Azərbaycanın qızı İrəvanı qarışdırdı: mer uğrunda döyüş və Sarkisyanın biabır olduğu an - – VİDEO/FOTO
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın qızı İrəvanı qarışdırdı: mer uğrunda döyüş və Sarkisyanın biabır olduğu an - – VİDEO/FOTO

Dünən İrəvan Ağsaqqallar Şurasında seçkilər keçirildi.

Dünən İrəvan Ağsaqqallar Şurasında seçkilər keçirildi. Şəhər merinin seçilməsi uğrunda keçirilən seçkinin ilkin nəticələrinə görə, hakim Respublika Partiyası qabil gəlib.

Publika.az
xəbər verir ki, gecə saat 02:15-ə olan məlumatda bülletenlərin 93 faizinin sayıldığı açıqlanıb. Nəticələrə görə, hakim partiya 71,07 faiz (227629) səslə tam qələbə çalıb. (Bu səslər arta da bilər).

Seçkidə hakim partiyanın namizədlər siyahısına hazırki mer Taron Markaryan başçılıq edirdi. “Çıxış” blokunun (21,2 faiz səs qazanıb) siyahısının rəhbəri deputat Nikol Paşinyan, “Yerkir Sirani” partiyasının (7,81 faiz səs qazanıb) siyahısının rəhbəri isə bu partiyanın lideri, keçmiş deputat Zarui Postandjyan idi. Həmçinin, seçkidə müstəqil namizədlər də mübarizə aparıb. Onlar arasında şahmatçı Smbat Lputyan da var idi.

Qeyd edək ki, İrəvan Ağsaqqallar Şurasına seçkilər proporsional qaydada keçirilir. Qanunvericiliyə görə, hansı partiyanın namizədləri şurada 50 faizdən çox yer alırsa, mer də həmin partiyanın seçki siyahısına rəhbərlik edən namizəd olur. Əgər heç bir partiya 50 faiz yer almırsa, o zaman mer şura üzvlərinin gizli səsverməsi yolu ilə seçilir.

Lakin görünür, Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyası məsələni çətinləşdirmədən, əksər səsləri mənimsəmək qərarına gəldilər. Nəticələrə görə, İrəvanın meri Sarkisyanın namizədi olan Taron Markaryandır.

“Ölü səs”lər və “karusel əməliyyatı”

Aprelin 2-də keçirilən parlament seçkilərini saxtalaşdıran hakim Respublika Partiyasının mer seçkilərini də eyni qayda ilə saxtalaşdırdığına dair kifayət qədər fakt qeydə alınıb. Misal üçün, 4/1 seçki məntəqəsində adı seçici kimi siyahıda olan Norayr Barseqyan əslində bir neçə il öncə vəfat etmiş şəxsdir. Bu, İrəvanın mer seçkilərində “ölü səs” metodundan kifayət qədər istifadə edildiyini sübut edir.



“Avropa hüquqlarının birləşməsi” klubunun üzvü Kristina Qeborkyan bildirib ki, seçkilər total saxtakarlıqla keçib: “Müşahidələrimiz göstərdi ki, parlament seçkilərində olduğu kimi, İrəvanın mer seçkilərində də saxtakarlıq pik həddə oldu. Bülletenləri nümayişkəranə sürətdə zərfdən çıxarır və hakim partiyanın namizədi Taron Marqaryanın adının qarşını işarələyərək, qutuya atırdılar. Bununla yanaşı, “karusel əməliyyatı” edilirdi, həmçinin, seçki kampaniyasında da ədalət prinsipi pozulmuşdu”.

Müşahidəçinin sözlərinə görə, “karusel əməliyyatı” üçün seçicilər “Z” taksi xidmətinin avtomobilləri və mikroavtobuslarla məntəqələrə gətirilirdi.

Sarkisyan jurnalisti döydürdü

“Azadlıq” radiosunun erməni xidmətinin əməkdaşı Sisak Qabrielyan hakim Respublika Partiyasının yerli qərargahlarının birində hücuma məruz qalıb. Jurnalist danışır ki, qərargahdaş çıxan bir şəxs çantadan pulları çıxararaq, vətəndaşlara paylayırdı.



“Mən onların birindən soruşdum: “Siz Taronu (hakim partiyanın namizədi-red) seçdiniz?”. Yaşlı qadın “Bəli, seçdilər, yuxarıda Allah var” deyə cavab verdi”, - jurnalist bildirib.

Qərargaha daxil olan jurnalist baş verənləri aydınlaşdırmaq istəyərkən, onu təhqir edərək, döyüblər.

Partiya lideri və qızı döyüldü

Saxtakarlığı qeydə almaq istəyən “Yerkir Sirani” partiyasının lideri Zarui Postandjyan isə hücuma məruz qalıb. Onun partiyasının qərargahına hücum edilib və özü ilə yanaşı, qızı döyülüb. Partiya liderinin qızı beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.




Zarui Postandjyan baş vermiş hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, onun qızına hücum edən şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək.

“Kim mənə və övladıma zorakılıq tətbiq etdisə, o, məsuliyyətə cəlb olunacaq. Biz oğruları oğru adlandırmağa davam edəcəyik və hakimiyyətin istədiyi kimi, namizədləyimizi geri götürməyəcəyik. Hətta seçkidən sonra özümüzü İrəvanın meri və Ermənistanın rəsmi şəxsləri kimi aparacağıq. Çünki seçki başdan-ayağa saxtakarlıq içində keçdi”, - deyə o bildirib.



İğtişaşların anonsu

Partiya lideri hakimiyyəti “həyatınız cəhənəmmə çevriləcək” deyə hədələyib: “Bizim böyük komandamız var və bütün saxtakarlıqları ortaya çıxaracağıq”.

Zarui Postandjyan İrəvanda mitinqlərin və iğtişaşların başlanacağnın da anonsunu verib.

“Yelk” bloku qərargahının sədri Edmon Marukyan hakimiyyəti Zarui Postandjyana qarşı addımlarına görə ittiham edib.

O qeyd edib ki, seçkilərdə saxtakarlığa görə hər-hansı etiraz aksiyası keçiriləcəksə, blok buna dəstək verəcək.

Aparat Sarkisyanı tanımadı: ikinci biabırçılıq

İrəvanda mer seçkiləri saxtakarlıqlarla yanaşı, maraqlı hadisələrlə də yadda qalıb. Xüsusilə Ermənistan prezidenti Serj Sarkisyan parlament seçkilərində üzləşdiyi vəziyyətlə yenə qarşılaşıb.



“Novosti Armenia”nın məlumatına görə, Serj Sarkisyan arvadı Rita Sarkisyanla birlikdə səs vermək üçün 9/18 saylı seçki məntəqəsinə gəlib. Lakin seçicilərin adlarını barmaq izləri ilə təsdiq edən aparat Sarkisyanı “tanımayıb”.

Seçki komissiyasının üzvü bir neçə dəfə Sarkisyanın barmaq izini götürməyə çalışsa da, alınmayıb. Yalnız üçüncü cəhddən sonra aparat Sarkisyanın barmaq izini “tanıyıb”.

Qeyd edək ki, aprelin 2-də keçirilən parlament seçkilərində də barmaq izini götürən aparat Sarkisyanı yalnız 8-ci cəhddən sonra “tanımışdı”.

Sahə komissiyasının sədri Sofiya Yeorbekyan isə bildirib ki, aparatda heç bir problem yoxdur. Görünür, problem Ermənistan prezidentdədir.

Azərbaycanın qızı İrəvanda səs verdi

Digər maraqlı məqam isə seçicilərdən birinin atasının adının Azərbaycan olmasıdır. 1958-ci il təvəllüdlü xanım seçicinin adı belədir: Anahid Qasparyan Azərbaycan qızı. Həmin seçinin milliyəti açıqlanmayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm