Türkiyə və Azərbaycanın QARABAĞ PLANI, düşmənə AĞIR ZƏRBƏ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Türkiyə və Azərbaycanın QARABAĞ PLANI, düşmənə AĞIR ZƏRBƏ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib. Düşmən ağır itkilər verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində olub. ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər ediblər. Rusiyanın böyük şəhərlərində müxalifətin Rusiya Gününə uyğunlaşdırılmış mitinqləri keçirilib. BMT-nin adi silahlar haqqında reyestri 2016-cı ildə Rusiyanın Ermənistana satdığı silahların siyahısını təqdim edib. Rusiya prezidenti Vladimir Putin ABŞ-ı terrorçulara dəstək verməkdə ittiham edib. Rusiya Müdafiə Nazirliyi mayın 28-də Rusiya Hərbi-Hava Qüvvələrinin zərbələri nəticəsində İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin mümkün məhvi haqqında məlumat yayıb. Kiyev Rusiyanın Ukraynaya hücum planlarından imtina etmədini açıqlayıb. İyunun 5-də başlanan “Qətər böhranı” gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir.

Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib.

Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var. Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Biz işğal altındakı torpaqlara qayıdacağıq”. Bunu iyunun 14-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, keçən il aprel döyüşləri bunu bir daha sübut etdi: “Siz də Azərbaycanın torpaqlarının müdafiəsində dayanacaqsınız. Torpaqlarımızı azad etməyə hazır olmalısınız. Bu gün Azərbaycan gəncliyi vətənpərvərdir".

İyun ayının 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlər iyunun 24-dək davam edəcək.

“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarına PKK-nı yerləşdirir. Qarabağda 12 təlim düşərgəsi və 1750 PKK-çı var”. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, Ermənistan əfqanlarla PKK-çıları muzdlu əsgər kimi qəbul edir.

“Suriyadan dəstək üçün 400-ə qədər PKK-çı Ermənistana gəldi. Azərbaycanın ölü olaraq ələ keçirdiyi uniformalı 12 cəsəd var. Onların üzərlərində erməni uniformaları var. Lakin Ermənistan bunu qəbul etmir. Onlar PKK-dan gələn muzdlu əsgərlərdir”, - deyə o bildirib.

Bu təlimlər Ermənistanda ciddi narahatlığa səbəb olur. Erməni hərbçi Senor Asratyan hesab edir ki, regionda müharibə başlaya bilər. Onun fikrincə, yeni müharibə Ermənistana sərf etmir.

“Azərbaycan təlimlərdə “TOS-1” sistemlərini yoxladı, bu, Qarabağ müharibəsində də bu silahların tətbiq edilə biləcəyinə işarədir”, - deyə o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan mediası 1998-ci ildə Süleyman Dəmirəllə Heydər Əliyevin Qarabağ planını yenidən gündəmə gətirib. Türkiyə və Azərbaycan işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərin azad olunması üçün birgə plan hazırlayıb.

Bu planda işğal olunmuş ərazilərin azad olunması üçün Azərbaycanın iqtisadi, siyasi və hərbi sferada güclənməsi, Ermənistanın beynəlxalq mühasirəyə alaraq zəiflədilməsi, beynəlxalq müstəvidə güclənmək nəzərdə tutulur. Bu plan hələ də qüvvədədir.

Erməni politoloq İqor Muradyan “Türkiyə və Azərbaycanın Qarabağ planı” adlı məqaləsində yazır ki, Türkiyə Qərb və Rusiya arasında yaranmış ziddiyyətlərə əsaslanan kombinasiya qurub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Rusiya və Ermənistan arasında 200 milyon dollarlıq kredit sazişinə uyğun olaraq, 10 il müddətində silah idxal ediləcək”. Bu barədə Ermənistanda “Vətəndaşların məlumatlandırılması ittifaqı” təşkilatı məlumat yayıb.

Artıq 2016-2017-ci illərdə bu silahların müəyyən partiyaları gəlir. Lakin Rusiyanın verdiyi silahlar kifayət qədər köhnəlib, bu silahlar ötən əsrin 80-ci, 70-ci, hətta 60-cı illərdən qalmadır. Yalnız bəziləri, misal üçün, TOS-1A və “Qasırğa” sistemləri kimi silahlar son 10-20 ilin silahlarıdır”.

ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 10-da İrəvanda səfərdə oldular. Daha sonra işğal olunmuş Azərbaycan torpaqlarına səfər edən həmsədrlər iyunun 19-da Bakıya gələcəklər. Həmsədrlərin Xankədində qondarma “DQR”-in “bayrağı” altında əyləşərək, “prezident” Bako Saakyanla görüşməsi də onların mövqeyinin aydınlaşması baxımından çox şey deməkdir. Bütün hallarda regiona səfərin konkret nəticələri haqda iyunun 19-dan sonra danışmaq olar. Lakin rəsmi Bakı hələ ki, susur. Bakının susqunluğu isə Ermənistanda ciddi qorxulara səbəb olub.

Erməni siyasi şərhçi Naira Ayrumyan qorxu ilə iddia edir ki, Azərbaycanın B planının olması mümkündür.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

BMT-nin adi silahlar üzrə registrində 2016-cı ildə Rusiyanın müxtəlif ölkələrə satdığı silahlar qeyd olunub. Bu ölkələr arasında Azərbaycan və Ermənistan da var.

Registrdə göstərilir ki, Rusiya ötən il Azərbaycana böyük kalibrli artilleriyanın 6 vahidini çatdırıb. Ermənistana isə daşına bilən zenit-raket kompleksinin 300 vahidi verilib. Rusiyanın Azərbaycana silah satması Ermənistanda yeni narazılığa səbəb olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan Naxçıvanla bağlı iddialarını yenidən gündəmə gətirib. Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda birgə hərbi təlimlərə başlaması düşmən ölkədə ciddi narahatlığa səbəb olub.

“Daşnaksütyun” partiyası bunun Bakı və Ankranın Ermənistana mesajı olduğunu hesab edir. Partiyanın qərargah rəhbəri Kiro Manoyan İrəvanın Naxçıvanla bağlı iddiaları yenidən gündəmə gətirməsinin vaxtının çatdığını açıqlayıb.

“İrəvan beynəlxalq müstəvidə Naxçıvanın Ermənistana birləşdirilməsi məsələsini qaldırmalıdır”, - deyə iddia edib.

I Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlığı ilə xüsusi seçilən və bu gün Ermənistanda işğal siyasətinin qatı tərəfdarı kimi çıxış edən “Komandos” ləqəbli erməni general Arkadi Ter-Tadevosyan İrəvanın əraziləri Azərbycana qaytarmaq istədiyini açıqlayıb.

“Lragir” saytına müsahibə verən “Komandos” ənənəvi qaydada Azərbaycanı təhdid edib və erməni ordusunun ciddi zərbələr vuracağı haqda absurd iddialar səsləndirib. Lakin o, həm də maraqlı etiraflarla çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dağlıq Qarabağ münaqişəsinin həllində 25 ildir irəliləyiş olmadığı barədə düşüncə doğru deyil. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza deyib.

M. Brayza bildirib ki, 10 il əvvəl münaqişənin həlli ilə bağlı əsas sənəd hazırlanmış və razılaşdırılmışdı:

“Bu, yeganə işlək sənəddir və münaqişənin həllində fundamental balans yaradır. Problem odur ki prezidentlər bir-birinə etibar etmir. Münaqişənin həlli üçün tərəflərin güzəştə getməsinə ehtiyac var. Münaqişənin yeganə həlli vasitəçilik və liderlik yolu ilə mümkündür. Bunu da Rusiya və ya ABŞ üzərinə götürə bilər. Amma inanmıram ki, Tramp bunun öhdəsindən gəlsin. Buna çoxlu vaxt tələb olunacaq, ABŞ-ın siyasi rəhbərliyində isə bu işi görəcək siyasətçilər yoxdur”.

Metyu Brayza Dağlıq Qarabağ münaqişəsini regionun iqtisadi inkişafına və təhlükəsizliyinə əsas maneə adlandırıb. “Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu torpaqlardan çıxmaq və ümumi dil tapmaq lazımdır”, - o deyib.

Metyu Brayzanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar o zaman başlaya bilər ki, ya Azərbaycan, ya da Ermənistan hökuməti bununla bağlı qərar qəbul etsin. O bildirib ki, belə əməliyyat nə Azərbaycan, nə də Ermənistanın marağındadır: “Ola bilsin ki, Cənubi Qafqazdan kənar hansısa ölkə belə bir provokasiyalar törətsin. Mən ABŞ-ı nəzərdə tutmuram. Təmas xəttində ağır texnikanın olması aprel döyüşləri kimi ciddi toqquşmalara gətirə bilər. Lakin nəticədə bu vəziyyət müharibəyə kimi gedib çıxmadı. Çünki müharibə heç kimin marağında deyil”.

Belarus prezidenti Aleksandr Lukaşenko Dağlıq Qarabağ münaqişəsinin xarici müdaxilə olmadan həll edilməli olduğunu açıqlayıb. Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) Təhlükəsizlik Şurasının katibləri ilə görüşən Lukaşenko “Qarabağ, Dnestryanı, Ukrayna kimi münaqişələr bizim problemlərimizdir və bu münaqişələri xarici müdaxilə olmadan həll etməliyik” deyə o vurğulayıb.

A.Lukaşenkonun bu fikirləri İrəvanda narazılıqla qarşılanıb. Xüsusilə Ermənistan mediası Belarus prezidentinin çıxışını öz ölkələri üçün təhlükəli hesab edirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə hüquq-mühafizə orqanlarının Suriya sərhədində keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşı olan “canlı bomba”lar həbs olunub. Saxlanılanlar 29 yaşlı Sərxan Əliyev, 37 yaşlı Gülnar Şirməmmədova və 42 yaşlı Nazənin Zeynalovadır. Saxlanılanların Türkiyədə səs-küylü terror aktları törətmək planları olub.

Türkiyə, İran, Yaxın Şərq

ABŞ Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatı vasitəsilə Orta Asiyanı işğal etmək istəyir. Türkiyənin “Star” qəzetinin yazdığına görə, Orta Asiyanın işğal edilməsi üçün Əfqanıstan baza olaraq seçilib. Qəzet qeyd edir ki, Əfqanıstanda yetişdirilən mütəxəssislər Özbəkistanda, Tacikistanda, Qazaxıstanda, Türkmənistanda, hətta Azərbaycanda da fəaliyyət göstəriblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fəthullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişə cəhd çərçivəsində aparılan məhkəmə prosesində ilk qərar açıqlanıb. Prezidentin baş katibi Fahri Kasırğanın girov götürülməsi ilə bağlı keçirilən məhkəmədə şübhəlilərin 18-nə ağırlaşdırılmış ömürlük həbs və əlavə olaraq 12 il həbs cəzası verilib.

Daha 5-i ömürlük həbs və əlavə olaraq 10 il, Prezident Mühafizəçiləri Alayının keçmiş komandiri, polkovnik Mühsin Kutsi Barış isə 12 il həbs cəzasına məhkum edilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Portuqaliyanın RTP kanalına müsahibəsində ABŞ-a sərt mesajlar göndərib. Prezident ötən ay amerikalı həmkarı Donald Trampa xəbərdarlıq etməsinə baxmayaraq, ABŞ-ın Rakka əməliyyatını PYD/PKK terror təşkilatı ilə birgə həyata keçirməkdə israr etdiyini söyləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İyunun 5-də başlanan “Qətər böhranı” gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. Bir çoxları isə Qətərlə əlaqələri kəsən ərəb ölkələri və onları dəstəkləyən ABŞ-ın əsl hədəfinin İran olduğunu bildirirlər. Türkiyənin “Haber7” saytı əsl hədəfin İran olmadığını 10 başlıqda göstərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Bir çoxları itirən tərəfin yalnız biz olmayacağımızı düşünür. Biz bir dollar itirsək, onlar da bir dollar itirəcəklər”. Bunu bir sıra ərəb ölkələrinin Qətərə qarşı tətbiq etdiyi embarqonu şərh edən ölkənin maliyyə naziri Əli Şerif əl-Emadi deyib.

Onun sözlərinə görə, ölkənin iqtisadiyyatı və milli pul vahidi Qətəri embarqolardan asanlıqla qoruyacaq.

İyunun 15-də ABŞ və Qətər birgə hərbi təlimlərə başlayıb. Digər bir xəbərə görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ölkələr tərəfindən embarqolara məruz qalan Qətər ABŞ ilə yeni döyüş təyyarələri almaq üçün razılaşıb. Vaşinqtonda dünən imzalanan razılaşmaya görə, Qətər 12 milyard dollar məbləğində 72 ədəd F-15 döyüş təyyarəsi alacaq.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Qətəri “terrorizmin sponsor” olmaqda ittiham etmişdi.

Qətərə qarşı embarqolar tətbiq edən ölkələrdən biri olan Misir prezidenti Əbdülfəttah əl-Sisi Türkiyəyə qarşı qalmaqallı çağırış edib. Sisi ərəb ölkələrini Türkiyəyə qarşı embarqolar tətbiq etməyə çağırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yaxın Şərqin xəritəsi yenidən çəkilməyə başlanıb. Şimali İraq regional kürd müxtariyyətinin başçısı Məsud Bərzaninin sentyabrın 25-də müstəqillik haqqında referendumun keçirilməsi barədə qərarı Yaxın Şərqdə çoxları tərəfindən təşvişlə qarşılandı. Nə baş verir? Rusiyalı ekspert Stanislav Tarasov Bərzaninin Sevr müqaviləsinin ruhunu diriltdiyini bildirib.

Ərbil hesab edir ki, İŞİD üzərində qələbə qazanılıb və müstəqilliyin əldə edilməsi üzrə layihənin həyata keçirilməsinin vaxtıdır. Niyə məhz indi?

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın dövlət katibi Reks Tillerson İranın regiondakı fəaliyyətindən, nüvə sazişindən və Amerika hökumətinin İranla bağlı siyasətindən danışıb. Rəsmi Tehranı sabitliyi pozmaqda günahlandıran Tillerson ABŞ hökumətinin İranın bölgədəki hegemonluğuna qarşı ilk addımlarını atmağa başladığını bildirib.

“Bu coğrafiyanı Amerika və İngiltərə idarə edir. Qərarı onlar verir, səlahiyyət onlardadır, təlimat onlardan gəlir. Müstəqil kimi görünən ölkələr əslində, işğal altındadır. Yaxın Şərq işğal altındadır. Ölkələr bir-biri ilə vuruşdurulur və parçalanır”. Bunu Qətər böhranını şərh edən türkiyəli yazar İbrahim Karagül “Yeni Şəfəq” nəşrində yazıb.

Yazar bildirir ki, ABŞ prezidenti Donald Trampın ilk işi İran-Səudiyyə Ərəbistanı müharibəsi olacaq. O qeyd edir ki, əslində ən böyük tələ Səudiyyə Ərəbistanı üçün qurulub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyada Əsəd qüvvələrinə qarşı hava hücumu qəbuledilməzdir. Bunu açıqlamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov telefon danışığı zamanı ABŞ Dövlət katibi Reks Tillersona deyib.

Lavrov və Tillerson Suriyadakı vəziyyəti müzakirə edib və bölgədə qarşıdurmanın sona çatdırılması üçün əməkdaşlıq etməyin vacibliyini vurğulayıblar.

ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/PYD İranın və Əsədin dəstəyi ilə Afrin bölgəsindən Aralıq dənizinə doğru irəliləməyi planlaşdırır. “Yeni Şafak” qəzeti Əsəd ordusunun komandirlərindən olan general Suheyl Haydarla İranın xarici əməliyyatlarına rəhbərlik edən, “qəssab” ləqəbi verilmiş Qasım Süleymanın Afrinin cənubundakı Nubbul ərazisində gizli toplantı keçirdiyini yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı bu ölkə ilə imzaladığı 100 milyard dollarlıq silah razılaşmasının detalları ortaya çıxıb. “Defense News” nəşri razılaşmanın detallarını dərc edib.

Nəşrin xəbərinə görə, 2023-2036-ci illər arasında Səudiyyə Ərəbistanına 13,5 milyard dollar dəyərində 7 THAAD hava hücumundan müdafiə batareyası göndəriləcək. ABŞ 5 milyard dollarlıq 5 fərqli ağıllı sursat satacaq, eyni zamanda “Patriot” raket hücumundan müdafiə sistemlərini 7 milyard dollara modernləşdirəcək.

16 milyard dollar KC-130, C-130 Hercules və F-15 tipli təyyarələrə, 6 hərbi gəmi üçün isə 6 milyard dollar ödəniləcək.

“Səudiyyə Ərəbistanı terrorçulardan İrana hücum etmələrini istəyib”. Bu haqda İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri general Məhəmməd Əli Cəfəri deyib.

“Terrorçular ABŞ, İsrail və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənib. Əlimizdə Səudiyyə Ərəbistanının terrorçulara əhəmiyyətli dəstək verdiyi və onlardan İrana hücumu etmələrini istədiyini göstərən dəqiq məlumatlar var”, - o bildirib.

Xatırladaq ki, iyunun 7-də silahlı şəxslər Tehranda parlament binasına və Ayətullah Xomeyninin türbəsinə hücum ediblər. 17 nəfərin öldüyü, 40-dan çoxunun yaralandığı hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Suriyanın Haseke vilayətinin Qamışlı mahalında ABŞ və Səudiyyə Ərəbistanı kəşfiyyatının lideriliyi ilə iyunun 10-da toplantı keçirilib. Türkiyənin “Yeni Şəfəq” qəzetinin xəbərinə görə, toplantıya qatılanlar Suriyanın neft ehtiyatlarının bölüşdürülməsi ətrafında müzakirələr aparıblar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Müdafiə Nazirliyi mayın 28-də Rusiya Hərbi-Hava Qüvvələrinin zərbələri nəticəsində İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin mümkün məhvi haqqında məlumatları yoxlayır. Bu haqda İdarənin mətbuat xidməti bildirib.

“Məlumatlara görə, hava zərbələri ilə vurulan müşavirədə İŞİD lideri Əbubəkr əl-Bağdadi də iştirak edirdi. İnformasiya müxtəlif kanallar üzrə yoxlanılır”, - idarənin xəbərində deyilir.

Müdafiə Nazirliyindən bildiriblər ki, Rakka yaxınlığında hava hücumu nəticəsində İŞİD-in “hərbi şura”sının qruplaşma tərkibinə daxil olmuş döyüşçülər və daha 330-a qədər terrorçu məhv edlib.

Məhv edilmiş terrorçular arasında Rakka “əmiri” Əbu əl-Hacı əl-Misri, Rakkanın Es-Suxne rayonuna nəzarət edən İbrahim Ən-Naef əl-Hac və İŞİD-in “təhlükəsizlik xidməti”nin başçısı Suleyman Əl-Şayax da var. Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov hesab edir ki, İŞİD liderinin ölməsi təsdiqlənərsə, bu terror təşkilatına güclü zərbə olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya, Rusiya-Qərb münasibətləri

ABŞ Senatı iyunun 14-də Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsini bəyənib. Sanksiyalar Rusiya banklarının maliyyələşdirilməsinin maksimal müddətinin 14, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin maliyyələşdirilməsinin maksimal müddətinin isə 30 günə qədər ixtisarını nəzərdə tutur.

Bundan başqa, düzəlişlərin tətbiqindən sonra 180 gün ərzində ABŞ Maliyyə Nazirliyinin başçısı sanksiyaların mümkün nəticələrini təsvir edən məruzəni Konqresə təqdim etməlidir.

Litvada NATO-nun 9 ölkəsinin iştirakı ilə “Dəmir canavar-2017” hərbi təlimləri başlayıb. Ölkənin cənub, mərkəzi və şərq hissələrində keçiriləcək təlimlərə 5,3 min hərbi qulluqçu cəlb edilib. Almaniyanın rəhbərlik etdiyi NATO beynəlmiləl batalyonunun döyüş məsələlərinin icrasına hazırlığının yoxlanılması təlimlərin əsas vəzifəsidir.

Hərbi manevrlər iyunun 23-nə kimi davam edəcək.

Daha əvvəl isə Rusiya ilə sərhəd yaxınlığında - Estoniyada beynəlxalq hərbi təlimlər başlanıb.

Rusiya öz sərhədlərinə yaxın NATO hərbi kontingentinin gücləndirilməsini sakit qarşılamayacaq və lazımı ölçü götürəcək. Bunu Polşa prezidenti Ancey Dudanın bəyanatını şərh edən Rusiya Dövlət Dumasının müdafiə komitəsinin sədr müavini Yuri Şvıtkin deyib.

“Biz dəfələrlə bildirmişik ki, NATO bloku tərəfindən müdafiə bəhanəsi ilə Rusiya sərhədlərinə yaxın ərazilərdə hərbi kontingentin gücləndirilməsi planlarını sakit qarşılamayacağıq. Əlbəttə ki, cavab ölçüləri götürüləcək", - Şvıtkin bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İyunun 12-də Amerika “Showtime” kabel telekanalında amerikalı rejissor Oliver Stounun “Putinlə müsahibə” filminin birinci hissəsi çıxıb. Rusiya prezidenti sələfi Boris Yeltsinin ona baş nazir postunu təklif etməsindən və Rusiya-Amerika münasibətlərindən danışıb.

Bundan başqa, dövlət başçısı SSRİ-nin dağılması barədə fikirini izah edib (Putin SSRİ-nin dağılmasını XX əsrin ən böyük geosiyasi faciəsi adlandırmışdı - red.) Həmçinin, Rusiya lideri öz qızları və nəvələrindən danışıb.

Prezident qeyd edib ki, Sovet İttifaqının dağılması haqqında fikirləri ilə əlaqədar öz ünvanına tez-tez tənqid eşidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Əl-Qaidə” terror təşkilatı və Üsamə Bin Ladeni Birləşmiş Ştatların özü böyütdü”. Bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.

Rusiya prezidentinin sözlərinə görə, hər şey SSRİ-nin Əfqanıstanda apardığı müharibə vaxtlarından başlandı.

“Amerika xüsusi xidmət orqanları Əfqanıstanda sovet qoşunları ilə mübarizədə islam fundamentalizminin müxtəlif istiqamətlərini dəstəkləyirdilər. “Əl-Qaidə”ni və Bin Ladeni amerikalıların özləri böyütdülər”, - o bildirib.

Putin həmçinin qeyd etdi ki, artıq hər şey ABŞ-ın nəzarəti altından çıxıb. “Bu, həmişə belə olur. Bizim ABŞ-dakı partnyorlarımız bu haqda bilməyə məcburdur. Bu, onların günahlarıdır”, - Rusiya prezidenti yekunlaşdırıb.

Rusiya prezidenti Vladimir Putin amerikalı kinorejissor Oliver Stouna müsahibəsində bildirib ki, Moskva Rusiyanın xilafətə çevrilməsinə yol verməyəcək. "Bilirsiniz, heç bir dünyəvi din pislik mənbəyi ola bilməz. İslamda da bir çox istiqamətlər, cərəyanlar var. Burada əsas şiələr və sünnilərdir. Doğrudan da, biz görürük ki, onların arasında dərin ziddiyyətlər var. Düşünürəm ki, bu, hər halda nə vaxtsa aradan qaldırılmalıdır", - deyə Putin bildirib.

Stoun Putindən soruşub: "Bəs Moskva xilafət olacaq?"

"Buna biz heç cürə yol vermərik. Siz baxın, Vaşinqton necəsə xilafətə çevrilməsin", - deyə prezident bildirib.

Amerikanın “Showtime” kanalı iyunun 15-də “Putinin müsahibəsi” sənədli filminin son – dördüncü hissəsini göstərib. Rusiya prezidenti Vladimir Putin son hissədə Moskvanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi, ABŞ prezidenti Donald Trampdan gözləntiləri, Rusiya liderinin gələcək planları, o cümlədən 2018-ci il prezident seçkilərində mümkün iştirak haqqında danışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyada keçirilən son aksiyalar başqa ölkələrdəki rəngli inqilablara bənzər ssenarilərin təkrarıdır. Bunu “İnterfaks” agentliyinə açıqlamasında Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotov söyləyib.

Qeyd edək ki, bundan öncə Rusiyada korrupsiyaya qarşı 200 şəhərdə etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı təkcə Moskva və Peterburqda 1200 nəfər həbs olunub.

“Rusiya ilə güman edilən əlaqələrimlə bağlı aparılan 7 aylıq araşdırmaların gedişatında heç kəs heç bir sübut təqdim edə bilməyib”. Bunu ABŞ prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

“Yeddi ay Konqresin komitəsində aparılan apaşdırmalar və dinləmələrdə mənim “ruslarla gizli sözləşməm” haqqında heç kəs heç bir sübut təqdim edə bilməyib. Kədərlidir!”, - dövlət başçısı qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyadan olan hakerlər kibersilahın yeni növünü hazırlayıblar. Bu haqda ABŞ-ın “Vaşinqton Post” qəzeti “Dragos” kibertəhlükəsizliyi üzrə mərkəzin tədqiqatına istinadən bildirib.

Bildirilir ki, kibersilah elektrik şəbəkələrinin işini pozmağa imkan verir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis ölkənin döyüş hazırlığının aşağı olduğunu bildirib. Pentaqonun rəhbəri bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının silahlı qüvvələr üzrə komitəsində keçirilən dinləmələrdə deyib.

Pentaqon rəhbəri həmçinin böyük dövlətlər arasında hərbi rəqabətin bərpa oluna biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiya, ABŞ və Çin arasında hərbi qarşıdurma başlaya bilər.

ABŞ Böyük Britaniyada üç tipli 8 strateji bombardmançı yerləşdirib. “The Times” nəşri qeyd edir ki, ABŞ bu addımla potensialı haqqında Rusiyaya xatırladıb.

ABŞ tarixdə ilk dəfə Böyük Britaniyada strateji bombardmançıların bütöv qrupunu yerləşdirib. Bu, Rusiya ilə artan gərginlik fonunda baş verir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Son vaxtlar NATO və Rusiya arasında mümkün müharibə variantları ilə bağlı silsilə məqalələr dərc olunur və hərbi oyunlar keçirilir. Hərbi oyunlar NATO üçün arzuolunmaz nəticələrə gətirib çıxarıb.

Hərbi oyunlara görə, müharibənin ən ehtimal edilən ssenarisi Rusiyanın Baltikyanı ölkələrə müdaxiləsidir. Nəticədə, sürətli məğlubiyyətdən sonra ABŞ və onun NATO-dakı müttəfiqlərinin əlində bir neçə ssenari qalır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Qərbi Avropa taktik nüvə silahının arsenalını azaldanda, Rusiya onun müasirləşməsi ilə məşğul olurdu”. Bu haqda İsveş Müdafiə Tədqiqatları İnstitutunun məruzəsinə istinadən “Dagens Nyheter” nəşri yazıb. Qeyd edilir ki, son illər Rusiya nüvə hücumunun simulyasiyası ilə adi silahın tətbiqiylə təlimlər keçirir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İyunun 12-də Rusiyanın böyük şəhərlərində müxalifətin Rusiya Gününə uyğunlaşdırılmış mitinqləri keçirilib. Müxalifət siyasətçisi Aleksey Navalnıy mitinqlərin təşəbbüskarıdır.

Mitinqlərin əsas şüarı korrupsiyaya qarşı mübarizədir. Mitinqlər həmçinin, 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi qeydiyyata alınmaq üçün Navalnıy tərəfindən aparılan kampaniyanın bir hissəsidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya müxalifətçisi Aleksey Navalnı şəxsi evin blokunda saxlanılıb. Moskvanın Tver küçəsində icazəsiz mitinqin təşkilinə görə günahlandırılan müxalifətçi 30 gün inzibati həbs cəzasına məhkum edilib.

İyunun 15-də Rusiya prezidenti Vladimir Putinlə ənənəvi ”Birbaşa xətt” keçirilib. Dövlət başçısı ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatı, həmçinin beynəlxalq vəziyyətə dair suallara cavab verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şuranın katibi Aleksandr Turçinov Rusiyanın hibrid təcavüzünə qarşı Ukrayna Silahlı Qüvvələrindən istifadə etməyi təklif edib. Turçinov bu haqda “İnterfaks” agentliyinə müsahibəsində deyib.

Xatırladaq ki, Turçinov daha əvvəl Moskvanın alınması haqqında danışıb. Mayın sonunda Donetsk vilayətinə gələn Turçinov bildirib ki, silahlı konflikt yalnız Ukrayna ordusu Moskvanı alacağı halda bitəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Avropa və ABŞ 2014-cü ildə Ukraynada dövlət çevrilişini dəstəklədilər”. Bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.

Putinin sözlərinə görə, Amerika kəşfiyyatı Ukraynada baş verəmləri diqqətlə izləyirdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ukraynanın şərqindəki cari vəziyyət göstərir ki, Rusiya Ukraynaya hücum planlarından imtina etməyib”. Bunu Kiyevdə Ukrayna Milli Müdafiə Universitetinində keçirilən tədbirdə ölkənin müdafiə naziri Stepan Poltorak deyib.

“Cəbhədəki vəziyyət göstərir ki, təcavüzkar Rusiya Federasiyası bizim ölkəmizi tutmaq ideyasından imtina etməyib. Bu şərtlərdə Ukraynanın müdafiə sektorunda islahatları davam etdirmək və ordunu möhkəmləndirmək lazımdır”, - Müdafiə Nazirliyinin başçısı vurğulayıb.

Onun sözlərinə görə, yalnız 2016-cı ildə Ukrayna Silahlı Qüvvələrinin arsenalına hərbi texnikanın 2,5 min vahidi daxil edilib, texnikanın 15 min vahidi isə təmir olunub. Nazir söyləyib ki, ordunun ixtisaslaşmasında xüsusilə NATO-nun standartları nəzərə alınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm