Nida Təhlil
Türkiyə və Azərbaycana qarşı hücumun hədəfi – Avropanı qorxuya salan GƏLƏCƏK
Türkiyədə keçirilən referendumdan “bəli” çıxmasından
sonra kampaniya boyunca “xeyir” cəbhəsini dəstəkləyən Avropanın
hərəkətə keçəcəyi gözlənilən idi. Çünki referendumun nəticələri
Osmanlının süqutundan sonra Qərb istiqamətini seçən, daha doğrusu
Avropanın öz “əlaltısı” görmək istədiyi Türkiyənin güclü və
müstəqil siyasət xəttini formalaşdırdı.
Bundan sonra: prezident üsul-idarəsi ilə güclənən
Türkiyə daxili sabitliyini daha asan təmin edəcək; daxili
sabitliyin təmin edilməsi xarici siyasətdə daha aktiv addımlar
atmağa şərait yaradacaq; maraqlar toqquşanda Qərbin Türkiyəni
daxildən “vurmaq” imkanları azalacaq; FETÖ kimi “səssiz terror”
qruplaşmaları dövlətin içinə sıza bilməyəcək; Avropa İttifaqının 50
ildir qapı ağzında gözlətdiyi Türkiyə öz maraqlarına uyğun
ittifaqlarla əməkdaşlıq edəcək; güclü Türkiyə həm də türk dünyası
və İslam aləminin birləşməsi, güclənməsi deməkdir.
Bu baxımdan, Avropanın kabus olaraq gördüyü güclü Türkiyəyə qarşı
hücuma keçməsi heç də təsadüfi deyil. Və Avropa klassik üsulları
ilə öz ədalətsiz mahiyyətini bir daha ortaya qoydu.
Demokratiya: Avropanın dəyənəyi
AŞPA-nın yaz sessiyasında müzakirəyə çıxarılan “Türkiyədə
demokratik təsisatların fəaliyyəti” adlı hesabat layihəsində
Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olundu.
Hesabat Türkiyədəki son Konstitusiya referendumundan sonra ölkə
üzrə məruzəçilər tərəfindən hazırlanıb. Müzakirələr zamanı bəzi
assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də,
bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin
postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair
müddəa olduğu kimi saxlanılıb. Sonda qətnamə layihəsi tam şəkildə
səsə qoyularaq qəbul edilib. Qərarın lehinə 113, əleyhinə 45
parlamentar səs verib. Türkiyə 13 il əvvəl monitorinq prosesindən
çıxarılmışdı və post-monitorinq mərhələsində idi. Bununla, Türkiyə
monitorinqdən çıxarıldıqdan sonra yenidən monitorinq altına alınan
ilk ölkə olub.
Bu addım Avropanın demokratik prinsipləri siyasi alətə çevirdiyini
sübut edir. Məqsəd hansısa türk vətəndaşın “tapdanan hüququ” yox,
referendumda seçki qutusundan Avropanın istəmədiyi, onun “əlaltısı”
olmayacaq Türkiyənin çıxmasıdır. Qərbin klassik yanaşması ilk dəfə
deyil, güman ki, sonuncu dəfə də olmayacaq.
Azərbaycan öz təcrübəsində dəfələrlə belə ədalətsiz,
qərəzli yanaşmalara məruz qalıb:
- Rəsmi Bakının müstəqil siyasətini qəbul etməyən dairələr
Azərbaycanda “siyasi məhbus”ların olduğunu iddia edərək, təzyiqlər
etməyə cəhdlər ediblər. Ümumiyyətlə qondarma “siyasi məhbus”
məsələsi Azərbaycana qarşı dəfələrlə istifadə olunub.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
- AŞPA-nın məruzəçisi Kristofer Ştrasserin apardığı monitorinqlər
təzyiqin əsas vasitəsi idi. Hansı ki, Azərbaycan tərəfi alman
deputatın erməni lobbisinə bağlı olduğunu dəfələrlə bəyan etmişdi.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European
Strategic İntelligence and Security Center - ESİSC) Avropa Şurası
Parlament Assambleyasında anti-Azərbaycan kampaniyası aparan erməni
şəbəkəsi haqda dərc etdiyi hesabat isə hər şeyi gün üzünə
çıxarır.
“Ermənistanı müdafiə edən bir neçə QHT illər boyunca
AŞPA-dakı əlaqələrinin köməyilə Azərbaycana qarşı amansız kampaniya
aparır. Heç kim iddia etmir ki, Azərbaycan mükəmməl dövlətdir,
lakin Ermənistanın Dağlıq Qarabağı qanunsuz işğalını müdafiə etmək
məqsədilə yaratdığı gizli siyasi şəbəkə AŞPA-nı alət edib. “Avropa
sabitlik təşəbbüsü” (YEİS) təşkilatının rəhbəri olan Cerald Knaus
Soros Fondunun idarə heyətinin üzvüdür. O, Azərbaycanı heç bir
sübutu olmadan tez-tez korrupsiyada ittiham edir. 2012-ci ildə
“mister X” AŞPA daxilində anti-Azərbaycan şəbəkəsini inkişaf
etdirməyə başladı. Knaus YEİS vasitəsilə “kürü diplomatiyası” adlı
hesabat dərc edərək, ona maksimum dəstək verdi. Bu məruzənin
nəşrində bir hədəf var idi: böhtana əsaslanan şübhəli mühit
yaratmaq və Bakıya qarşı siyasi müharibədə iştirak edəcək
deputatların şəbəkəsini formalaşdırmaq. Soros Fondunun üzvünə AŞPA
daxilində effektiv iş üçün Parlament məclisinin dəstəyini təmin
etmək lazım idi. Çünki təkcə erməni deputatların dəstəyi bəs
etmirdi və daha çox deputat prosesə qoşulmalı idi. Xüsusilə Avropa
İttifaqı ölkələrinin nümayəndələri olarsa, lap əla olardı.
Kristofer Ştrasser və digər deputatların dəstəyini alan Knaus buna
nail oldu. Knausun yaxın dostu Ştrasser Ermənistana sevgisi ilə
məşhurdur. O, 2015-ci ilin 24 aprelində İrəvanda “soyqırımı
qurbanlarını” yad edən alman hökumətinin yeganə nümayəndəsi idi. Bu
faktın özü də göstərirdi ki, Ştrasser Dağlıq Qarabağın qanunsuz
işğalı da daxil olmaqla, Ermənistan maraqlarının müdafiəsində
mükəmməl namizəddir. Knaus və Ştrasser “siyasi məhbus” məsələsini
qaldıraraq Azərbaycana qarşı hücumda birləşdi. Knaus Corc Sorosun
xeyrinə işləyirdi, Ştrasser isə Ermənistanın” – deyə
hesabatda bildirilir.
Bu faktlar Azərbaycan və Türkiyəyə qarşı qərəzli hücumları
prioritet elan edən AŞPA-nın nəyə xidmət etdiyini, hansı dairələrin
sifarişlərini yerinə yetirdiyini sübut edir. Azərbaycan AŞPA-ya üzv
olduğu 16 il ərzində yalnız ədalətsizlik və qərəzli təzyiqlərlə
üzləşib. Azərbaycana saxta ittihamlarla hücum edən AŞPA
Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində
isə heç bir təsirli addım atmır. Bu baxımdan, Avropa Şurasından
nəsə gözləməyə dəyərmi?!
- Azərbaycana qarşı hücumların əsas hədəfinin Bakını məhz Dağlıq
Qarabağ münaqişəsində təslimçi sülhə məcbur etmək olduğu da
aydındır. 2015-ci ilin dekabrında amerikalı konqresmen Kristofer
Smitin ABŞ Helsinki Komissiyasına təqdim etdiyi Azərbaycanda yüksək
vəzifəli məmurlara sanksiyaların tətbiq olunması üçün “Azərbaycanda
Demokratiya Aktı” adlı layihənin əsas məqsədi də bu idi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Bu planlar baş tutmadı və Azərbaycan “aprel müharibəsi” ilə
oyunları pozdu. Lakin bütün bunlar, həmçinin, qardaş Türkiyəyə
qarşı atılan ədalətsiz addım Azərbaycanın AŞPA-dakı fəaliyyəti
haqda yenidən düşünməyinə zərurət yaradır.
Ümumiyyətlə, İslam dünyasına qarşı aqressiv mövqe nümayiş etdirən,
islamofobiya meyllərinin gücləndiyi Avropa Azərbaycana, Türkiyəyə
və digər müsəlman ölkələrinə yaxşı nə vəd edə bilər?!
Baş verənlər təsdiq edir ki: Azərbaycan inteqrasiya
meyllərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun
strateji hədəflərinə doğru irəliləməlidir; Region ölkələri, İslam
dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük
potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da
gücləndirməlidirlər. Eyni siyasətin Türkiyə tərəfindən izlənilməsi
də vacibdir.
Azərbaycan Türkiyənin daim yanındadır və Avropanın qərəzli
siyasətinə qarşı qardaş ölkə ilə eyni səfdə yer alır.
Avropanın yuxususuna haram qatan nədir?
Burada Avropanın eyni saxta arqumentlərlə Azərbaycan və Türkiyəyə
hücum etməsi də diqqət çəkir.
Türkiyə və Azərbaycan Şərq-Qərb arasında körpü rolunu oynayır,
regionda hər iki ölkənin birliyi böyük siyasi gücün yaranmasına
səbəb olub və bu güc strateji məsələlərin istiqamətinə təsir edir.
Türkiyə-Azərbaycan birliyi həm türk dünyasının, həm də İslam
aləminin gələcəyi hesab olunur. Bu baxımdan, Avropanın qorxuları
təəccüblü deyil.
ABŞ-ın nüfuzlu “Stratfor” analitik mərkəzinin rəhbəri Corc
Fridmanın bir müddət öncə verdiyi “Bakı və Ankara yaxın gələcəkdə
güc sahibi olacaq” pronozları da Qərbin qorxularını aydın şəkildə
göstərir.
“Türkiyə Orta Şərqi, Orta Asiyanı və Balkanları ələ alaraq böyük
bir gücə çevriləcək. Paytaxt Ankaradan İstanbula köçürüləcək.
Aralıq və Qara dəniz türk gölünə çevriləcək. Neo Osmanlı
nəzəriyyəsi gerçəkləşəcək və Türkiyə Osmanlı imperiyasına yenidən
hökm edə biləcək. Artıq bu prosesin izlərini görə bilirik. Türkiyə
İslam coğrafiyasında getdikcə digər ölkələr üzərində təsir
imkanlarını genişləndirir. Balkanlarla da öz təsirlərini artırır.
Qafqazda Azərbaycan və Gürcüstanla güclü bir ittifaq qurdu”, -
deyən Fridmanın sözləri Avropanın yuxusuna haram qatıb.
Bütün bunlar iki qardaş ölkəyə hücumların əsil mahiyyətini də
ortaya çıxarır.
Asif Nərimanlı
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA