Nida Təhlil
Düşməni qorxudan SƏBƏB: Azərbaycan 30 min əsgəri ona görə poliqona yeritdi ki... - – FOTOLAR
Azərbaycan Ordusunun aprelin 16-də strat verdiyi hərbi
təlimlər Ermənistanda ciddi qorxuya səbəb olub.
Publika.az xəbər verir ki, təlimlərdə 30 minlik şəxsi heyət,
250-dən artıq tank və zirehli texnika, 200-ə qədər müxtəlif çaplı
raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və
minaatanlar, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, yeni növ
radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları
iştirak edib. Aprelin 16-dan başlayan təlimlər bu gün - 21 apreldə
başa çatır.
Düşmən ölkəni ciddi qorxuya salan təlimlər haqda erməni
ekspertlərin etirafları diqqət çəkir.
İrəvanda Qafqaz İnstitutunun direktor müavini Serqey Minasyan deyir
ki, “aprel müharibəsi”nin ildönümü vaxtı belə təlimlərin başlanması
Azərbaycanın əraziləri güc yolu ilə azad etmək prinsipinin üzərində
möhkəm dayandığını göstərir.
Onun sözlərinə görə, bu təlimlər həmçinin, Ermənistanın raket
komplekskərini nümayiş etdirməsinə cavabdır.
“Bakı Qarabağ danışıqları ətrafında yaranmış durğun vəziyyətlə
barışmayacaq və məhz buna görə də ordunun hazır vəziyyətdə
saxlanılması üzərində iş aparır. Ötən ilin aprelində baş vermiş
hadisələr isə Ermənistanla müqayisədə Azərbaycan ordusunun güclü
olduğunu göstərdi”, - deyə o bildirib.
Politoloq Ara Papyan Azərbaycanın hərbi təlimlərlə Ermənistana
psixoloji təzyiq göstərmək istədiyini hesab edir.
“Deyə bilərik ki, Bakı buna nail olur, xüsusilə erməni cəmiyyətində
ciddi qorxular yaranır. Azərbaycan prezidenti də dəfələrlə
vurğulayıb ki, münaqişədə ədalətin güc yolu ilə təmin olunması
variantı hər an gündəmdədir. Hesab edirəm ki, ordunu daim bu
varianta hazır vəziyyətdə saxlayırlar”, - deyə Papyan ermənilərin
qorxularını dilə gətirib.
Asif
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı