Rusiyada ŞOK TƏKLİF - Azərbaycanlılar ÇİN İŞĞALINA QARŞI
Bizi izləyin

Nida Təhlil

Rusiyada ŞOK TƏKLİF - Azərbaycanlılar ÇİN İŞĞALINA QARŞI

Rəsmi rəqəmlərə görə, şimal ölkəsində 200 minə qədər azərbaycanlı əməkçi miqrant çalışır.

Rusiyaya miqrantlar ən çox Moskva və Sankt-Peterburq şəhərlərinə, Moskva və Leninqrad vilayətlərinə gəlir.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Vətəndaş Təşəbbüsləri Komitəsində keçirilən dəyirmi masada “Miqrasiya XXI əsr” Fondunun başçısı Vyaçeslav Postavnin deyib.

Onun sözlərinə görə, adıçəkilən ərazilərə miqrantların yarısından çoxu - ümumi sayın 57 faizi gəlir.

“Sibir və Uzaq Şərq regionları isə əhalilərini itirirlər. Bu, faciəlidir və əhalisi çox olan Çinlə qonşuluq fonunda ciddi geosiyasi təhlükə təşkil edir” - Vyaçeslav Postavnin bildirib.

Onun fikrincə, ölkə üzrə miqrantları bölüşdürmək, onları daha çox lazım olan regionlara göndərmək lazımdır. Fondun rəhbəri qeyd edir ki, bu regionlara köçürüləcək əhali üçün münasib şərait yaradılmalıdır.

Rəsmi rəqəmlərə görə, şimal ölkəsində 200 minə qədər azərbaycanlı əməkçi miqrant çalışır. Amma bu rəqəmin rəsmi rəqəmlərdən bir neçə dəfə çox olduğuna şübhə yoxdur.

Qeyd edək ki, son illər Pekin Çinlə sərhəddə yerləşən Rusiyanın Uzaq Şərq regionlarına iqtisadi ekspansiyasını davam etdirməkdədir.

Çin iqtisadi yüksəliş dövrünü keçirir, əhalisi artır və ona yeni yararlı torpaqlar lazımdır. Bu torpaqlar isə onun şimalındakı Uzaq Şərqdədir. Çinlilər açıq şəkildə bu torpaqların bəzi hissələrinin onlara məxsus olduğunu iddia edir. Proseslərin inkişafı bu iki böyük gücün gec-tez toqquşacağını söyləməyə əsas verir.

Məsələn, Çin tarixinin səkkizinci sinif dərsliyində “Rusiya imperiyası ikinci tiryək müharibəsindən sonra Böyük Britaniya və Fransa ordusu tərəfindən Çinin işğal edilməsindən istifadə edərək Çinin şimali-şərq və şimali-qərbindəki 1,5 milyon kvadrat kilometr ərazisini işğal etdi” yazılıb. Təbii ki, bu, tam rəsmi şəkildə olmasa belə, hansısa formada Moskvaya torpaq iddialarının çatdırılmasıdır.

Təbii resurslara zəngin dünyanın ən böyük ölkəsi olan Rusiyanın 143 milyonluq əhalisi son illərdə azalıb. Resurslara ac olan Çin Rusiyanın qonşusudur və əhalisi artıq 1,3 milyarddan çoxdur. Rusiya üçün mənfi hal sayılacaq məqam isə odur ki, Çin ölkənin məhz daha az inkişaf edən Uzaq Şərq regionu ilə həmsərhəddir. Bundan isə Pekinin istifadə etməsi qaçılmaz olacaq, əgər Moskva regionun inkişafına üçün təcili tədbirlər görməsə və çinlilərin ekspansiyasına qarşı xüsusi addımlar atmasa.

Rusiyada Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini Aleksandr Alladinin proqnozuna görə, Çinin Rusiyaya müdaxilə ehtimalı 99,9 faizdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm