Üç gün sonrakı FƏLAKƏT, Qarabağın işğalına göz yuman TÜRK... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Üç gün sonrakı FƏLAKƏT, Qarabağın işğalına göz yuman TÜRK... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Türkiyənin Azərbaycana dəstək verməməsinin əsas səbəbi...

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub. Türkiyədə aprelin 16-da keçirilən referendumda prezident üsul-idarəsinə keçid dəstəkləndi. Həftə ərzində Koreya yarımadası ətrafında vəziyyətin gərginliyini saxlayan bəyanatlar bir-birini əvəzlədi. Ekspertlər Koreya yarımadası ətrafındakı vəziyyətin tan aydınlaşması üçün aprelin 25-ni gözləməyi məsləhət görürlər. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğunu təsdiqləyib. ABŞ İranın nüvə proqramına dair razılaşmanın uğursuzluğa düçar olduğunu açıqlayıb. Kiyev Rusiyanın genişmiqyaslı müharibəyə hazırlaşmaqda davam etdiyini iddia edir. Keçmiş SSRİ-nin banisi Vladimir Leninin bədəninin basdırılması məsələsi yenidən Rusiyanın gündəmini zəbt edib.

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub. Diplomatik mənbələrdən verilən məlumata görə, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş aprelin 27-də Moskvada keçirilə bilər. Başqa bir mənbə isə xarici işlər naziri Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini təsdiqləyib.

Azərbaycan Ordusunun 16-da başladığı təlimlər dünən başa çatıb. Düşmən ölkəni ciddi qorxuya salan təlimlər haqda erməni ekspertlərin etirafları diqqət çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Amerika Ermənistana müasir müdafiə sistemləri verib. Bu barədə “komandos” ləqəbi ilə tanınan erməni general Arkadi Ter-Tadevosyan deyib. Onun iddialarına görə, bu sistemlər 10 funksiyanı eyni vaxtda yerinə yetirir: “Gecə və gündüz işləyir, informasiya toplayır və digər vacib elementlərə sahibdir. Bu sistemi amerikalılar bizə verdi, biz də onu Dağlıq Qarabağda təmas xəttinə yerləşdirdik.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tiflisdə gürcü həmkarı ilə görüşdə Fars körfəzi ilə Qara dəniz arasında nəqliyyat dəhlizi yaratmaq niyyətində olduqlarını bəyan edib. Tehranın bu ideyası Azərbaycan tranzitinə alternativdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyədə keçirilən referendumda əhalinin 51,4 faizi prezident üsul-idarəsinə keçidi dəstəklədi. Konstitusiya islahatlarının əleyhinə çıxanlar ölkənin diktatorluğa aparıldığını iddia etsələr də, “bəli” cəbhəsi keçmiş sistemdə prezidentlə baş nazir arasında fikir ayrılıqlarının yaşandığını və bunun ölkənin maraqlarına ciddi zərbə vurduğunu əsas gətirirlər.

I Qarabağ müharibəsində isə Türkiyənin Azərbaycana dəstək verməməsinin əsas səbəbinin məhz köhnə sistemin olduğu ortaya çıxıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri Türkiyədə keçirilən referendumla bağlı bəyanat verib. Yazılı açıqlamada qeyd edilir ki, Türkiyənin yeni Konstitusiya ilə Avropa İttifaqına üzv ola bilməyəcəyi dəqiqdir:

“Əgər paket dəyişdirilmədən tətbiq olunsa, bu vəziyyət Avropa İttifaqı ilə müzakirələrin təxirə salınmasına gətirib çıxaracaq”.

Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) hakimiyyəti Türkiyə Böyük Millət Məclisindən (TBMM) çəkilməklə təhdid edib. Lakin bu açıqlamadan bir neçə saat sonra partiya mövqeyini dəyişərək parlamentdən geri çəkilmənin indiki məqamda düzgün addım olmayacağını bəyan etdi.

CHP sonradan referendumun nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət edəcəyini bildirsə də, prezident Rəcəb Tayyib Ərdoğan Konstitusiya Məhkəməsinin bu məsələyə baxmaq səlahiyyətinin olmadığını, son sözün Yüksək Seçki Quruluna aid olduğunu açıqladı. Yüksək Seçki Kurulu isə CHP-nin etirazını rədd edib.

Türkiyə mediasında “İnqilablar atası” hesab olunan Corc Soros Türkiyə gəlməsi barədə xəbərlər yayıldı. Ankara bələdiyyəsinin sədri Melih Gökçek qeyd edib ki, yeni Gəzi olaylarının təşkil edilə biləcəyi ehtimalı mövcuddur.

Türkiyə mediasının başqa bir iddiasına görə, Sorosun təşkilatı olan Açıq Cəmiyyət İnstitutu beynəlxalq “insan haqları” təşkilatı “Human Rights Watch”ı Türkiyədəki referendumdan sonra başlayan kiçik miqyaslı etirazları xaosa çevirmək üçün təlimatlandırıb. Sorosun xaos üçün 100 milyon dollar ayırdığı bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı aprelin 17-də telefon söhbəti olub. “Suriya, İraq və PKK mövzusunda əməkdaşlıq edəcəyik. Birlikdə görəcəyimiz əhəmiyyətli işlər var”, - ABŞ prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Qətərin “Əl-Cəzirə” kanalına müsahibəsində isə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın PYD və YPG mövzusunda Ankaranı aldatdığını dedi.

Türkiyə Süleyman Şah Türbəsini əvvəlki yerinə köçürmək üçün Münbiçdə əməliyyat həyata keçirməyə hazırlaşır. Türkiyənin “Yeni Şafak” nəşrinin yazdığına görə, Suriya və İraqda PKK terror təşkilatının işğalı altında olan 3 bölgədə həyata keçirilməsi planlaşdırılan əməliyyatlara hazırlıqlar son mərhələyə daxil olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 3-də Soçidə görüşəcəklər. Kremlin sözçüsü Dmitri Peskov görüşdə əsas diqqətin Suriya böhranına ayrılacağını bildirib.

Ankara S-400 zenit-raket sistemlərinin alınması haqqında Moskva ilə danışıqların final mərhələsindədir. Bunu Türkiyənin müdafiə naziri Fikri İşık jurnalistlərə açıqlamasında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Cənubi Koreya və ABŞ sonrakı təxribatlar olacağı halda Koreya Xalq Demokratik Respublikasını cəzalandırmaq niyyətindədir. Bu haqda Cənubi Koreya prezident səlahiyyətlərinin müvəqqəti icraçısı, baş nazir Xvan Qe An ABŞ-ın vitse-prezidenti Mayk Penslə danışıqlardan sonra deyib.

Maykl Pens Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşü zamanı sülhün güc yolu ilə əldə edildiyini bildirib.

Rusiya və Çin kəşfiyyat gəmilərini ABŞ donanmasını izləmək üçün Koreya yarımadasına göndərib. Bu barədə “The Japan News” nəşri Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb. “Bu, Koreya yarımadasına donanma yedirən ABŞ-a ciddi siqnaldır”, - deyə nəşr vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin başçısı həmçinin ABŞ-ı Pxenyan barəsində birtərəfli hərəkətlərdən çəkinməyə çağırıb. Lavrov ABŞ-ın ehtiyatlı davranacağına ümid etdiyini deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Kreml Şimali Koreyaya gözlənilməz addımlarla bağlı xəbərdarlıq edib.

Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsinin müavini Kim İn Rön isə bəyan edib ki, ABŞ-n günahı üzündən nüvə müharibəsi hər an başlaya bilər. “ABŞ regionda nüvə müharibəsinə gətirib çıxara biləcək təhlükəli vəziyyət yaradıb. Bu, dünyada sülh və sabitlik üçün ciddi təhlükə yaradır. Koreya Xalq Demokratik Respublikası Amerikanın istənilən hərbi planlarına cavab verməyə hazırdır. Biz həmçinin lazım bildiyimiz zaman nüvə sınaqlarını davam etdirəcəyik”, - deyə Şimali Koreya rəsmisi vurğulayıb.

Şimali Koreya hazırladığı bir videoçarxla isə ABŞ-a raket zərbəsini təqlid edib. Kadrlardan görünür ki, raket Sakit okeanı keçir və ABŞ şəhərlərindən birinə zərbə vurur. Növbəti səhnədə qəbiristanlıq fonunda yanan Amerika bayrağı görünür.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İki dövlət arasında müharibə başlayacağı təqdirdə, ABŞ-ın Şimali Koreyada vuracağı 4 əsas hədəfin adları açıqlanıb. Bu barədə ABŞ-ın Müdafiə Nazirliyindən bildirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ekspertlər hesab edirlər ki, Koreya yarımadası ətrafında gərginlik aprelin 25-də pik həddə çata bilər. Həmin tarixdə Koreya xalq ordusunun yaradılmasının ildönümü qeyd ediləcək. Aprelin 25-də Pxenyanın altıncı nüvə sınağını keçirməsi gözlənilir.

“Komsomolskaya Pravda” nəşrində Edvard Çesnokov Koreya yarımadası ətrafındakı gərginliklə bağlı maraqlı bir iddia irəli sürüb. O hesab edir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) ətrafındakı münaqişənin arxasında Yaponiya dayanır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp nüvə proqramı üzrə İrana tədbiq edilən sanksiyaların qismən çıxardılması haqqında qərarı yenidən gözdən keçirəcək. Bu barədə mətbuata ABŞ-ın dövlət katibi Reks Tillerson məlumat verib.

Reks Tillerson bəyan edib ki, Birgə Hərtərəfli Fəaliyyət Planı İranı nüvə statusundan məhrum etməyib: “Bu, onların nüvə dövləti olmaq məqsədini yalnız təxirə salıb”.

R.Tillerson həmçinin İrana qarşı “strateji dözüm” siyasətini də uğursuz adlandırıb. “Bu ölkədən gələn təhdidlərə cavab vermək lazımdır", - R.Tillerson vurğulayıb.

ABŞ prezidenti Donald Tramp isə növbəti dəfə İranla imzalanan nüvə razılaşmasını “qorxunc razılaşma” adlandırıb. O, İranın razılaşmasının ruhuna uyğun davranmadığını deyib.

ABŞ-ın strateji müttəfiqi olan İsrailin baş naziri Benyamin Netanyahu isə əmindir ki, İranla nüvə razılaşması Tehrana nüvə bombasını hazırlamaq imkanı verir. O, “Fox News” telekanalına müsahibəsində deyib ki, razılaşmanın nüvə bombaları və nüvə arsenalının əsas elementlərinin yaradılması üçün əsas yaratdığı şübhəsizdir.

İranlı səlahiyyətlilər ölkənin dini lideri Əli Xamneyinin gələcəyi ilə bağlı ABŞ prezidenti Donald Trampa məktub göndərib. Bu haqda İranın keçmiş prezidenti Əbulhəsən Benisədr müxalifətə yaxınlığı ilə tanınan “İranwire” saytına açıqlamasında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran Seçki Komissiyası mayın 19-da keçiriləcək prezident seçkilərdə iştirak edəcək namizədlərin adlarını açıqlayıb. Prezident postu uğrunda hazırkı dövlət başçısı Həsən Ruhani, İranın birinci vitse-prezidenti İshaq Cahangiri, Tehran meri Məhəmməd Bağır Qalibaf, İmam Rza məqbərəsinin qoruyucusu İbrahim Rəisi, sabiq mədəniyyət naziri Mustafa Mirsəlim və sabiq sənaye naziri Mustafa Haşımi Taba iddia edəcək. Keçmiş prezident Mahmud Əhmədinejadın namizədliyi isə qeydə alınmayıb.

"Rusiya Avropada partlayıcı fəaliyyətlə məşğul olur". Bunu ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Herbert Makmaster ABC telekanalına müsahibəsində deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Focus” nəşrinin iddiasına görə, Almaniya kansleri Angela Merkel Almaniya Federal Kəşfiyyat Xidməti (BND) tərəfindən Rusiya prezidenti Vladimir Putinlə bağlı hazırlanmış dosyeni Britaniya xüsusi xidmət orqanlarına verib. Jurnal bunun 2015-ci ilin oktyabrında baş verdiyini yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Məşhur amerikalı politoloq, keçmiş SSRİ üzrə mütəxəssis, dövlət xadimi Zbiqnev Bjeziniski Rusiyanın ilhaq etdiyi Krımın bölünməsi təklifini irəli sürüb. Bjeziniski Krımı tamamilə nə Ukraynaya, nə də Rusiyaya verilməsinin tərəfdarı deyil.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Krım ssenarisindən istifadə edərək, asanlıqla Belarusu tuta bilər. Bunu “Obozrevatel” saytına açıqlamasında amerikalı politoloq Ceyson Smart söyləyib.

“Lukaşenko və Putin arasında fikir ayrılığı arta bilər. Əgər situasiya gərginləşsə, o zaman Belarus ordusu və xüsusi xidmət orqanları Rusiya işğalının qarşısını ala bilməyəcək. Üstəlik, Lukaşenko öz hərbçilərinə əmin deyil. Belə ki, onların böyük hissəsi uzun illər Rusiya Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsində çalışıblar. Belarusun işğal olunması ehtimalı artıq çox yüksəkdir. Burada hər şey Krımdakı kimi olacaq”, – deyə o bildirib.

Ukrayna prezidenti Pyotr Poroşenko “Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışında Rusiyaya qarşı ittihamlar səsləndirib. Onun sözlərinə görə, Rusiya sülhün təmin olunmasında maraqlı deyil.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Rusiya heç vaxt Krımı tərk etməyəcək və Krım tarixən Rusiya ərazisidir”. Bunu Fransa mərkəz sağçı Respublikaçılar Partiyasından prezidentliyə namizəd, sabiq baş nazir Fransua Fiyon “Figaro” qəzetinə müsahibəsində deyib.

“Rusiyanın Krımdan getməsi üçün inad etmək və bu haqda danışmaq faydasızdır. Bu, heç vaxt bu olmayacaq”, - sabiq baş nazir vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin Luqansk və Donetsk vilayətlərinin işğal edilmiş əraziləri üzərində nəzarəti gücləndirir və Donbası Ukraynadan tamamilə ayırmaq istəyir. “Bloomberg” agentliyinin məlumatına görə, Putin öz planlarını işğal edilmiş ərazilərin tədricən Rusiyaya inteqrasiyası yolu ilə həyata keçirmək istəyir. Qeyd edilir ki, Putin ABŞ-ın Ukrayna üzrə mövqeyinin qeyri-müəyyənliyindən istifadə edir.

Rusiya genişmiqyaslı müharibəyə hazırlaşmaqda davam edir. Bunu jurnalistlərə açıqlamasında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Turçinov söyləyib.

“Rusiya Abxaziya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əməkdaşlığını alqışlayardı”. Bunu Abxaziya separatçı qurumuna səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov qurumun “prezidenti” Raul Xacimba ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (KSQT) Suriyanın İdlib vilayətində kimyəvi silahdan istifadə olunduğunu təsdiqləyib. Bu barədə KSQT-nın yaydığı bəyanatda deyilir.

Qeyd edək ki, Suriyanın Xan-Şeyhun yaşayış məntəqəsinə kimyəvi hücum aprelin 4-də baş verib. Hadisə nəticəsində 80-dən çox insan ölüb, 500-dən çoxu xəsarət alıb. Suriya ordusunun komandanlığı və silahlı müxalifət qüvvələri bir-birini kimyəvi silahdan istifadə etməkdə ittiham edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bu fikirdədir ki, KSQT-nin bəyanatı Suriya rejimini dəyişmək cəhdidir.

Suriya hakimiyyəti öz hərbi təyyarələrini Rusiyanın “Xmeymim” hərbi hava bazasına yaxın əraziyə köçürüb. Bu haqda ABŞ-dakı hərbi mənbələrə istinadən CNN bildirib.

Kanal qeyd edir ki, Dəməşqin məqsədi hərbi aviasiyanı Qərb koalisiyasının zərbələrindən qorumaqdır.

Suriya prezidenti Bəşər Əsəd Rusiyanın “RİA-Novosti” agentliyinə müsahibəsində Türkiyə və ABŞ əleyhinə ağır ittihamlar səsləndirib. Əsəd terrorçuların hərəkətləri ilə ölkə ərazisinə Türkiyə və ABŞ-ın müdaxiləsi arasında fərq görmədiyini bildirib.

Suriya prezidentinin sözlərinə görə, İŞİD, “Ən-Nüsra” Cəbhəsi, Türkiyə, ABŞ, Britaniya, Fransa və Səudiyyə Ərəbistanı Suriyada “bir xor” kimi hərəkət edirlər. O, həmçinin Suriya terrorçularının kimyəvi silahı Türkiyədən aldığını iddia edib.

“RİA-Novosti” agentliyinə müsahibəsində Suriya prezidenti Bəşər Əsəd bildirib ki, Suriyada quru əməliyyatlarında Rusiya ordusunun köməyi lazım ola bilər.

“Ola bilər ki, gələcəkdə bizim düşmənlərimiz və onların tərəfdarları öz strategiyasını dəyişəcəklər və bu, bütün dünyadan terrorçuların ən böyük axınına gətirib çıxaracaq, terrorçuların bütöv orduları olacaq. Bu halda quru güclərinin köməyi lazım ola bilər. Amma hazırda buna ehtiyac yoxdur”, - Suriya lideri qeyd edib.

“Vahid Rusiya” və Liberal Demokrat Partiyasının nümayəndələri Rusiya Dövlət Dumasına keçmiş SSRİ-nin banisi Vladimir Leninin bədəninin basdırılması üçün hüquq mexanizmini nəzərdə tutan qanun layihəsini daxil ediblər. Ancaq daha sonra “Vahid Rusiya”dan olan deputatlar öz imzalarını bolşevik liderinin dəfni haqqında qanun layihəsinin altından geri çağırıblar.

Bundan sonra Kommunist Partiyasının sədri Gennadi Züqanov Leninin basdırılması haqqında qanun layihəsini Rusiyanın dövlət quruluşuna qarşı ən böyük təxribat adlandırıb.

Amma “Superjob” tədqiqat mərkəzinin keçirdiyi sorğu Rusiya vətəndaşlarının 81 faizinin Leninin bədəninin dəfn edilməsini dəstəklədiyini ortaya çıxarıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Əfqanıstanın Məzari-Şərif şəhəri yaxınlığında "Taliban" silahlıları aprelin 21-də hərbi bazaya hücum edib. Hücum nəticəsində Əfqanıstan ordusunun 140 hərbçisi həlak olub. Atışma nəticəsində 10 "Taliban" silahlısı məhv edilib.

Böyük Britaniya növbədənkənar parlament seçkilərinə gedir. Britaniyanın baş naziri Tereza Mey seçkilərin iyunun 8-də keçiriləcəyini açıqlayıb. Krallıqda yeni parlament seçkiləri iyunun 8-də keçiriləcək. Qeyd edək ki, Mey seçkilərin keçirilməsi haqqında qərarı keçirilən son rəy sorğuları fonunda qəbul edib. Sorğulara görə, hakim Mühafizəkarlar Partiyası reytinqini xeyli artırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm