Nida Təhlil
Bombaların “atası” və “anası”: Nüvə erasının qeyri-nüvə bədheybətləri - - VİDEO - FOTOLAR
Aprelin 13-də ABŞ Hərbi Hava Qüvvələri ilk dəfə döyüş şəraitində “bütün bombaların anası”nı tətbiq etdi. Qeyri-nüvə vasitəsi hesab edilən GBU-43/B ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) arsenalında olan ən güclü aviasiya döyüş sursatıdır. Rusiyanın “Kuzkinanın atası” bombası onun əsas rəqibi hesab edilir. Bu, GBU-43/B-dən çəkisinə görə kiçikdir, amma trotil ekvivalentində daha güclüdür.
Böyük bombaların qürubu
Aviasiya bombalarının çəkisi onun ixtirasından dərhal sonra artmağa başladı. 1915-ci ildə Rusiyanın “İlya Muromets” ağır bombardmançısından 410 kiloqram çəkisi olan bomba atıldı. Birinci dünya müharibəsindən sonra uçuş aparatların inkişafı ilə əlaqədar olaraq aviasiya döyüş sursatlarının inkişafı da davam etdi. Hərbçilər daha mürəkkəb konstruksiyalara baxırdılar. İkinci dünya müharibəsinin aparıcı Hərbi Hava Qüvvələri bombaların müxtəlif tiplərinin geniş arsenalına malik idi. Onların çəkiləri 1000-2000 kiloqrama çatırdı.
İstifadə edilən döyüş sursatlari, xüsusilə sovet-alman cəbhəsində hər iki tərəfdən birinci skripka rolunu oynayırdı, lakin rekord çəki ilə fərqlənmirdi. Bütün müharibə ərzində SSRİ-də əsas döyüş sursatı 100 kiloqramlıq fuqas təyyarə bombası olan FAB-100-dən istifadə edildi. SSRİ-də bu bombanın payı ümumi istehsalda 70 faizə çatırdı.
Bununla belə, ağır bombardmançılar üçün böyük bombalara çox ciddi ümidlər bəslənilirdi. 28 aprel 1943-cü il Hərbi Hava Qüvvələri ilk dəfə Keniqsberqdə beş tonluq FAB-5000NQ bombasını (konstruktor Nison Qalperinin adı ilə) tətbiq etdi. 1943-cü ilin yayında Kurskda və Orlonun azad edilməsində bu tip bombalardan istifadə olundu. 3200 kiloqram partlayıcı maddə özündə saxlayan təyyarə bombası böyük dəmir yol qovşaqlarını iflic vəziyyətinə salırdı.
SSRİ-nin müttəfiqləri də öz superbombalarını hazırlayırdılar. Almanlar bu yarışdan kənarda qaldılar. Strateji bombardmançının olmaması 2,5 tondan yuxarı kütləsi olan döyüş sursatlarının hazırlanmasını mənasız edirdi. Qərb koalisiyasının Hərbi Hava Qüvvələri üçün ağır döyüş sursatlarının hazırlaması bir neçə əfsanəvi silahı yaratmış ixtiraçı və təyyarə konstruktoru Barns Uollesin adı ilə qırılmaz surətdə bağlıdır.
Ən məşhurlardan biri dambaların dağıdılması üçün nəzərdə tutulmuş “tullanan bomba” idi. Onun çəkisi təxminən 4200 kiloqram təşkil edirdi. “Lankaster” bombası yenidən təchiz edilmiş ağır bombardmançılarının altından asılırdı. Kral Hərbi Hava Qüvvələrinin 617-ci eskadrilyası mayın 1943-cü il mayın 16-dan 17-nə keçən gecə Men, Eder və Zorpe çaylarında bəndlərə hücüm etdi. İlk iki bənd dağıdıldı və Üçüncü reyxin əsas sənaye rayonlarından biri olan Rur vadisində ciddi subasmalara gətirib çıxardı. Eskadrilya “dambaları dağıdan” – “Dambusters” qeyri-rəsmi ad aldı.
“Dambusters” müvəffəqiyyəti Uollesə özünün növbəti ideyasını irəli sürməyə imkan verdi. Bu, “seysmik bomba” ilə bağlı idi. Böyük hündürlükdən atılan belə döyüş sursatı partlayışa qədər yüksək sürətlə torpağın dərinliklərinə gedir və lokal zəlzələlərə səbəb olurdu. “Seysmik bomba” adi tipli fuqas bombalar üçün əlçatmaz olan konstruksiyaları dağıtmağa qadir idi. 1944-cü ilin yayında Kral Hərbi Hava Qüvvələri 5443 kiloqramlıq “Tallboy” bombalarını tətbiq etdi. Bu çəkidə döyüş sursatını qaldırmaq üçün “Lankaster” bombardmançılarını yüngülləşdirmək lazım oldu. Təyyarə zirehli müdafiədən və demək olar ki, bütün silahlardan təmizləndi. Yalnız quyruq hissəsində pulemyot saxlanıldı. Bombanın atılmasının dəqiqliyini artırmaq üçün xüsusi nişan hazırlanmışdı.
“Tollboy”un birinci tətbiqi 1944-cü il iyunun 8-dən 9-na keçən gecə oldu. “Lankaster” Somyur şəhəri yaxınlığında almanların əlində olan dəmir yolu tunelini dağıtdılar. “Tollboy” bombalarından biri 18 metrlik dağ süxurunu keçərək birbaşa tuneldə partladı. 1944-cü il noyabrın 12-də iki “Tollboy” bombası ilə “Tirpis” xətt gəmisi məhv edildi.
Britaniyalılar 1944-cü ilin payızında daha çox güclü döyüş sursatının sınaqlarına başladılar. “Grand Slam” bombalarının çəkisi təxminən 10 ton idi. Səkkiz kilometr hündürlükdən atılan bomba güclü qorunmuş tikintiləri dağıdaraq 40 metrə qədər dərinliyə girə bilirdi. ABŞ-da Britaniya bombası “T-14” indeksi altında lisenziya ilə istehsal edilirdi və 1948-ci ildə, nüvə erasına qədəm qoyan ABŞ-da “T-12 Cloudmaker” döyüş sursatı silahlanmaya qəbul edilmişdi. Bunker əleyhinə 20 tonluq təyyarə bombası B-36 bombardmançısı üçün nəzərdə tutulmuşdu.
Nüvə erasının qeyri-nüvə bədheybətləri
Tezliklə, nüvə qurğularının inkişafı bu cür döyüş sursatlarını lazımsız etdi. 1950-ci illərdə nüvə yarışının hər iki əsas iştirakçısı nisbətən yığcam bunker əleyhinə xüsusi bombalar istehsal etdilər. Bununla belə, adi təchizatda super ağırçəkili təyyarə bombalarının hazırlanması davam edirdi. 1950-ci illərin əvvəllərində SSRİ-də böyük sənaye tikintiləri və dəmir yol qovşaqlarının dağıdılması üçün nəzərdə tutulmuş FAB-9000 bombası silahlanmaya daxil edilir. Ondan 1980-ci illərdə düşmən tərəfindən istifadə olunan dağlıq yolların dağıdılması üçün Əfqanıstanda istifadə edilirdi. Bu bombanın partlayışı dərələr vasitəsilə keçidi qeyri-mümkün edir, güclü uçqunlar yaradırdı.
ABŞ-da 1960-cı illərdə “Daisy Cutter” qeyri-rəsmi adını alan 6800 kiloqramlıq BLU-82/B bombası hazırlandı.
Tezliklə yeni nəsil bombalar hazırlandı. Həcmli partlayış döyüş sursatları etibarlı sığınacaqlarda əsgərləri məhv edir və fuqas bombalarının zərbə dalğasından daha effektli idilər. Bu bombaların əsas zərbə faktoru hava dalğasıdır. Bu sursatlar öz gücünə görə nüvə və adi (fuqas) bombalar arasında yer tutur. Müxtəlif çəkili və konstruksiyalı həcmli partlayış təyyarə bombaları ABŞ və SSRİ tərəfindən lokal münaqişələrdə fəal tətbiq edilirdi. Xüsusi halda, SSRİ Hərbi Hava Qüvvələri Əfqanıstanda, Rusiya Hərbi Hava Qüvvələri isə hər iki çeçen müharibəsində bu bombalardan istifadə edirdi. Əfqanıstanda belə döyüş sursatlarından 2000-ci illərdə ABŞ Hərbi Hava Qüvvələri istifadə edib.
Yeni dövrün bombaları
Termobarik döyüş sursatları yeni dövrün bombalarına aiddir. Termobarik döyüş sursatları taktik nüvə silahıyla müqayisə edilə bilən gücə malikdir. Sözügedən döyüş sursatlarına, xüsusi halda, 13 aprel 2017-ci ildə Əfqanıstana atılan “bütün bombaların anası” (“Mother Of All Bombs” - MOAB) GBU-43/B aiddir. Bomba Nanqarhar əyalətinə atılıb. Pentaqon bildirib ki, hədəf İŞİD terror qruplaşmasının istifadə etdiyi tunellər və mağaralar olub. Əməliyyata hazırlıq bir neçə ay çəkib. Bombardman nəticəsində 36 döyüşçünün öldürüldüyü bildirildi.
GBU-43/B 2003-cü ildə yaradılmış və dünyada ən güclü fuqas aviasiya bombasıdır. “Bütün bombaların anası”nın partlayış gücü 11 ton trotil ekvivalenti təşkil edir. Bomba 140 metr radiusda olan hər şeyi məhv edir, qismən dağıdıcı təsiri isə episentrdən 1,5 kilometrə qədər özünü göstərir. Daha əvvəl bomba poliqonda iki dəfə sınaqdan keçirilib, amma heç vaxt döyüş şəraitində tətbiq edilməmişdi.
GBU-43/B kifayət qədər spesifik döyüş sursatıdır. Çox nazik divarlı bombanın ümumi çəkisi 9800, korpusunun çəkisi isə cəmi 1300 kiloqramdır və 8,5 ton H-6 partlayıcı maddəni (Avstraliyada istehsal olunur –red.) özündə saxlayır. Partlayıcı maddənin tərkibi 44 faiz qeksoqen, 29,5 faiz trotil, 21 faiz alüminium kirşanı, beş faiz isə fleqmatizator və 0,5 faiz kalsium-xloriddir.
Bomba o qədər böyük ölçülərə (uzunluğu 9,17 metr, eni 1,03 metr) malikdir ki, mütəxəssislər onu təyyarələrin qanadından asmaq müşkülündən yayınmaq üçün təyyarənin içində daşımaq üçün xüsusi platforma hazırlayıblar. Bombanın verilmiş koordinata atılması üçün xüsusi paraşüt açılır və bombanı yerləşdirildiyi palatforma qarışıq təyyarənin göyərtəsindən çölə dartır. Bundan dərhal sonra paltforma bombadan ayrılır və ölçüləri heyrət doğuran bomba kənardan GPS naviqasiya sistemi ilə idarə olunur.
“Bütün bombaların anası” zərbə dalğasının yayılmasının xarakterinə görə, həmçinin istehkam qurğuları və mağaralara qarşı istifadə oluna bilər. Bomba bunker əleyhinə döyüş sursatı deyil. 2000-ci illərin sonundan ABŞ bunun üçün başqa silahdan - GBU-57A/B təyyarə bombasından istifadə edir. Çəkisi 14 ton olan bomba özündə 2404 kiloqram partlayıcı maddə saxlayır.
Rusiyanın 2007-ci ildə təkmilləşdirdiyi vakum bombası FOAB isə məhz “bütün bombaların atası“ adlandırılır. Məlumata görə, bu bomba ABŞ-ın GUA-43/B bombasından daha güclüdür. FOAB yerə düşmədən atmosferdəki oksigenin təsiri ilə partlayır və geniş ərazini məhv edir.
Bu bombanın sınaqları 2007-ci ildə olub. 44 ton dinamitlə eyni təsiri yaradan bomba, GBU-43/B-dən 1 ton daha yüngül olmasına baxmayaraq, 4 dəfə daha güclü effekt yaradır. Bu bombanın real döyüş şəraitində tətbiqi hələ qeydə alınmayıb.
Ömər Dağlı
-
Nida Xəbər 17:37
AMEA-nın nəzdindəki muzey nazirliyə verildi
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı