• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Qarabağ problemi yalnız bu yolla HƏLL EDİLƏ BİLƏR - Rusiyadan YENİ MÜHARİBƏ PLANI

Qarabağ problemi yalnız bu yolla HƏLL EDİLƏ BİLƏR - Rusiyadan YENİ MÜHARİBƏ PLANI

Ötən il aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi növbəti dəfə dalana dirəndi. Qoşunların təmas xəttində artan gərginliyə baxmayaraq beynəlxalq cəmiyyət bu problemə öz diqqətini artırmadı. Bu isə onun göstərir ki, münaqişənin hərbi yolla həlli daha realdır, nəinki sülh yolu ilə.

Publika.az xəbər verir ki, bunu 2016-cı il aprel döyüşlərinin ildönümü ərəfəsində Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verə biləcək mümkün hadisələri ekspertlərlə qiymətləndirən vestikavkaza.ru saytı yazıb.

“Şimal-Cənub” politologiya mərkəzinin aparıcı eksperti Aleksandr Karavayev saytın əməkdaşı ilə söhbətində bildirib ki, növbəti genişmiqyaslı döyüş əməliyyatlarına qədər pauza davam edəcək. Bununla belə, onun fikrincə, müntəzəm toqquşmalar, kəşfiyyat-hücum qruplarının işi və snayperlərin atəşləri müşahidə ediləcək.

Aleksandr Karavayev qeyd edir ki, hər yeni genişmiqyaslı toqquşmalar sülh nizamlanması prosesinin aktivləşməsinə imkan yaradacaq.

Siyasi analitik, tarix elmləri doktoru Oleq Kuznetsov fərqli fikirdədir. O vurğulayıb ki, münaqişənin sülh yolu ilə nizamlanması şansı qaçırılıb və indi yalnız hərbi həll mümkündür. Analitikin sözlərinə görə, işğal edilmiş ərazilərdə “referendum” keçirilməsi, “Dağlıq Qarabağ Respublikası” adının “Arsax”la dəyişdirilməsindən sonra sülh imkanları itirilib.

“Bundan sonra yalnız müharibə. Dağlıq Qarabağ Münaqişəsinin sülh yolu ilə həlli şansı rəsmi İrəvanın günahı üzündən qəti şəkildə qaçırılıb. Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanması yalnız “Arsax”ın kapitulyasiyası və oradan bütün erməni silahlı birləşmələrinin çıxarılması ilə mümkündür. Artıq münaqişənin sülh yolu ilə nizamlanmasının başqa şərti yoxdur. Belə bir perspektivin olacağı ehtimalına inanmıram. Çünki Ermənistanda Rusiya və ABŞ-ın maraqları toqquşub. ABŞ bu regionda böyük təsirə malikdir, çünki onlar üçün bu, Mərkəzi Asiya və Yaxın Şərqdə Rusiyanın güclənməsinin qarşısının alınması üçün geostrateji amildir. Xüsusilə Rusiyanın Türkiyə ilə yaxınlaşması fonunda. Münaqişənin sülh yolu ilə nizamlanması bu gün prinsip etibarilə mümkün deyil”, - Oleq Kuznetsov vurğulayıb.

Oleq Kuznetsov əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün diplomatik vasitələr tükənib: “Artıq bu prosesdə xarici stimullar lazım deyil. Çünki, diplomatlar təkliflərin bütün arsenalı söylənilib. Mən belə bir imkan görmürəm ki, rəsmi Bakı “Arsax”ın statusu haqqında rəsmi İrəvanla danışıqlar aparsın. Xüsusən, prezident Serj Sarkisyan yaxın vaxtlarda yeni məntiqi triadanı səsləndirdi: “Ermənistan, diaspora və “Arsax” vahiddir”. O, bununla göstərdi ki, Ermənistan “Arsax”dan imtina etməyəcək. Müvafiq olaraq, “Dağlıq Qarabağ Respublikası” danışıqların obyekti kimi daha mövcud deyil və “Arsax”I heç kim, hətta Ermənistanın özü tanımır. Buna görə də danışıqlar hazırda dalandadır və münaqişənin yalnız hərbi həllinin perspektivi qalır”.

Rusiyalı politoloq Andrey Yepifantsev isə qeyd edir ki, genişmiqyaslı hərbi əməliyyatları gözləmək lazım deyil. Onun sözlərinə görə, beynəlxalq vəziyyət buna imkan yaratmır.

Andrey Yepifantsev münaqişənin həlli üzrə “mükəmməl” bir ssenarini də irəli sürüb: “Dünya neft bazarı 10 il əvvəlki vəziyyətinə qayıdır. Cənubi Avropanın Azərbaycan neft və qazından asılılığı artır. Hərbi münaqişənin yenilənməsi zamanı erməni tərəfi hər hansı neft kəmərini bombalayır (Qeyd edib ki, bu haqda İrəvanın özü hər zaman bildirir) Avropa karbohidrogen çatışmazlığı hiss edəcək və dünya birliyi Dağlıq Qarabağ probleminə ciddi diqqət yetirəcək”.

Amma politoloq hesab edir ki, bütövlükdə, qısamüddətli perspektivdə konkret addımlara keçid üçün şərait yoxdur. O, kiçik intensivlikdə münaqişənin davam edəcəyini proqnozlaşdırır.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>