• USD 1,7008 0,00% EUR 2,0342 0,00%
    • GBP 2,3097 0,00% RUB 0,0294 0,00%

Putinin növbəti QURBANI, məhv ediləcək 4 HƏDƏF... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Putinin növbəti QURBANI, məhv ediləcək 4 HƏDƏF... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Tehran Azərbaycanı, Türkiyəni və Rusiyanı keçərək Avropaya yüklərin çatdırılması layihəsinə alternativ olaraq Ermənistanı seçir. Fransada seçkilərə günlər qala prezidentliyə namizədlər ermənilərin səslərini almaq üçün işə başlayıblar. Koreya yarımadası ətrafındakı yaranan gərginlik bir qədər azalsa da, ekspert aprelin 25-ni gözləməyi məsləhət görürlər. ABŞ-ın Şimali Koreyada vuracağı 4 əsas hədəfin adları açıqlanıb. Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) hakimiyyəti Türkiyə Böyük Millət Məclisindən (TBMM) çəkilməklə təhdid edib. Türkiyə və Yunanıstanın sahil mühafizə gəmiləri arasında qarşıdurma yaşanıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tiflisdə gürcü həmkarı ilə görüşdə bəyan etdi ki, Fars körfəzi ilə Qara dəniz arasında nəqliyyat dəhlizi yaratmaq niyyətindədirlər. Tehranın bu ideyası Azərbaycan tranzitinə alternativdir.

İranın Avropaya yükdaşıma üçün yeni nəqliyyat layihəsi hələ ötən il gündəmə gəlmişdi. Tehran Azərbaycanı, Türkiyəni və Rusiyanı keçərək Avropaya yüklərin çatdırılması layihəsinə alternativ olaraq Ermənistanı seçir.

İki dövlət arasında müharibə başlayacağı təqdirdə, ABŞ-ın Şimali Koreyada vuracağı 4 əsas hədəfin adları açıqlanıb. Bu barədə ABŞ-ın Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, əgər Şimali Koreya rəhbərliyi geri çəkilməzsə və hərbi təhdidləri davam etdirərsə, ABŞ ordusu Şimali Koreyada yerləşən 4 əsas hədəfi vuracaq.

Şimali Koreya ABŞ-a raket zərbəsinin təqlid edildiyi videoçarx hazırlayıb. Videoçarx Koreya Xalq Demokratik Respublikasının (KXDR) banisi Kim İr Senin anadan olmasının 105-ci ildönümünə həsr olunmuş təntənəli mərasimlər zamanı nümayiş etdirilib.

Kadrlardan görünür ki, raket Sakit okeanı keçir və ABŞ şəhərlərindən birinə zərbə vurur. Növbəti səhnədə qəbiristanlıq fonunda yanan Amerika bayrağı görünür.

Yaponiyada səfərdə olan ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib ki, ölkəsi adi və nüvə silahlarının tətbiqi ilə istənilən zərbənin qarşısını almağa hazırdır. ABŞ-ın vitse-prezidentinin sözləri Koreya yarımadasında gərginliyin artması fonunda diqqət çəkir. Ekspertlər hesab edirlər ki, gərginlik aprelin 25-də pik həddə çata bilər. Həmin tarixdə Koreya xalq ordusunun yaradılmasının ildönümü qeyd ediləcək. Aprelin 25-də Pxenyanın altıncı nüvə sınağını keçirməsi gözlənilir.

Bəyanat Şimali Koreya ilə yanaşı, Rusiyaya da verilmiş cavab hesab oluna bilər. Belə ki, bu günlərdə Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin yaxın vaxtlarda Rusiyanın yeni raketlər istehsal edəcəyini bildirib.

“Bu raketlərlə ABŞ-ın müdafiə sistemini dəlik-deşik edərik”, - Rusiyanın silah sənayesinin kuratoru Vaşinqtonu təhdid edib.

“Komsomolskaya Pravda” nəşrində Edvard Çesnokov Koreya yarımadası ətrafındakı gərginliklə bağlı maraqlı bir iddia irəli sürüb. O hesab edir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) ətrafındakı münaqişənin arxasında Yaponiya dayanır.

Daha əvvəl ABŞ-da prezident seçkilərində Donald Trampın qələbə qazanacağını deyən portuqaliyalı öncəgörən Qorasio Vileqas Üçüncü Dünya Müharibəsinin dəqiq başlama tarixini açıqlayıb. Ekstrasensin sözlərinə görə, ABŞ, Rusiya, Koreya Xalq Demokratik Respublikası və Çinin iştirakı ilə nüvə müharibəsi mayın 13-də başlana bilər. Vileqas bildirib ki, müharibə altı ay ərzində dünyanı boşaldacaq.

Məlum olduğu kimi, Vileqas iddia edir ki, onun bütün proqnozları özünü doğruldur. Məsələn, 2015-ci ildə o Donald Trampın ABŞ prezidenti olacağını və dünyaya müharibə gətirəcəyini deyib. O, həmçinin ABŞ-ın Suriyaya hücum edəcəyini, Rusiya, Şimali Koreya və Çinlə münasibətlərin korlanacağını proqnozlaşdırıb.

ABŞ prezidenti Donald Tramp razılaşma çərçivəsində nüvə proqramı üzrə İrana tədbiq edilən sanksiyaların qismən çıxardılması haqqında qərarı yenidən gözdən keçirəcək. Bu barədə mətbuata ABŞ-ın dövlət katibi Reks Tillerson məlumat verib.

ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasına müvafiq məsələ ilə bağlı tapşırıq verib. Ekspertlər Tehran barəsində məhdudiyyətlərin qismən dayandırmasının ABŞ-ın maraqlarına uyğun olub-olmadığını aydınlaşdıracaq.

Tillerson İranın razılaşma çərçivəsində öz öhdəliklərini yerinə yetirdiyini bildirsə də, ölkəni "terrorizmin sponsoru" adlandırıb.

Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) hakimiyyəti Türkiyə Böyük Millət Məclisindən (TBMM) çəkilməklə təhdid edib. CHP-nin sözçüsü Selin Sayek Böke canlı yayımda referendumun nəticələrini tanımadıqlarını bildirib.

“Referendumun elan olunan nəticəsini tanımırıq. Bunun üçün bütün demokratik haqlarımızdan istifadə edəcəyimizə şübhəmiz olmasın. TBMM-dən çəkilmək də buna daxildir”, - partiya sözçüsü deyib.

O, referendumun yenidən keçirilməli olduğunu vurğulayıb.

Qeyd edəkki, aprelin 16-da Türkiyədə prezident idarə üsuluna keçidi nəzərdə tutan Konstitusiya dəyişikliyi üzrə referendum keçirilib. Səsvermədə iştirak edənlərin 51,2 faizi Konstitusiyaya təklif edilən dəyişiklikləri dəstəkləyib.

Türkiyə və Yunanıstanın sahil mühafizə gəmiləri arasında qarşıdurma yaşanıb. Yunanıstana məxsus gəmi Bodrumun gümüş məhəlləsinin 2 min metr məsafəsində yerləşən Çavuş Adasının önünə gəlib.

Türkiyənin mühafizə gəmiləri yunan gəmisini qovaraq, bölgədən uzaqlaşdırıb. Hər iki ölkənin gəmilərinin bir-birinə iki metrə məsafəyə qədər yaxınlaşdığı deyilir. Yunan gəmisi Kardak adalarına doğru üzmək istəsə də, türk gəmilər ona imkan verməyib.

Qeyd edək ki, Kardak adaları Türkiyə və Yunanıstan arasında münaqişəyə səbəb olub.

“İnqilablar atası” hesab olunan Corc Soros Türkiyədədir. Onun referendumdan sonra Türkiyəyə gəlməsi qardaş ölkədə inqilab hazırlığının olması ehtimalını gücləndirir.

Ankara bələdiyyəsinin sədri Melih Gökçek Sorosun Türkiyəyə gəlməsinin təsadüf olmadığı haqda açıqlama verib. Onun sözlərinə görə, yeni Gəzi olaylarının təşkil edilə biləcəyi ehtimalı mövcuddur.

Qeyd edək ki, referendumda məğlub olan “xeyir” cəbhəsinin son günlər küçələrə çıxmaqla bağlı çağırışlar etməsi də diqqət çəkir.

ABŞ-ın nüfuzlu nəşrlərindən olan “New York Times” Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar aprelin 16-da keçirilən referendumu şərh edib. Yazını “Türkiyədə demokratiya itirdi” başlığı ilə verən nəşr NATO-nu Türkiyəyə müdaxilə etməyə çağırıb.

Qəzet ABŞ prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana referendumdan sonra etdiyi zəngi də “şokedici dərəcədə səhv qarşılıq” adlandırıb.

“New York Times” qeyd edir ki, NATO ölkələri Türkiyədəki “demokratiya müdafiəçiləri”nə cəsarət verməlidir.

Fransada seçkilərə günlər qala, prezidentliyə namizədlər ermənilərin səslərini almaq üçün işə başlayıblar. Fransa ermənilərinin “Nouvelles d'Arménie” qəzetinə verdiyi müsahibəsində Fransanın ultrasağçı Milli Cəbhə Partiyasının sədri Marin Le Pen hər zaman Türkiyənin Avropa İttifaqının tərkibinə girməsinin əleyhinə səs verdiklərini söyləyib.

“Biz hər zaman Türkiyənin əleyhinə olmuşuq. Fransa prezidentliyinə namizədlərdən yalnız mən türklərin Avropa İttifaqına üzv edilməsinin əleyhinə etdiyim çıxışı heç vaxt dəyişməmişəm”, – deyə o bildirib.

O, həmçinin qeyd edib ki, Qarabağ konfliktinin həlli üçün Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir.

Qeyd edək ki, ultramillətçi olması səbəbindən “faşist” olaraq tanınan Le Pen bu sözlərlə Fransada yaşayan ermənilərin səsini alacağına iddialıdır.

Rusiya Krım ssenarisindən istifadə edərək, asanlıqla Belarusu tuta bilər. Bunu “Obozrevatel” saytına açıqlamasında amerikalı politoloq Ceyson Smart söyləyib.

“Lukaşenko və Putin arasında fikir ayrılığı arta bilər. Əgər situasiya gərginləşsə, o zaman Belarus ordusu və xüsusi xidmət orqanları Rusiya işğalının qarşısını ala bilməyəcək. Üstəlik, Lukaşenko öz hərbçilərinə əmin deyil. Belə ki, onların böyük hissəsi uzun illər Rusiya Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsində çalışıblar. Belarusun işğal olunması ehtimalı artıq çox yüksəkdir. Burada hər şey Krımdakı kimi olacaq”, – deyə o bildirib.

Şimali Qafqazın 2,7 min sakini Suriya və İraqda terrorçu təşkilatların tərkibində vuruşur. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

“Beynəlxalq terror təşkilatlarının fəaliyyətinə cəlb olunmuş vətəndaşlar xüsusi təhlükə yaradırlar. Əldə edilən məlumatlara görə, Suriya və İraqdakı terror təşkilatların tərkibində Şimali Qafqazın 2,7 min sakini vuruşur. Qanunsuz silahlı birləşmələri üçün döyüşçü yığan 66 şəxs aşkar edilib”, - Patruşev Həştərxanda keçirilən müşavirədə deyib.

O qeyd edib ki, Mərkəzi Asiya regionundan olan missionerlərin dağıdıcı fəaliyyəti buna imkan yaradır.

Ukrayna prezidenti Pyotr Poroşenko “Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışında Rusiyaya qarşı ittihamlar səsləndirib. Onun sözlərinə görə, Rusiya sülhün təmin olunmasında maraqlı deyil.

“Rusiya Abxaziya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əməkdaşlığını alqışlayardı”. Bunu Abxaziya separatçı qurumuna səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov qurumun “prezidenti” Raul Xacimba ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı haqqında danışırıqsa, biz tamhüquqlu üzv statusunu almaq üçün Abxaziya Respublikası ilə bu strukturun əməkdaşlığını alqışlayardıq. Amma tamhüquqlu, həmçinin müşahidəçi üzv statusu almaq üçün təşkilata daxil olan bütün dövlətlərin razılığı lazımdır”, - Lavrov söyləyib.

Qeyd edək ki, KTMT-yə Rusiyadan başqa, Ermənistan, Qazaxıstan, Belarus, Tacikistan və Qırğızıstan daxildir. Təşkilat bəzi hallarda “Putinin NATO-su” adlandırılır.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>