Naxçıvanla bağlı XAİN PLAN, neftin bölüşdürüldüyü TOPLANTI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Naxçıvanla bağlı XAİN PLAN, neftin bölüşdürüldüyü TOPLANTI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində olub. Rusiyanın Azərbaycana silah satması Ermənistanda yeni narazılığa səbəb olub. İyunun 5-də başlanan “Qətər böhranı” gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Suriyanın Haseke vilayətinin Qamışlı mahalında ABŞ və Səudiyyə Ərəbistanı kəşfiyyatının liderliyi ilə iyunun 10-da toplantı keçirilib. ABŞ Böyük Britaniyada üç tipli 8 strateji bombardmançı yerləşdirib. ABŞ Konqresin üzvlərinə qarşı silahlı hücum olub. Londonun qərbində, Latimer Road səmtində dəhşətli yanğın hadisəsi qeydə alınıb.

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Biz işğal altındakı torpaqlara qayıdacağıq”. Bunu bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, keçən il aprel döyüşləri bunu bir daha sübut etdi: “Siz də Azərbaycanın torpaqlarının müdafiəsində dayanacaqsınız. Torpaqlarımızı azad etməyə hazır olmalısınız. Bu gün Azərbaycan gəncliyi vətənpərvərdir".

Prezident Azərbaycan ordusuna yeni qələbələr arzulayıb.

Ermənistan Naxçıvanla bağlı iddialarını yenidən gündəmə gətirib. Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda birgə hərbi təlimlərə başlaması düşmən ölkədə ciddi narahatlığa səbəb olub.

“Daşnaksütyun” partiyası bunun Bakı və Ankranın Ermənistana mesajı olduğunu hesab edir. Partiyanın qərargah rəhbəri Kiro Manoyan İrəvanın Naxçıvanla bağlı iddiaları yenidən gündəmə gətirməsinin vaxtının çatdığını açıqlayıb.

“İrəvan beynəlxalq müstəvidə Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsini qaldırmalıdır”, - deyə iddia edib.

Qeyd edək ki, işğalçı Ermənistan Dağlıq Qarabağla yanaşı, Naxçıvan torpaqlarına da iddia edir.

BMT-nin adi silahlar üzrə registrində 2016-cı ildə Rusiyanın müxtəlif ölkələrə satdığı silahlar qeyd olunub. Bu ölkələr arasında Azərbaycan və Ermənistan da var.

Registrdə göstərilir ki, Rusiya ötən il Azərbaycana böyük kalibrli artilleriyanın 6 vahidini çatdırıb. Ermənistana isə daşına bilən zenit-raket kompleksinin 300 vahidi verilib. Rusiyanın Azərbaycana silah satması Ermənistanda yeni narazılığa səbəb olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan ordusunun rəhbərliyi qumar oynayır və bütün günü sərxoşluq edirlər. Bu barədə erməni hüquq müdafiəçisi Ruben Martirosyan deyib.

Onun sözlərinə görə, 10 gün ərzində 14 əsgər ölürsə, bu Müdafiə Nazirliyində oturan generalların heç bir işlə məşğul olmadığını göstərir: “Buna görə də nazirlə birlikdə nazirliyin bütün idarələri istefaya göndərilməlidir. İstisna etmədən hamısını bayıra atmaq lazımdır. Mən Müdafiə Nazirliyində işləyəndə görürdüm ki, oradakı insanlar heç bir iş görmür. Sərxoşluq edir və qumar oynayırlar. Əsgərlər isə öldürülür, ya da intihar edirlər. Bu gün ordu tamamilə siyasiləşib, səlahiyyətli məmurlar ordu ilə məşğul olmaq əvəzinə, siyasətlə məşğul olurlar”.

R.Martirosyan əlavə edib ki, Ermənistan ordusunda hazırkı sistemin əsasını – qumar oynamaqdan tutmuş, siyasiləşməyə qədər – prezident Serj Sarkisyan müdafiə naziri olanda qoyub.

PKK terror təşkilatının Türkiyənin İstanbul şəhərində genişmiqyaslı terror aktları planlaşdırdığı məlum olub. Bu barədə PKK-ya qarşı həyata keçirilən əməliyyatda tutularaq həbs olunan 5 terrorçu ilə əlaqədar hazırlanan iddianamədə deyilir.

İddianaməyə görə, onlar stadionlarda çevik polis güclərinə qarşı, həmçinin Yavuz Sultan Səlim körpüsündə terror aktları törətməyə hazırlaşırdı. Terrorçulardan “Kasımpaşa Rəcəb Tayyib Ərdoğan”, “Şükrü Saraçoğlu” və “Türk Telekom” stadionları ətrafında xidmət göstərən çevik polislərlə bağlı kəşfiyyat apararkən çəkilən fotoşəkillər götürülüb.

İyunun 5-də başlanan “Qətər böhranı” gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Bir çoxları isə Qətərlə əlaqələri kəsən ərəb ölkələri və onları dəstəkləyən ABŞ-ın əsl hədəfinin İran olduğunu bildirirlər. Və hesab edilir ki, “Qətər böhranı”nın başlanmasından iki gün sonra - iyunun 7-də İran parlamenti və İran inqilabının lideri Xomeyninin türbəsinə edilən hücumlar da əslində hədəfin kim olduğuna dair ipucları verir. Amma bir çox məqamlar, hədəfin göründüyü və iddia edildiyi kimi İran olmadığını göstərir.

Türkiyənin “Haber7” saytı əsl hədəfin İran olmadığını 10 başlıqda göstərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Qətərdəki “Əl-Ədid” aviabazasından rəsmi Dohaya siyasi təzyiq vasitəsi kimi istifadə etməlidir. Bunu jurnalistlərə açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-dakı səfiri Yusid əl-Otayba söyləyib.

“Aviabaza əlavə təyziq üçün çox yaxşı zəmanətdır. Konqresdə dinləmələr zamanı ABŞ-dakı rəsmilərdən biri sadəcə çıxışında bu bazanın yerinin dəyişdirilməsi gərəkdiyini söyləməlidir“, – deyə o bildirib.

Rusiya prezidenti Vladimir Putindən müsahibə alan amerikalı rejissor Oliver Stoun “RİA-Novosti” agentliyinin müxbiri Aleksey Boqdanovskinin suallarını cavablandırıb. Rejissorun sözlərinə görə, Rusiya lideri anlamağa kömək etdi ki, Rusiya bütovlükdə dünyadakı vəziyyət haqqında düşünür.

ABŞ prezidenti Donald Trampın tamamilə divara sıxıldığını deyən Stounun sözlərinə görə, görünür, “dövlət içində dövlət” var.

“Bu, çox təhlükəli vəziyyətdir. Biz Karib böhranını xatırlayırıq, çox qorxulu idi. Təhlükəni şişirdirlər, sanki Rusiya dünyanı tutmağa hazırlaşır”, - o deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Donald Tramp Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) müvəffəqiyyət əməliyyatı nəticəsində ABŞ prezidenti oldu. Bu haqda “Qordon” saytında dərc olunan məqaləsində Amerika-Rusiya tarixçisi, publisist, qalmaqallı “Federal Təhlükəsizlik Xidməti Rusiyanı partladır” kitabının müəllifi Yuri Felştinskiy yazıb.

Onun sözlərinə görə, 2000-2016-cı illərdə Avropada analoji əməliyyatlar keçirilirib.

“Hansısa ölkələrdə bu əməliyyatlar uğursuzluqla nəticələnib. Məsələn, Monteneqroda çevrilişi təşkil etmək mümkün olmadı. Əgər çevriliş uğurlu olsaydı, bu ölkə NATO-ya daxil olmağı bacarmazdı. Marin Le Penin prezident vəzifəsinə seçilməsi ilə bağlı plan da baş tutmadı. Ona görə də iddia etmək yanlışdır ki, Federal Təhlükəsizlik Xidmətində Putinin hesabında yalnız uğurlar və qələbələr var. Bu, belə deyil”, - Felştinskiy qeyd edib.

Jurnalistin sözlərinə görə, ABŞ Senatında yüksək vəzifəli məmurların son ifadələri göstərdi ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edib. O həmçinin qeyd edir ki, Rusiyanın ABŞ-da seçkilərə təsirinin səviyyəsini müəyyən etmək mümkün deyil.

Əfqanıstanda müharibədə məğlub oluruq. Bunu jurnalistlərə açıqlamasında ABŞ müdafiə naziri Ceyms Mettis söyləyib. O, Əfqanıstanla bağlı Pentaqonun yeni strategiyasının iyulda Konqresə təqdim ediləcəyini bildirib:

“Vəziyyətin ciddiliyini anlayıram və bunun mənim məsuliyyətim olduğunu da bilirəm. Biz Əfqanıstandakı müharibədə məğlub oluruq. Bunu ən qısa müddətdə düzəldəcəyik”.

Suriyanın Haseke vilayətinin Qamışlı mahalında ABŞ və Səudiyyə Ərəbistanı kəşfiyyatının lideriliyi ilə iyunun 10-da toplantı keçirilib. Türkiyənin “Yeni Şəfəq” qəzetinin xəbərinə görə, toplantıya qatılanlar Suriyanın neft ehtiyatlarının bölüşdürülməsi ətrafında müzakirələr aparıblar. Suriya neftinin gələcəyi haqqında ortaq strategiyanın müəyyən edilməsi məqsədi ilə toplanan heyət ölkənin neft və təbii qaz ehtiyatlarının 95 faizinə sahib Haseke, Rakka və Deyr-ez-Zor bölgələrinin gələcəyi, yeraltı sərvətlərinin çıxarılması və satışı mövzusunda radikal qərarlar qəbul ediblər.

Suriyadakı müharibənin kökündə məhz neft-qaz kəmərləri və enerji ehtiyatları ilə bağlı maraqların dayandığına dair iddialar ilə yeni deyil. Hələ 2013-cü ildə “El Confidencial” nəşrinə danışan Yaxın Şərq Beynəlxalq Karneqi Mərkəzinin təmsilçisi Usama Monahid bildirib ki, Suriya neft-qaz ölkələri arasında əslində, 4-cü yeri tutur. Belə ki, norveçli mütəxəssislər onun ərazisində dünyanın ən böyük qaz yatağını kəşf ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Böyük Britaniyada üç tipli 8 strateji bombardmançı yerləşdirib. “The Times” nəşri qeyd edir ki, ABŞ bu addımla potensialı haqqında Rusiyaya xatırladıb.

ABŞ tarixdə ilk dəfə Böyük Britaniyada strateji bombardmançıların bütöv qrupunu yerləşdirib. Bu, Rusiya ilə artan gərginlik fonunda baş verir. Söhbət iki “B-2” gözəgörünməz bombardmançı, üç B-52H (“Stratosfer qalası”) və üç B-1 “Lanser” bombardmançılarından gedir. Strateji bombardmançıların hamısı nüvə yükünü daşıya bilir.

Gözlənildiyi kimi, strateji bombardmançılar və tanker təyyarələrin böyük kontingenti yaxın vaxtlarda Baltikya ölkələrdə keçirilən hərbi təlimlərə qatılacaq,

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Konqresin üzvü Virciniya ştatında beysbol sahəsində atışmada yaralanıb. Yaralanan Konqres üzvü Stiv Skaliz Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının koordinatorudur. Atışmada daha 5 nəfər yaralanıb. Hadisə zamanı beysbol meydançasında 15 senator olub. İlkin məlumatlara görə, naməlum şəxs 100-ə yaxın atəş açıb. Atəş avtomatik silahdan açılıb.

Məlumata görə, Skaliz və onun köməkçiləri beysbol meydançasında məşq edirlərmiş. Polis silahlı şəxsi saxlayıb.

Londonun qərbində, Latimer Road səmtində dəhşətli yanğın hadisəsi qeydə alınıb. 27 mərtəbəli binanın ikinci mərtəbəsində başlayan yanğın qısa müddətdə bütün binanı əhatə edib.

Rəsmilərin verdiyi məlumata görə, ən az 6 nəfərin həyatını itirdiyi dəqiqləşib, xəsarət alanların sayı 50-yə çatıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm