Nida Təhlil
Rusiyadan Ermənistana SARSIDICI ZƏRBƏ: Xaçaturovun sirri və GİZLİ HƏDƏF
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri
Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT)
yeni baş katib təyin olundu. Bu təyinatla İrəvanın arzusunun
reallaşdığı görünür.
Publika.az xəbər verir ki, KTMT-yə baş katibinin
Ermənistandan olacağı artıq ötən ildən müəyyənləşmişdi. Çünki baş
katib təşkilata üzv olan dövlətlərin əlifba sırası ilə təyin
olunmalı idi.
Təşkilatyın 2016-cı ilin oktyabrın 14-də İrəvanda keçirilən
iclasında erməni baş katibin təyin olunması məsələsi həll olunmalı
idi. Lakin Qazaxıstan prezidenti Nursultan Nazarbayev xəstə
olduğunu əsas gətirərək, İrəvana gəlməkdən imtina etdiyi üçün bu
məsələ təxirə salındı.
Ötən ilin 26 dekabrında Sankt-Peterburqda keçirilən iclasda da
erməni baş katibin təyin olunması baş tutmadı. Bu dəfə Belarus
prezidenti Aleksandr Lukaşenko ölkəsində dövlət çevrilişi
təhlükəsinin olduğunu əsas gətirərək, iclasa qatılmamışdı.
İrəvan iddia edirdi ki, Qazaxıstan və Belarus Azərbaycanla
münasibətlərini nəzərə alaraq, KTMT-yə erməni baş katibin təyin
olunmasına qarşıdır. Çünki Ermənistan rəhbərliyi KTMT-yə erməni baş
katibin təyin olunmasını Qarabağ məsələsində böyük dəstək qazanmaq
hesab edir. Xüsusilə “aprel müharibəsi”ndə təşkilatın İrəvana heç
bir dəstək verməməsi, əksinə, Astana və Minskin Bakını
dəstəkləməsi, Moskvanın isə neytral mövqedə çıxış etməsi Ermənistan
üçün böyük zərbə idi. Və KTMT-yə rəhbərlik ermənilərin əlinə
keçsəydi, bu dəstək təmin olunardı.
İki dəfə təxirə salınan məsələ üçüncü dəfə həll olundu və ilk
baxışdan belə görünür ki, Ermənistan arzusuna çatdı. Bundan sonra
KTMT “aprel müharibəsi”ndə olduğu kimi hərəkət etməyəcək və bir çox
məsələdə İrəvana dəstək verəcək. Lakin bunun belə olmadığı
dəqiqdir.
Ermənistan KTMT-nin baş katibliyi postuna keçmiş müdafiə naziri
Seyran Ohanyanı təklif edirdi. Həmin vaxt Ohanyan postundan istefa
verməmişdi. Məlumatlar var idi ki, o, müdafiə naziri vəzifəsindən
birbaşa KTMT-yə baş katib gedəcək. Başqa bir informasiyada isə
İrəvanın baş katib postuna keçmiş müdafiə naziri Vaqarşak
Arutyunyanı təklif edirdi. Lakin bu namizədlərin heç biri təyin
olunmadı və təyinat məsələsi iki dəfə təxirə düşdü. Bişkekdə
keçirilən iclasda isə indiyə qədər adı hallanmayan Yuri Xaçaturov
KTMT-yə baş katib təyin olundu.
Niyə Xaçaturov?
Burada rusiyalı ekspert Vadim Dubnovun “Rusiyanın özü KTMT-yə
erməni baş katibin təyin olunmasını istəmirdi və bu məsələnin
Qazaxıstan və Belarusa görə təxirə düşməsinə şad oldu” sözləri yada
düşür.
Hesab etmək olar ki, Moskva əvvəldən erməni baş katibin təyinatına
qarşı olub. Lakin əlifba sırası ilə baş katibin Ermənistanın
nümayəndəsi olmasını inkar etmək, diplomatik problemlərə gətirib
çıxara bilərdi. Çünki qərar yekdilliklə qəbul olunmuşdu və sıranın
başında Ermənistan gəlirdi. Bəs nə baş verdi?
İndiyə qədər adı hallanmayan Yuri Xaçaturovun baş katib təyin
olunması əslində Rusiyanın öz planına uyğun hərəkət etdiyini
göstərir. Yəni, ruslar “baş katib mütləq erməni olacaqsa, onda
mənim adamın olsun” gedişi etdilər.
Xaçaturov uzun illərdən bəri Ermənistan silahlı qüvvələrinin baş
qərargah rəisi vəzifəsini icra edir. “Aprel müharibəsi”ndə
məğlubiyyətə uğrayan Ermənistanda generalların istefaya
göndərilməsi dövrü başlandı. Hətta müdafiə naziri Seyran Ohanyan da
bu dalğadan xilas ola bilmədi. Lakin bu dalğanın Xaçaturova heç bir
təsiri olmadı. Əvəzində onun oğlu Qriqori Xaçaturovun vəzifəsi
böyüdülərək, üçüncü korpusun komandiri təyin edildi.
Həmin vaxt “Aykakan Jamanak” qəzeti yazırdı ki, Q.Xaçaturovu bu
vəzifəyə təyin etmək üçün general-mayor Onik Qasparyanı bu postdan
uzaqlaşdırdılar: “Xaçaturovun təyinatı ictimai qınağa səbəb oldu.
Çünki bu adamın adı həmişə qalmaqallarda və neqativ hadisələrdə
hallanır. Məlumdur ki, o, atasının nüfuzundan istifadə edərək
orduda da həmişə özbaşına hərəkətlər edib. Hətta onun adı bir sıra
cinayət işində də hallanıb. Sarkisyan isə oğul Xaçaturovu bu
vəzifəyə təyin etməklə ata Xaçaturova jest etdi. Çünki Yuri
Xaçaturov birbaşa Rusiyaya tabe olan şəxsdir və illərdir öz
postunda qalmasının səbəbi də budur. Belə məlumatlar da var ki,
Ermənistan ordusu əslində birbaşa Xaçaturovun, dolayısı ilə
Rusiyanın əmrindədir”.
Göründüyü kimi, Rusiya KTMT-nin baş katib postuna birbaşa özünə
bağlı generalı gətirdi. Xaçaturovun Ermənistan maraqlarından yox,
daha çox Rusiya maraqlarından çıxış edəcəyi məlumdur. Deməli, bu
təyinatla İrəvanın “böyük arzusu” heç də həyata keçməyib.
Asif Nərimanlı
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO