Nida Təhlil
İSLAMİADA: Azərbaycanın yeni standartları və Bakıdan başlanan həmrəylik
“Biz İslam Həmrəyliyi Oyunlarında da yeni standartları tətbiq
etdik”.
Prezident İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunlarının qalib
idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin
nümayəndələri ilə görüşdə dediyi bu sözlər Azərbaycanın idman
təcrübəsinin, kreativ təşkilatçılıq bacarığının ifadəsidir.
Azərbaycan standartları
Hələ 2012-ci ildə Avropanın musiqi yarışmasını – “Eurovision”u
Bakıda keçirərkən Azərbaycanın buna nail olacağına şübhə edənlər
tapılmışdı. Hərçənd, bu şübhəçilərin əksəriyyətinin siyasi
məqsədləri də var idi. Lakin “Eurovision” mahnı yarışmasının
təşkilatçılığı ilə Azərbaycan öz dəsti-xəttini formalaşdırdı.
Dünyaya “Avropa standartları” ixrac edən “Köhnə Qitə” Azərbaycan
standartları qarşısında heyranlıqlarını gizlədə bilmirdilər. Bunun
məntiqi davamı olaraq, 2015-ci ildə keçirilən I Avropa Oyunlarında
da məkan olaraq Azərbaycan seçildi. Azərbaycanın yüksək
təşkilatçılığı ilə Avropanın idman tarixində ilkə imza atıldı.
Bakıdan verilən mesaj
Bunların fonunda, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının
da möhtəşəm olacağı, İslam aləmində böyük iz buraxacağı əvvəlcədən
bəlli idi.
Mayın 12-də baş tutan açılış mərasimi ilə Azərbaycan öz
dəsti-xəttini bir daha nümayiş etdirdi. Mərasimdə İslam dininin
mütərəqqiliyi, elm, mədəniyyət, sülh, mərhəmət dini olduğunu
nümayiş etdirdi. Əslində bu Bakıda dünyaya islamofob düşüncələrə
verilmiş gözəl mesaj idi. Bununla yanaşı, mərasimdə Azərbaycan
xalqının zəngin, qədim tarixi, mədəniyyəti bütün İslam aləminə və
dünyaya təqdim olundu. Eyni ecazkarlıq mayın 22-də keçirilmiş
bağlanış mərasimində davam etdi.
Mayın 12-dən 22-nə qədər olan 10 gün ərzində isə Azərbaycan
oyunları ən mükəmməl şəkildə təşkil etdi. Təbii ki,
“Eurovision-2012” və I Avropa Oyunlarında olduğu kimi, IV İslam
Həmrəyliyi Oyunlarında da Təşkilat Komitəsinin sədrinin Mehriban
xanım Əliyevanın olması faktoru böyük rol oynadı. Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi IV İslam Həmrəyliyi Oyunlarının
Təşkilat Komitəsi tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün
təşkilati məsələləri ən xırda detallarına kimi nümunəvi şəkildə
həll etmişdi. Məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə
təşkilat komitəsinin hazırladığı bütün beynəlxalq tədbirlər -
2012-ci ildə “Eurovision” mahnı yarışması, 2015-ci ildə Avropa
Oyunları, həmçinin IV İslam Həmrəyliyi Oyunları öz səviyyəsi və
yeni mütərəqqi standartları ilə yerli və beynəlxalq idman
ictimaiyyətinin yüksək qiymətinə layiq görülüb.
Əslində dünyanı heyran qoyan Azərbaycanın təcrübəsi
Prezident İlham Əliyevin dəstəyi ilə məhz xanım Mehriban Əliyeva
tərəfindən yaradıldığını desək yanılmarıq.
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları bir daha sübut etdi
ki, bu gün Azərbaycan dünya miqyasında əvəzolunmaz ölkəyə
çevrilir.
Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir.
2015-ci ildə I Avropa Oyunlarının, iki il sonra, 2017-ci ildə isə
IV İslam Həmrəyliyi Oyunlarının məhz Bakıda keçirilməsi də bunu
sübut etdi.
Bu, həm də Azərbaycanın İslam dəyərləri ilə müasirliyin təcəssüm
etdiyi məkan olduğunun da sübutudur.
Avropa Oyunlarında olduğu kimi İslamiadanın da ölkəmizdə
keçirilməsinin bir sıra mühüm səbəbləri mövcuddur:
- Azərbaycan dünya miqyasında böyük hörmətə, həmçinin
müsəlman aləmində böyük rəğbətə layiq ölkədir.
- Bu, İslam dünyasının Azərbaycana olan böyük hörmətin
və inamın təzahürüdür.
- Və təbii ki, təcrübə burada böyük rol
oynayır.
IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi
Azərbaycanın gücünü, qüdrətini göstərir. Bir daha təsdiq olundu ki,
Azərbaycan istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə,
eyni zamanda, öz standartlarını tətbiq edə bilər. Oyunlarda əldə
etdiyimiz qələbə isə Azərbaycan idmanının inkişafının nümunəsi
oldu.
İdmançılarımız 54 ölkənin iştirak etdiyi IV İslam Həmrəyliyi
Oyunlarında 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq, tarixi
qələbəyə imza atdı. Və bir daha sübut olundu ki, Azərbaycan dünya
miqyasında güclü idman dövlətidir. Qələbin kökündə dayanan amillər
də diqqətdən yayınmır.
- Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət bütün
sahələrdə, o cümlədən idmanda da öz bəhrəsini verir.
- İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin
prioritetlərindən biridir. Son illər ərzində idmanın inkişaf
etdirilməsi sahəsində atılmış addımlar bugünkü yüksək nəticələrin
əsasında dayanan başlıca amildir.
Bu oyunlarında Azərbaycanın qələbəsi təkcə aktivindəki medalların
sayının çoxalması ilə yekunlaşmadı. Ortada ciddi siyasi və iqtisadi
dividentlər var.
Siyasi divident
1. Yarışları 50-dən çox ölkədə 1 milyarddan artıq tamaşaçı izlədi.
Bu, Azərbaycanın təbliğində böyük rol oynayan amildir.
2. Bu yarışlar Azərbaycanın İslam dünyasında nüfuzunu daha da
möhkəmləndirəcək.
3. Oyunlar zamanı yaranacaq əməkdaşlıq beynəlxalq siyasi arenada
bizə dəstək verən ölkələrin sayını artıracaq.
4. Bu oyunlar Dağlıq Qarabağ həqiqətlərinin tanınması və
Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün apardığı haqq
mübarizəsinə mühüm töhfə olacaq.
5. Bununla yanaşı, Azərbaycanda multikultural dəyərlərin təbliği
baxımından bu oyunlar mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın
multikulturalizm modelinin İslam aləminə yayılmasında və ölkəmizin
cəlbedici mərkəzə çevrilməsində əsas faktordur. Beynəlxalq mədəni
və idman tədbirləri siyasi diplomatiyada uğur qazanmağa təsir edən
amillərdir. Biz, I Avropa Oyunlarında bunun şahidi olduq. İslamiada
bu prosesin davam etdirildi.
İqtisadi divident
1. Bu oyunlar Azərbaycana turist axınını təmin edəcək.
2. Bu oyunlar həm də Azərbaycanın sabitlik adası olduğunu göstərdi.
Sabitlik isə ilk növbədə xarici investorlar üçün cəlbedici
faktordur. Hesab etmək olar ki, perspektivdə Azərbaycana gələn
xarici sərmayələrdə ciddi artımlar müşahidə ediləcək.
Azərbaycanın bu oyunlardan əldə etdiyi ən böyük qazanclardan biri
isə ölkədə idman ənənəsinin davam etdirilməsidir. Bu ənənənin
davamı və dövlətin idmançılara olan qayğısı gənc nəslin idmana daha
çox meyillənməsinə müsbət təsir göstərir. Bu isə ölkəmizin
gələcəyinin daha sağlam olması deməkdir.
İslam dünyasının qazancı
Bakıda İslam dünyası da böyük qazanc əldə etdi. Hər şeydən öncə
İslam ölkələrinin idmançılarının bir araya gəlməsi ilə gələcək
həmrəyliyin də əsası qoyuldu. Oyunların keçirilməsinin başlıca
məqsədi də məhz İslam dünyasının idmançıları arasında təması
gücləndirmək, onları bir-birinə daha da yaxınlaşdırmaq, dostluq və
əməkdaşlıq əlaqələrini möhkəmlətmək idi. Azərbaycanın da müsəlman
aləmində siyasəti ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin,
müsəlman ölkələri arasındakı bəzi problemlərə son qoyulsun.
Azərbaycanın buna nail olduğunu əminliklə deyə bilərik.
Asif
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR