Qarabağ üçün 10 il əvvələ QAYIDIŞ, müharibənin DÖRD SƏBƏBİ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağ üçün 10 il əvvələ QAYIDIŞ, müharibənin DÖRD SƏBƏBİ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

"Münaqişənin hərbi yolla həlli daha realdır, nəinki sülh yolu ilə".

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu irimiqyaslı təxribatlarından sonra təmas xəttində vəziyyət gərgin olaraq qalır. Beynəlxalq beyin mərkəzləri və analitiklər Dağlıq Qarabağda genişmiqyaslı hərbi toqquşmalar barədə xəbərdarlıq edirlər. Suriyada nisbi sakitlik müşahidə edilsə də, mövcud situasiya proseslərin təhlükəli istiqamətdə inkişaf etdiyini göstərir. İŞİD terror təşkilatı yarandığı gündən bu yana ilk dəfə məğlubiyyəti qəbul edib.

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətdi. Düşmən təxribatının qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri fevralın 27-də beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.

Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.

Fevralın 25-dən martın 2-si tarixi də daxil olmaqla Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, qoşunlarımız tərəfindən müxtəlif istiqamətlərdə düşmənə qarşı görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin itkiləri ölən və yaralananlarla birlikdə 30 nəfərə yaxındır. Bu haqda Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markovun sözlərinə görə, Dağlıq Qarabağda gərginliyə səbəb olan hücumu Ermənistan tərəfi edib.

“Biz mənzərəni tam aydınlaşdıra bilməsək də, erməni hərbi nümayəndələrinin bəyanatları hücumun onlar tərəfindən edildiyini göstərdi”, - politoloq deyib.

S.Markov Ermənistanın hücuma keçməsinin 4 səbəbini və əsas planını açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Böyük Britaniyada fəaliyyət göstərən “Jane's Intelligence” analitik mərkəzi Dağlıq Qarabağda erməni hücumu nəticəsində başlanan gərginliklə bağlı məqalə hazırlayıb. Məqalədə deyilir ki, Qarabağda müharibə qaçılmaz görünür və Azərbaycan ərazilərini azad edəcək”.

Mərkəz qeyd edir ki, Azərbaycanın taktikası Ermənistan üçün sürpriz olacaq. “Ermənistan indiyə qədər müdafiə və diplomatik taktikasını gücləndirə bilmədi”, - deyə məqalədə bildirilir.

Ötən il aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi növbəti dəfə dalana dirəndi. Qoşunların təmas xəttində artan gərginliyə baxmayaraq, beynəlxalq cəmiyyət bu problemə öz diqqətini artırmadı. Bu isə onu göstərir ki, münaqişənin hərbi yolla həlli daha realdır, nəinki sülh yolu ilə. Bunu 2016-cı il aprel döyüşlərinin ildönümü ərəfəsində Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verə biləcək mümkün hadisələri ekspertlərlə qiymətləndirən vestikavkaza.ru saytı yazıb.

Siyasi analitik, tarix elmləri doktoru Oleq Kuznetsov vurğulayıb ki, münaqişənin sülh yolu ilə nizamlanması şansı qaçırılıb və indi yalnız hərbi həll mümkündür.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yazda Dağlıq Qarabağ zonasında genişmiqyaslı toqquşmaların başlayacağı təhlükəsi var”. Bu barədə “Karnegi” fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall Ermənistanın “Jamanax” qəzetinə müsahibəsində deyib. T.Vall müharibənin qarşısını almaq üçün müxtəlif kanallar vasitəsilə danışıqlar getdiyini vurğulayıb.

“BMT, ATƏT və digər kanallar vasitəsilə pərdəarxası diplomatiya aparılır, əsas məqsəd tərəfləri müharibədən çəkindirməkdir. Lakin tərəflərdən biri, yaxud hər ikisi müharibəyə gedərsə, bunu dayandırmaq çətin olacaq”, - deyə o bildirib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” analitik mərkəzi Dağlıq Qarabağda baş verən toqquşmaları şərh edib.

Analitik mərkəz qeyd edir ki, Azərbaycan status-kvonu dəyişmək və danışıqların yenilənməsi üçün Rusiya ilə sıx əməkdaşlıq edir: “Çünki əraziləri yalnız bu yolla qaytarmaq mümkündür. Lakin Rusiya da bu vəziyyətdən istifadə edərək, Azərbaycanda öz maraqlarını gücləndirə bilər”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfərinin vaxtı məlum olub. "İzvestiya" nəşri İrəvandakı diplomatik mənbələrə istinadən Sarkisyanın martın 14-də Moskvaya səfər edəcəyini yazıb. Kremlin mətbuat katibi Dmitri Peskov da bu məlumatı təsdiqləyib. Ümumilikdə Serj Sarkisyanın Moskva səfərində açıq qalan suallar var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dağlıq Qarabağda gərginliyin davam etdiyi vaxtda Ermənistanın “aprel müharibəsi”ndə məğlub olmasının səbəbləri yenidən gündəmə gəlib. Ermənistanın baş naziri Karen Karapetyan parlamentdə çıxışı zamanı “aprel məğlubiyyəti”nin əsas səbəbinin hərbi texnikanın normal işləməməsi olduğunu deyib.

Seyran Ohanyan isə cavabında hakimiyyəti bütün sirləri ifşa etməklə hədələyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Pakistan Azərbaycana orta uzaqmənzilli raketlər verə bilər. Hansı ki, bu raketlər Rusiyanın Ermənistana verdiyi “İskəndər” raket komplekslərinə qarşı istifadə edilə bilər”. Bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer Azərbaycan-Pakistan hərbi əməkdaşlığına münasibət bildirərkən deyib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Pakistandan döyüş və təlim təyyarələri almaq istədiyinin xəbər vermişdik. Bu istiqamətdə artıq danışıqlar yekunlaşıb, sənədləşmə işləri aparılır. Proses başa çatdıqdan sonra “JF -17 Thunder” döyüş və "Super Mushshak" təlim təyyarələri Azərbaycana yola salınacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna Nazirlər Kabineti Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirovu vəzifəsindən kənarlaşdırıb. Bu haqda təklif maliyyə naziri Aleksandr Danilyukdan daxil olub.

Qeyd edək ki, Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Vəkil Denis Fetisovun sözlərinə görə, R.Nəsirov Ukrayna Cinayət Məcəlləsinin 364-cü maddəsi üzrə (vəzifədən sui-istifadə) şübhəli bilinir.

Suriyada nisbi sakitlik müşahidə edilsə də, mövcud situasiya proseslərin təhlükəli istiqamətdə inkişaf etdiyini göstərir. İŞİD terror qruplaşmasının de-fakto paytaxtı olan Rakkanın azad edilməsi əməliyyatında hansı güclərin iştirak edəcəyi hələlik sual olaraq qalır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Suriyanın Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə dəqiq planının olmadığını deyib. "Deyə bilmərəm ki, ABŞ-ın Rakka ilə bağlı dəqiq planı var. ABŞ Baş Qərargahının rəisi və MKİ direktorunun Türkiyəyə səfəri zamanı bu prosesdə müəyyən addım atıldı, lakin biz bunu "ilkin addım" adlandırıla bilərik", - Ərdoğan bildirib.

Dövlət başçısı bildirib ki, əsasən kürd qoşunlarından ibarət olan "Suriya Demokratik Qüvvələri" silahlı koalisiyası Rakkanın azad edilməsi əməliyyatında iştirak etməməlidir: "Bu bizim üçün qəbuledilməzdir".

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, YPG Münbicdən çəkilməsə, vurulacaq. “Əl-Babdan sonra Münbicə doğru hərəkət edəcəyik. Məqsəd şəhərin əsl sahiblərinə qaytarılmasıdır. Münbiç əməliyyatımız hələ başlanmayıb. ABŞ hərbi birliklərinin bölgədə olduğunu bilirik. ABŞ-dan tələbimiz YPG-nin dərhal Münbiçi tərk etməsi ilə bağlıdır”, - o bildirib.

Türkiyə xarici siyasət idarəsinin başçısının sözlərinə görə, Rakka əməliyyatını YPG ilə həyata keçirmək Suriyanın gələcəyini riskə atmaq deməkdir.

Suriyanın Münbic şəhərini YPG-dən (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı gücü – red.) təmizləməkdə israrlı olan Ankaranın planı artıq hazırdır. Türkiyə KİV-inin yazdığına görə, Ankara əməliyyatın keçiriləcəyi barədə mesajı həm Vaşinqtona, həm də Moskvaya çatdırıb.

Martın 10-dan sonra başlayacağı deyilən Münbiç əməliyyatının detalları məlum olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Lakin martın 3-də Rusiya Baş qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Sergey Rudskoy açıqlaması isə Ankaranın bütün planlarını alt-üst edir. Generalın sözlərinə görə, PYD-nin (PKK terror təşkilatının Suriya qolu –red.) nəzarətindəki Münbiç Suriya ordusuna təhvil veriləcək.

O, Rusiya Müdafiə Nazirliyinin səlahiyyətlilərinin iştirakı ilə keçirilən danışıqlarda PYD-nin Münbiçdən çəkilərək buranı Bəşər Əsəd güclərinə təhvil verməyi qəbul etdiyini söyləyib.

Rusiyanın Qərb Hərbi Dairəsinin hərbi hazırlıq üzrə idarə rəisi, general-mayor Pyotr Milyuxin Suriyada ağır yaralanıb. Fontanka.ru saytının yazdığına görə, general Palmira şəhəri uğrunda gedən döyüşlərdə minaya düşüb. General hər iki ayağını və gözünü itirib. İlk yardımı Suriyada alan Pyotr Milyuxin vəziyyətin pisləşməsindən sonra Moskvaya Burdenko adına hospital gətirilib. “O, bizdədir. Bundan artıq nəsə deməyə hüququmuz yoxdur”, - deyə hospitalın 56-cı şöbəsindən bildirilib.

Onun Suriyada yaralanan ilk Rusiya generalı olduğu bildirilir.

Rusiya Suriya üzrə Cenevrə danışıqlarında kürdlərin iştirakının dəstəkləyir. Bu haqda Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib. Ankara Rusiyadan fərqli olaraq danışıqlarda Suriya kürdlərinin təmsilçilərindən olan PYD-nin iştirakını istəmir. Ankaraya görə, PYD PKK terror təşkilatının Suriya qoludur.

ABŞ prezidenti Donald Tramp Rusiya ilə birgə İŞİD terror təşkilatına qarşı mübarizə üzrə sazişi təxirə salmaq niyyətindədir. Bu haqda prezident administrasiyasındakı mənbələrə istinadən “Associated Press” agentliyi bildirib.

Mənbələr qeyd edib ki, qərar “Moskvanın bu yaxınlardakı təxribatları”na görə qəbul edilmiş ola bilər. Bundan başqa, qərarnın qəbulunda Rusiya ilə əməkdaşlığa müsbət baxmayan müdafiə naziri Ceyms Mettis və Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmasterin rolunun olduğu deyilir.

Rusiya prezidenti Vladimir Putinin qışın sonuna yaxın Mərkəzi Asiya üzrə turnesi son illər ərzində ən böyük hadisələrdən biri oldu. Putin 26-27 fevral tarixlərində Almatıya, daha sonra Düşənbə və Bişkekə baş çəkdi.

Səfər Moskva və respublikalar arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə uyğunlaşdırıldı. Vaxt da təsadüfi seçilməmişdi: ABŞ prezidenti Donald Trampın yeni administrasiyasının başı hələlik daxili problemlərə qarışıb. Rusiya prezidenti qonşu regionda öz təsirindən istifadə edir. Həm də Mərkəzi Asiyanın problemləri Rusiyaya cavab verməyi çox çətinləşdirir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiyaların müddətini 1 il müddətinə uzadıb. Qəbul edilən qərara əsasən, Belarusa silah embarqosu davam etdiriləcək, müxalif siyasətçilərin itkin düşməsində rolu olan 4 şəxsin adı qara siyahıdan çıxarılmayacaq.

Qeyd edək ki, Aİ 2015-ci ildə Belarusa qarşı 2002-ci ildə qəbul edilmiş sanksiyaların bir hissəsini ləğv edib. Bu qərara əsasən, 170 vətəndaş və 3 hüquqi şəxs AB-nin qara siyahısından çıxarılıb.

Ukraynanın şərqində vəziyyət gərginləşir. Donetsk və Luqansk “xalq respublikaları”nın (“DXR” və “LXR”) başçıları Aleksandr Zaxarçenko və İqor Plotnitski Kiyevə ultimatun verib. Separatçı rejimlər mart ayının 1-dən kimi bütün Ukrayna müəssisələrinin “respublikalar”ın hüquq sahəsinə keçdiyini açıqlayıb.

Ukrayna prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin 2017-ci ilin əvvəlindən dörd dəfə telefonla danışıblar. Bu haqda mənbələrə istinadən “Kommersant” nəşri bildirib. Ukrayna Prezident Administrasiyası da telefon danışıqlarının olduğunu təsdiqləyib.

“İşğal edilmiş Dondasdakı müəssisələrin ətrafında ciddi vəziyyət yaranıb. Söhbət Kremlin Ukrayna ilə bağlı taktikasının dəyişikliyindən gedir”. Bunu Rusiya politoloqu və publisisti Andrey Piontkovskiy “Qordon” nəşrinə deyib.

Onun sözlərinə görə, proseslərin inkişafı Rusiyaya qaçmış Ukrayna prezidenti Viktor Yanukoviç və ya baş nazir Nikolay Azarovun real “qayıdış”ına gətirib çıxara bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Konqresində qanun layihəsi vasitəsilə Rusiyanın iqtisadi blokadasını təşkil etməyə çalışırlar. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, sözügedən qanun layihəsi Birləşmiş Ştatların prezidenti Donald Trampa Moskvaya qarşı sanksiyaları yüngülləşdirməyə icazə verməyə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp ilk dəfə Konqres qarşısında – Konqresin birgə toplantısında çıxış edib. Fevralın 28-ə – prezidentlik fəaliyyətinin 40-cı gününə təsadüf edən çıxışında D.Tramp seçkiqabağı vədlərinin üstündə dayanıb.

ABŞ prezidenti Donald Tramp yeni immiqrasiya fərmanının imzalanmasını təxirə salıb. Bu haqda Ağ Ev administrasiyanın yüksəkvəzifəli nümayəndəsinə istinadən CNN telekanalı xəbər verib. Telekanalın məlumatına görə, Tramp Konqresdə onun çıxışına müsbət reaksiyadan sonra bu qərarı qəbul edib.

ABŞ prezidenti Donald Trampın immiqrasiya ilə bağlı yeni fərmanında İraq “qadağan edilmiş ölkələr” siyahısından çıxarılacaq. Bu haqda Ağ Evdəki mənbələrə istinadən "Associated Press" agentliyi bildirib.

Agentliyin məlumatına görə, qərar ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət Departamentinin təzyiqi altında qəbul edilib. Həmin qurumlar İŞİD terror qruplaşması ilə mübarizədə İraqın əsas rol oynamasına diqqət yetiriblər və Ağ Evdən bununla əlaqədar mövqeyinə yenidən baxmasını istəyiblər.

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla gizli görüş keçirdiyi iddia edilib. “Nyu York Tayms” nəşrinin yazdığına görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinin də iştirak etdiyi görüşün 20 dəqiqə davam etdiyi deyilir.

Məsələ ilə bağlı açıqlama verən Ağ Ev sözçülərindən Houp Hiks Kuşnerin görüş zamanı ABŞ-Rusiya əlaqələrindən danışdığını və Trampla rəsmi Moskva arasında əlaqə yaratmaq istədiyini bildirib.

Daha əvvəl isə ABŞ-ın ədliyyə naziri Jeff Seşnzın prezident Donald Trampın seçki kampaniyası zamanı Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə iki dəfə görüşdüyü ortaya çıxıb. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flinn isə Rusiya səfiri Sergey Kislyak ilə görüşməsi iddialarının üzə çıxmasından sonra istefaya göndərilib. Onun istefasına səbəb ötən ilin dekabrında Sergey Kislyakla Rusiyaya qarşı sanksiyalara dair apardığı müzakirə barədə Donald Trampı düzgün məlumatlandırmaması göstərilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Vaşinqtonu vətəndaş müharibəsi ilə təhdid edib. Onun sözlərinə görə, Vaşinqton Rusiya ABŞ-dakı səfiri Sergey Kislyakın bütün əlaqələrini dərc edərsə, o halda Amerika cəmiyyətini şimal və cənub arasında yeni vətəndaş müharibəsi təhdid edəcək.

Rusiyanı isə NATO qüvvələrinin Avropadakı Ali Baş Komandanının müavini, general Adrian Bredşou müharibə ilə təhdid edib. Britaniyalı general bildirib ki, Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi təcavüz aktı kimi qiymətləndirilə bilər.

“Seçkilərə müdaxiləni aşkar təcavüz aktıdır. Bu, NATO nizamnaməsinin beşinci maddənin tətbiqinə gətirib çıxara bilər. Rusiya hərbi alyansa üzv ölkələr üçün hibrid təhlükə yaradır”.

İŞİD terror təşkilatı yarandığı gündən bu yana ilk dəfə məğlubiyyəti qəbul edib. Bu haqda İraqın Ninova vilayətindəki mənbələrinə istinadən “Al-Sumaria” kanalı bildirib.

Məlumata görə, İŞİD lideri Əbubəkr əl-Bağdadi son itkilərdən sonra təşkilatın hələ də güclü olduğu bölgələrdəki üzvlərinə audioyazı göndərərək məğlubiyyəti qəbul etdiklərini açıqlayıb.

İddiaya görə, Bağdadi Mosuldakı itkilərdən sonra verdiyi təlimatında İŞİD üzvlərindən dağlara çəkilmələrini istəyib. Rəsmilər audioyazını təşkilatın yeni bir taktikası kimi qiymətləndirirlər.

Martın 2-də Rusiyanın Hərbi Hava Qüvvələrinin dəstəyi ilə Suriya qoşunları Palmiranın alınması üzrə əməliyyatı başa çatdırıb. Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, şəhərin alınmasından sonra Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məlumat verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm