Qarabağın işğalında ŞOK SİRR, müharibə ÇAĞIRIŞI...- GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağın işğalında ŞOK SİRR, müharibə ÇAĞIRIŞI...- GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyədə dünən keçirilən referendum prezident üsul-idarəsinə keçid dəstəkləndi. Referendumdan sonra parlamentin buraxılacağı barədə iddialara rəsmi cavab verilib. Koreya yarımadası ətrafında vəziyyət gərgin olaraq qalmaqdadır. Rusiya və Çin kəşfiyyat gəmilərini ABŞ donanmasını izləmək üçün Koreya yarımadasına göndərib. Rusiya Xarici İşlər Nazirliyinin başçısı ABŞ-ı Koreya Xalq Demokratik Respublikası (KXDR) barəsində birtərəfli hərəkətlərdən çəkinməyə çağırıb.

Türkiyədə dünən keçirilən referendum prezident üsul-idarəsinə keçid dəstəkləndi. Konstitusiya islahatlarının əleyhinə çıxanlar ölkənin diktatorluğa aparıldığını iddia etsələr də, “bəli” cəbhəsi keçmiş sistemdə prezidentlə baş nazir arasında fikir ayrılıqlarının yaşandığını və bunun ölkənin maraqlarına ciddi zərbə vurduğunu əsas gətirirlər.

“Ahaber.com” saytının yaydığı məlumat isə I Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dəstək verməməsinin əsas səbəbinin məhz köhnə sistemin olduğu ortaya çıxıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə baş nazirin müavini Mehmet Şimşək bildirib ki, prezident Rəcəb Tayip Ərdoğan parlamenti buraxmağı və növbədənkənar seçkiləri keçirməyi planlaşdırmır. “Seçkilər 2019-cu ilin noyabrında keçiriləcək”, - Şimşək deyib.

Qeyd edək ki, dünən Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan Konstitusiya dəyişikliyi üzrə referendum keçirilib. Səsvermədə iştirak edənlərin 51,2 faizi Konstitusiyaya təklif edilən dəyişiklikləri dəstəkləyib.

Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri Türkiyədə keçirilən referendumla bağlı bəyanat verib. Yazılı açıqlamada “Türkiyədəki bütün demokratlar üçün kədərli bir gün” ifadəsi işlədilib.

“Türkiyə əhalisi ədalətli olmayan bir seçki mühitində az fərqlə Ərdoğana nəzarətsiz səlahiyyət verən və avtoritar bir sistemə uyğun olan Konstitusiya paketinə dəstək verdi. Bu, Türkiyədəki bütün demokratlar üçün kədərli bir gündür”, - bəyanatda deyilir.

Qeyd edilir ki, Türkiyənin yeni Konstitusiya ilə Avropa İttifaqına üzv ola bilməyəcəyi dəqiqdir:

“Əgər paket dəyişdirilmədən tətbiq olunsa, bu vəziyyət Avropa İttifaqı ilə müzakirələrin təxirə salınmasına gətirib çıxaracaq”.

Türkiyədə dünən keçirilən referendumda hakim Ədalət və İnkişaf Partiyasının rəhbərlik etdiyi “bəli” cəbhəsi qalib gəldi. Bu qələbəni həzm edə bilməyən “xeyir” cəbhəsinin bəzi üzvləri təxribat çağırışlar səsləndiriblər.

“Prezidenti təhqir etmə” və “təhdid” ittihamları ilə bağlı haqqında cinayət işi açılan siyasətçi Feyzi İşbaşaran bu dəfə vətəndaş müharibəsi çağırışı edib. F.İşbaşaran “Twitter” hesabında belə yazıb: “Oğurluq edəcəklərindən əmin idik. Silahlı mübarizəyə hazır olun”.

Cənubi Koreya və ABŞ sonrakı təxribatlar olacağı halda Koreya Xalq Demokratik Respublikasını cəzalandırmaq niyyətindədir. Bu haqda Cənubi Koreya prezident səlahiyyətlərinin müvəqqəti icraçısı, baş nazir Xvan Qe An ABŞ-ın vitse-prezidenti Mayk Penslə danışıqlardan sonra deyib.

Baş nazirin sözlərinə görə, raket əleyhinə THAAD sistemlərinin ən sürətli şəkildə Cənubi Koreyada yerləşdirilməsi barədə ABŞ-ın vitse-prezidenti ilə razılaşıb.

“Koreya-Amerika ittifaqı Koreya yarımadasında və şimal-şərqi Asiyada sülh və çiçəklənmə üçün dayaqdır”, - Xvan Qe An bildirib.

Qeyd edək ki, Şimali Koreya raketləri ilə əlaqədar təhdidi əsas gətirən Vaşinqton və Seul 2016-cı ildə THAAD sistemlərinin Cənubi Koreyada yerləşdirilməsi barədə razılaşıb. Cənubi Koreyanın “Renxap” agentliyinin məlumatına görə, ölkədə dörddən doqquza qədər THAAD batereyası quraşdırıla bilər. Onların hər biri eyni anda səkkiz raketi zərərsizləşdirə bilər. Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə, raketə əleyhinə sistemin radiusu 200 kilometrdən çox deyil.

THAAD sistemlərinin Cənubi Koreyada yerləşdirilməsi barədə ABŞ və Koreyanın planlarına Rusiya və Çin kəskin etirazını bildirib.

Yaponiya hökuməti Koreya yarımadası ətrafındakı vəziyyətlə əlaqədar Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. Bu haqda hökumətdəki mənbəyə istinadən “Kiodo” agentliyi bildirib.

Ancaq iclasda konkret hansı məsələlərin müzakirə edildiyi hələ məlum deyil.

Daha əvvəl Yaponiyanın baş naziri Sindzo Abe ölkə parlamentində bildirib ki, hökumət Koreya yarımadasından qaçqınların axını zamanı yaranacaq fövqəladə vəziyyətə qarşı hansı addımların atılacağını düşünür.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Pxenyanda aprelin 15-də keçirilən parad Koreya Xalq Demokratik Respublikasında (KXDR) quru, dəniz, hava və strateji qoşunlarından başqa, yeni qoşun növünün olduğunu ortaya çıxarıb. Parad Şimali Koreyada xüsusi taktik qoşunların olduğunu göstərib.

Cənubi Koreyanın “Renxap” agentliyi ekspertlərə istinadən bildirir ki, xüsusi taktiki qoşunlar ABŞ və Cənubi Koreya xüsusi təyinatlılarının Şimali Koreya lideri Kim Çen Inın məhv edilməsi üzrə planının qarşısını almaq üçün təlimlər keçirlər. Daha əvvəl yayılan məlumata görə, ABŞ-ın “Navy SEALS Team 6” elit dəstəsi KXDR-lə münasibətlərdə gərginliyin artması fonunda Koreya yarımadasına gəlib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya və Çin kəşfiyyat gəmilərini ABŞ donanmasını izləmək üçün Koreya yarımadasına göndərib. Bu barədə “The Japan News” nəşri Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, hər iki ölkənin kəşfiyyat gəmiləri artıq Koreya sahillərinə yan alırlar.

“Bu, Koreya yarımadasına donanma yedirən ABŞ-a ciddi siqnaldır”, - deyə nəşr vurğulayıb.

"ABŞ öz bazalarını Koreya Xalq Demokratik Respublikasının (KXDR) cavab zərbəsindən qoruya bilməyəcək". Bunu Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov deyib.

Senatorun sözlərinə görə, ABŞ Seulu və Cənubi Koreyadakı bazalarını Pxenyanın cavab zərbələrindən tamamilə qorumağa qadir deyil.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Pxenyanın nüvə və raket proqramlarının dayandırılması üçün istənilən addımlara hazır olduqlarını açıqlayıb. Bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens də iki Koreya dövlətinin sərhədində silahsızlaşdırılmış zonaya səfəri zamanı təsdiq edib. Pens bildirib ki, Vaşinqtonun KXDR barəsində səbri artıq tükənib.

Pxenyan isə təxribatlar olacağı halda, ABŞ-ın regiondakı bazalarına zərbələr vuracağını açıqlayıb.

"Rusiya Avropada partlayıcı fəaliyyətlə məşğul olur". Bunu ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmaster ABC telekanalına müsahibəsində deyib.

Daha əvvəl Avropa və amerika siyasətçiləri qorxularını ifadə edib ki, avroskeptik namizədlərə kömək etmək üçün Rusiya Avropada seçkilərin gedişatına müdaxilə edə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrov amerikalı generala cavabında bildirib ki, Moskva köməkçisinin deyil, ABŞ prezidenti Donald Trampın özünün Rusiya haqqında bəyanatlarına diqqətini yönəldəcək.

“Prezident təsdiq edib ki, o Rusiya ilə münasibətləri qaydaya salmaq istəyir. Biz də həmçinin buna hazırıq”, - Lavrov deyib.

Rusiya Xarici İşlər Nazirliyinin başçısı həmçinin ABŞ-ı Koreya Xalq Demokratik Respublikası (KXDR) barəsində birtərəfli hərəkətlərdən çəkinməyə çağırıb. Lavrov ABŞ-ın ehtiyatlı davranacağına ümid etdiyini deyib.

“Pxenyanın nüvə və raket sınaqları BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin pozulmasıdır. Amma bu heç də bildirmir ki, güc tətbiq edərək beynəlxalq hüququ pozmaq olar. Buna görə də ümid edirəm ki, birtərəfli hərəkətlər olmayacaq. Biz bunu bu yaxınlarda Suriyada gördük”, - Lavrov bildirib.

Rusiya xarici siyasət idarəsinin başçısı həmçinin ümid etdiyini ifadə etdi ki, ABŞ prezident Donald Trampın seçkiqabağı kampaniyası zamanı dəfələrlə səsləndirdiyi xətti izləyəcək.

Almaniya kansleri Angela Merkel Almaniya Federal Kəşfiyyat Xidməti (BND) tərəfindən Rusiya prezidenti Vladimir Putinlə bağlı hazırlanmış dosyeni Britaniya xüsusi xidmət orqanlarına verib.

Bu haqda “Focus” nəşri bildirib. Jurnal Almaniya xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən iddia edir ki, 2015-ci ilin oktyabrında Merkel Britaniyanın baş naziri Devid Kameronun rəsmi şəhərkənarı iqamətgahına - Çekers malikanəsinə baş çəkib. Kansler burada Britaniya kəşfiyyatı (MI6) və əks-kəşfiyyatının (MI5) rəhbərləri - Aleks Yanqer və Endrü Parkerlə görüşüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm