“Ədalətli” TERROR, dünyanı gözləyən QANLI GÜNLƏR... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

“Ədalətli” TERROR, dünyanı gözləyən QANLI GÜNLƏR... – GÜNÜN SİYASİ XÜLASƏSİ

2018-2019-cu ildə Ermənistan Rusiyadan yeni silah partiyası alacaq. Günün əsas mövzusu heç şübhəsiz ki, İngiltərədə törədilən terror aktıdır. Terror aktı törədən kamikadzenin şəxsiyyəti müəyyən edilib. ABŞ prezidenti Donald Trampın Fələstin lideri Mahmud Abbasla görüşüb. ABŞ PYD-yə (PKK terror təşkilatının Suriya qolu –red.) 100 TIR silah çatdırıb. Türkiyə Azad Suriya Ordusunun (ASO) üzvlərindən ibarət 10 minlik ordu qurur.

“2018-2019-cu ildə Ermənistan Rusiyadan yeni silah partiyası alacaq. Bu həm 200 milyonluq kredit sazişi çərçivəsində, həm də cari əməkdaşlıq çərçivəsində olacaq”. Bu haqda Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin rəisi Levon Ayvazyan deyib.

L.Ayvazyan iddia edib ki, Ermənistan məxfi silahlara malikdir. “Biz zərbə endirən pilotsuz təyyarələri tətbiq edirik, lakin mən bunun detalları haqda danışmayacam, çünki dövlət sirridir”, - deyə bildirib. Ayvazyan iddia etdiyi “məxfi silah”ın Ermənistana kimin verdiyini açıqlamasa da, erməni mediası bu silahların Rusiyadan alındığı ehtimalını irəli çəkib. Lakin iddia edilən “məxfi silah”ın nədən ibarət olduğu məlum deyil.

İrəvanda ABŞ prezidenti Donald Trampın 2018-ci ildə Ermənistana ayrılan maliyyə yardımını 77 faiz azaltması ilə bağlı müzakirələr hələ də davam edib. Beynəlxalq münasibətlər və təhlükəsizlik institutunun keçirdiyi müzakirələrdə ekspertlər ABŞ-ın maliyyə yardımı azaltmasının əsas günahkarının hakimiyyət olduğunu deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dünən Böyük Britaniyanın Mançester şəhərində konsert zamanı stadionda partlayış törədildi. Britaniyanın baş naziri Tereza Mey hadisəni terror aktı adlandırdı.

Partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb. Kamikadze tərəfindən törədilən partlayışa görə İŞİD terror təşkilatının döyüşçüləri məsuliyyəti öz üzərinə götürüblər. İraqın internet-portalı "Axbar İraq" xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yerləşdirilib.

Partlayışı küstar üsulla hazırlanmış bomba ilə törədən terrorçunun cəsədi hadisə yerində qalıb. Partlayıcının “mismar bombası” olduğu təxmin edilir. Cenevrə müqaviləsinə görə, qadağan olunmuş bomba, ətrafa hər biri 3 sm uzunluğunda 5 min mismar sıçradır.

Ölənlərin çoxunun 13-18 yaş aralarında olduğu deyilir. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.

Terror aktı törədən kamikadzenin şəxsiyyəti müəyyən edilib. Bu haqda Böyük Britaniyanın baş naziri Tereza Mey təhlükəsizlik toplantısından sonra jurnalistlərə açıqlamasında bildirib.

Lakin baş nazir istintaq davam etdiyi üçün terrorçunun adının indiki mərhələdə açıqlanmayacağını deyib.

Xarici KİV-lər isə terror aktını törədən kamikadzenin 23 yaşlı İŞİD terrorçusu Salam Abedi olduğunu bildiriblər.

İŞİD döyüşçüləri dünən Manşesterdə törədilən terror aktına görə məsuliyyəti üzərinə götürsə də, ekspertlər başqa fikirdədirlər. Ekspertlər terror aktının müstəqil hərəkət edən şəxs tərəfindən törədildiyini bildirirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dünən İngiltərənin Mançester şəhərində stadionda baş verən partlayış öncəsi Tvitterdə yazılan bir statusun müəllifinin kimliyi araşdırılır. Status terror aktından bir neçə saat əvvəl yazılıb.

İŞİD terror təşkilatının tərəfdarı olduğu ehtimal edilən “Owys663” adlı Tvitter istifadəçisi İŞİD etiketi ilə “Təhdidimizi unutdunuzmu? Bu ədalətli bir terrordur” yazıb. Tvitt və istifadəçi profili qısa müddət sonra silinib.

Suriyada İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın üzvü olan İngiltərə daha əvvəl də bir neçə dəfə İŞİD tərəfindən təhdid edilib.

2017-ci il martın 22-də paytaxt Londonda baş verən terror hücumunda bir İŞİD tərəfdarı avtomobili insanların arasında sürərək 6 nəfərin ölümünə səbəb olmuşdu.

ABŞ prezidenti Donald Trampın Fələstin lideri Mahmud Abbasla görüşüb. Görüş Mahmud Abbasın Vifleyem şəhərindəki iqamətgahında keçirilib.

Bu Trampın vəzifəyə gəlişindən bu yana Fələstin lideri ilə üçüncü görüşü idi.

ABŞ prezidenti Donald Tramp danışıqlardan sonra bildirib ki, İsrail və Fələstin liderləri sülh sazişi üzərində işləməyə söz verdilər. ABŞ prezidenti əminliyini ifadə edib ki, İsrail və Fələstin sülh üçün razılaşa bilərlər.

“Mən həqiqətən ümid edirəm ki, Amerika İsrail və Fələstinə sülhə gəlməyə, region və onun xalqları üçün yeni ümid gətirməyə kömək etməyə qadirdir. Mən həmçinin inanıram ki, İsrail və Fələstin sülh sazişi bağlaya bilərlər. Bu, bütün Yaxın Şərq üzrə barışıq prosesinə start verəcək və böyük nailiyyət olacaq. Prezident Mahmud Abbas məni inandırıb ki, o bu hədəf üçün vicdanla işləməyə hazırdır. İsrailin baş naziri Benyamin Netanyahu da eyni sözü verib”, - Tramp bildirib.

ABŞ yeni büdcə layihəsində xarici ölkələrə qarşılıqsız hərbi yardım proqramlarını kreditlərlə əvəz etmək istəyir. Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezident Administrasiyasının rəsmi nümayəndəsi Mik Malveyni söyləyib.

“Biz 100 milyon dollar əvəzinə kreditlərin verilməsi tərəfdarıyıq. Bununla bizdən kredit alan xarici ölkələr daha çox hərbi vasitələr əldə edə bilərlər”.

ABŞ-ın hərbi yardımları Misir, İordaniya və İsrailə əvvəlki qaydada saxlanılacaq. Ukrayna, Filippin, Pakistan, Tunis, Livan, Kolumbiya və Vyetnam kimi ölkələrə edilən yardımlar isə dayandırılacaq.

Türkiyə Azad Suriya Ordusunun (ASO) üzvlərindən ibarət 10 minlik ordu qurur. Bu haqda ASO-dakı mənbələrinə istinadən Rusiyanın “Sputnik” agentliyi yazıb.

Agentlik qeyd edir ki, qurulacaq ordu YPG terror təşkilatına qarşı əməliyyatda istifadə ediləcək. Türkiyə həmçinin Cerablusdan İdlibə qədər təhlükəsizlik bölgəsi qurmaq istəyir. Həmin ordu təhlükəsizlik bölgəsində də vəzifə yetinə yetirəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ PYD-yə (PKK terror təşkilatının Suriya qolu –red.) 100 TIR silah çatdırıb. “Anadolu” agentliyi xəbər verir ki, silahlar iki partiya olmaqla, 15 və 20 may tarixlərində çatdırılıb.

Silahların çatdırılması ABŞ prezidenti Donald Trampın PYD-nin silahlandırılması ilə bağlı fərmanından 6 gün sonra başlanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm