Sonsuz məzhəb SAVAŞLARI, Türkiyə və Azərbaycanın QARABAĞ PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Sonsuz məzhəb SAVAŞLARI, Türkiyə və Azərbaycanın QARABAĞ PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər ediblər. ABŞ Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatı vasitəsilə Orta Asiyanı işğal etmək istəyir. ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/PYD İran və Bəşər Əsədin dəstəyi ilə Afrin bölgəsindən Aralıq dənizinə doğru irəliləməyi planlaşdırır. Rusiya Suriyada rejim qüvvələrinə qarşı hava hücumlarının qəbuledilməz olduğunu bəyan edib. Bu gün Rusiyanın böyük şəhərlərində müxalifətin Rusiya Gününə uyğunlaşdırılmış mitinqləri keçirilib. Litvada NATO-nun 9 ölkəsinin iştirakı ilə “Dəmir canavar-2017” hərbi təlimləri başlanıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər ediblər. Həmsədrlər işğal edilmiş ərazilərdə yaradılmış qondarma “DQR”-in “prezidenti” Bako Saakyanla görüşüb.

Görüşün məqsədi münaqişə zonasındakı vəziyyəti öyrənməkdir. Görüşlə bağlı yayılmış foto diqqət çəkib. Belə ki, fotoda qondarma “DQR”-in “bayrağının” asıldığı görünür. Buna heç bir etiraz etməyən həmsədrlər separatçı Bako Saakyanla üz-üzə əyləşib müzakirələr aparıblar.

Ermənistan mediası 1998-ci ildə Süleyman Dəmirəllə Heydər Əliyevin Qarabağ planını yenidən gündəmə gətirib. Türkiyə və Azərbaycan işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərin azad olunması üçün birgə plan hazırlayıb.

Bu planda işğal olunmuş ərazilərin azad olunması üçün Azərbaycanın iqtisadi, siyasi və hərbi sferada güclənməsi, Ermənistanın beynəlxalq mühasirəyə alaraq zəiflədilməsi, beynəlxalq müstəvidə güclənmək nəzərdə tutulur. Bu plan hələ də qüvvədədir.

Erməni politoloq İqor Muradyan “Türkiyə və Azərbaycanın Qarabağ planı” adlı məqaləsində yazır ki, Ankara beynəlxalq müstəvidə Bakının maraqlarını sıx şəkildə müdafiə edir. Erməni politoloqa görə, Türkiyə Qərb və Rusiya arasında yaranmış ziddiyyətlərə əsaslanan kombinasiya qurub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Rusiya və Ermənistan arasında 200 milyon dollarlıq kredit sazişinə uyğun olaraq, 10 il müddətində silah idxal ediləcək”. Bu barədə Ermənistanda “Vətəndaşların məlumatlandırılması ittifaqı” təşkilatı məlumat yayıb.

Artıq 2016-2017-ci illərdə bu silahların müəyyən partiyaları gəlir. Lakin Rusiyanın verdiyi silahlar kifayət qədər köhnəlib, bu silahlar ötən əsrin 80-ci, 70-ci, hətta 60-cı illərdən qalmadır. Yalnız bəziləri, misal üçün, TOS-1A və “Qasırğa” sistemləri kimi silahlar son 10-20 ilin silahlarıdır”.

ABŞ Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatı vasitəsilə Orta Asiyanı işğal etmək istəyir. Türkiyənin “Star” qəzetinin yazdığına görə, Orta Asiyanın işğal edilməsi üçün Əfqanıstan baza olaraq seçilib.

Qəzet qeyd edir ki, Əfqanıstanda yetişdirilən mütəxəssislər Özbəkistanda, Tacikistanda, Qazaxıstanda, Türkmənistanda, hətta Azərbaycanda da fəaliyyət göstəriblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ Rakka əməliyyatı ilə İŞİD terrorçularının bölgədən qaçmasına göz yumacaq”. Bunu Haseke (Suriya) Milli İnqilab Gücləri və Müxalif Birliyinin başçısı Hişam əl-Mustafa deyib.

Onun sözlərinə görə, eyni güclər Rakkadan qaçan İŞİD terrorçularından fərqli bölgələrdə yenə də istifadə edəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Bir çoxları itirən tərəfin yalnız biz olmayacağımızı düşünür. Biz bir dollar itirsək, onlar da bir dollar itirəcəklər”. Bunu bir sıra ərəb ölkələrinin Qətərə qarşı tətbiq etdiyi embarqonu şərh edən ölkənin maliyyə naziri Əli Şerif əl-Emadi deyib.

Onun sözlərinə görə, ölkənin iqtisadiyyatı və milli pul vahidi Qətəri embarqolardan asanlıqla qoruyacaq.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan etdi. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları, Mavrikiy və Mavritaniya Qətərlə diplomatik əlaqələrin dayandırıldığını açıqlayıb. Ölkələr həmçinin hava məkanlarını Qətər üçün bağlı elan ediblər.

“Bu coğrafiyanı Amerika və İngiltərə idarə edir. Qərarı onlar verir, səlahiyyət onlardadır, təlimat onlardan gəlir. Müstəqil kimi görünən ölkələr əslində, işğal altındadır. Yaxın Şərq işğal altındadır. Ölkələr bir-biri ilə vuruşdurulur və parçalanır”. Bunu Qətər böhranını şərh edən türkiyəli yazar İbrahim Karagül “Yeni Şəfəq” nəşrində yazıb.

Yazar bildirir ki, ABŞ prezidenti Donald Trampın ilk işi İran-Səudiyyə Ərəbistanı müharibəsi olacaq. O qeyd edir ki, əslində ən böyük tələ Səudiyyə Ərəbistanı üçün qurulub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyada Əsəd qüvvələrinə qarşı hava hücumu qəbuledilməzdir. Bunu açıqlamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov telefon danışığı zamanı ABŞ Dövlət katibi Reks Tillersona deyib.

Lavrov və Tillerson Suriyadakı vəziyyəti müzakirə edib və bölgədə qarşıdurmanın sona çatdırılması üçün əməkdaşlıq etməyin vacibliyini vurğulayıblar.

ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/PYD İranın və Əsədin dəstəyi ilə Afrin bölgəsindən Aralıq dənizinə doğru irəliləməyi planlaşdırır. “Yeni Şafak” qəzeti Əsəd ordusunun komandirlərindən olan general Suheyl Haydarla İranın xarici əməliyyatlarına rəhbərlik edən, “qəssab” ləqəbi verilmiş Qasım Süleymanın Afrinin cənubundakı Nubbul ərazisində gizli toplantı keçirdiyini yazıb.

Gizli toplantıda PYD-nin Afrindən Aralıq dənizinə çıxa bilməsi üçün 150 kilometrlik yolda necə hərəkət etməsi müzakirə olunub. Məlumata görə, Əsəd və İran Aralıq dənizinə çıxmaq üçün müxaliflərin əlindəki İdlibə hücum etməyi planlaşdıran PKK/PYD-nin dənizə çıxmaq planının ən gec 9 ay içində həyata keçirə biləcəyini düşünür.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üzrə növbəti qanun layihəsini qəbul etməyə hazırlaşır. Bu haqda “CBS News” telekanalında ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem deyib.

Onun sözlərinə görə, sənədə artıq bu həftə Konqresdə baxacaqlar. Senator qeyd edib ki, sənəddə rusların həm ABŞ-da, həm də bütün dünyada siyasi proseslərə müdaxiləsinə görə cəzalandırılmasından danışılır.

“İnkaredilməz sübutlar var ki, Rusiya ABŞ və xaricdə demokratiyanı dağıtmağa çalışır”, - Qrem bildirib.

Senator əlavə edib ki, əgər prezident Tramp bu sənədi imzalamaqdan imtina edəcəksə, deməli o, “demokratiyanı satacaq”.

Litvada NATO-nun 9 ölkəsinin iştirakı ilə “Dəmir canavar-2017” hərbi təlimləri başlayıb. Ölkənin cənub, mərkəzi və şərq hissələrində keçiriləcək təlimlərə 5,3 min hərbi qulluqçu cəlb edilib. Almaniyanın rəhbərlik etdiyi NATO beynəlmiləl batalyonunun döyüş məsələlərinin icrasına hazırlığının yoxlanılması təlimlərin əsas vəzifəsidir.

Hərbi manevrlər iyunun 23-nə kimi davam edəcək.

Daha əvvəl isə Rusiya ilə sərhəd yaxınlığında - Estoniyada beynəlxalq hərbi təlimlər başlayıb.

Rusiya öz sərhədlərinə yaxın NATO hərbi kontingentinin gücləndirilməsini sakit qarşılamayacaq və lazımı ölçü götürəcək. Bunu Polşa prezidenti Ancey Dudanın bəyanatını şərh edən Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Yuri Şvıtkin deyib.

“Biz dəfələrlə bildirmişik ki, NATO bloku tərəfindən müdafiə bəhanəsi ilə Rusiya sərhədlərinə yaxın ərazilərdə hərbi kontingentin gücləndirilməsi planlarını sakit qarşılamayacağıq. Əlbəttə ki, cavab ölçüləri götürüləcək", - Şvıtkin bildirib.

Parlament üzvü təəssüfünü ifadə etdi ki, Polşa lideri öz ölkəsini mümkün münaqişə halında hədəfə çevirəcək bəyanatlar verir.

Ancey Dudanın sözlərinə görə, ABŞ prezidenti Donald Trampın iyulun 6-da Polşaya səfəri zamanı ölkəsində Amerika hərbiçilərin sayının artırılması məsələsini müzakirə etməyə hazırlaşır.

Daha əvvəl “Atlantic Council” Amerika analitik mərkəzinin ekspertləri belə qənaətə gəliblər ki, Rusiya Polşanı bir gecə ərzində tuta bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün Rusiyanın böyük şəhərlərində müxalifətin Rusiya Gününə uyğunlaşdırılmış mitinqləri keçirilib. Müxalifət siyasətçisi Aleksey Navalnıy mitinqlərin təşəbbüskarıdır.

Mitinqlərin əsas şüarı korrupsiyaya qarşı mübarizədir. Mitinqlər həmçinin, 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi qeydiyyata alınmaq üçün Navalnıy tərəfindən aparılan kampaniyanın bir hissəsidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya müxalifətçisi Aleksey Navalnıy şəxsi evin blokunda saxlanılıb. Bu haqda onun həyat yoldaşı Yuliya Tvitter səhifəsində yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm