Nida Təhlil
Demokratlar üçün viaqra və Azərbaycan düşməninin kanslerlə müharibəsi - FOTOLAR
Bir neçə ay öncə Almaniyada bu il keçiriləcək parlament
seçkilərində Angele Merkelin və onun rəhbərlik etdiyi blokun -
Xristisan Demokratlar İttifaqı və Xristian Sosialistlər İttifaqının
(XDS/XSS) qələbə qazanacağına heç kim şübhə etmirdi. Lakin Almaniya
Sosial-Demokrat Partiyasına (SDPQ) Avropa Parlamentinin keçmiş
sədri Martin Şults rəhbərlik etməyə başlayandan sonra, Merkelin
dördüncü dəfə kansler olması ehtimalı tədricən
zəifləyir.
Publika.az xəbər verir ki, Şults Almaniya
siyasətində sürətlə yüksəlir. Hətta onun attestatının olmaması və
gənclikdə içki düşkünü olması yüksəlişinə mane olmur.
Sosial-demokratlar üçün viaqra
“The Washington Post” nəşri alman siyasətində Martin Şultsun yerini
belə təsvir edir: “Onun gəlişi onilliklərdir seçkini qazana
bilməyən SDPQ üçün bir növ viaqra rolunu oynadı. İndiyə qədər
XDS-nin digər partiyalarla qurduğu ittifaq iqtidarda olub,
sosial-demokratlar isə seçkidə daim ikinci pillədə yer alırdı”.
Şults yanvarın sonunda seçkiqabağı marafona qoşuldu və bir ay
ərzində 10 məntəqədə hər şeyi öz partiyasının xeyrinə dəyişməyi
bacardı. Bəzi ictimai rəy sorğularına görə, Şults təkcə Merkeli
izləmir, bir çox hallarda onu geridə də qoyur. Alman KİV yazır ki,
“əgər seçkilər bu gün keçirilsəydi, sosial-demokratlar 32 faiz,
Mereklin rəhbərlik etdiyi xristian demokratlar isə 31 faiz səs
alardı”.
Rəy sorğularına görə, alman seçicilərinin 50 faizi Şultsu
Merkelin kreslosunda görmək istəyir, 39 faiz isə Merkeli
dəstəkləyir.
Rahibəni belə monastrdan qaçıra bilər
Şreder Herhardın istefasından sonra SDPQ liderləri o qədər də
nüfuzlu olmayıb. Onlar arasında Almaniyanın hazırki prezidenti
Frank-Valter Ştaynmayer (Bundestaq onu prezident seçənə qədər
Ştaynmayer xarici işlər naziri idi) ən məşhur siyasətçi hesab
olunurdu. Lakin 2009-cu ildə o,seçkidə Merkelə məğlub olandan sonra
kansler postu uğrunda mübarizə aparmağa tövbə etdi.
Sosial-demokratların digər sədri Ziqmar Qabriel seçicilər arasında
son dərəcədə qeyri-populyar idi. Şreder Herharddan sonra Villi
Brandt, Helmut Şmid və digərləri kansler kreslosu uğrunda
mübarizəni dörd dəfə uduzub. Martin Şultsun gəlişi ilə vəziyyət
SDPQ-nin xeyrinə dəyişir.
“Şults gözəl natiqdir. O hər şeyi ağılla izah edir, emosionaldır,
yumora malikdir, bununla yanaşı, həmişə öz fikirlərini tarixi
faktlarla gücləndirir. Bəzən o, yüksəkdən və kəskin danışır”, -
deyə “Der Welt” nəşri onu tərifləyir.
Şultsun yaxın dostu Axim Qrossmann iddia edir ki, Martin hətta
rahibəni monastrı tərk etməyə belə inandıra bilər.
“Süddeutsche Zeitung” qəzeti yazır ki, Şults “Avropanı yenidən
böyük edək” (Make Europe Great Again MEGA) şüarı ilə çıxış
edir.
Məktəbi atdı, içkiyə qurşandı – Azərbaycanın düşməninin
Allahı kim idi?
Martin Şultsun tərcümeyi-halı onu tipik siyasətçilərdən
fərqləndirir. SDPQ-nin gələcək lideri Şimali Reynin Vestfaliya
kəndində polis ailəsində dünyaya göz açıb. İki dəfə ard-arda
sinifdə qaldığı üçün nəticədə məktəbi buraxmalı olub. Buna görə də
orta təhsil attestatı yoxdur. “Mən çox da yaxşı şagird deyildim”, -
Şults etiraf edir.
Onun təhsilə az maraq göstərməsinin səbəbi futbol həvəskarı olması
idi.
“Mən sadəcə futbol dəlisi idim. “Kicker” jurnalı mənim Bibliyam,
Allahım isə Volfqanq Overat idi (1974-cü il dünya çempionatında
Almaniya milli komandasının yarımmüdafiəçisi)”, - deyə o
danışır.
Lakin dizindən aldığı zədə onu peşəkar idmandan uzaqlaşdırır.
Vəziyyət belə olanda Şults içkiyə qurşanır. Özü danışır ki, 18
yaşından 24 yaşına qədər faktiki olaraq içki butulkasından
ayrılmırdı. Ona alkoqolu birdəfəlik atmağa ixtisasca həkim olan
doğma qardaşı yardım edib.
Bundan sonra o, 1982-ci ildə “Martin Şultsun kitab mağazası”
dükanını açır. Daha sonra siyasətə atılır, Avropa Parlamentinin
deputatı və sədri olur.
Almanlar Şultsu sevirlər. İki uşaq atası olan siyasətçi beş xarici
dili – ingilis, fransız, ispan, holland və italyan – mükəmməl
bilir.
Lakin Azərbaycan üçün Martin Şults daim ikili standartlardan çıxış
edən siyasətçi olaraq xatırlanır. Bu, səbəbsiz deyil: Şults Avropa
Parlamentində deputat olduğu, daha sonra sədrlik etdiyi dövrdə daim
Azərbaycanın əleyhinə çıxışlar edir, anti-Azərbaycan layihələrdə
yer alırdı. Bir sözlə o, Azərbaycanın düşməni idi və bunu heç vaxt
gizlətməyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Vədlər və eyforiya
Şultsun seçicilərə nə vəd etdiyi və Merkeldən hansı cəhətlərinə
görə fərqləndiyini hələlik dəqiq demək çətindir. Yaxın günlərdə
SDPQ-nin öz proqramını müəyyən edəcəyi gözlənilir. Yalnız o
məlumdur ki, Avropa Parlamentinin keçmiş sədri Avropa İttifaqında
islahatlar keçirməyə və sosial-demokratiyanın həqiqi dəyərlərinə
qayıtmağa çağırır, alman cəmiyyətində bərabərsizliyi aradan
qaldıracağına söz verir, ahıl insanlar üçün işsizlik müavinətini 48
aya qədər uzatmağı, pensiyaları yüksəltməyi vəd edir.
SDPQ-ni bir çox hallarda Merkelin siyasətini təkrar etməkdə ittiham
edirlər. Xüsusilə miqrasiya siyasətində, milli təhlükəsizlik
məsələlərində, terrorizmlə mübarizə və Rusiya ilə münasibətlərdə
Merkelin əksinə hərəkət edilmir. Şults isə Avropa Parlamentinin
rəhbəri olanda dəfələrlə Rusiyanı ittiham edib.
Almaniya KİV istisna etmir ki, seçkiqabağı dövrdə Şults eyforiyası
tez başa çatacaq.
“İnanın, 20 il Almaniyadan xaricdə yaşamış şəxsə alman siyasətinə
öyrəşmək çox çətin olacaq”, - deyə yerli media yazır.
Hazırda Merkelə “Almaniya üçün alternativ” (AdQ) partiyası rəqib
hesab olunur. Çünki bu partiya koalisiya hökumətində yer almır və
Merkeli açıq şəkildə tənqid edir.
Hesablamalara görə, sentyabrın 24-də keçiriləcək seçkilərə qədər
Şultsun reytinqi “uçmayacaqsa”, SDPQ və XDS/XSS bloku səsləri
bərabər miqdarda alacaq və koalisiya formalaşdırmağa məcbur
olacaqlar. Sosial-demokratlar solçular və yaşıllarla birləşərək,
Bundestaqda əsas üstünlüyə malik olmağa çalışacaqlar. Hələlik,
indidən nəsə proqnozlaşdırmaq çətindir. Amma Almaniyada bu dəfəki
seçki kampaniyası olduqca maraqlı olacaq.
Asif
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı