• USD 1,7002 0,00% EUR 2,0070 0,00%
    • GBP 2,2488 0,00% RUB 0,0285 0,00%

Hamı dünya müharibəsinə qoşulacaq - “Yeni Suriyalar” və ən təhlükəli SSENARİ

Hamı dünya müharibəsinə qoşulacaq - “Yeni Suriyalar” və ən təhlükəli SSENARİ

“Suriyada baş verənlər vətəndaş müharibəsi deyil. Rejim məsələsi də deyil. Demokratiya və azadlıq məsələsi olmaqdan da çıxıb”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin “Yeni Şafak” nəşrində İbrahim Karagül yazıb.

Onun sözlərinə görə, Suriyada Atlantika ilə Asiya gücləri arasında döyüş gedir:

“Suriyada kim qazansa da, Suriya xalqı uzun müddət bu ölkənin sahibi ola bilməyəcək, başqaları tərəfindən idarə olunacaq. Parçalanmasa belə, oniliklərlə özünə gələ bilməyəcək, yenidən Suriya ola bilməyəcək”.

Yazar Qərbin Suriyaya müdaxiləsinin Səlib yürüşləri, monqol istilası və I Dünya müharibəsi qədər həlledici olacağını bildirib.

ABŞ-ın Suriyaya raket zərbələrini şərh edən Karagül qeyd edib ki, Barak Obamanın buraxdığı boşluğu dolduran, Aralıq dənizində geniş manevr sahəsi əldə edən və nüfuzunu Şimali Afrikaya doğru genişləndirən Rusiyanın təsiri artıq mübahisəli hesab edilir.

“Donald Tramp administrasiyası Obamadan sonra ilk dəfə bölgəyə qayıtdı. Bundan sonra nə edəcəyi maraqla gözlənilir. Bu, əlbəttə Suriya üzərindəki güc qarşıdurmasının yenidən başladığının göstəricisidir. Qarşıdakı günlərdə Şərqi Aralıq dənizi və Qara dənizdə güclü qarşıdurmaların şahid olacağıq”, - o bildirib.

Yazar Qərb və Rusiya arasında qarşıdurmanın gələcək ssenariləri ilə ehtimallarını irəli sürüb və Türkiyə üçün ən təhlükəli ssenarini açıqlayıb.

1. ABŞ-İngiltərə ilə Rusiya-İran ittifaqları arasındakı hesablaşma Suriyaya daşınıb. Bu, Suriya müharibəsinin gedişatını dəyişəcək. Rejimin devrilməsindən başqa, Suriyanın parçalanması, “dövlətciklər”in qurulması üzrə planları işləyəcək. Türkiyə üçün ən təhlükəli ssenari Suriyanın parçalanmasıdır. Çünki bu parçalanmadan dərhal sonra bəziləri “Türkiyə cəbhəsi" açmağa çalışacaqlar. 1991-ci il Körfəz müharibəsindən bu yana tətbiq olunan təməl strategiya da budur. Şimali Suriya dəhlizi bunun ilk addımıdır.

2. Tramp administrasiyasının çox aqressiv müdaxilələrinin şahidi ola bilərik. Suriyaya raket zərbələri, Rusiya ilə hesablaşma istəyi və Şimali Koreya üzərindən həyata keçirilən Sakit okeanı güc qarşıdurması buna işarədir.

3. ABŞ da, Rusiya da Türkiyənin bundan sonrakı davranışlarını Suriya ilə məhdudlaşmadığını görəcək. Bütün coğrafiya, hətta qlobal miqyasda münaqişələrlə bağlı Türkiyənin ümumi mövqeyi əsas alınacaq. Bundan sonra “sən hansı cəbhədəsən?” kimi kəskin mövqelər müzakirə olunacaq. Corc Buşdan sonra ABŞ-da yeni müdaxilələr dövrü başlayıb.

4. Suriya müharibəsi onsuz da dünya müharibəsinə dönüb. Döyüş cəbhələri genişlənib, Yaxın Şərqlə yanaşı, Şərqi Avropa və Sakit okeanı regionlarında “yeni Suriyalar” yaranmağa başlayıb.

5. Ankara aprelin 16-dan (Türkiyədə Konstitusiyaya dəyişikliklər üzrə referendum keçiriləcək –red.) sonra dünyadakı böhranları yaxşı təhlil etməlidir. Artıq regional deyil, qlobal miqyasda güc oyunlarına görə addımlar atmaq lazımdır. Çünki yeni oyunda bütün mərkəzi güclər iştirak edir. Qarşıdurma əsasən Rusiya və ABŞ arasında olsa da, bunun ağırlığı bütün bölgələrdə, bütün ölkələr tərəfindən hiss ediləcək. Ankara aprelin 16-dan sonra istəməsə də, mövqeyini müəyyənləşdirməli olacaq.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>