Müharibə MƏŞQİ, Qarabağ üçün 7 bəndlik PLAN... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Müharibə MƏŞQİ, Qarabağ üçün 7 bəndlik PLAN... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

ASİMDER rəhbəri Ermənistanın 8 min əfqan muzdlusunu 5 illik müqavilə ilə Qarabağa gətirdiyini deyib. Ekspertlər Qarabağda yeni müharibə haqqında xəbərdarlıq edirlər. Rusiya Ermənistandakı Erebuni hərbi bazasına MiQ-29 təyyarələri göndərəcək. Həftənin əvvəlində ərəb dünyasında diplomatik qalmaqal yarandı. İŞİD terror təşkilatının “paytaxt”ı hesab olunan Suriyanın Rakka şəhərinin azad edilməsi üçün əməliyyat başlanıb. Həftənin gündəmində olan əsas hadisələrdən biri heç şübhəsiz ki, İran parlamenti və İran inqilabının lideri Xomeyninin türbəsinə edilən hücumlar oldu. İran intiqam alacağına söz verib. Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində mühafizəkarlar əksəriyyəti itirib.

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edib. Həmsədrlər ilk olaraq İrəvana gəlib. Səfərin məqsədi münaqişə zonasında vəziyyəti araşdırmaqdır. Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan həmsədrlərin Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsinə nail olmaq, atəşkəsə nəzarət mexanizminin yaradılması məsələsini müzakirə etmək məqsədilə gəldiklərini açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Qərbdə düşünürlər ki, Qarabağda müharibə olmayacaq, lakin reallıqda Azərbaycan ərazilərin azad olunması üçün güc yolunu əsas variant kimi saxlayır və ordunu bu istiqamətdə kökləyir”. Bu barədə erməni politoloq İqor Muradyan deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi müharibənin təhlükəsini anlamır. Erməni politoloq qeyd edib ki, Ermənistan güclü şəkildə Rusiyadan asılıdır. İ.Muradyan əlavə edib ki, müharibədə NATO Azərbaycana dəstək verə bilər. Erməni politoloq Qarabağda yaxın dövrlərdə ən azı lokal müharibənin baş verəcəyini hesab edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda Dağlıq Qarabağda müharibənin yenilənəcəyi və Rusiyanın Azərbaycana kömək edəcəyi haqda müzakirələr başlayıb. Həmçinin, ABŞ-ın da öz planlarının olduğu deyilir. Ermənistan mediası açıq şəkildə anti-Rusiya yönümlü yazılarla çıxış edir və bütün məqalələrin əsas ana xətti Moskvanın ərazilərin Azərbaycana qaytarılması haqda İrəvana əmr verdiyi haqdadır.

Erməni Jurnalist Sarqis Artsruni yazır ki, Moskva Qarabağ məsələsində Azərbaycanla sövdələşir.

Erməni politoloq İqor Muradyan isə iddia edir ki, ABŞ Qarabağ münaqişəsinin həlli üçün layihənin hazırlanmasını analitik mərkəzlərə tapşırıb. Qeyd edilir ki, layihədə aşağıdakılar təklif olunur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənistan 8 min əfqan muzdlu əsgəri 5 illik müqavilə ilə Qarabağa gətirib”. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, əfqan muzdluları Qarabağda təmas xəttinə yerləşdirilib. G.Göksel qeyd edib ki, əfqan döyüşçülər İran vasitəsilə Ermənistana gətirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Mən çoxdan danışıram ki, Qarabağın üzərində buludlar qatılaşır və müharibə qaçılmazdır”. Bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer Beynəlxalq Böhran Qrupunun Qarabağda müharibənin başlayacağı haqda hesabatını şərh edərkən deyib.

“Danışıqlar prosesində hər-hansı irəliləyiş yoxdur, tərəflər faktiki olaraq müharibə hazırlığındadır”, - deyə o bildirib. P.Felqenqauer müharibə başlayacağı halda Rusiyanın çıxılmaz vəziyyətdə qalacağını deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Qarabağda vəziyyət hər an nəzarətdən çıxa bilər”. Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib. Sarkisyan əlavə edib ki, Azərbaycan öz tələbində israrlıdır.“Bakı ərazilərin qaytarılması üçün müharibəyə tam şəkildə hazırdır. Buna görə də danışıqlara üstünlük verilməlidir. Əks təqdirdə toqquşma qaçılmaz olacaq”, - deyə o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Ermənistandakı Erubuni hərbi bazasına MiQ-29 təyyarələri göndərəcək. “Voennoye obozreniye” nəşrinin məlumatına görə, Rusiyanın Kurskda yerləşən Qərb Hərbi Dairəsinin 14-cü alayına məxsus Xalino aerodromuna çoxtəyinatlı “Su-30SM” qırıcı təyyarələri gətiriləcək. Erməni jurnalist Sarqis Artsruni məqaləsində maraqlı bir məqamı da açır. Yazır ki, son dövrlər Rusiya xüsusi xidmət orqanlarının agentləri Ermənistana və Qarabağa baş çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Beynəlxalq Böhran Qrupu Qarabağda müharibənin hər an başlaya biləcəyi barədə hesabatı şərh edən erməni siyasi şərhçi Musa Mikaelyan deyib ki, Ermənistandakı geriləmə müharibəni saatlarla yaxınlaşdırır. “Belə görünür ki, rəqib (Azərbaycanı nəzərdə tutur-red) bir neçə saata məsələni həll edə bilər”, - deyə o vurğulayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həllində acizdir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan qeyd edib ki, ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində səyləri effektsizdir.

“Azərbaycanın işğal edilmiş ərazilərində tammiqyaslı müharibənin başlaması çox yaxındır”. Bu barədə rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov deyib.

O.Kuznetsov qeyd edib ki, son zamanlar Azərbaycanın hərbi gücü işğalçı qüvvələri dəfələrlə geridə qoyub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp Ermənistan prezidenti Serj Sarkisyana sözün həqiqi mənasında məhəl qoymur. Tramp Ağ Evə gələndən sonra Azərbaycan və Gürcüstan prezidentlərinə isti münasibəti ilə seçilir, lakin Cənubi Qafqazın digər ölkəsi olan Ermənistanı sanki qaralama kağız kimi əzərək, ofisindəki zibil yeşiyinə tullayıb. Halbuki, ABŞ-da erməni diasporu və lobbisinin gücünü nəzərə alsaq, Tramp Sarkisyanla çoxdan görüşməli, heç olmasa telefonla danışmalı idi.

“Kavkazplus” saytı Trampın Sarkisyanı saymamasının səbəbləri haqda yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan Rusiyadan yeni raket sistemləri alıb. Bu barədə Ermənistanın hava hücumundan müdafiə qüvvələrinin rəis müavini, polkovnik Artur Poqosyan deyib. Rusiyanın “Hərbi” informasiya agentliyi yazır ki, Ermənistan Rusiyadan aldığı raketləri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Erməni analitik Eduard Abramyan “Aravot” qəzetində bu günlərdə vəfat edən məşhur amerikalı politoloq, dövlət xadimi Zbiqnev Bjeziniski ilə söhbətini dərc edib. Z.Bjeziniski hesab edir ki, Ermənistandakı Rusiya hərbi bazası Türkiyəyə qarşı yerləşdirilməyib: “Bu baza bir göz qırpımında Ermənistan üçün təhlükəyə çevriləcək”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, Yaxın Şərq

Türkiyə və Almaniya arasında İncirlik bazası ilə qalmaqala nəhayət ki, Almaniyanın xarici işlər naziri Ziqmar Qabrielin bu həftə Türkiyəyə etdiyi səfərlə son qoyuldu. Diplomat artıq Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə danışıqlar aparıb. Məlum olub ki, Ankara alman deputatların İncirlik təyyarə bazasına baş çəkməsinə hələ razı deyil. Almaniya xarici işlər naziri alman birliklərinin İncirlikdən çıxacaqlarını bildirib.

Almaniya hökuməti 260 alman əsgəri və “Tornado” kəşfiyyat təyyarələrinin İncirlik bazasından geri çəkilməsini nəzərdə tutan planı iyunun 7-də təsdiqləyib. Alman gücləri İordaniyada yerləşdiriləcək.

Mayın 5-də ərəb dünyasında diplomatik qalmaqal yarandı. Dörd dövlət - Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətərlə diplomatik münasibətləri kəsdiyini elan etdi. Onları Liviya, Yəmən və Maldiv adaları, Mavrikiy, Mavritaniya və Cübuti izlədi. Ölkələr qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə, Yəməndə fəaliyyət göstərən İŞİD və “Əl-Qaidə” kimi terror təşkilatlarına, həmçinin İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qətərlə bəzi ərəb ölkələri arasında yaşanan böhranı yaxından izləyən siyasi ekspertlər böhranın səbəblərini və gedişatını qiymətləndiriblər. “Anadolu” agentliyinə danışan Oksford Universitetinin müəllimi və Körfəz ölkələri üzrə mütəxəssisi Camal Abdullah Səudiyyə Ərəbistanı başda olmaqla bəzi ərəb ölkələrinin Qətərin son illər yürütdüyü müstəqil xarici siyasətindən narahat olduqlarını söyləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp Qətər böhranına münasibət bildirib. "Yaxın Şərqə səfərim zamanı bundan sonra radikal ideologiyaların maliyyəlləşdirilməməsi zərurətini söylədim. Liderlər Qətəri göstərdi”, - ABŞ prezidenti özünün Tvitter hesabında yazıb.

Dünən isə ABŞ prezidenti Qətərin tarixən terrorizmin sponsoru olduğunu deyib. ”Biz terrorizmin maliyyələşdirilməsinə son qoymalıyıq. Qətəri terror təşkilatlarını maliyyələşdirməyə dayandırmağa çağırmağın vaxtı çatıb. Onlar ekstremist ideologiyaya sponsorluğu dayandırmalıdırlar”, deyə D.Tramp bildirib.

“Qətər ərəb ölkələri ilə əlaqələrini bərpa etmək üçün “Həmas” və “Müsəlman qardaşları” təşkilatlarına verilən dəstəyi dayandırmalı, həmçinin bir sıra başqa addımlar atmalıdır”. Bunu Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Adil əl-Cübeyr Parisdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Qətər hansı istiqamətə hərəkət edəcəyinə dair özü qərar verəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə haqqında sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb. Türkiyə və Qətər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur.

Qeyd edək ki, bundan gün Türkiyə parlamenti qeyd olunan sazişi ratifikasiya edib.

Türkiyənin Qətərə əsgər göndərməsi haqqında qərarından sonra Pakistan da hərəkətə keçib. Pakistan Qətərə 20 min əsgər göndərmək üçün parlamentə müraciət edib.

Türkiyənin qərarından dərhal sonra Pakistanın Qətərə əsgər göndərməsi Pakistan ilə Türkiyə arasındakı ittifaqı yenidən gündəmə gətirib.

Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər naziri Ənvər Məhəmməd Qarqaş, iqtisadi sanksiyalar da daxil olmaqla, Qətərə qarşı daha sərt cəza tədbirlərinin həyata keçirilə biləcəyini söyləyib. Qarqaş açıqlamasında bölgədə meydana gələn ən böyük diplomatik böhranın həll edilməsi üçün Qətərin yeritdiyi siyasətdə ciddi dəyişikliklər etməsinin vacibliyini vurğulayıb.

İŞİD terror təşkilatının “paytaxt”ı hesab olunan Suriyanın Rakka şəhərinin azad edilməsi üçün iyunun 6-da əməliyyat başlanıb. Əməliyyatı ABŞ-ın dəstəklədiyi “Suriya Demokratik Gücləri” (SDG) həyata keçirir.

Suriya hökuməti ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrini cavab zərbələri ilə hədələyib. Dəməşq bu tədbirlərin "Hizbullah" və İranla birlikdə həyata keçiriləcəyini bildirib.

Qeyd edək ki, ABŞ qırıcıları iyunun 7-də Suriya ordusuna məxsus əf-Tanfe bazasını bombalayıb.

İŞİD terror qruplaşması təhdid xarakterli bəyanat yayıb. Terror qruplaşması 8 ölkənı yeni terror aktları ilə hədələyib. İngilis dilində yazılan müraciətdə müsəlmanlara kütləvi yerlərdən uzaq durmaq məsləhət görülür.

Müraciət səkkiz ölkə - Belçika, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Kanada, Avstraliya və İtaliyada yaşayan müsəlmanlara ünvanlanıb.

ABŞ Suriya Prezidenti Bəşər Əsədi devirmək üçün genişmiqyaslı əməliyyat hazırlayır. Bunu jurnalislərə açıqlamasında rusiyalı senator İqor Morozov söyləyib.

“ABŞ Suriyada strateji təşəbbüsü ələ keçirərək, silahlı qüvvələr vasitəsilə rəngli inqilab təşkil etmək istəyir. Dəməşqə hücum hazırlanır. Bunun hədəfi isə Əsədi devirib, yerinə özünün idarə etdiyi rəhbər qoymaqdır”, – deyə o bildirib.

Kürd muxtariyyəti cari ilin sentyabrın 25-də müstəqillik referendumunun keçirlməsi barədə qərar verib. Türkiyə Xarici İşlər Nazirliyi bəyanat verərək referendum qərarını “dəhşətli bir səhv” kimi qiymətləndirilib.

“Referendum qərarı dəhşətli bir səhvdir. İraqın ərazi bütövlüyü və siyasi birliyi Türkiyə xarici siyasətinin əsas prinsipləridir”, - bəyanatda deyilir.

ABŞ-Rusiya, Rusiya-Avropa münasibətləri

ABŞ-ın 35-ci prezidenti Con Kennedini Amerika xüsusi xidmət orqanlarının öldürməsi versiyası istisna edilməməlidir. Bunu NBC televiziyasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin söyləyib.

“Kennedini ABŞ xüsusi xidmət orqanlarının öldürməsi versiyası da var. Əgər bu versiya düzdürsə, o zaman bugünkü şəraitdə bütün texniki imkanlardan istifadə edib, hücumlar təşkil etmək və onu Rusiyanın etdiyi kimi göstərmək asan olardı”, – deyə o bildirib .

Vladimir Putin müsahibədə həmçinin ABŞ-ın bütün dünyada siyasi proseslərə müdaxilədə ittiham edib. “Mən heç kəsi incitmət istəmirəm, amma Birləşmiş Ştatlar bütün dünyada ölkələrin seçki kampaniyalarına fəal müdaxilə edir. Dünya xəritəsinin harasına əl uzatsan, hər yerdə sizə şikayət edəcəklər ki, Amerikanın rəsmi şəxsləri onların daxili siyasi proseslərinə qarışırlar”, - Putin bildirib.

Rusiya, İran və terrorizm dünyadakı əsas təhdidlərdir. Bunu “Atlantik Konsul”da çıxışı zamanı ABŞ vitse-prezidenti Mayk Pens söyləyib. O, ABŞ-ın bu məsələdə özünün NATO-dakı müttəfiqlərinə yardım etməyə hazır olduğunu bildirib:

“Rusiyanın beynəlxalq sərhədləri dəyişmək cəhdindən, İranın Yaxın Şərqdə qeyri-stabillik yaratmaq, qlobal terrorizmin istənilən zərbəni, istənilən yerdə endirmək cəhdinə qədər hər şeyə yardım etməyə hazırıq. Bu gün dünya kommunizmin 25 il əvvəl çöküşündən daha təhlükəlidir. Biz NATO qarşısında bütün öhdəliklərimizi icra etməyə hazırıq”.

"ABŞ ərazisindən Rusiyaya hər gün haker hücumları edilir". Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hücumların hədəfləri arasında Rusiya prezidentinin saytı da var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Litvada və Polşada yerləşdirilən NATO-nun hərbi qulluqçuları gələn həftə “Suvalkovski dəhlizi”nin müdafiəsi üzrə təlimlər keçirəcəklər. 17-19 iyun tarixlərində keçiriləcək təlimlərdə təxminən 1500 Litva, Polşa, Britaniya və Amerika əsgəri iştirak edəcək.

Təlimlərə ağır hərbi texnika və vertolyotları cəlb ediləcək. Bu, “Dəmir Canavarı 2017” (Gelezinis Vilkas 2017) beynəlxalq təlimlərin bir hissəsidir.

Litva və Polşa arasında sərhəd sahəsi olan “Suvalkovski dəhlizi”nin eni təxminən 100 kilometrdir və qərbdə Rusiyanın Kalininqrad vilayəti, şərqdə isə Belarusla həmsərhəddir. Müharibə olacağı halda dəhlizin Rusiya tərəfindən tutulması NATO-nun Baltikyanı ölkələrinə yolunu kəsəcək. Təsadüfi deyil ki, ekspertlər “Suvalkovski dəhlizi”ni tez-tez NATO-nun “Axilles daban”ı adlandırırlar.

Böyük Britaniyada keçirilən növbətənkənar parlament seçkilərinin nəticəsi olaraq hakim Mühafizəkarlar Partiyası parlament əksəriyyətindən məhrum olub. Mühafizəkarların parlament əksəriyyətini əldə etməməsi koalisiyaların yaradılmasını zəruri edəcək. Mümkün koalisiya variantları artıq KİV-də fəal müzakirə edilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Böyük Britaniyada seçkilərin nəticələri Breksit üzrə danışıqları ikinci plana keçirə bilər. Bunu Böyük Britaniyada dünən keçirilən növbədənkənar parlament seçkilərininin nəticələrini şərh edən Rusiya Strateji Araşdırmalar İnstitutunun (RİSİ) baş elmi işçisi, siyasi elmlər namizədi Anna Vilobatıx bildirib.

Onun sözlərinə görə, xarici siyasətlə məşğul olmaq üçün əvvəlcə daxili məsələləri həll etmək lazım olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran

Silahlı şəxslər mayın 7-də səhər saatlarında ölkə parlamentinin binasına hücum ediblər. Günorta saatlarında silahlıların hamısı öldürülərək girovlar azad edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Daha 4 silahlı isə Xomeyninin paytaxt Tehrandakı türbəsinə hücum edib. Türbəyə hücum edən silahlılardan biri – qadın kamikadze özünü partladıb. Parlament binası və Xomeyni türbəsinə təşkil edilən hücumlarda 17 nəfər ölüb, 42 nəfər yaralanıb.

İŞİD “Al-Amak" informasiya agentliyində üç bəyanat dərc edərək terror hücumlarına görə məsuliyyəti üzərinə götürdü. Agentliyin saytında həmçinin parlament binasında çəkilmiş videoyazı dərc olundu. TRAC analitik mərkəzinin direktoru Verian Xanın sözlərinə görə, görüntülər Go Pro (başa bağlanan kamera – red.) kamerasından çəkilib və bu, İŞİD-in üslubunu göstərir.

Müəllifin fikrincə, İran parlamentinə hücumun arxasında bir neçə amil dayanır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Tehranda Xomeyni türbəsinə və parlament binasına hücum edən terrorçular İrana Ermənistandan keçiblər. Bu iddia ilə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey çıxış edib.

Onun sözlərinə görə, terrorçular viza belə istəmədən Ermənistandan İrana gəliblər.

“Ermənistan Suriyadakı müharibəyə görə orada yaşayan erməniləri təyyarə ilə işğal etdiyi Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirib. Həmin terrorçular da aylar öncə məhz Suriyadakı ermənilərlə birgə təyyarə ilə gəliblər. Daha sonra dəfələrlə sərhəddən keçərək, Tehranda kəşfiyyat apardılar. Nəticəsi də oldu”, - deyə G.Gülbey vurğulayıb.

"İyunun 8-də Tehranda təşkil edilən hücumların intiqamı alınacaq". Bunu İran dövlət televiziyasına danışan İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) rəhbərinin müavini Hüseyn Salami deyib.

“Hücumların intiqamını alacağıq. Bunun necə və harada olacağı gizlidir. İntiqam bizə ediləndən min dəfə ağır olacaq və millətimiz bunu görəcək”, - o vurğulayıb.

Qeyd edək ki, bu İranın intiqam alınacağı barədə ilk bəyanat deyil. SEPAH daha əvvəl hücumun arxasında Səudiyyə Ərəbistanının olduğunu və intiqam alınacağını açıqlayıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “Qaranlıq şahzadə” ləqəbi ilə tanınan, bir çox gizli əməliyyatları idarə edən Mikael Dandrea İran əməliyyatlarının rəhbərliyinə gətirilib. Bu barədə “Nyu York Times” nəşri yazıb. Nəşr yazır ki, sərtlik tərəfdarı və aqressiv olan Dandrea “Qaranlıq şahzadə” və “Ayətullah Mike” ləqəbləri ilə tanınır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ İŞİD terror qruplaşmasına sponsorluq edir və özləri ən böyük İŞİD-dir”. Bunu İran parlamentinin spikeri Əli Laricani Tehranda terror aktlarının qurbanları ilə vida mərasimində bildirib.

"ABŞ-da demokratiya və insan hüquqlarını pula dəyişdilər. ABŞ haqqında söylənmiş fikir yenə təsdiqini tapır ki, o, əsas iblisdir. Biz İŞİD-ə qarşı dayanmışıq, amma Amerika bu dünyada ən böyük İŞİD-dir. O, regionda İŞİD-i dəstəkləyir. Biz pərdəni qaldıracağıq ki, Amerika ordusu və Mərkəzi Kəşfiyyat İdarəsi İŞİD-ə əsas dəstəyi göstərir”, - siyasətçi qeyd edib.

Koreya yarımadası böhranı

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yaponiyanı ABŞ-dan daha əvvəl külə çevirə bilər. Bu haqda KXDR-in sülhün müdafiəsi üzrə komitənin sədri bildirib.

Məmur Yaponiyaya xatırladır ki, o ada ölkəsidir və “məğlubedilməz və amansız nüvə dövləti” (KXDR – red.) qarşısında macəralara başlamamalıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya iyunun 7-də Cənubi Koreyaya doğru bir neçə qısa mənzilli raket atıb. Cənubi Koreyadan verilən açıqlamada bildirilir ki, Vonson şəhərindən atılan raketlər təxminən 200 kilometr uçaraq, dənizə düşüb.

Cənubi Koreyanın Müdafiə Nazirliyinin sözçüsü Roh Jae Cheon bildirib ki, Şimali Koreya bununla gəmiləri vura biləcəyinin mesajını verir.

Məlyumata görə, raketlər ABŞ donanmasına aid USS Ronald Reyqan və USS Carl Vinson təyyarədaşıyan gəmilərinin Cənubi Koreya donanması iə birlikdə təlim keçdiyi əraziyə düşüb. Bu müharibə çağırışı kimi dəyərləndirilir.

Ukrayna münaqişəsi

“Rusiya ordusunun Ukrayna sərhədinə yaxın ərazilərində təlimləri və döyüş hazırlığının yoxlanılması iki motivlə bağlı ola bilər: Ukrayna ordusunun mümkün hücumunun qarşısının alınmasına hazırlıq və şəxsi hücumun planlaşdırılması”. Bunu “İnformasiya müqaviməti” qrupunun koordinatoru , Ukrayna Ali Radasının üzvü Dmitri Tımçuk deyib.

Onun sözlərinə görə, 2016-cı il ərzində və 2017-ci ilin başlanğıcında Ukrayna ilə sərhəddə rusiyalıların hərbi qüvvələrinin yenidən format edilməsi prosesi gedib:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna Ali Radası (parlament) ölkənin xarici siyasətinin prioriteti kimi NATO-ya üzvlüyünün qanunverici əsaslarının möhkəmləndirən qanun layihəsini qəbul edib. Layihəni parlamentin 276 üzvü dəstəkləyib.

Sənədi Ukrayna prezidenti imzalamalıdır.

Qeyd edək ki, 2014-cü ilin dekabrında Ukrayna Ali Radası bloklara qoşulmamaq siyasətindən imtinanı nəzərdə tutan qanun layihəsini qəbul edib. Yeni hərbi doktrina NATO-ya üzvlük siyasətinin aparılmasını nəzərdə tutur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Moskva NATO-nun Rusiya sərhədlərinə tərəf genişlənməsi prosesini narahatlıqla qarşılayır”. Bunu Ukrayna Ali Radasının bu gün qəbul etdiyi qanun layihəsini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

“Biz hesab edirik ki, bu, Avrasiya regionunda təhlükəsizliyimizi və güc balansını təhdid edir”, - o qeyd edib.

Kremlin sözçüsü həmçinin bildirib ki, Ukraynanın NATO-ya daxil edilib-edilməməsi barədə qərarı Moskva deyil, ittifaqın özü verir. Peskov əlavə edib ki, söhbət hazırda vətəndaş müharibəsinin getdiyi bir ölkənin NATO-ya üzvlüyündən gedir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm