Ən yaxın iki ildə MÜHARİBƏ, Moskva 20 il sonra... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ən yaxın iki ildə MÜHARİBƏ, Moskva 20 il sonra... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanın ikinci prezidenti Robert Koçaryan sələfi Levon Ter-Petrosyanın ərazilərin Azərbaycana qaytarılmasının vacibliyi haqda dediklərinə münasibət bildirib. Ermənistan prezidenti Serj Sarkisyanın təhlükəsizliyi gücləndirilib. Bu gün ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edib. Rusiya prezidenti Vladimir Putin Arxengelskdə keçirilən Beynəlxalq Arktika Forumunda çıxışında Vaşinqtona əhəmiyyətli mesajlar göndərib.

Ermənistanın ikinci prezidenti Robert Koçaryan “Erməni Milli Konqresi”nin lideri, düşmən ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın ərazilərin Azərbaycana qaytarılmasının vacibliyi haqda dediklərinə münasibət bildirib.

Koçaryan Ter-Petrosyanın yeni heç nə söyləmədiyini deyib: “O, özünün məşhur məqaləsinin bir abzasını səsləndirdi”.

Koçaryan həmçinin, Ter-Petrosyanın Ki Uest danışıqları haqda dediklərinə də münasibət bildirib. İddia edib ki, Ki Uest danışıqlarında “Mehri dəhlizi” variantı ilə bağlı razılıq olmayıb.

Qeyd edək ki, 2001-ci ildə Ki Uestdə keçirilən görüşdə ərazilərin qaytarılması ilə bağlı razılığın əldə olunduğu deyilir. Razılaşmaya görə, Azərbaycan Ermənistana “Laçın dəhlizi”ni, Ermənistan isə Naxçıvanla quru əlaqəsinin yaradılması üçün “Mehri dəhlizi”ni verməli idi. Lakin sonradan bu razılaşma baş tutmadı.

Ter-Petrosyan isə Ermənistanın İctimai televiziyasına müsahibəsində işğal olunmuş ərazilərin təcili şəkildə Azərbaycana qaytarılmasının vacib olduğunu bildirib. Onun fikrincə, “əraziləri könüllü qaytarmasaq, onu sanksiyalarla alacaqlar”. Koçaryan isə Ter-Petrosyanı “təslimçi sülhə” çalışmaqda ittiham edib.

“NATO regionda lokal müharibəyə başlaya bilər. Buna görə də Rusiya döyüş hazırlığını sürətləndirir”.
Bu barədə rusiyalı hərbi ekspert Konstantin Sivkov Rusiyanın Qara dəniz donanmasının Krımda raket atışlarının həyata keçirməsini şərh edərkən bildirib.

Hərbi ekspert vurğulayıb ki, Qara dəniz regionunda gərginlik artır: “NATO aktivləşir, hərbi donanmanı gücləndirir, Rumıniyada və Bolqarıstanda raket sistemlərini inkişaf etdirir. Bütün bunlar Rusiya rəhbərliyinin narahatlığına səbəb olur. İstisna deyil ki, NATO Rusiyaya qarşı lokal müharibə başlaya bilər. Təbii ki, ABŞ və NATO Rusiyaya qarşı birbaşa hərbi müdaxilə etməyəcək, çünki Rusiyanın nüvə silahına malik olması buna imkan vermir. Lakin nüvə silahının tətbiqinin sərhədinə qədər lokal toqquşmalar ola bilər”.

K.Sivkov hesab edir ki, Qara dəniz regionu bu gün ən böyük münaqişə zonasıdır.

“Ukraynada münaqişə davam edir. Bura cənub-qərb istiqamətində Rusiyanın bütün obyektlərinə zərbə üçün ən qısa yoldur. Abxaziya və Cənubi Osetiya münaqişələrinin olduğu Gürcüstan bölgəyə yaxındır. Eyni istiqamətdə Dağlıq Qarabağ münaqişəsi davam edir, həmçinin, Suriyada müharibə gedir. Yəni bölgə xüsusi gərginlik olan zonadır”, - deyə ekspert vurğulayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan prezidenti Serj Sarkisyanın təhlükəsizliyi gücləndirilib. Bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazıb. Erməni mənbələr Sarkisyanın mühafizəsinin son zamanlar iki dəfə gücləndirildiyini deyib. Qəzet Sarkisyana qarşı sui-qəsd təhlükəsinin olduğunu da bildirib.

Qeyd edək ki, martın 25-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı Sarkisyan üç helikopterdən istifadə edib.

Bu gün ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edib. Yüksək vəzifəli qonağın ilk görüşü baş naziri Binəli Yıldırımla olub. Tillerson daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putin Arxengelskdə keçirilən Beynəlxalq Arktika Forumunda çıxışında ABŞ-Rusiya münasibətlərinə xüsusi yer ayırıb. Onun sözlərinə görə, anti-Rusiya kartı ABŞ-ın daxilində ayrı-ayrı siyasi güclərin xeyrinə oynanılır.

ABŞ-Rusiya münasibətlərinin hazırda praktik olaraq sıfır səviyyəsində olduğunu deyən Putin Ağ Evi yeni Karib böhranın barədə xəbərdar edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti həmçinin bildirib ki, ABŞ prezidenti Donald Trampa seçkiqabağı çağırışları həyata keçirməyə imkan vermirlər. “Rusiya ABŞ-da olanlara qarışmır və gözləyir ki, orada daxili siyasi vəziyyəti nə vaxt sabitləşəcək. Ancaq görürük ki, prezident Donalda Trampa bir çox məsələlər üzrə seçkiqabağı çağırışları həyata keçirməyə imkan vermirlər. Bura səhiyyə və beynəlxalq məsələlər, o cümlədən Rusiya ilə münasibətlər daxildir”, - Putin bildirib.

ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, Vaşinqtonda Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin müşahidə şurasının həmsədri Zbiqnev Bjezinski Rusiyanın Gazeta.ru saytına müsahibə verib. Məşhur analitik müsahibəsində Rusiyanın qarşılaşdığı bir sıra problemləri açıqlayıb və Vladimir Putinin hakimiyyəti üçün təhlükələri göstərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Donald Trampa həqiqətən də işləməyə imkan vermirlər. ABŞ-ın Havay ştatı məhkəməsi prezidentin miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salınması barədə hökmünü uzadıb. Qərar hakim Derrik Uotson tərəfindən çıxarılıb. Martın 18-də ABŞ Ədliyyə nazirliyi Havay ştatı məhkəməsinin qərarından apelyasiya vermişdi.

Martın 6-da ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. Fərmana görə, ABŞ hökuməti İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkəyə daxil olmasına qadağa qoyub. Bununla yanaşı, İraqın adı siyahıdan çıxarılıb. Əvvəlcədən viza alan və ikili vətəndaşlığa malik olan şəxslərin isə ABŞ-a daxil olmasına icazə verilib. Martın 16-da ABŞ-ın Havay ştatı məhkəməsi D.Trampın miqrasiya siyasətini sərtləşdirən yeni fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar ştat rəhbərliyinin müvafiq sorğusu əsasında hakim Derrik Uotson tərəfindən çıxarılıb.

Rusiya 20 il sonra Arktikadakı yataqlardan neft hasilatını artıracaq. Bunu CNBC televiziyasına müsahibəsində Rusiya Energetika naziri Aleksandr Novak söyləyib.

“Hazırda Arktikadakı hasilat ümumi neft hasilatımızın 17%-ni təşkil edir. 20 il sonra bu həcmi 26%-ə çatdıracağıq”, – o bildirib.

Qeyd edək ki, Arktikada dünyanın ümumi neft ehtiyatının dördə bir hissəsi cəmləşib. Hazırda bu əraziyə Rusiya ilə yanaşı daha 7 dövlət də iddia edir.

“Rusiya hakimiyyəti tərəfindən Ukraynanın şərqində təşəbbüs edilən münaqişə ən yaxın iki ildə bitməyəcək”. Bunu kanadalı deputat Linda Dunkan “Ukrinform” açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukraynada Kanada hərbi məşq missiyası (UNIFIER) ehtimal ki, 2019-cu ilin martında mandatını bitirdikdən sonra da işini davam etdirməli olacaq.

“Biz həmkarlarla UNIFIER əməliyyatının davamını dəstəkləyirik. Düşünürəm ki, iki il Rusiya prezidenti Vladimir Putinin geri çəkilməsi üçün kifayət etməyəcək”, - Dunkan bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Pyot Poroşenkonu “məsuliyyətsiz siyasətçi” adlandırıb. O, Poroşenkonun mütəmadi olaraq Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxladığını söyləyib:

“O, Prezident Putinlə daima əlaqədə olur, ona telefon zəngi edir. Hərdən məndə elə təsəvvür yaranır ki, o, konstruktiv olmağa və Minsk razılaşmasını reallaşdırmağa cəhd edir. Növbəti gün isə o, Kiyevə qayıdır və tamamilə düşmən xarakterli bəyanat verir”.

Şimali Atlantika İttifaqı (NATO) yaxın vaxtlarda Kişnyovda əlaqə ofisini açacaq. “Moldova hökumətinin sorğusu üzrə biz tezliklə Kişnyovda əlaqə ofisimizi açacağıq”, - NATO-nun baş katibi Yens Stoltenberq o Moldovanın baş naziri Pavel Filiplə Brüsseldə birgə mətbuat konfransında jurnalistlərə bildirib.

Stoltenberqin sözlərinə görə, ofis kiçik diplomatik missiya olacaq və islahatların keçirilməsinə dəstək göstərəcək.

Qeyd edək ki, Moldovanın Rusiya yönümlü namizəd prezidenti ötən ay hökuməti Kişinyovda NATO-nun ofsini açmamağa çağırıb. Dövlət başçısı bunu parlamentin sədri Andrian Kandu və baş nazir Pavel Filiplə fevralın 21-də keçirdiyi iclasın yekununa həsr etdiyi brifinqdə deyib.

“NATO bürosunun açılması məsələsinə gəlincə, bir daha təkrar edirəm: bizim buna ehtiyacımız yoxdur. Əgər ofis açılarsa, mən onun bağlanmasını istəyəcəyəm. Moldova tərəfsiz ölkədir”, - İqor Dodon vurğulayıb.

İranın Müdafiə naziri Hüseyn Dehqan ABŞ-dan Fars körfəzini tərk etməsini tələb edib. Amerikalıların Fars körfəzində nə işi var? Onlar buranı tərk edib, region ölkələrinə narahatlıq yaratmamalıdırlar”, – deyə o bildirib.

İranın eks-prezidenti Mahmud Əhmədinejat isə ölkə mətbuatına müsahibəsində söyləyib ki, ABŞ Asiyada yeni müharibəni alovlandırır. O, ABŞ-ın bu müharibədən sonra dünyanın aparıcı gücü olmaq mövqeyini itirəcəyini bildirib. Eks-prezident müharibənin təkcə İrana qarşı başladılmayacağını bildirib.

Cənubi Koreyanın impiçmentlə vəzifəsindən uzaqlaşdırılan prezidenti Pak Kın Xen həbs olunub. Məhkəmə istintaq tərəfindən irəli sürülən ittihamlarla razılaşaraq prezidentin həbs edilməsi haqda qərar verib.

Qeyd edək ki, Koreya Respublikasının prokurorluğu martın 27-də prezidentin həbsi ilə bağlı məhkəməyə müraciət etmişdi. Prokurorluq Pak Kın Xeni ötən ilin sonunda həbs olunan və sabiq prezidentin ən yaxın rəfiqəsi olan Çoy Sun Sul ilə birlikdə rüşvət və hakimiyyətdən sui-istifadə hallarına görə ittiham edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm