Sarkisyana verilən SÖZ, Kremlin MƏXFİ PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Sarkisyana verilən SÖZ, Kremlin MƏXFİ PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Lakin Moskva İrəvana belə bir zəmanəti verə bilmir.

Azərbaycanda növbəti əfv verilib. Bakıda V Qlobal Forum başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev forumun açılışında etdiyi çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışıb. Niderlandda maraqla gözlənilən parlament seçkilərinin nəticələri Avropa İttifaqını sevindirib. Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu isə Avropada dini müharibələrin başlaya biləcəyi barədə xəbərdarlıq edib.

Azərbaycanda növbəti əfv verilib. Azərbaycan Prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam imzalayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün Bakıda V Qlobal Forum başlayıb. Diaporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən forumda 53 ölkədən 300-ə yaxın nümayəndə iştirak edir. Forum martın 17-də başa çatacaq.

Azərbaycan Prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında çıxış edib. Dövlət başçısı Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişəni region üçün təhlükə adlandırıb.

“Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon Ermənistanın işğalı altındadır. İşğal olunmuş ərazilərdə bütün infrastruktur, dini abidələr, məbədlər dağıdılıb. Bu, ATƏT-in iki faktaraşdırıcı missiyasının hesabatında da təsdiqini tapıb”, - Prezidenti İlham Əliyev söyləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya vasitəçi kimi Qarabağ konfliktinin həllində maksimum səy göstərməyə hazırdır. Bunu Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrin səfirlərinin etimadnaməsini qəbul edərkən söyləyib.

Ermənistan prezidenti Serj Sarkisyanın martın 14-də Moskvaya etdiyi iki günlük səfəri başa çatdı. Onun həmkarı Vladimir Putinlə danışıqlarda dörd mövzu əsas idi: ticarət-iqtisadi əlaqələr, mədəni-humanitar məsələlər, hərbi-siyasi əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət.

Rusiyalı siyasi şərhçi Rostislav İşenko “RİA Novosti” agentliyində dərc olunan məqaləsində qeyd edir ki, İrəvan hər şeydən öncə hərbi-siyasi məsələlər və regional bloklarla bağlı müzakirələri önə çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Martın 15-də Moskvada keçirilən Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyanın qapalı görüşünün bir detalı ortaya çıxıb. Qapalı görüşdə Putin Sarkisyana 22 il öncə Ermənistanda oğurlanmış bir fotonun tapıldığını deyib.

Rusiya mediası yazır ki, “Tamaranın ürəyi ilə İblis və Mələk” adlanan rəsm əsəri yaxın vaxtlarda Ermənistana qaytarılacaq. Sarkisyan Putinlə birgə mətbuat konfransında bildirib ki, rəsm əsəri Rusiyanın müvafiq orqanlarının səyi nəticəsində tapılıb. O, buna görə Putinə təşəkkür etdi.

Qeyd edək ki, rəssam Mixail Burbelyanın əsəri olan “Tamaranın ürəyi ilə İblis və Mələk” 1995-ci ildə Ermənistanda oğurlanıb. Mütəxəssislər bu fotonun qiymətli və sirli olduğunu deyirlər.

Sarkisyanın Rusiyaya səfərinin məqsədi Moskvadan Azərbaycan Ordusunun əraziləri geri qaytarmaq üçün hərəkətə keçməyəcəyinə zəmanət almaq idi”. Bu barədə Ermənistanın “168 jam” qəzeti yazıb.

Qəzet qeyd edir ki, Moskva Ermənistana belə bir zəmanət verə bilmir. “Sarkisyan-Putin görüşündə Qarabağ danışıqları həmişəki kimi ümumi bəyanatlarla müşahidə olundu. Əslində Ermənistana Azərbaycan Ordusunun hərəkətə keçməyəcəyi ilə bağlı zəmanət lazımdır. Lakin Moskva belə bir zəmanəti verə bilmir”, - deyə qəzet yazıb.

Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Regional Post –Caucasus” jurnalına müsahibəsində Türkiyə-Ermənistan münasibətlərindən danışıb. Onun sözlərinə görə, Moskva Ermənistan və Türkiyənin danışıqlarına kömək etməyə hazırdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ankara S-400 “Triumf” zenit-raket komplekslərini NATO-nun hava hücumundan müdafiə sistemi ilə birləşdirməyəcək. Bu haqda Türkiyənin müdafiə naziri Fikri İşık deyib.

Türkiyə Müdafiə Nazirliyinin başçısı bir gün əvvəl isə S-400 zenit-raket kompleklərinin çatdırılmaları üzrə Moskva ilə danışıqlarda irəliləyişin olduğunu bildirib. Amma qeyd edib ki, hələlik konkret razılıq yoxdur.

Fevral ayında Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib ki, S-400-lərin çatdırılması üzrə Rusiya-Türkiyə danışıqları pozitiv keçir. Həmçinin, Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov Moskva və Ankaranın zenit-raket komplekslərinin çatdırılması haqqında danışıqlar apardığını təsdiqləyib.

İki gün əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da rusiyalı həmkarı Vladimir Putinlə görüşündə S-400 komplekslərinin Türkiyəyə çatdırılması müzakirə olunub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Niderlandda maraqla gözlənilən parlament seçkilərinin nəticələri dəqiqləşib. Avropanın, bütün dünyanın əsas diqqəti ultrasağçıların qələbə qazanıb-qazanmayacağına yönəlmişdi. Lakin bu baş vermədi.

Seçkilərdə 33 mandat qazanan baş nazir Mark Ruttenin lideri olduğu Azadlıq və Demokratiya üçün Xalq Partiyası (VVD) qələbə qazandı. Bununla belə, Rutte 2012-ci ildə keçirilən seçkilərdə qazandığı səslərin (41 mandat qazanmışdı) xeyli hissəsini itirdi.

İrqçi lider Gert Vildersin ifrat sağçı Azadlıq Partiyası (PVV) isə gözlədiyi partlayışı edə bilməyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu Niderlanda ötən gün keçirilən seçkilərin nəticələrini qiymətləndirib. Nazir seçkilərin nəticələrinin Avropanın çökməyə başladığının göstəricisi olduğunu deyib.

Türkiyə xarici siyasət idarəsinin başçısı Avropada din döyüşlərinin başlanacağı barədə xəbərdarlıq edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Ankara-Amsterdam qarşıdurmasında Türkiyəni dəstəkləyib.Jirinovski Niderlandın Türkiyəyə qarşı addımının diskriminasiya olduğunu bildirib: “Türkiyə doğru edir. Onları tam dəstəkləyirik. Niderland cəzalandırılmalıdır”.

ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Ceyms Mettisin komandaları arasında Müdafiə Nazirliyində (Pentaqon) əsas vəzifələrə təyinatlar üzrə fikir ayrılıqları ilə əlaqədar qarşıdurma yaşanır.

Bu haqda “Defense News” portalı bildirib. Ağ Ev və Mettisin yaxın dairəsində olan mənbələrin sözlərinə görə, Tramp seçkiqabağı kampaniyada öz loyallığını sübut edən insanları əhəmiyyətli postlara yerləşdirmək istəyir. Nazir isə başqa şəxsləri bu vəzifələrdə görmək istəyir. Onların arasında yeni prezidenti açıq tənqid edənlər də var.

Prezidenti və müdafiə naziri arasında ən qızğın mübahisə doğuran fiqur diplomat Enn Pattersondur. Mettis onu siyasi məsələlər üzrə nazir müavini postuna təyin etməyi planlaşdırırdı. Baxmayaraq ki, qadın “Never Trump” hərəkatını dəstəkləyirdi. Amma onun namizədliyi müzakirədən çıxarılıb.

Bundan başqa, mənbələrin sözlərinə görə, Tramp əsas postlardan birinə Rikardel Mirin təyin olunmasını dəstəkləyir. O Trampın seçkiqabağı qərargahında müdafiə siyasətinə görə əsas məsləhətçi idi.

“Defense News”un həmsöhbətlərindən biri bildirib ki, Mettis Ağ Ev qarşısında “ya o, ya mən” şərtini qoyaraq, sözügedən təyinatın reallaşacağı halda postundan istefa verəcəyini bildirib.

"Moskva hələ SSRİ-nin dağıılmasına qədər Krımı Ukraynadan almağa hazırlaşırdı". Bunu Ukrayna Ali Radasının deputatı, Krımı tatarlarının liderlərindən olan Mustafa Cəmilov “Obozrevatel” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya heç vaxt Krımın zəbt edilməsi planını dayandırmayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm