Adam qanına susayan PREZİDENT, iyulda MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Adam qanına susayan PREZİDENT, iyulda MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiya Ermənistana yeni silahlar verəcək. ABŞ prezidenti Donald Trampın Yaxın Şərq səfəri İrana qarşı sərt tonda verilən bəyanatlarla yadda qalır. Tramp bu gün İsrailə səfər edib. ABŞ-PYD ittifaqı tərəfindən Rakka Şurası adı altında “işğal şurası” yaradılıb. İŞİD-in Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayına hücum planının qarşısı alınıb.

Rusiya 2017-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrə yeni silahlar verəcək. Bu barədə Hərbi-Texniki Avadanlıq üzrə federal Xidmətin direktoru Dmitri Şuqay deyib. Onun sözlərinə görə, KTMT ölkələrinə müdafiə sistemləri və vertolyotlar çatdırılacaq.

Rusiya Hava-kosmik güclərinin baş komandanı Viktor Bondaryev isə bildirib ki, Qazaxıstana, Tacikistana zenit-raket kompleksləri, Qırğısıztana müdafiə sisteminin müasir texnikasını, Tacikistana aviasiya və zenit-raket kompleksi, Ermənistana və Belarusa hava hücumundan müdafiə sistemləri veriləcək.

Cəbhədə gərginlik davam edir və düşmən tərəfi hər keçən gün daha böyük itkilər verir. Mayın 20-də atəşkəsi pozan erməni hərbi birləşmələri daha bir itki verdi. Ermənistan mediası əsgər Karen Danielyanın aldığı güllə yarasından öldüyünü açıqladı.

Ermənistan cəmiyyəti artan itkilər fonunda rəsmi İrəvanı sülhə çağırır. Erməni jurnalist Sarqis Arsruni yazır ki, münaqişə Ermənistanı blokadaya salıb, iqtisadiyyat iflic olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Azərbaycan bu gün Dağlıq Qarabağ və ətraf rayonlarının işğalından əziyyət çəkir. Bu artıq 25 ildən artıqdır davam edir. Azərbaycana qarşı işğalçını həvəsləndirən ən böyük mənbə Moskvadır. Krımın işğaldan azad edilməsi Qarabağ, Abxaziya, Dnestryanı problemlərinin yeganə açarıdır”. Bunu Krım Tatar Məclisinin sədri Refat Çubarov deyib.

“İran rejimi Xomeynidən sonra terrorizmin bayrağını daşıyır. Bizim xoş niyyətli qonşuluq münasibətlərimizi də rədd etdi. Bu niyyətlərimizə regionda sərt siyasət və terror aksiyaları ilə cavab verdi”. Bunu Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud ərəb və müsəlman liderlərinin ekstremizmə qarşı mübarizəyə həsr edilmiş sammitində çıxışı zamanı deyib.

“İran rejimi susmağımızı zəiflik, hikmətimizi isə geri çəkilmək kimi başa düşdü. Bu gün burada əhalisinin sayı 1.5 milyarddan çox olan 55 ölkənin lideri ilə bir yerdəyik. Bu ölkələr dünyada sülh, sabitlik və təhlükəsizliyin əldə edilməsi üçün terror və radikalizmlə mübarizədə önəmli müttəfiqlərimiz oldu”, - kral bildirib.

İranın Xarici İşlər naziri Cavad Zərif ABŞ prezidenti Donald Trampın İranla bağlı fikirlərinə reaksiya verib. “Demokratiyanın və orta yolun beşiyi ABŞ tərəfindən hücumlara məruz qalır. Bu hücum xarici siyasətinmi, yoxsa Səudiyyə Ərəbistandan alınan 480 milyard dolların qaymağımı?”.

Qeyd edək ki, Prezident Tramp Səudiyyə Ərəbistanında səfərdə olduğu zaman İranın Suriya rejiminə verdiyi dəstəyi kəskin tənqid edib, bu dəstəyi qorxunc bir cinayət adlandırıb: “İran rejimi qlobal terrorizmə liderlik edir. Bölgədə xaos yayır”.

ABŞ Prezidenti Donald Trampın İsrailə səfəri başlayıb. Trampı Təl-Əvivin Ben-Qurion hava limanında İsrail prezidenti Reuven Rivlin, İsrailin baş naziri Benyamin Netanyahu, İsrail Knessetinin spikeri Yuli Edelşteyn qarşılayıb.

Tramp buradan Qüdsə Prezident Rivlinin iqamətgahına yola düşüb. Sabah isə Tramp İordan çayının qərb sahilində yerləşən Veflem şəhərində gedəcək və burada Fələstin prezidenti Mahmud Abbasla görüşəcək. O Qüdsdəki İsrail muzeyində nitq söyləyəcək və Vatikana yola düşəcək. Trampı səfər zamanı həyat yoldaşı Melaniya və qızı İvanka müşayiət edir.

ABŞ və İsrail İranda nüvə silahının hazırlanmasının yolverilməzliyi barədə vahid mövqedədir. Bu haqda Amerika prezidenti Donald Tramp Qüdsdə İsrail prezidenti Reuven Rivlinlə görüşü zamanı bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla danışıqların gedişatında Şimali Koreyaya təzyiqin göstərilməsi üçün 100 gün möhlət istəyib.

“The Asahi Shimbun” nəşrinin məlumatına görə, ABŞ Koreya Xalq Demokratik Respublikası ilə bağlı siyasətin sərtləşdirilməsində təkid edirdi. Pekin Şimali Koreyaya təzyiq göstərməyəcəyi halda, Vaşinqton Pxenyanla bağlı olan Çin müəssisələri ilə əməkdaşlığı dayandıracağı barədə xəbərdarlıq edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya Xalq Demokratik Respublikasının dövlət televiziyası Pxenan-Namdo əyalətinin Pukçxan rayonunun qərb sahilindən ballistik raketin işə salınmasının kadrlarını göstərib. Televiziyanın xəbərində xatırlanır ki, raketin malik olduğu uçuş məsafəsi onun Havay adalarına çatmasına imkan verir. Burada ABŞ-ın Sakit okean donanmasının komandanlığı yerləşir. Raketin məhvetmə radiusuna həmçinin Alyaska ştatı düşür.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-PYD ittifaqı tərəfindən Rakka Şurası adı altında “işğal şurası” yaradılıb. 97 nəfərlik siyahıda Almaniya, İngiltərə, Küveyt və ABŞ vətəndaşları yer alıb.

Rakkanın İŞİD-dən azad edilməsindən sonra siyasi və hərbi idarəçiliyi formalaşdıracaq şəxslər PKK-nın əsas qərargahı olan Qəndil tərəfindən müəyyənləşdirilib. Aprelin 18-də isə Rakkaya bağlı Ayn İsa qəsəbəsində amerikalı səlahiyyətlilərin də qatıldığı toplantıda siyahının son şəkli hazırlanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dünən təşkil edilən əməliyyatla öldürülən 2 İŞİD terrorçusu Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayına hücum etməyi planlaşdırırdılar. Bu haqda Ankara valisi Ercan Topaca bildirib.

“İstanbulda tutulan Azərbaycan mənşəli Əbu Hüseyn Cəlilovun təqibi ilə bu 2 terrorçuya çatmaq mümkün olub”, - o deyib.

Qeyd edək ki, dünən səhər saatlarında Türkiyə polisi Ankarada Etimesgut qəsəbəsinin Yapracık məhəlləsində əməliyyat keçirib. Əməliyyat zamanı bir evdə terror aktı törətməyə hazırlaşan iki nəfərdən təslim olmaları tələb edilib. Polisə tabe olmayan bu şəxslər məhv edilib.

Xatırladaq ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qurucusu olduğu AKP-nin növbədənkənar qurultayında partiyanın sədri seçilib.

“Ölkənin tənəzzülünün qarşısını almağa kömək edəcəksə, insanların qətlinə və ya ölkənin bir sıra regionlarında hərbi vəziyyətin tətbiqinə hazıram”. Bunu Rusiyaya səfəri ərəfəsində Filippin prezidenti Rodriqo Duterte Rusiya KİV-inə müsahibəsində bildirib.

Prezident vurğulayıb ki, şəxsi hakimiyyətin saxlanılmasına görə deyil, Filippin xalqı və dövlətin mühafizəsi üçün bu ölçülərə müraciət etməməyə hazırdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2010-cu ildən indiyə qədər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Çində olan 20 casusundan 12-si öldürülüb, 8-i həbs olunub.

“Nyu York Times” nəşri yazıb ki, Çin hakimiyyəti 2010-12-ci illərdə CİA-ya casusluq edən 20 nəfəri ortaya çıxarıb. Məlumata görə, bir casus digərlərinə örnək olması üçün yoldaşlarının gözü önündə güllələnib. Casusların bir qismi çinlilər olub.

2011-ci ildən başlayaraq, ABŞ-a işləyən casuslar müəmmalı şəkildə yoxa çıxmağa başlayıb.

Yüksək vəzifəli Amerika məmuru Çindəki casus şəbəkəsinin böyük zərbə aldığını açıqlayıb. Məlumata görə, CİA və FTB Şimali Virciniyada gizli ofisdə Pekində casuslara qarşı əməliyyatı analiz edir. Hesab olunur ki, ya CİA daxilində Çinə işləyən casus var, ya da Pekin ABŞ-ın casuslarla əlaqə yaratdığı sistemi dağıdıb.

Kəşfiyyat mənbələri FTB və CİA-nın casus əməliyyatının adının “Bal porsuğu” (Honey Badger) olduğunu deyiblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Konqresinin üzvü, respublikaçı senator Com Makkeynin Rusiyanın xarici işlər naziri Sergey Lavrov barəsində söylədikləri qalmaqala səbəb olub. Makkeyn "Fox News Sunday” proqramına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla əlaqədar kəskin ifadələr işlədib. Makkeyn Lavrovu "quldur və qatil” Putunin "marioentkası və təbliğatçısı” adlandırıb.

O, Rusiya XİN rəhbərinin prezident Trampla görüşünü şərh edərkən deyib ki, Lavrovun Oval kabinetdə nə işi var?

Amerikalı senatorlara Moskvadan verilən cavab isə çox sərt olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm