Ermənistanın sonu olacaq PLAN, güc variantında REDAKTƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ermənistanın sonu olacaq PLAN, güc variantında REDAKTƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan tərəfi yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutmasını əks etdirən video və guya Azərbaycan tərəfinin itkilər verməsi barədə məlumat yayıb. Ermənistan Azərbaycanın raket zərbəsi ilə məhv edilən “OSA” zenit-raket kompleksində şəxsi heyətin də məhv edilməsi faktını gizlədir. Cənubi Çin dənizində böyük güclərin qarşıdurma ehtimalı güclənir. Kremlin Ukraynada gözlənilməz “favorit”i məlum olub. Kiyev Donetsk və Luqanskın öz nəzarəti altına qaytarılması üçün güc variantına baxmır.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən bölmələrinin cəbhənin Ağdam istiqamətində yaşayış məntəqələrimiz və mövqelərimizi müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutması barədə Müdafiə Nazirliyi tərəfindən bu gün səhər saatlarında rəsmi məlumat verilib.

"Videonu yaymaqla Ermənistan təkcə mövqelərimizi deyil, eyni zamanda yaşayış məntəqələrimizi də müntəzəm olaraq atəşə tutmasını nümayiş etdirərək dinc azərbaycanlı əhaliyə qarşı öz çirkin əməllərini davam etdirdiyini bir daha təsdiq etdi. Müdafiə Nazirliyi bildirir ki, düşmən tərəfindən atəş nəticəsində dinc əhali, Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur və döyüş texnikasına ziyan dəyməyib", - deyə MN-dən bildirilib.

Ermənistan Azərbaycanın raket zərbəsi ilə məhv edilən “OSA” zenit-raket kompleksində şəxsi heyətin də məhv edilməsi faktını gizlədir. Bu barədə erməni jurnalist Tevos Arşakyan yazıb.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Ordusu Ermənistana məxsus “OSA” zenit-raket kompleksini məhv edib. Ermənistan tərəfi raket kompleksinin vurulduğunu təsdiq etsə də, heç bir itki vermədiklərini açıqlayıb.

Lakin erməni jurnalist İrəvanın yalan danışdığını deyir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Azərbaycan Qarabağın münaqişəsinin nizama salınması ilə bağlı Ermənistanın qarşısına son tələbini qoydu: sülh əvəzinə ərazilərin qaytarılması”. Bu barədə erməni jurnalist Naira Ayrumyan əldə etdiyi məlumatlara əsasən yazıb.

Erməni jurnalist Azərbaycan Ordusunun Ermənistana məxsus “OSO” zenit-raket kompleksini vurmasının İrəvanda ciddi narahatlıq yaratdığını deyib: “Son vaxtlar cəbhədə gərginlik artıb. Bakı İrəvan qarşısına şərt qoyub: əsgərlərinizin ölməsini istəmirsinizsə, rayonları qaytarın və qoşunları bölgədən çıxarın”.

N.Ayrumyan rəsmi İrəvanın Bakının tələbi qarşısında susduğunu bildirib.

“Ermənistan əraziləri qaytarmağa hazırdımı? Ermənistan üçün indiki məqamda sülh əhəmiyyətlidir. Xarici işlər naziri Eduard Nalbandyan bildirdi ki, Ermənistan danışıqlara hazırdır, çünki bunun alternativi yoxdur. Lakin Bakının tələbi haqda heç nə demədi, susdu. Bu, razılıq əlamətidirmi? Bununla yanaşı, “aprel müharibəsi”ndən sonra İrəvan “ərazilərin qaytarılması əvəzində Qarabağın müstəqilliyinin tanınması” şərtini irəli sürmüşdü. Görünür, Ermənistan bu şərtini geri çəkib. İndi Bakı diktə edən tərəf kimi çıxış edir”, - deyə erməni jurnalist vurğulayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Avropada, Rusiyada və ABŞ-da İsrailin dostları Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına imkan vermir. Bu gün İsrail Ermənistanı İrandan sonra ikinci ən böyük düşməni hesab edir”.

Bu barədə erməni politoloq İqor Muradyan Ermənistan üçün böyük təhlükə adlandırdığı İsrail-Azərbaycan, eləcə də İsrail-Rusiya münasibətləri haqda danışarkən bildirib.

“Bu proses İranla əlaqələr saxlayan Ermənistan üçün təhlükəlidir. Yaxın dövrdə İsrailin bizim ölkəmizə hücumları, güclü təzyiqləri baş verəcək. Nəticədə, Ermənistan tamamilə blokadaya düşəcək. Bu, acınacaqlı son deməkdir. Halbuki, Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə əlaqələrə önəm verərək, vəziyyətdən çıxa bilərdi. Lakin bu baş vermədi”, - deyə Muradyan bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Çin hakimiyyəti Cənubi Çin dənizində Yunşudao mübahisəli rifində Vyetnam sualtı gəmilərinin yaxınlaşmasına mane olmaq üçün raket qurğusunu yerləşdirib. Çindən verilən rəsmi məlumatda deyilir ki, Yunşudaoda yerləşdirilən raket qurğuları xüsusi müdafiə xarakterini daşıyır və ölkə öz ərazisində hər şeyi etməkdə haqlıdır.

Agentliyin məlumatına görə, ABŞ bunu dənizdə ön mövqelərin hərbiləşdirilməsi adlandıraraq Pekinin hərəkətlərini tənqid edib.

Hərbi mütəxəssislər son dövrdə regionda nüvə toqquşması riskinin ciddi şəkildə artdığını vurğulayırlar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Brett Makkurkun rəhbərlik etdiyi ABŞ-ın xüsusi nümayəndə heyəti Suriyanın Kobani şəhərində YPG, DSG və Kobani kantonu nümayəndələri ilə görüşüb. ABŞ prezidenti Donald Trampın İŞİD ilə mübarizə üçün yaradılan koalisiyasındakı xüsusi nümayəndəsi Brett Makkurk terrorçu ilə eyni masada əyləşib.

Kobaniyə səfər edən Makkurkun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyənin başına 4 milyon lirə mükafat qoyduğu və qırmızı xətlə axtarışda olan, kod adı "Şahin Cilo" olan PKK-lı terrorçu Abdi Fərhad Şahin ilə eyni masada əyləşməsi diqqət çəkib.

Brett Makkurk bu gün də davam edəcək görüşdə İŞİD-ə qarşı aparılan mübarizə ilə əlaqəli müzakirələr aparıb.

Suriyada Bəşər Əsəd rejimi yeni dövlət qurma bəhanəsilə milyonlarla suriyalını vətəndaşlıqdan çıxartmağa hazırlaşır. Əsəd rejimi tərəfindən qəbul edilən yeni qanunlar çərçivəsində suriyalılar vətəndaşlıqlarını itirmə təhlükəsi ilə üz-üzə qalıb. Vətəndaşlıq hüquqlarını itirmək istəməyən suriyalılardan yeni rejimi qəbul edib 2018-ci ilin sonuna qədər yeni şəxsiyyət vəsiqələrini almaları tələb edilib.

Yeni qaydaya əsasən, təxminən 10,5 milyon suriyalı vətəndaşlıq haqlarını itirəcək.

Kremlin Ukraynada gözlənilməz “favorit”i məlum olub. Bunu ukraynalı hüquqşünas, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Maydan hadisələrində iştirakı üzrə işi aparan prokuror Aleksey Don deyib.

Onun sözlərinə görə, Kremlin Ukraynadakı “favorit”i bu ölkənin keçmiş baş naziri Nikolay Azarovdur. Prokuror qeyd edir ki, Kreml həmişə Ukraynanın keçmiş baş nazirinə Rusiyaya qaçmış sabiq prezident Viktor Yanukoviçlə müqayisədə daha yaxın olub. Aleksey Don qeyd edir ki, Azarov Yanukoviçlə müqayisədə daha rusiyayönlü mövqe tuturdu.

O iddia edir ki, Yanukoviç Rusiya hakimiyyəti üçün hər hansı maraq kəsb etmir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Amerikann NBC News telekanalı ABŞ prezidenti Donald Tramp və Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun danışığının detallarını aydınlaşdırıb. Telekanala danışan Ağ Evdəki mənbələrin məlumatına görə, mayın 10-da Ağ Evdə keçirilən görüşdə İŞİD terrorçularının təyyarənin içində terror aktını təşkil etmək planlarından söhbət gedib.

Vaşinqton bu informasiyanı İsrail kəşfiyyatından (MOSSAD) alıb. İsrail xüsusi xidmət orqanının əməkdaşı İŞİD-in içində işləyir. İŞİD-in içərisinə yerləşdirilmiş İsrail agenti terrorçuların planları haqqında Vaşinqtona məlumatlar verirdi. İndi o, ifşa olunma təhlükəsi ilə üz-üzədir.

“Vaşinqton Post” qəzetinin yazdığına görə, prezident Donald Tramp Rusiya xarici işlər naziri Sergey Lavrova onunla mayın 10-da keçirdiyi görüşdə tam məxfi informasiyanı verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskva ABŞ Senatı və Konqresinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ prezident Donald Trampın danışıqlarının səs yazısını verməyə hazırdır. Bunu Rusiya prezidenti Vladimir Putin İtaliyanın xarici İşlər naziri Paolo Qentiloni ilə görüşün nəticələrinə həsr edilmiş mətbuat konfransında deyib.

“Əgər Birləşmiş Ştatların administrasiyası arzu edərsə, biz ABŞ Senatı və Konqresinə Trampla Lavrovun söhbətinin səs yazısını verməyə hazırıq”, - Putin bildirib.

Putinin sözlərinə görə, ABŞ-da hansısa bir siyasi şizofreniya inkişaf edir.

Kiyev Donetsk və Luqanskın öz nəzarəti altına qaytarılması üçün güc variantına baxmır. Bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak Almaniyanın “Deutsche Welle” telekanalına müsahibəsində bildirib.

Eyni zamanda, nazir əmin olduğunu vurğulayıb ki, Donbasın işğal altında olan əraziləri Ukrayna hakimiyyətinin nəzarətinə mütləq qayıdacaq.

“Biz buna əminik. Donetsk və Luqansk Ukraynanın ərazisidir”, - o deyib.

Aprel ayında Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Donbasda təhlükəsizlik güclərinin hücumunu elan edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm