Məhvedici NƏTİCƏLƏR, Qarabağın STATUSU ÜÇÜN… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Məhvedici NƏTİCƏLƏR, Qarabağın STATUSU ÜÇÜN… - GÜNÜN SİYASİ XÜLASƏSİ

“Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Bu gün Azərbaycan mövqelərini atəşə tutan erməni hərbi birləşmələri itki verib. Ermənistanda qanlı kriminal müharibələr başlayır. Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı yeni əməliyyatlar keçirib. MİT 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı hesabatı təqdim edib. İran üçüncü yeraltı raket istehsalı fabrikini inşa edib.

Mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.

Dağlıq Qarabağ münaqişəsinin həllindən danışan dövlət başçısı bildirib ki, Azərbaycan öz siyasətini davam etdirəcək. “Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və biz bu siyasətdən bir millimetr də geri çəkilən deyilik”, - deyə Azərbaycan Prezdenti vurğulayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır. Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq. Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik”, - məktubda deyilir.

Tramp ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəklədiyini bildirib.

Bu gün Azərbaycan mövqelərini atəşə tutan erməni hərbi birləşmələri itki verib. Azərbaycan Ordusunun cavab atəşi ilə bir düşmən əsgəri məhv edilib.

Cəbhənin şimal istiqamətində gedən döyüşlər nəticəsində saat 11:45-də Ermənistan ordusunun 21 yaşlı müddətdən artıq hərbi qulluqçusu Armen Artünyan ölüb.

Ermənistanda qanlı kriminal müharibələr başlayır. “1in.am” saytı qeyd edir ki, İrəvanda iki nüfuzlu kriminal avtoritetə - “Aper Vstreça” ləqəbli Aram Vardanyana və bu yaxınlarda İtaliyadan gəlmiş “Don Pipo” ləqəbli Artur Asatryana sui-qəsd cəhdi olub. Adıçəkilən şəxslər sui-qəsddən canlarını qurtara biliblər. Lakin avtoritet Levika Yerordmaskoqonun qətlindən sonra bu, böyük rezonansa səbəb olan hadisədir.

Sayt yazır ki, Ermənistanda dövlət sistemi ilə cinayət dünyası “qırmızı xətlə” ayrılmır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Bütün dünya Qarabağda mövcud status-kvonun təhlükəli olduğu haqda danışır və bunu dəyişdirməyin lazım olduğunu bildirir. Həmçinin, Minsk qrupu da status-kvonu qəbul etmir”. Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib.

Onun sözlərinə görə, 25 il ərzində Ermənistan Qarabağ məsələsində irəliləyiş əldə edə bilməyib: “Çünki bu torpaqlar Azərbaycanın suveren ərazisidir və beynəlxalq hüquqda bu belədir. Azərbaycan da bu vəziyyətdən istifadə edir”.

M.Sarkisyan əlavə edib ki, Ermənistan Qarabağın müstəqilliyini heç vaxt tanımayacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Federasiyası prezidenti yanında insan hüquqları üzrə şuranın başçısı Mixail Fedotov Rusiya hakimiyyətini ölkə tarixində ilk inzibati amnistiyanı keçirməyə çağırıb. M.Fedotov anmistiyanın Oktyabr inqilabının 100 illiyinə uyğunlaşdırmağı təklif edib.

Amnistiya sürücülər, iqtisadi və ya miqrasiya qanunvericiliyini, həmçinin kütləvi aksiyaların keçirilməsi qaydalarını pozanlara şamil edilə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı yeni əməliyyatlar keçirib. Ermənistanla sərhəddə yerləşən Ağrı dağında 29 terrorçu məhv edilib. Bununla yanaşı, Ağrı vilayətinin Tenderük dağındakı PKK terrorçularının mövqeləri bombalanıb.

Tenderükdə bu gün səhər saat 07:00-07:28 radələrində keçirilən hava əməliyyatı nəticəsində isə 20 terrorçu məhv edilib.

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı məlumatları hesabat şəklində çevriliş cəhdini araşdıran komissiyaya təqdim edib. MİT-in hesabatında Fəthullahçı Terror Təşkilatının (FETÖ) ölkəni 5 hissəyə böldüyünü göstərən xəritə diqqət çəkib.

36 səhifəlik hesabatda həmçinin terror təşkilatının ölkədaxili və xaricindəki strukturu yer alıb. FETÖ-nün ölkədaxili strukturunun da yer aldığı fotoda Türkiyənin 5 bölgəyə bölündüyü, İstanbul, İzmir, Ankara, Gaziantep ve Ərzurumun həmin bölgələrdəki cavabdeh vilayətlər olması göstərilib.

İngiltərənin Mançester şəhərində terror aktını törətməkdə şübhəli bilinən 22 yaşlı Salman Abedi hücuma təxminən bir il müddətində hazırlaşıb. Bu haqda “Times” qəzeti bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Mançester teraktına bənzər hadisələr arta bilər. Bunu Senatda çıxışı zamanı ABŞ Milli Təhlükəsizlik naziri Con Kelli söyləyib.

O, bu teraktı dəhşət adlandırıb. Kelli teraktların xüsusilə, Avropada artma ehtimalının olduğunu bildirib.

Qeyd edək ki, Mançester teraktı mayın 22-də baş verib. Nəticədə 22 nəfər ölüb, 59 adam yaralanıb.

NATO-nun Brüssel sammitində əsas hadisələrin məhz ABŞ prezidenti Donald Tramp ətrafında cərəyan edəcəyi gözlənilirdi. Hərbi alyansın 29-cu ölkəsi olacağı artıq dəqiqləşən Monteneqronun baş naziri Duşko Markoviçi əli ilə itələyən Donald Tramp gözləntiləri doğrultdu.

ABŞ prezidenti sammit iştirakçılarının çəkdirəcəyi birgə foto üçün ön cərgədə yer tutmağa çalışırdı. Hadisəni CNBC telekanalının jurnalisti Stiv Kopak çəkdi və videonu Tvitter hesabında yerləşdirdi.

Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komitəsinin sədri Aleksey Puşkov Trampın hərəkətini şərh edərək bildirib ki, ABŞ lideri sadəcə olaraq Monteneqroya NATO-da hansı yeri tutduğunu göstərdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Trampın kürəkəni və baş sözçüsü Cared Kuşner Rusiya ilə əlaqədə olması şübhəsi ilə ifadə verib. “Vaşinqton Post” qəzeti xəbər verir ki, Trampın kürəkəninin ifadəsini ABŞ-ın Federal Tədqiqatlar Bürosu (FTB) əməkdaşları alıb.

Cared Kuşnerin Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak və rusiyalı bankirlə görüşlər keçirməsi onun FTB tərəfindən sorğulanmasına səbəb olub.

Məlumata görə, hazırda FTB Cared Kuşnerin Rusiya ilə bağlılığının olub-olmaması məsələsini ciddi şəkildə araşdırır.

İran üçüncü yeraltı raket istehsalı fabrikini inşa edib. Bu barədə İnqilab Keşişçiləri Korpusunun hava və kosmik qüvvələrinin rəhbəri Amiralı Hacızadeh “Fars” xəbər agentliyinə açıqlamasında bildirib.

“İran üçüncü yeraltı raket fabrikini inşa etdi. Raket gücümüzü artırmağa davam edəcəyik”, - deyə Hacızadeh bildirib.

A. Hacızadeh ABŞ və İsraili anladıqlarını deyib: “Düşmənlərimiz olan ABŞ və sionist rejiminin (İsrail) bizim raket proqramımızdan natrahat olduğunu anlamaq asandır. İranın güclənməsini istəmirlər”.

Qeyd edək ki, Donald Tramp Səudiyyə Ərəbistanından sonra getdiyi İsrail səfərində İrana raket proqramı ilə bağlı xəbərdarlıq etmişdi.

"Koreya Xalq Demokratik Respublikası ətrafındakı vəziyyətin həlli üçün güc ssenarilərinin tətbiqinin məhvedici nəticələrinin olacağı hamı, həmçinin ABŞ tərəfindən etiraf edilir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov çinli həmkarı Van İ ilə görüşündə bildirib.

“Güc ssenarilərinin nəticələrinin məhvedici olacağı hamı tərəfindən etiraf edilir. Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettisin məsələ ilə bağlı bu yaxınlarda söylədiyi fikirləri qeyd edəcəyəm. O birbaşa dedi ki, Koreya yarımadasının problemlərinin nizama salması üçün güc ssenarilərinin tətbiqi məhvedici və faciəli olacaq”, - Rusiya xarici siyasət idarəsinin başçısı deyib.

Onun sözlərinə görə, problemin siyasi həllini axtarmaq lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm