Ermənistan üçün “YENİ LAVROV PLANI”: İrəvan buna məcbur edilir
Bizi izləyin

Nida Təhlil

Ermənistan üçün “YENİ LAVROV PLANI”: İrəvan buna məcbur edilir

Rusiya xarici işlər naziri Sergey Lavrov Abxaziyada bəyan etdi ki, bu tanınmamış respublika Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlüyünə qəbul edilə bilər. Lakin tamhüquqlu üzv statusu almaq üçün təşkilata üzv olan digər ölkələrin – Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistanın da razılığı lazımdır. Abxaziyanın KTMT-yə qəbuluna imza atmaq dərhal Gürcüstanla münasibətlərin pozulması deməkdir.

Publika.az
xəbər verir ki, Ermənistanın “lragir” saytı Rusiyanın bu addımını İrəvana qarşı yeni “Lavrov planı” (Rusiyanın ilkin mərhələdə işğal altındakı 5 rayonun qaytarılmasını nəzərdə tutan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təklifləri də “Lavrov planı” olaraq tanınırdı) olaraq şərh edib.

“Rusiya istəyəndən sonra Ermənistan məcburi şəkildə Abxaziyanın qəbuluna səs verəcək. Bu isə avtomatik olaraq Gürcüstanla münasibətlərin pozulması deməkdir. Hesab etmək olardı ki, Ermənistan Abxaziyaya dəstəyi “barter” eləmək istəyir. Yəni Rusiya da bunun qarşılığında Qarabağın KTMT iə əməkdaşlığını dəstəkləyə bilər. Əgər KTMT-də hərbi-siyasi ittifaq həqiqi olsaydı, bu haqda düşünmək olardı. Lakin KTMT post-sovet məkanında “rəngli inqilab”ların yatırılması üçün Rusiyanın istifadə etdiyi dəyənəkdir. Bu baxımdan, Rusiyanın hər-hansı “barter”ə razılaşacağı haqda düşünmək belə absurddur”, - deyə sayt qeyd edib.

Məqalədə qeyd olunur ki, Lavrovun bəyanatı Ermənistanın istənilən vaxt öz iradəsindən kənar addım atmağa məcbur olacağından xəbər verir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm