kifayət qədər genişdir. “Heç kəs Azərbaycana Rusiyaya müraciət etməyi və Moskva ilə bu və ya digər silahların alınması üzrə müzakirələr aparmağı qadağan etmir. Bu, həmişə danışıqların predmetidir”, - deyə hərbi ekspert bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Ukraynaya əvəz olaraq ABŞ-a Yaxın Şərqdə canlı hərbi qüvvəni və Uzaq Şərqdə loyallığı təklif edə bilər. Bu fikirlə “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov çıxış edib.

Onun sözlərinə görə, Putin ABŞ prezidenti Donald Trampdan sanksiyaların ləğvini, geosiyasi oyunlar və konstruksiyalarda bərabər hüquqlu partnyor kimi tanınmasını, Ukraynadan başlayaraq, amma Baltikyanı ölkələrdən başqa postsovet məkanında “maraqların azadlığı”nı və NATO-nun genişlənməməsini istəyir.

ABŞ prezidenti Donald Trampın ölkəsinin nüvə arsenalını genişləndirmək barədə bəyanatı gündəmdə bomba effekti yaradıb. Rusiya politoloqu Andrey Piontkovski Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində deyib ki, bəyanat Ağ Evin tutulması üzrə Kremlin əməliyyatının uğursuzluğa düçar olduğunu sübut edir..

Politoloq ABŞ prezidentinin nüvə silahları ilə bağlı bir-birinə zidd olan bəyanatlarını yada salıb:

“Tramp əvvəlcə - öz inaqurasiyasına qədər Rusiya prezidenti Vladimir Putinə meylli idi. Deyirdi ki, Rusiya ilə münasibətləri qaydaya salmaq lazımdır və bu halda nüvə silahlarının ixtisarını birlikdə davam edə bilərik. İnaqurasiyadan sonra Putin ona zəng vurdu və Dmitri Medvedevlə Barak Obama tərəfindən bağlanmış strateji hücum silahlanlarının ixtisarı haqqında müqaviləni uzatmağı təklif etdi. Tramp dedi ki, bunu ABŞ üçün çox zərərli hesab edir. Və nəhayət, o, dünən bildirdi ki, Birləşmiş Ştatların nüvə arsenalını artıracaq”.

Andrey Piontkovskinin fikrincə, bundan iki nəticə çıxarmaq olar:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gündəmdə bomba effekti yaradan daha xəbər ABŞ prezidenti Donald Trampın hakimiyyətdən kənarlaşdırılması üçün planın hazırlanması ilə bağlıdır.

“Russia Today” (RT) telekanalı öz saytında bildirib ki, ABŞ Demokrat Partiyasının nümayəndələri prezidenti hakimiyyətdən kənarlaşdırmaq üçün plan hazırlayıb.

“Devid Brok tərəfindən hazırlanmış sənəd Donald Trampın devrilməsi üzrə strateji iş planını özündə əks etdirir”, - xəbərdə deyilir.

Telekanalın tanış olduğu proqram Floridada Demokrat Partiyasının üzvlərinin investorlarla görüşündən sonra elan edilib. Təşəbbüsün müəllifləri qeyd edirlər ki, təklif edilən ölçülər 2020-ci ilə qədər Trampın impiçmentinə gətirib çıxaracaq. Demokratların əsas silahı Trampın yol verdiyi səhvlərin tənqidi olmalıdır.

“Onlar bütöv komandanı yaratmağı planlaşdırırlar. Bu komanda prezidentin başqa dövlətlərin liderləri ilə münasibətlərini və yeni administrasiyanın hər addımını izləyəcək”, - deyə RT yazıb.

Bundan başqa, komanda “Facebook”la əməkdaşlıq etmək niyyətindədir ki, sosial şəbəkə “arzu olunmayan” xəbərlərin yayılmasına mane olsun.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9-10 mart tarixlərində Rusiyaya səfər edəcək. Səfər zamanı enerji və Suriya böhranı prioritet mövzular olacaq.

Türkiyə NATO-dan Egey dənizindən geri çəkilməyi tələb edib. Türkiyənin müdafiə naziri Fikri İşık Brüsseldə qatıldığı toplantıda NATO-nun Egey dənizindən çəkilməli olduğunu söyləyib.

NATO-nun hərbi missiyası Egey dənizinə 2016-cı ilin fevralında qeyri-qanuni miqrant axınlarına qarşı mübarizə aparmaq üçün göndərilib. Lakin missiya qarşıya qoyulan vəzifəni lazımı şəkildə yerinə yetirməyib. Həmin vaxtdan Egeydən qeyri-qanuni yollarla miqrant axınların 90 faizinin qarşısını Türkiyə Sahil Təhlükəsizlik Xidməti alıb. Bu göstərici Yunanıstanda 7, NATO-da isə yalnız 3 faizdir.

Türkiyə NATO gücünün Egey dənizindən geri çəkilməsini 2016-cı ilin son aylarında da gündəmə gətirib. Türkiyənin israrlarına baxmayaraq, NATO, xüsusilə İngiltərə və Almaniya Ankaranın tələbinə müsbət yanaşmır.

PKK terror təşkilatı Diyarbəkrdə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısını vurub. Bu haqda Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Tuncay Özkan deyib.

CHP-li millət vəkili PKK-da istiliyə həssas raketlərin olduğunu bildirib.

“Qəndildəkilərin hamısı Sincara getdi. PKK o bölgəni ələ keçirib. Doqquz düşərgəsinin olduğunu söyləyirlər. Həmin düşərgələrdə tank, yüngül zirehli texnika və daşınabilən istiliyə həssas raketlər var. Yalnız vertolyotları vurmurlar. Diyarbəkrdə bir F-16 qırıcımız vuruldu. Onu vuranın PKK olduğunu və daşınabilən istiliyə həssas raketlə vurulduğunu dünya mətbuatı yazdı”, - deyə Tuncay Özkan vurğulayıb.

Suriyada Əl-Bab şəhərinin yaxınlığında yerləşən Susyan kəndində minalanmış avtomobillə partlayış törədilib. "Anadolu" agentliyinin xəbərinə görə, hücumda 60 nəfər həyatını itirib, ən az 100 nəfər yaralanıb. Türkiyəyə gətirilən yaralıların sayı 40-dan çoxdur. Hücumun hədəfi kənddəki hərbi mərkəzlər və müxalifət gücləri olub.

Suriyanın Əl-Bab şəhəri Türkiyə ordusu və Azad Suriya Ordusu tərəfindən tamamilə nəzarətə alınıb.

Türkiyə Suriya Prezidenti Bəşər Əsədlə heç bir əməkdaşlığa getməyəcək. Bunu “Russia Today” (RT) telekanalına müsahibəsində Türkiyə prezidentinin müşaviri İlnur Çevik söyləyib. O, Türkiyənin Əsədi devirməyə çalışmadığını bildirib:

“Türkiyə Suriya ilə qarşıdurma və Əsədin zor gücü ilə hakimiyyətdən devrilməsini istəmir. Məhz buna görə Rusiya, İran və Türkiyə Astanada danışıqlar aparır. Biz həmçinin bundan sonra Əsədlə heç bir əməkdaşlıq da etməyəcəyik”.

Bu barədə Koreya Milli Assambleyasının müdafiə üzrə komitəsinin sədri Kim En Vunun ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin rəhbəri Con Makkeynə məktubunda Şimali Koreyanın terrorçu ölkələrin siyahısına daxil edilməsini istəyib. “Kim Çen Namın ölümü Şimali Koreya rejiminin qəddarlığını göstərir”, -deyə parlamentari bildirib. O, KXDR-i bu cinayəti təşkil etməkdə ittiham edib: “Məlumdur ki, hadisədə Şimali Koreyanın da əli var.”

Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çem Namın cəsədinin ekspertizasının ilkin nəticələri məlum olub. Kim Çen Namın qətlində istifadə edilən zəhərli maddənin əsəb sistemini iflic edən “VX Nerve Agent” adlı maddə olduğu müəyyən edilib.

Polisin məlumatında qeyd olunub ki, “VX Nerve Agent” maddəsi kimyəvi silah hesab edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm