Nida Təhlil
Bjeziniskinin Putini dəli edən Krım PLANI – Ruslar dərhal hərəkətə keçdi
Məşhur amerikalı politoloq, keçmiş SSRİ üzrə mütəxəssis,
dövlət xadimi Zbiqnev Bjeziniski Rusiyanın ilhaq etdiyi Krımın
bölünməsi təklifini irəli sürüb.
Publika.az xəbər verir ki, Bjeziniski Krımı tamamilə nə Ukraynaya,
nə də Rusiyaya verilməsinin tərəfdarı deyil.
Onun fikrincə, yarımadanı orada yaşamış ukraynalı, rus və tatarlar
arasında bölmək lazımdır.
“Krım tatarları bu bölgədə əhəmiyyətli faktordur. Onları unutdular,
halbuki tatarlar yerli element kimi vacibdir. Hesab edirəm ki,
münaqişənin həlli üçün Krımı nə Ukrayna, nə də Rusiyaya vermək yox,
üç yerli element arasında bölmək lazımdır. Onlar Krımda yaşamış
tatarlar, ruslar və ukraynalılardır”, - deyə amerikalı politoloq
vurğulayıb.
Rusiya mediası Bjeziniskinin təklifini süngü ilə qarşılayıb və
dərhal cavab verib.
“Komsomolskaya pravda” qəzeti yazır ki, Bjeziniski Krımı xırda
anklavlara bölmək niyyətindədir: “Belə görünür ki, amerikalılar
Krımın hər qəsəbəsinin üzərinə Ukrayna, Rusiya və tatar
bayraqlarının dalğalanmasını istəyir. Bjeziniski yunanları incitdi,
hansı ki, yarımadada tatarlardan daha öncə yaşayırdılar”.
Qəzet 89 yaşı məşhur politoloqa siyasətə qoşulmaq əvəzinə, öz
memuarlarını yazmağı tövsiyə edir.
“Lakin o, heç vaxt sakitləşməyəcək. Belə olan halda Bjeziniski
ABŞ-ın yerli əhali arasında bölünməsini və ərazilərin qaytarılması
məsələləri ilə məşğul olmalıdır. Amerikada rəsmən 550 tanınmış
hindu tayfası mövcuddur. Lakin onların sayı ölkə əhalisinin 2,3
faizini təşkil edir. Və onlar amerikalılarla müqayisədə bərabər
hüquqa malik deyil. Bununla yanaşı, ağ amerikalı ilə qaradərilinin
bərabərsizliyi də Bjeziniskini maraqlandırmalıdır”, - deyə qəzet
sərt mövqedən çıxış edib.
Asif
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ