Öldürücü HÜCUM BAŞLANIR, tamamlanmayan sui-qəsd LAYİHƏSİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Öldürücü HÜCUM BAŞLANIR, tamamlanmayan sui-qəsd LAYİHƏSİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi Azərbaycanda etirazla qarşılandı. Ermənistan ordusunda yüksək rütbəli zabitlərin istefaya göndərilməsi gözlənilir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Rusiyanı Suriya rejiminin dəhşətlərini tanımağa çağırıb. ABŞ Dövlət Departamenti, Pentaqon və kəşfiyyatın ali rəhbərliyinin nümayəndələri Ağ Evi Amerikanın İsraildəki səfirliyini Qüdsə (Yerusəlim) daşımamağa çağırırlar. Bu günün əsas hadisələrindən biri Ağ Evdə Ərdoğan-Tramp görüşüdür.

Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etdi. Azərbaycan-Rusiya əlaqələri, həmçinin, ÜAK-ın Rusiya cəmiyyətində tutduğu mövqe fonunda bu qərar təəssüf doğurmaya bilməz. Lakin məsələnin alt qatında nələrin baş verdiyi, bu oyunun arxasında kimlərin dayandığını da aydınlaşdırmaq vacibdir. Çünki məhkəmənin əsas gətirdiyi arqumentlər və bu bəsit arqumentlərə əsasən Bakı-Moskva münasibətlərinə zərər vura biləcək qərarın qəbul edilməsi düşündürücüdür.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqının köməyi ilə tezliklə Avrasiyada təsir dairəsini daha çox artıracaq. Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzi “Russia Regains Its Momentum Across Eurasia” adlı məqaləsində yazır.

KTMT daxilində müxtəlif fikir ayrılıqlarının yarandığını bildirən mərkəz xüsusilə 2016-cı ildə Dağlıq Qarabağda baş vermiş müharibədə blokun iki üzvü, Qazaxıstan və Belarusun Azərbaycanı dəstəklədiyini xatırladıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan ciddi siyasi dilemmalar qarşısında qalıb. ABŞ və Rusiya qarşıdurması düşmən ölkəni çıxılmaz vəziyyətə salıb. Rəsmi İrəvan Moskvanın nəzarətindədir, lakin Ermənistana böyük təsir imkanlarına malik olan erməni diasporu Vaşinqtona yaxındır.

Rusiya Gümrüdəki 102-ci hərbi bazasından Suriyadakı əməliyyatlar üçün istifadə etmək niyyətini açıqlayıb. Ermənistan bununla İŞİD-in hədəfinə çevrilə biləcəyindən qorxur.

Brüsseldə fəaliyyət göstərən “Avropa Siyasəti Mərkəzi”nin siyasi analitiki Amanda Pol hesab edir ki, Rusiya Gümrüdəki 102-ci hərbi bazadan Suriyadakı əməliyyatları üçün istifadə edəcək və İŞİD-in vuracaqsa, bu bütün regiona ciddi təhlükə yaradacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan ordusunda yüksək rütbəli zabitlərin istefaya göndərilməsi gözlənilir. Bu barədə “Joqovurd” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, buna səbəb son hadisələr, Ermənistan ordusunun verdiyi itkilərdir.

Qeyd edək ki, dünən Azərbaycan ordusu Ermənistan hərbi birləşmələrinə məxsus “OSA” zenit-raket kompleksini məhv edib. Bu, düşmən ölkədə hakimiyyətə qarşı etirazlara səbəb olub.

Erməni jurnalisti Sarqis Artsruni Ermənistan hakimiyyətinin cəmiyyəti “etibarlı müdafiə” haqda aldatdığını yazıb: “Hakimiyyət “dördgülük müharibə”dən sonra bildirdi ki, bundan dərs çıxarıblar və yaxşı müdafiə xətti qurulub, rəqib hücuma keçməyə cəsarət etməyəcək. Görünür, bütün bunlar təbliğat imiş. Sarkisyan xalqı aldadır, Azərbaycan Qarabağı qaytarmağa hazırlaşır və buna potensialının çatdığını hər gün sübut edir”.

Erməni jurnalist qeyd edir ki, Ermənistan yalnız Rusiyadan silah alır, Azərbaycan isə öz arsenalını ən müasir silahlarla gücləndirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyədə FETÖ istintaqı çərçivəsində axtarılan və ölkədən qaçmaq istəyərkən tutulan SAT komandosuna məxsus 3 hərbçinin ilk ifadələri məlum olub. Dünyanın ən yaxşı xüsusi təyinatlılarından sayılan SAT-ın komandoları İstanbul-Ədirnə avtomobil yolunda tutulub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ərdoğan-Tramp görüşü ABŞ prezidenti üçün hakimiyyəti dövründə ən çətin görüş olacaq”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün amerikalı həmkarı Donald Trampla nəzərdə tutulan görüşünü şərh edən “Yeni Şəfəq” nəşrinin yazarı İbrahim Karagül bildirib.

“Çünki, masada çox çətin mövzular var. 15 iyul hərbi çevriliş cəhdinə ABŞ kəşfiyyatının dəstəyi var. Bundan başqa, FETÖ terror təşkilatı ABŞ tərəfindən qorunur. Türkiyə prezidentinə sui-qəsd də daxil olmaqla, ABŞ kəşfiyyatının nəzarətində həyata keçirilən bir layihə var”, - yazar qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün ABŞ-dakı erməni diasporu Vaşinqtona səfər edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı etiraz aksiyası keçirirəcək. Yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə axşam saatlarında - red.) başlayacaq aksiyada ABŞ prezidenti Donald Trampa Türkiyəyə təzyiq etmək çağırışı ediləcək.

Bununla yanaşı, erməni lobbisinin üzvləri olan 62 konqresmen Trampa məktub ünvanlayaraq, Ərdoğanı anti-demokratiyada ittiham ediblər. Məktubda qondarma “erməni soyqırımı”nın tanınması çağırışı edilib, eləcə də PKK terror təşkilatının üzvləri müdafiə olunub. Eyni məktub ABŞ-ın dövlət katibi Reks Tillersona da göndəriləcək.

Qeyd edək ki, Ərdoğan dünən Vaşinqtona yola düşüb. Türkiyə prezidentinin səfəri iki gün davam edəcək.

Rusiyanın Krımı anneksiya etməsi dünya üçün təhlükəli presedent yaradıb. Bunu “Obozrevatel” saytına açıqlamasında Krım Tatar Məclisinin sədr müavini İlmi Umerov söyləyib.

“Avropa və dünya anlamalıdır ki, 2014-cü ildə yaradılan bu proses bütün ölkələrə toxunacaq. Hər şeyi öz yerinə qaytarmaq vaxtı çatıb. Əgər dünya lazım olanı etməsə, yeni destabilizasiya ocaqları yaranacaq”, – deyə o bildirib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Rusiyanı Suriya rejiminin dəhşətlərini tanımağa çağırıb. Diplomat bir gün əvvəl ABŞ Dövlət Departamentinin Suriya hakimiyyətinə yönəlik ittihamlarına istinad edib.

“Əsəd öz qəddarlığına görə əsas məsuliyyəti daşıyır. Amma onun müttəfiqləri Rusiya və İranın üzərinə də məsuliyyət düşür. Moskva və Tehran Əsədə insanları oğurlamağa və işgəncə verməyə, insanları məhkəməsiz öldürməyə və kimyəvi silah hücumları həyata keçirməyə icazə verir. Digər ölkələr Suriya rejiminin dəhşətlərini tanıyırlar. Rusiyanın bizə qoşulmaq vaxtı çatıb”, - Nikki Heylinin bəyanatında deyilir.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti dünən Bəşər Əsəd rejimini Dəməşq yaxınlığında hərbi həbsxanada krematori tikintisində ittiham edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Mosul şəhərində tamamilə mühasirəyə alınıb. Bu haqda ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi bildirib.

Koalisiya nümayəndəsi terror qruplaşmasının şəhər ətrafında tam məğlubiyyət aldığını deyib. Mosulda hazırda İŞİD-in nəzarətində yalnız 12 kvadrat kilometr ərazi qalıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə təhlükəsizlik gücləri İstanbul boğazında həyəcan siqnalı verib. Kəşfiyyat İŞİD terror təşkilatının İstanbul boğazından keçən Rusiyanın döyüş gəmilərinə raket hücumu planlaşdırdığı barədə məlumat alıb.

Boğazın hər iki sahilində aparılan axtarışlar zamanı gəmiləri müşahidə edə bilən və hücumda istifadə oluna biləcək 146 nöqtə müəyyən edilib. Həmin nöqtələrdə polis fasiləsiz keşik çəkir. Boğazdan keçən gəmiləri isə bir vertolyot və 2 sahil təhlükəsizlik kateri müşayiət edir.

PKK Sincarda Türkiyəyə qarşı birgə hücum üçün İŞİD-lə gizli şəkildə razılığa gəlib. “Anadolu” agentliyi xəbər verir ki, bu barədə Sincar bölgəsində tanınmış ailədən gələn, lakin adının açıqlanmasının istəməyən yezidi döyüşçü bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyəyə qarşı diplomatik savaş başladılmalıdır. Bunu İsrail mətbuatına açıqlamasından ehtiyatda olan israilli general Aribe Eldad söyləyib.

“Türkiyə dosyesinin qapadılması yanlışlıqdır. İqtisadi və maddi faydalar İsrailin mövqeyinə zərbə vurmamalıdır. Türkiyəyə qarşı diplomatik və siyasi savaş başladılmalıdır. İsrail İraqın şimalındakı və Türkiyənin cənub-şərqindəki kürdləri dəstəkləməlidir. Biz müstəqil kürd dövlətinin qurulması və onun beynəlxalq aləmdə tanınması üçün hər şeyi etməliyik. Biz həmçinin “erməni soyqırımı” iddialarıyla Türkiyəyə qarşı təzyiqləri də artırmalıyıq”, – deyə o bildirib.

ABŞ Dövlət Departamenti, Pentaqon və kəşfiyyatın ali rəhbərliyinin nümayəndələri Ağ Evi Amerikanın İsraildəki səfirliyini Qüdsə (Yerusəlim) daşımamağa çağırırlar. Bu haqda ABŞ administrasiyasındakı mənbələrə istinadən CNN telekanalı bildirib.

Diplomatik missiyanın köçürülməsinə qarşı çıxanların fikrincə, belə qərar sülh prosesinə mənfi təsir göstərəcək və regional riskləri artıracaq.

Eyni zamanda prezident Donald Trampın bir sıra məsləhətçiləri prezidenti seçkiqabağı vəd yerinə yetirməyə çağırırlar. Onların fikrincə, ABŞ prezidenti gələn həftə İsrailə planlaşdırılmış səfərin gedişatında Qüdsü yəhudi dövlətinin paytaxtı kimi tanıdığını və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərarı elan etməlidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İspaniyanın şimali-şərqində yerləşən Kataloniya muxtar vilayətinin müstəqilliyi haqqında referendum oktyabrın 1-də keçirilə bilər. Bu haqda İspaniyanın “La Vanguardia” qəzeti bildirib.

Nəşrin yazdığına görə, Kataloniya muxtar vilayətinin hökumət sədri Karles Puçdemon referendum tarixini gələn həftə elan edəcək.

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya Federasiyasına qarşı sanksiyaların genişləndirilməsi haqqında Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiqləyib. Sanksiyaların genişləndirilmiş siyahısına 1228 fiziki və 468 hüquqi şəxs daxil edilib. Hüquqi şəxslərə qarşı sanksiyaların müddəti üç ilə qədər, fiziki şəxslər üçün isə bir, üç, beş il və müddətsiz uzadılıb.

Fərmanın əlavə hissəsində deyilir ki, sanksiyalar çərçivəsində həmçinin “Yandeks”, “Mail.ru”, həmçinin "Vkontakte” və "Odnoklasniki” sosial şəbəkələrinin fəaliyyəti Ukraynada qadağan edilib.

“Yandeks” axtarış sisteminin əsas səhifəsi qadağa altına düşməyib. Amma bütün xidmətlərə blok qoyulub.

Mayın 12-də 150-dən çox ölkədə 300 mindən çox kompüterə edilən hücumun arxasında Şimali Koreyanın olduğu ehtimal olunur. Bu ehtimalı “Google” şirkətinin təhlükəsizlik üzrə araşdırmaçı Neel Mehta irəli sürüb.

Onun fikrincə, yayılan “WannCry” virusunda “Lazarus Group” adlı bir haker qrupun istifadə etdiyi kod tapıb. Bu qrup Şimali Koreya hökumətinə bağlıdır.

Lakin mütəxəssis hesab edir ki, diqqəti Şimali Koreyaya yönləndirmək üçün “Lazarus Group”un kodunu bilərəkdən də virusa yerləşdirə bilərlər. Hazırda hücumun arxasında kimin dayandığı ilə bağlı araşdırmalar davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm