Ermənistan üçün MƏHVEDİCİ YAY, qisas DALĞASI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ermənistan üçün MƏHVEDİCİ YAY, qisas DALĞASI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Bakıya gəliblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmsədrlərlə görüşündə qeyd edib ki, baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyəti işğalçı Ermənistan daşıyır. ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar. Ermənistan Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində yaradılan aeroportda uçuşlarla bağlı festival keçirib. Londonda növbəti terror aktı törədilib. Avropa İttifaqı Krıma qarşı sanksiyaların müddətini uzadıb. Qətərə yerləşdirilməli olan türk hərbiçilərin ilk hissəsi paytaxt Dohaya çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Prezident qeyd edib ki, baş verə biləcək hər hansı hadisəyə görə məsuliyyəti işğalçı Ermənistan daşıyır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Ərazi bütövlüyü məsələsindən heç vaxt vaz keçməyəcəyik". Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfərinə münasibət bildirərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti, İqor Popov, Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. Görüşdə mövcud “status- kvo”nun qeyri-davamlı və qəbuledilməz olduğu qeyd olunaraq onun substantiv danışıqlar yolu ilə dəyişdirilməsinin vacibliyi vurğulanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"ATƏT-nın Minsk qrupu münaqişə tərəfləri arasında siyasi dialoqun davam etdirilməsinə ümid edir". Bunu Bakıda ATƏT-nın Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

"Siyasi dialoqun bərpası ilə bağlı biz həm Bakı, həm də İrəvanda müzakirələr aparmışıq. Bu müzakirələr nəticəsində belə qənaətə gəlmək olar ki, hər iki ölkənin prezidenti sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır", - deyə rusiyalı diplomat bildirib.

O, ATƏT-nın Minsk qrupunun həmsədrlərinin cəbhədə yaşanan son gərginlikdən dərin təəssüf hissi keçirdiklərini diqqətə çatdırıb.

Həmsədrlər Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İctimai Birliyinin üzvləri ilə görüşüblər. Görüşdə İcmanın sədri Bayram Səfərov, icmanın üzvləri, həmsədrlər Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak edib.

Görüşdə cəbhədəki vəziyyət, nizamlanma prosesi ilə bağlı vəziyyət ətraflı müzakirə olunub.

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar. Bəyanatda bildirilir ki, iyun ayında regiona baş tutumuş səfərin əsas məqsədi bu il aprelin 28-də xarici işlər nazirlərinin Moskvada keçirilmiş üçtərəfli görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti addımlarla bağlı tərəflərin mövqelərini, habelə münaqişə zonasında ümumi vəziyyəti müzakirə etmək olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İyunun 15-də erməni hərbi birləşmələri cəbhədə yeni təxribata əl atdı. Azərbaycan Ordusu bir şəhid verdi. Bundan sonra ordumuzun düşmən təxribatına cavabı nəticəsində Ermənistan ordusunun 6 əsgəri məhv edildi. Bu, düşmənə layiqli cavab idi. Azərbaycanın sərt cavabı Ermənistanda hakimiyyətə qarşı etirazların artmasına səbəb olur. Erməni cəmiyyəti hakimiyyəti satqınlıqda və ordudakı özbaşınalığa görə ittiham edir. Həmçinin, İrəvanda yeni müharibənin başlaması xofu da artır.

Erməni jurnalist Sarqis Artsruni yazır ki, Ermənistanın çıxış yolu yalnız sülhü dəstəkləməkdir: “Çünki yeni müharibənin nəticələrinə ölkə olaraq dözə bilməyəcəyik”.

Erməni jurnalist qeyd edir ki, genişmiqyaslı müharibə Ermənistan üçün məhvedici olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Düşmən təxribatı nəticəsində cəbhədə vəziyyət qaynar olaraq qalır. Erməni hərbi birləşmələrinin təxribat hücumu nəticəsində ordumuz bir şəhid verdi. Cavab atəşi isə Ermənistan üçün ağır itkilərə gətirib çıxartdı. 6 erməni hərbçi məhv edildi, bununla yanaşı, ağır yaralı olan əsgərlər var, hansı ki, onlar İrəvan hospitallarına köçürülüb. Bütün bunlar Qarabağda yeni müharibənin başlaması risklərindən xəbər verir.

Rusiyalı jurnalist Mixail Belyayev hesab edir ki, 2017-ci ilin yayı Dağlıq Qarabağda çox “isti” olacaq.

Onun sözlərinə görə, cəbhədə baş verənlər və müxtəlif beynəlxalq ekpertlərin proqnozları da bunu deməyə əsas verir.

Belyayev hesab edir ki, cəbhədə baş verənlərin xronologiyası Azərbaycanın sərt cavab verdiyini göstərir: “Azərbaycanın müdafiə naziri Zakir Həsənov xəbərdarlıq etmişdi ki, “bir şəhidimizin əvəzini düşmən çoxsaylı itkilərlə ödəyəcək”. Erməni separatçılarının təxribatı ilə Azərbaycan bir şəhid verdi, əvəzində erməni hərbi birləşmələri çoxsaylı itkilərlə üzləşdi”.

Rusiyalı jurnalistə görə, cəbhədə baş verənlər ilk növbədə Ermənistan hakimiyyəti üçün başağırısına çevriləcək.

Onun fikrincə, ötən ilin aprel uğursuzluğundan çıxa bilməyən Ermənistanın itkiləri getdikcə daha da çoxalır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın “Şimal həqiqəti” (Pravda Severa) qəzetinin əməkdaşı Aleksey Morozov Ermənistana səfər edərək, bu ölkədən reportaj hazırlayıb. Reportajda diqqət çəkən məqam ermənilərin Dağlıq Qarabağ münaqişəsindən yorulduqları və azərbaycanlılarla keçmişdə olan yaxşı münasibətlər üçün darıxdığı haqda dedikləridir.

A.Morozovu Gümrüdən İrəvana aparan Vano adlı qoca erməni yoxsulluqdan şikayətlənir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində yaradılan aeroportda uçuşlarla bağlı festival keçirib. Aviasiya festivalı iyunun 17-də başlanıb.

Festivalın məqsədi xarici turistləri Dağlıq Qarabağa cəlb etməkdir. Yüngül motorlu təyyarələrin iştirak etdiyi festivalın stendləri Yaponiyadan tutmuş ABŞ-a qədər bir çox ölkədə nümayiş etdirilib

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Suriya Hərbi-Hava Qüvvələrinə məxsus qırıcının ABŞ tərəfindən vurulmasına sərt reaksiya göstərib. Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komissiyasının sədri Aleksey Puşkov ABŞ-ın hərəkətlərini “müharibənin yeni aktı” adlandırıb.

“ABŞ Suriyanın Su-22 qırıcısını Rakka səmaları üzərində vurmaqla Suriyaya qarşı müharibənin yeni aktını həyata keçirib. Hansı “müdafiə”? Rakka Suriya şəhəridir, Amerika şəhəri deyil”, - Puşkov Tvitter hesabında yazıb.

Xatırladaq ki, hadisə ötən gün gecə saatlarında baş verib. ABŞ-ın başçılıq etdiyi koalisiyanın nümayəndələri vurğulayırlar ki, qırıcı Tabka şəhərindən cənubda yerləşən “Suriya Demokratik Gücləri”nə bombalar atdıqdan sonra vurulub. Bildirilir ki, əməliyyat “koalisiyanın partnyorlarının kollektiv özünümüdafiəsi qaydalarının tətbiqinə uyğun olaraq” həyata keçirilib.

Suriya tərəfinin məlumatına isə deyilir ki, hadisə Rakka şəhərinin cənubunda – İŞİD terror qruplaşmasının nəzarətində olan kəndin cənubunda baş verib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ABŞ-I Suriyada birtərəfli hərəkətlərdən çəkinməyə çağırıb.

Suriya ordusu Rakka şəhəri yaxınlığında “Suriya Demokratik Qüvvələri”nə məxsus dəstələri vurub. Hücumda təyyarə, artilleriya və tanklardan istifadə etdiyini bildirib.

Qeyd edək ki, “Suriya Demokratik Qüvvələri”nin böyük hissəsi kürd hərbi birləşmələrindən, xüsusilə, PYD terror təşkilatı üzvlərindən təşkil olunub. ABŞ bu qüvvələri dəstəkləyir.

Qətərə yerləşdirilməli olan türk hərbiçilərin ilk hissəsi paytaxt Dohaya çatıb. Bu haqda Qətər Müdafiə Nazirliyi bildirib.

Xatırladaq ki, iyunun 8-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsi haqqında sazişin ratifikasiya edilməsi üçün sərəncam imzalayıb. Türkiyə və Qətər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur.

Qətərə qarşı yürüdülən təcrid siyasəti illərlə uzana bilər. Bu sözləri Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər naziri Ənvər Məhəmməd Qarqaş deyib.

Nazir Qətərin öz siyasətini dəyişməyəcəyi təqdirdə izolyasiya prosesinin uzana biləcəyini və Küveytin vasitəçi kimi çıxış etməsinin daha məqsədə uyğun olduğunu bildirib.

Qarqas həmçinin qeyd edib ki, Türkiyə Qətər məsələsində ideoloji hədəfləri və milli mənfəətləri arasında balansı qorumağa çalışır.

Avropa İttifaqı Krıma qarşı sanksiyaların müddətini uzadıb. Bu haqda Avropa İttifaqı Şurasının bəyanatında bildirilir.

“Krım və Sevastopolun Rusiyaya qarşı qanunsuz birləşməsinə cavab olaraq qəbul edilən məhdudlaşdırıcı ölçülər 23 iyun 2018-ci il tarixinə qədər uzadılır”, - idarənin bəyanatında deyilir.

Ukrayna hakimiyyəti Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarında hərbi vəziyyəti tətbiq etmək niyyətindədir. Bu haqda şəxsi mənbəyə istinadən “Kommersant” nəşri bildirib.

Qeyd edilir ki, hərbi vəziyyət Ukrayna prezidenti Pyotr Poroşenkonun administrasiyası tərəfindən hazırlanan yeni qanun layihəsi ilə müəyyən edilə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İngiltərənin paytaxtı Londonda naməlum şəxs "Finsbury Park" məscidindən çıxan vətəndaşların üzərinə yük maşını sürüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər ağır yaralanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Sürücü bununla da 4 iyul gecəsində London körpüsündə baş verən terror aktının ssenarisini təkrarlayıb. Sosial şəbəkələrdə isə İŞİD-in tərəfdarları artıq müsəlmanlara qarşı hücum üçün qisas almağa çağırıbar. Ekspertlər isə yeni terror aktlarının dalğasını gözləyirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm