• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Moskva üçün ÖLDÜRÜCÜ PLAN, yazda Qarabağda MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Moskva üçün ÖLDÜRÜCÜ PLAN, yazda Qarabağda MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Düşmənin manevr edən zirehli texnikası məhv edilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən danışıb. Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Moskvaya səfər edəcək. ABŞ prezidenti Donald Tramp ilk dəfə Konqres qarşısında – Konqresin birgə toplantısında çıxış edib. İŞİD terror təşkilatı yarandığı gündən bu yana ilk dəfə məğlubiyyəti qəbul edib.

Düşmənin manevr edən zirehli texnikası vaxtında aşkar edilərək məhv edilib. Bunu Xocavənd istiqamətində qoşunlarımız tərəfindən Ermənistan silahlı qüvvələrinə qarşı SPIKE tipli tank əleyhinə idarə olunan raketin tətbiq edilməsi barədə erməni mətbuatının yaydığı məlumata cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, qoşunlarımız sərəncamında olan istənilən ən müasir silahlardan bütün cəbhə boyu istifadə etmək hüququna malikdir və düşmənin fəaliyyətinin qarşısını almaq imkanındadır:

"Fevralın 28-də Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərini möhkəmləndirmək məqsədilə zirehli texnikanı ön xəttə çıxarmağa cəhd göstərib. Düşmənin manevr edən zirehli texnikası müvafiq bölmələrimiz tərəfindən vaxtında aşkar edilərək dərhal məhv edilib. Son günlər düşmənin verdiyi onlarla itkilər arasında xaricdən gətirilən erməni əsilli muzdlular çoxluq təşkil etdiyindən qarşı tərəf bu rəqəmləri məqsədyönlü şəkildə gizlədir".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən danışıb. Onun sözlərinə görə, Ermənistanın işğalçı siyasəti bütün beynəlxalq platformalarda qaldırmalıdır.

“Bu, hər nə qədər iqtisadi əməkdaşlıq zirvəsi olsa da, əsl çərçivəsi siyasətdir. Atacağımız addımlarımızı müəyyən edərkən siyasəti bir kənara qoymağımız mümkün deyil. Bir çox ölkənin çətinlikləri var. Əfqanıstanın, Azərbaycanın çətinlikləri var. Dağlıq Qarabağ probleminin həlli üçün 20 ildən çoxdur həyata keçirilən səylər hələ də nəticəsiz qalıb”, - deyə Türkiyə prezidenti bildirib.

Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Moskvaya səfər edəcək. Bu barədə Rusiyanın “İzvestia” nəşrinə Ermənistanın Prezident administrasiyasındakı mənbə deyib. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da məlumatı təsdiqləyib. Görüşdə ikitərəfli əməkdaşlıq, həmçinin, Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunacaq.

Nəşr yazır ki, səfər zamanı Dağlıq Qarabağ münaqişəsi gündəliyin əsas mövzusu olacaq.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Erməni nazir səfər zamanı fevralın son günlərdinə baş verən ağır döyüşlərdən sonra cəbhədəki vəziyyətlə maraqlanıb.

Erməni KİV-i xəbər verir ki, Nalbandyan separatçı “DQR” in “prezidenti” Bako Saakyanla Xankəndi şəhərində görüşüb.

Yazda Dağlıq Qarabağ zonasında genişmiqyaslı toqquşmaların başlayacağı təhlükəsi var”. Bu barədə “Karnegi” fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall Ermənistanın “Jamanax” qəzetinə müsahibəsində deyib. T.Vall müharibənin qarşısını almaq üçün müxtəlif kanallar vasitəsilə danışıqlar getdiyini vurğulayıb.

“BMT, ATƏT və digər kanallar vasitəsilə pərdəarxası diplomatiya aparılır, əsas məqsəd tərəfləri müharibədən çəkindirməkdir. Lakin tərəflərdən biri, yaxud hər ikisi müharibəyə gedərsə, bunu dayandırmaq çətin olacaq”, - deyə o bildirib.

Tomas de Vall yazda Qarabağ münaqişəsi zonasında irimiqyaslı döyüş əməliyyatlarının başlaya biləcəyini deyib.

Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsinin (CHD) bölmələri planlı döyüş yoxlamasının keçirilməsi məqsədilə həyəcan siqnalı üzrə ayağa qaldırılıb.

"Həyəcan siqnalı üzrə döyüş hazırlığında motoatıcı, tank, kəşfiyyat, artilleriya və zenit bölmələri çətin taktiki şəraitdə hava hücumlarını dəf etmək, qarla örtülmüş çətin keçilən, zəhərli maddələrin, daş uçqunlarının və şərti təxribat-kəşfiyyat qruplarının olduğu zonaların dəf edilməsi üzrə bacarıqlarını artırır", - CHD-nin məlumatında deyilir.

Qeyd olunur ki, Rusiya hərbi bazasının bölmələri "Kamhud" və "Alagöz" yüksək dağ poliqonlarına çıxıb.

Bu gün saat 18:00-da “Erməni Milli Konqresi” İrəvanda mitinq keçirib. Mitinq 2008-ci il 1 mart hadisələrinin qurbanlarının xatirəsinə həsr olunub.

Türkiyə və ABŞ əsgərləri arasında Rakka əməliyyatı ilə bağlı müzakirələr müəyyən bir mərhələyə gəlib. Türkiyə əməliyyatda YPG-nin (PKK terror təşkilatının Suriya qolu olan RYD-nin silahlı gücü –red.) iştirak edəcəyi halda İncirlik kartını işə salacaq.

Nəşrin yazdığına görə, ABŞ Rakka əməliyyatına YPG-nin qatılmasına razılıq versə, İncirlik hərbi hava bazasından istifadə edə bilməyəcək. Bu vəziyyətdə isə ABŞ-ın döyüş təyyarələri bazadan qalxa bilməyəcək.

Türkiyə Rakka əməliyyatının yerli ərəb qüvvələri və Azad Suriya Ordusunun dəstəyi ilə həyata keçirilməsini istəyir. ABŞ, xüsusilə Müdafiə Nazirliyi (Pentaqon) əməliyyatda YPG güclərinin iştirakında israrını davam etdirir.

“Türkiyə Hələb, Münbiç, Cerablus və Şehbanı özünə birləşdirmək istəyir”. Bunu PYD terror təşkilatının da daxil olduğu "Demokratik Suriya Məclisi"nin rəhbəri Rezan Hiddo deyib.

“Prezident Rəcəb Tayyib Ərdoğan 1920-ci il “Misaki-milli”nin sərhədlərindən özü danışıb. Türkiyə davamlı şəkildə “Misaki-Milli”nin sərhədlərindən bəhs edir. Türkiyə qısa müddət əvvəl Əl-Babda hərbi baza qurub. Azez yaxınlığında da baza qurulub. Türkiyə Hələb, Münbiç, Cerablus və Şehbanı özünə birləşdirmək istəyir. Bu, Türkiyənin layihəsidir”, - o bildirib.

Xatırladaq ki, “Misaki Milli” (Milli And) bəyannaməsi 28 yanvar 1920-ci ildə Osmanlı dövlətinin son parlament iclasında qəbul edilib.

Rusiya hipersəsli silahın hazırlanması üzərində iş aparır. Bu barədə Rusiya müdafiə nazirinin müavini Yuri Borisov Elmlər Akademiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, silahlı münaqişələrin xarakteri hərbi cavabın daha sürətli verilməsini tələb edir: “Tezliklə, hərbi cavablar bir neçə saniyə içində veriləcək. Buna görə də silahlanmada elmi-texniki inqilabla yeniliklər lazımdır. Əməliyyatların idarə edilməsinə tamamilə başqa prinsiplərlə yanaşılmalıdır. Çünki bu gün kim rəqibi daha sürətli aşkara çıxarırsa, hədəfi müəyyən edirsə və vurursa, o qalib gəlir. Bütün bunlar üçün vaxt əsas amildir”.

ABŞ prezidenti Donald Tramp ilk dəfə Konqres qarşısında – Konqresin birgə toplantısında çıxış edib. Fevralın 28-ə – prezidentlik fəaliyyətinin 40-cı gününə təsadüf edən çıxışında D.Tramp seçkiqabağı vədlərinin üstündə dayanıb, amma bu dəfə, “Vaşinqton Post”un yazdığına görə, daha ciddi təsir bağışlayıb.

D.Tramp deyib ki, onun seçki kampaniyası zamanı verdiyi vədlər, əsasən, ölkənin daxili problemləriylə bağlı olub, çünki ABŞ şəhərlərinin çoxu uzun illər diqqətdən kənarda qalıb, infrastruktur dağılıb, işçi qüvvələr əziyyət içindədir, səhiyyə xidməti bahadır, miqrantların törətdiyi cinayətlərin sayı artmaqdadır, narkomaniya baş alıb gedir və s.

60 dəqiqəlik çıxışı zamanı D.Trump ölkəsində səhiyyə sistemi və vergi kodeksini yeniləməyə çalışdığını deyib. Bundan başqa, indiyə kimi müsəlmanlara qarşı aqressiv görünən prezident İŞİD-lə mübarizədə bütün ölkələrlə, hətta müsəlman aləmindəki müttəfiqlərlə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

D.Tramp NATO-ya dayaq duracaqlarını da bildirib. Bununla belə, prezident çıxışında xarici siyasətlə bağlı əsas məqamlara toxunmayıb. O, nə Rusiyadan, nə Ukraynadan, nə Suriyadakı müharibədən, nə də Çinlə gərginlikdən danışıb.

O, razılaşma və anlaşmaların yenilənməsi zamanının gəldiyini, qlobal təzyiqlərə baxmayaraq, imzalayacağı bütün sənədlərdə ABŞ maraqlarının nəzərə alınacağını vurğulayıb.

ABŞ prezidenti Donald Tramp yeni immiqrasiya fərmanının imzalanmasını təxirə salıb. Bu haqda Ağ Ev administrasiyanın yüksəkvəzifəli nümayəndəsinə istinadən CNN telekanalı xəbər verib. Telekanalın məlumatına görə, Tramp Konqresdə onun çıxışına müsbət reaksiyadan sonra bu qərarı qəbul edib. Telekanal bildirir ki, Tramp fərmanı bu həftə imzalaya bilər.

ABŞ prezidenti Donald Trampın immiqrasiya ilə bağlı yeni fərmanında İraq “qadağan edilmiş ölkələr” siyahısından çıxarılacaq. Bu haqda Ağ Evdəki mənbələrə istinadən "Associated Press" agentliyi bildirib.

Agentliyin məlumatına görə, qərar ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət Departamentinin təzyiqi altında qəbul edilib. Həmin qurumlar İŞİD terror qruplaşması ilə mübarizədə İraqın əsas rol oynamasına diqqət yetiriblər və Ağ Evdən bununla əlaqədar mövqeyinə yenidən baxmasını istəyiblər.

Beləliklə, altı ölkənin - İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətənsdaşları əvvəlki kimi Birləşmiş Ştatların ərazisinə girə bilməyəcəklər. Qadağalar 90 gün ərzində qüvvədə olacaq.

Ağ Ev Ümumdünya Ticarət Təşkilatının ABŞ üçün zərərli olan qərarlarından imtina edəcək. Bu barədə informasiyanı ABŞ Prezident Administrasiyası yayıb.

“ABŞ öz müstəqilliyini qazanandan bu yana bizim ölkənin əsas prinsipi vətəndaşların xarici hökumət və təşkilatların tapşırıqlara yox, öz hökumətinin qəbul etdiyi qanunlara əməl etməsi olub. Biz ticarət sahəsində ABŞ-ın suverenliyini qorumağa hazırıq”, – deyə o bildirib.

“Qərbin Rusiyaya qarşı sanksiyalarının zəiflənməsi gözlənilmir. Rusiyanın əsl iqtisadi blokadası hələ başlanmayıb”. Bunu Ukraynanın “Obozrevatel” nəşrinə Rusiya politoloqu, siyasətçi Andrey Piontkovskiy deyib.

“İqtisadi blokada hələ başlanmayıb. İqtisadi blokada Rusiyanın SWIFT sistemindən kənarlaşdırılması, həmçinin Rusiya elitasının on milyardlarla dollar aktivinə həbslərin qoyulması ilə başlanacaq. Bu, Rusiya iqtisadiyyatını tamamilə dayandıracaq. Sanksiyaların heç bir zəiflədilməsi olmayacaq. Yalnız gücləndirilmə mümkündür. Bu, hazırda ABŞ Konqresində müzakirə edilir”, - deyə politoloq vurğulayıb.

Qeyd edək ki, Qərbdə Rusiyanın SWIFT maliyyə sistemindən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) kənarlaşdırılmasının bu ölkəyə qarşı ən böyük zərbə olacağını hesab edirlər.

Andrey Piontkovskiy həmçinin deyib ki, Rusiyanın son 25 ildə Ukrayna barəsində strategiyası dəyişməyib. “Strategiyanın hədəfi əvvəlki kimi Kiyevin Avropa seçiminin qarşısını almaq üçün Ukraynanı özünə tabe etməkdir”, - Rusiya politoloqu bildirib.

Onun sözlərinə görə, Moskva Ukrayna ilə öz münasibətlərində taktikanı açıq-aydın dəyişdirir.

İŞİD terror təşkilatı yarandığı gündən bu yana ilk dəfə məğlubiyyəti qəbul edib. Bu haqda İraqın Ninova vilayətindəki mənbələrinə istinadən “Al-Sumaria” kanalı bildirib.

Məlumata görə, İŞİD lideri Əbubəkr əl-Bağdadi son itkilərdən sonra təşkilatın hələ də güclü olduğu bölgələrdəki üzvlərinə audioyazı göndərərək məğlubiyyəti qəbul etdiklərini açıqlayıb.

“Fərat Qalxanı” əməliyyatına qədər İraq və Suriyada istədiyi kimi hərəkət edən, ilk böyük məğlubiyyətinin əvvəl Cerablusda, ardınca “Qiyamət döyüşü baş verəcək” dediyi Dabıkda, nəhayət Əl-Babda reallaşması İŞİD-in döyüş ruhunu sındırıb. Təşkilat əlində qalan Rakka və Mosuldan da geri çəkilməyə qərar verib.

İddiaya görə, Bağdadi Mosuldakı itkilərdən sonra verdiyi təlimatında İŞİD üzvlərindən dağlara çəkilmələrini istəyib. Mənbələr qeyd edir ki, əsas məqsəd daha böyük itkilər verməmək və gücləri yenidən qruplaşdıraraq döyüşə davam etməkdir.

Audioyazının təşkilat nəzarətindəki bəzi bölgələrdə səsucaldanlar vasitəsilə yayıldığı bildirilir. Səsin Bağdadiyə aid olduğu rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Rəsmilər audioyazını təşkilatın yeni bir taktikası kimi qiymətləndirirlər.

İsrail Səudiyyə Ərəbistanına NATO nümunəsi üzrə Yaxın Şərqdə ittifaqın yaradılmasını təklif edir. Bunu İsrailin müdafiə naziri Aviqdor Liberman Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Tehran yəhudi dövləti üçün ən ciddi təhlükədir.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>