Azərbaycan sərhədlərində İŞĞAL, “qardaşlar”ın HÜCUM PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Azərbaycan sərhədlərində İŞĞAL, “qardaşlar”ın HÜCUM PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bir çox müharibə və silahlı konflikt məhz təlimlərin süjeti əsasında başlanır.

Belarus prezidenti Aleksandr Lukaşenko Dağlıq Qarabağ münaqişəsinin həlli üçün gözlənilməz təklif səsləndirib. Lukaşenko həmçinin növbəti dəfə bloger Lapşinin Azərbaycana ekstradisiyasından danışıb. Ukrayna Rusiya və Belarusun birgə keçirdiyi “Qərb-2017” hərbi təlimlərindən narahatdır. İŞİD terror qruplaşması İranın ünvanına təhdidlərin yer aldığı videonu yayıb. ABŞ və NATO-nun Qara dənizdə güclənməsi Rusiyanı narahat edir.

Aleksandr Lukaşenko Ermənistanın Minskdəki səfiri Armen Xaçatryanla görüşü zamanı deyib ki, Ermənistan və Azərbaycan vasitəçilərin xidmətlərinə qaçmadan Dağlıq Qarabağ problemini özləri həll etməyə məcburdur. “Azərbaycan və Ermənistan heç bir vasitəçilərsiz masaya oturmalı və problemi həll etməlidir. Bu, mənim şəxsi fikrimdir”, - prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan və Azərbaycan prezidentləri tez-tez Dağlıq Qarabağ məsələsi ilə əlaqədar onun fikrini soruşurlar.

“Bu bizim məsələmiz deyil, bu mənim məsələm deyil. Konflikt tərəfləri özləri bu məsələni həll etməlidirlər. Harada olmasından asılı olmayaraq insanlar layiqli yaşamalı, sülh və sakitliyin zəmanətlərinə malik olmalıdır. İnanmıram ki, bu gün Dağlıq Qarabağda insanlar yaxşı və layiqli yaşayırlar”, - Lukaşenko vurğulayıb.

Belarus prezidenti həmçinin blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı yaranan vəziyyətdən danışıb. O, bu məsələdə haqlı olduqlarını yenidən erməni tərəfinin diqqətinə çatdırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Martın 25-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gələn Ermənistan prezidenti Serj Sarkisyanın səfərində üç helikopter detalı diqqət çəkib. “Qraparak” qəzeti təhlükəsizlik mənbələrinə istinadən Sarkisyanın üç helikpterlə Qarabağa gəldiyini yazıb.

“Bu, gözlənilən təhlükəni azdırmaq üçün idi. Heç kim prezidentin hansı helikopterdə olduğunu bilmirdi”, - deyə mənbə bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Karneqi” fondunun Cənubi Qafqaz üzrə eksperti, britaniyalı konfliktoloq Tomas de Vall Ermənistan mediasına müsahibəsində deyib ki, çoxları bu ilin yazında Dağlıq Qarabağ münaqişəsi zonasında müharibənin olacağını gözləyir.

“Çünki ötən ilin “aprel müharibəsi”ndən sonra nizama salınma prosesində irəliləyiş yoxdur və diplomatiya heç bir naliyyətə imza atmayıb”, - o qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland dünən İrəvanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı planın mövcud olduğunu açıqladı. Hoqland mövcud planı “Lavrov planı” adlandırmadıqlarını da qeyd etdi.

“Bu plan üç hissədən ibarətdir, tərəflər bu plan üzərində işləyir”, - deyə o bildirdi. Lakin planın detallarını açıqlamaqdan imtina edərək, “bunu etmək yersiz olardı” deyə vurğuladı.

Hoqlandın Qarabağla bağlı konkret planın olması haqda danışması həmsədrlərin prezidentlərin görüşünü hazırlaması fonunda diqqət çəkir. Güman ki, bu görüş Ermənistanda parlament seçkilərindən sonra baş tutacaq. Burada diqqət cəlb edən məqam Ermənistan prezidenti Serj Sarkisyanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı “lazım gələrsə, “İskəndər” raketlərindən istifadə edəcəyik” bəyanatıdır. Bu bəyanatın hər şeydən öncə seçkilərə hesablandığı şübhəsizdir.

Lakin erməni ekspert Aram Amatuninin şərhi burada diqqətdən yayınmır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Suriyada baş verənlər nəticə çıxarmağa imkan verir ki, daha uzun müddətdə qan töküləcək və mümkündür ki, atəş qonşu ölkələrə, xüsusi halda, Livan və İordaniyaya keçəcək”.

Bu qənaətə Livanın “Al Joumhouria” nəşri gəlib. Nəşr bildirir ki, Amerika və Rusiya arasında münaqişə yeni və daha mürəkkəb mərhələyə keçib: Krımdan İordaniyaya qədər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə müharibə aktı kimi baxmaq olar”.

Bunu ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni deyib. “Bu mərhələdə Donald Trampın prezident seçilməsinin qeyri-qanuni olduğunu sübut edən heç bir dəlil yoxdur. Ancaq heç bir şübhə yoxdur ki, mister Putin və onun hökuməti bizim fundamental demokratik prosesimizə müdaxilə etmək üçün ciddi səylər göstərib. Bu, bəzi dairələrdə müharibə aktı kimi qiymətləndirilə bilər”, - respublikaçı siyasətçi bildirib.

ABŞ Dövlət Administrasiyasının nümayəndəsinin sözlərinə görə, Rusiyanın səkkiz şirkətinə qarşı sanksiyaların tətbiqi barədə qərar hələ keçmiş prezident Barak Obama administrasiyasının son günlərində qəbul edilib. “Bu bir qrup şəxsə və şirkətlərə qarşı sanksiyaların tətbiqi barədə qərarı 2017-ci il yanvarın 17-də Dövlət Departamenti tərəfindən qəbul edilmişdi. Sanksiyalar Konqresə ötürülmədən əvvəl yeni administrasiya tərəfindən öyrənilib”, - agentliyin həmsöhbəti deyib.

Xatırladaq ki, ABŞ martın 25-də Suriya, İran və Koreya Xalq Demokratik Respublikasına aid olan yaymama haqqında Amerika qanunu ilə əlaqədar olaraq Rusiyanın səkkiz şirkətinə qarşı sanksiyaları tətbiq edib. Dövlət Departamentindən bildirilib ki, sanksiyalar daim aparılan qiymətləndirmələrin nəticəsi olub.

Ukrayna Rusiya və Belarusun birgə keçirdiyi “Qərb-2017” hərbi təlimlərindən narahatdır. Ukraynanın ehtiyatda olan generalı Dmitri Umanes “Obozrevatel” nəşrinə açıqlamasında deyib ki, təlimlər Kreml öz planlaından imtina etmədiyini göstərir.

General qeyd edir ki, bir çox müharibə və silahlı konflikt məhz təlimlərin süjeti əsasında başlanır:

“Təlimlər zamanı onlar nə fikirləşəcəklər? Demək çətindir. Burada bizim kəşfiyyatımız işləməlidir”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov isə “Arqumenti i faktı” nəşrinə müsahibəsində bildirib ki, ölkəsinin qonşu dövlətlərlə bağlı heç bir ərazi iddiası yoxdur. “Rusiya – sülh dövlətidir. Bizdə qonşularla bağlı ərazi iddiası yoxdur. Rusiya maraqlıdır ki, müvəffəqiyyətli və çiçəklənən ölkələr onu əhatə etsin”, - Lavrov bildirib.

İŞİD terror qruplaşmasının təxminən 800 döyüşçüsü mühasirəyə alınmış İraqın Mosul şəhərini maneəsiz tərk edib. Bu haqda Rusiya Baş qərargahının Baş operativ idarəsinin başçısı, general-polkovnik Sergey Rudskoy bildirib.

“Mosulun tam mühasirəsi haqqında koalisiyanın (ABŞ-ın başçılıq etdiyi anti-terror koalisiyası –red.) bəyanatlarına baxmayaraq, şəhərdən Suriyanın Deyr-ez-Zor rayonuna döyüşçülərin axını davam edir”, - o deyib.

Generalın sözlərinə görə, beynəlxalq koalisiyanın aviasiyası hər gün Mosula praktik olaraq zərbələr vurur. Nəticədə, İŞİD döyüşçülərindən başqa, minlərlə dinc sakin həlak olur.

İŞİD terror qruplaşması İranın ünvanına təhdidlərin yer aldığı videonu yayıb. İranın IRINN xəbərlər telekanalın məlumatına görə, internetdə yerləşdirilən videoçarx 37 dəqiqədən ibarətdir. Videoda İŞİD-in üç döyüşçüsü iştirak edir. Abu Faruk al-Farsi adlı terrorçu farsdillilərin nümayəndəsi kimi soyazıçnoqosu rolunda çıxış edir, ikinci özünü Abu Modjahed al-Baluşi adlandırır və bəlucların nümayəndəsi kimi təqdim edir, Abu Saad al-Axvazi adlı üçüncü terrroçu İranın ərəbdilli əhalisinin adından danışır.

Onlar İran hakimiyyətini kafir adlandırır, əhalini qarışıqlıqlara, diversiyalara və silahlı hücumlara çağırırlar.

Al-Baluşi iddia edir ki, İŞİD İran fəth edəcək. Telekanalın məlumatına görə, yayılmış videoçarx İranla həmsərhəd İraqın Diyala əyalətində çəkilib. Qeyd edilir ki, İran hakimiyyəti həmişə azlıqda qalan millətlərin nümayəndələrini qırıb.

İŞİD-in təhdid etdiyi İranın prezidenti Həsən Rusiya isə Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Vladimir Putin İranı xeyirxah qonşu və Rusiyanın etibarlı partnyoru adlandırıb.

Putin Rusiya və İranı yüzilliklərin bir-birinə bağladığını, diplomatik münasibətlərin yaşının 500-dən çox olduğunu deyib.

Həsən Ruhani öz növbəsində, Rusiya və İranın Yaxın Şərq regionunda əməkdaşlığının sülh və sabitliyə xidmət etdiyini, üçüncü ölkələrə qarşı yönəlmədiyini bildirib. O ümid etdiyini vurğulayıb ki, Rusiyaya səfərinin gedişatında Rusiya-İran münasibətlərinin möhkəmləndirilməsi üzrə yeni addımlar atılacaq.

ABŞ və NATO-nun Qara dənizdə güclənməsi Rusiyanı narahat edir. “Qara dənizdə olan ABŞ hərbi gəmiləri potensial təhdiddir. Gəmilərdə hansı növ raketlərin olduğu məlum deyil”, - Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm