• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Siyasəti insana xidmətə çevirən xanım

Siyasəti insana xidmətə çevirən xanım

Ona qədər Avrasiyada İndria Qandi, Binəzir Buhutto və işi birbaşa siyasət olan bir sıra qadınlar adlarını tarixə yazdıra biliblər. Lakin qitə səviyyəsində işi birbaşa siyasət olmayan, sadəcə olaraq, siyasəti insanlar naminə nəsə etmək üçün vasitəyə çevirən yeganə xanım əminliklə deyə bilərik ki, odur: Mehriban xanım Əliyeva.

... Ötən ilin 26 sentyabr tarixində xalq referenduma getdi: Konsititusiyaya təklif olunan dəyişikliklər həm dövlətin gələcəyi, həm də xalqın bizi gözləyən gələcəkdə necə yaşamasını müəyyən edirdi. Və Azərbaycan xalqı öz gələcəyini seçdi. Dəyişikliklər arasında ən vacib məqamlardan biri isə Azərbaycanda vitse-prezidentlik institutunun təsis edilməsi idi. Bu, Azərbaycanın dövlətçilik tarixində yeni reform olmaqla yanaşı, dövlət idarəçiliyinə yeni modelin gətirilməsi deməkdir.

Əsas düşündürücü məqam bu idi: Birinci vitse-prezident kim olacaq?

Çünki bu postu daşıyacaq şəxsin bir sıra mühüm keyfiyyətlərə malik olması zərudi idi:

a) Hər şeydən öncə xalqın inandığı, sevdiyi, sadə insanlara yaxın olan şəxsiyyət olmaq. Çünki Azərbaycan xalqını inandığı liderini qanunvericilikdə nəzərdə tutulan hallarda əvəzləyəcək şəxsin kim olması çox maraqlandırırdı.
b) Təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olmaq.
c) Beynəlxalq ictimaiyyətin tanıdığı, qəbul etdiyi şəxsiyyət.

Prezident İlham Əliyev Birinci vitse-prezident postuna Mehriban xanım Əliyevanı təyin etməklə xalqın istəyini həyata keçirtdi. Bu, həm də Prezidentin xarici səfərlərdə olduğu müddətdə ölkənin əmin əllərdə olmasını təmin etmək kimi taleyüklü məsələdir.

Çünki, ölkə yalnız o zaman möhkəm olur və inkişaf edir ki, onun güclü lideri və uğurlu komandası olur. Bu gün modernləşən, demokratikləşən Azərbaycanın inkişafı üçün onun liderinin – Prezident İlham Əliyevin yanında kimlərin, daha dəqiq desək necə insanların olması mühümdür. Belə demək mümkündürsə, komanda saat kimi işləyən bir mexanizmə sahib olmalı, tapşırıqları vaxtında və dəqiqliklə yerinə yetirməli, həmçinin, iqtidar-cəmiyyət arasında təmasın maksimum şəkildə qurulmasına nail olmalıdır.

Bu baxımdan, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu gün Prezidentin yanında olan ən mühüm şəxsiyyətdir. O, yalnız komandanın üzvü deyil, eyni zamanda, öz çiyinlərinə bir çox məsuliyyətli işi götürən və bunu vaxtında, dəqiqliklə reallaşdıran insandır.

Mehriban Əliyeva fenomeni

Qadınları siyasətə aktiv şəkildə qoşulduğu tarix son 50 ildən uzağa getmir. Mehriban Əliyeva fenomeninin ortaya çıxması da dünyanın yarım əsrlik tarixində baş verən proseslərin qanunauyğunluğu hesab oluna bilər. Xüsusilə İslamın kök saldığı Avrasiya qitəsi üçün bu müstəsna haldır. Bu gün Azərbaycanın yerləşdiyi Cənubi Qafqazdan başlayaraq, postsovet məkanı, ümumilikdə Avrasiya qitəsində daşıdığı statusun tələb etdiyindən də artıq fəaliyyət göstərən, bütün enerjisini insan faktorunun ən yaxşı həyata sahib olmasına sərf edən ikinci bir xanım tapmaq mümkündürmü?!

İnsan faktoru: Məsələ təkcə siyasətin obyekti olan insanlardan deyil, bu siyasəti yürüdən subyektin də mərhəmət hissinə malik, vicdanlı olmasıdır. Bu mənada Azərbaycan siyasətində həm obyekt, həm də subyekt olaraq insan faktoru ön plandadır və bu mənzərədə lider İlham Əliyevlə çiyin-çiyinə dayanan şəxsiyyətin Mehriban xanım Əliyeva olduğunu deyə bilərik.

... Və onun üçün əsas olan siyasət deyil, siyasəti insanlıq uğrunda vasitə etməkdir.

Prezident İlham Əliyevin bu təyinatda tərəddüd etməməsinin əsas səbəbi də məhz bu idi: İNAM

Ona hər kəs inanır: Mehriba xanım Əliyeva fəaliyyəti boyunca həmişə öz sadəliyi, eləcə də dəqiq və səlisliyi ilə seçilib. Birinci vitse-prezident postuna təyin olunması ilə bağlı “Rossia-1” telekanalına müsahibəsində bir məqam xüsusi diqqətimizi çəkdi.

Biz müzakirə etdik, götür-qoy etdik. Əsas şübhələrim üzərimə qoyulan məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyimlə bağlı olub. Ümid edirəm ki, mən bacaracağam və buna inanmaq istərdim”, - deyə Birinci vitse-prezident bildirir.

Bu sözlər Mehriban xanım Əliyevanın şəxsiyyət olaraq, hansı keyfiyyətlərə malik olduğunu bir daha üzə çıxarır və sübut edir ki; Onun üçün vəzifə yox, üzərinə qoyulan məsuliyyətin öhdəsindən nə dərəcədə gələ biləcəyini ölçüb-biçmək hər şeydən öncə gəlir.

Və Birinci vitse-prezident davam edir: “Bu hadisə məni çox həyəcanlandırdı. Təbii ki, bu qərarı rəsmən elan ediləndən bir qədər əvvəl öyrəndim. Ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməyim barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, yəqin ki, burada artıq uzun illərdir təkcə həyat yoldaşı olmağım deyil, həm də Prezidentin silahdaşı olmağım rol oynadı. Amma, fikrimcə, onun qərarı buna əsaslanmırdı. Əsas o idi ki, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsində hər şeydən əvvəl Azərbaycan xalqının və ölkənin maraqlarından çıxış edir. O bu qərarı da həmin prinsiplərdən çıxış edərək qəbul etdi. Ona görə də mənim üzərimə düşən məsuliyyət həddindən artıq böyükdür və mən Prezidentin etimadını doğrultmalıyam, ən əsası, inamı, gözləntiləri olan insanların etimadını doğrultmalıyam. Mən bunu etməyə çalışacağam”.

Birinci vitse-prezident öz prioritetini elan edir: Prezidentin etimadını, ən əsası isə inamı, gözləntiləri olan insanların etimadını doğruldacaq.

İnam həyatın bütün sahələrində əsas amildir, siyasətdə isə onsuz nəyəsə nail olmaq çətindir. Lakin hər bir siyasətçi bunu qazanmalı, öz əməli ilə əldə etməlidir. Mehriban xanım Əliyeva bu inamı Azərbaycan naminə, Azərbaycan insanının yaxşı yaşaması və xoşbəxt gələcəyə sahib olması naminə Prezident İlham Əliyevlə çiyin-çiyinə addımlayarkən qazanıb. Lakin ən əsas məqam odur ki, o, bütün bunları bir gün hazırda daşıdığı vəzifəyə təyin olunmaq üçün etməyib. Sadəcə Azərbaycan xalqı üçün, dövlətçilik naaminə və öz həyat yoldaşının çiyinlərindəki yükü bir az da olsa yüngülləşdirmək arzusu ilə edib.

- Bu danılmaz faktdır ki, hansısa problemi olan, hətta bu problem olduqca xırda olsa belə, ilk üz tutduğu ünvanlardan biri, bəlkə də birincisi Heydər Əliyev Fondudur. Və o da məlumdur ki, Fonda daxil olan heç bir şikayət cavabsız qoyulmur, maksimum şəkildə kömək edilməyə çalışılır. Mehriban xanım Əliyevaya olan inam ilk növbədə buradan qaynaqlanır.

Yenə həmin müsahibəsində Birinci vitse-prezident deyir: “Biz bu və ya digər problemin həllinə kömək göstərmək barədə xeyli sayda məktublar alırıq. Sizə deməliyəm ki, biz Fondun fəaliyyətinin bu sahəsini qabartmırıq və təbliğ etmirik. Çünki bəzən şəxsi xahişlər, bəzən də insanların səhhətindəki problemlərlə bağlı çoxlu müraciətlər olur. Biz azacıq imkan olan yerdə kömək etməyə çalışırıq. Bilirsiniz, həm də ən vacibi nədir? Ən vacibi əlaqədir. İnsan məktublar göndərir. Əgər insan məktub yazırsa, elə ertəsi günü, yaxud hansısa qısa müddətdən sonra onunla əlaqə saxlamağa və öyrənməyə çalışırıq. Çünki biz öyrənməliyik. Bəzən elə olur ki, məktubda yazılanlar həqiqətə uyğun gəlmir. Əgər həqiqətən köməyin lazım olduğunu görürüksə, çalışırıq kömək edək. Hesab edirəm ki, Heydər Əliyev Fondu məhz bunun sayəsində insanların sevgi və hörmətini qazanıb”.

Biz onu tez-tez insanlar arasında görürük. Heç bir protokol tanımadan sadə insanları yaxınlaşır, onlarla söhbət edir, dərdlərinə şərik olur, problemlərini dinləyir. Xalq onu sevir.

Və Mehriban xanım Əliyevanın Birinci vitse-prezident postuna təyin olunmasında “xalqın inandığı, sevdiyi, sadə insanlara yaxın olan şəxsiyyət olmaq” prinsipi burada tamamlanır.

Təşkilatçılıq və idarəçilik bacarığı: 2004-cü ildə fəaliyyətə başlayan Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan tarixinin, mədəniyyətinin qorunmasını, xaricdə təbliğ edilməsi, həmçinin, ölkənin müxtəlif sferalarında mühüm layihələrin həyata keçirilməsi kimi titanik işlər görüb.

Onun həyata keçirdiyi “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi”, Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması kimi layihələr minlərlə uşağa yeni həyat verib.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Amnistiya Aktları minlərlə ailəyə sevinc bəxş edib; Heydər Əliyev Fondu tərəfindən ölkədə 500-ə yaxın yeni məktəb inşa olunub, uşaq bağçaları əsaslı təmir edilib; Mədəniyyət abidələrinin bərpası, qorunması və mədəniyyətimizin təbliği istiqamətində mühüm addımlar atılıb; Azərbaycan musiqi incilərinin qorunub saxlanılması və dünya musiqi inciləri sırasında yer alması, Azərbaycanı tanıdan incəsənət festivalları və sərgilərin keçirilməsi kimi işlər reallaşdırılıb; nəhəng sosial layihələr, ekoloji layihələr, idman sahsində görülən işlər ictimaiyyətin bütün təbəqələrinə məlumdur.

Ən əsas məqamlardan biri Dağlıq Qarabağ münaqişəsində ədalətin bərpa olunması, beynəlxalq hüququn təmin edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası, həmçinin, Xocalı soyqırımının dünyada təbliği və tanıdılması kimi dövlət əhəmiyyətli məsələlərdə Mehriban xanım Əliyeva Prezident İlham Əliyevlə çiyin-çiyinə döyüşüb və mübarizə bu gün də davam etməkdədir.

Mehriban xanım Əliyevanın fəaliyyəti boyunca bir çox mühüm tədbirlərin xaricdə və daxildə təşkilatçılığını uğurla həyata keçirib. Təkcə iki mühüm tədbirin təşkilatçılığı onun bacarığını əyani şəkildə sübut edir.

“Eurovision-2012” mahnı müsabiqəsi: 2012-ci ildə Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Bakıda keçirilən mahnı müsabiqəsi tarixə düşdü. Hətta müsabiqənin müəllifləri bundan sonra heç bir ölkənin bu cür möhtəşəm təşkilatçılığa nail ola bilməyəcəyini açıq şəkildə vurğulayırdılar.

I Avropa Oyunları: 2015-ci ildə Bakıda keçirilən Qitə səviyyəli oyunların Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyeva idi. Və Azərbaycan həm açılış, həm oyunların təşkili, yarışlar boyunca həyata keçirilən işlər, həm də bağlanış mərasimləri ilə tarix yazmağı bacardı.

Dünyanın tanıdığı şəxsiyyət: Mehriban xanım Əliyevanın bəşəri fəaliyyəti onun beynəlxalq arenada tanınması və “mədəniyyətin qoruyucusu” statusuna yüksəlməsi ilə nəticələnib. Təsadüfi deyil ki, Azərbaycanın Birinci vitse-prezidenti bəşəri mədəniyyətin qorunması işinə görə “Qızıl Motsart” medalına layiq görülüb. Mehriban xanım Əliyeva bəşəri fəaliyyətinə görə 10 ildən artıqdır ki, UNESCO və İSESCO-nun xoşməramlı səfiridir.
Onun təşəbbüsü ilə indiyə qədər dünyanın müxtəlif yerlərində onlarla mədəniyyət abidəsi bərpa edilib, yüzlərlə uşaq nicat tapıb. “Kədəri sevincə çevirən insan”, pakistanlı jurnalist Həmif Şahin onun haqqında məhz belə yazırdı.

UNESCO-nun baş direktorunun müavini Marsio Barbosa isə onun fəaliyyətini nümunə göstərir: “Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfirləri üçün örnəkdir”.

Fransada, Almaniyada, İtaliyada, Vatikanda, Rusiyada, Pakistanda və dünyanın bir çox ölkəsində onun əl izlərini asanlıqla tapmaq mümkündür.

İnam, bacarıq və bəşəriyyətin tanıdığı xanım: Mehriban xanım Əliyevanın şəxsiyyətində və fəaliyyətində bu üç mühüm aspekt öz əksini tapır. Və məhz onun Azərbaycan üçün taleyüklü post olan Birinci vitse-prezident vəzifəsinə təyinatında da bu amillər rol oynayır. Prezidentin etimadı, xalqın inamı; bacarıq – el dili ilə desək, hansı işin qulpundan yapışırsa, ortaya ciddi nəticələr qoyur; bəşəriyyətin tanıdığı, sevdiyi, dəyər verdiyi xanım.

Mehriban xanım Əliyevanın birbaşa siyasətə gəlinə qədər göstərdiyi fəaliyyətin, gördüyü işlərin xronologiyasına nəzər yetirdikdə, onun hər şeyi öz zəhməti, alın təri ilə əldə etdiyini asanlıqla görmək olur. Halbuki, ölkənin birinci xanımı kimi istədiyini daha asan yolla əldə etmək imkanları olub. O, isə birinci xanım statusunun özünə yeni forma, məğz verdi və zəhməti seçdi. Və məhz zəhmətin sayəsində ucaldı.

Asif Nərimanlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>