Qarabağda “İKİNCİ ƏFQANISTAN”, ən böyük çöküşün TARİXİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağda “İKİNCİ ƏFQANISTAN”, ən böyük çöküşün TARİXİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Cəbhə xəttində Ermənistan ordusunun verdiyi çoxsaylı itkilər düşmən ölkənin hakimiyyətinə qarşı etirazların artmasına səbəb olub. ASİMDER rəhbəri Ermənistan hakimiyyətinin ölkənin iqtisadi vəziyyətini düzəltmək üçün narkoticarəti genişləndirdiyini bildirib. ABŞ Pakistana qarşı münasibəti kəskinləşdirəcək. ABŞ-ın PKK ilə birlikdə həyata keçirdiyi plan Suriyanın şimalında, xüsusilə Türkiyənin yaxın təhdid hiss etdiyi bölgədə genişləndirilir. Rusiya İŞİD liderinin öldürüldüyünə dair sübutları əldə edə bilmədiyini açıqlayıb. Ukrayna və ABŞ arasında təhlükəsizlik üzrə razılaşma imzalana bilər.

Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər. Qoşunların idarə edilməsi tələblərə uyğun olaraq gizli və operativ həyata keçirilir.

Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir. Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edirlər.

Ermənistanın təxribat hücumu zamanı Azərbaycan bir şəhid verdi, ardınca ordumuzun cavab atəşi nəticəsində düşmən ordusunun 6 əsgəri məhv edildi. Azərbaycanın bu cavabı isə Ermənistanın siyasi gündəmini əməlli-başlı dəyişdi. Artıq İrəvanın işğalçı rejiminə qarşı etiraz səsləri eşidilir.

Ermənistanın “1in.am” saytı qeyd edir ki, münaqişə nə qədər davam edir, cəbhədə gərginlik də sona çatmayacaq.

“Erməni əsgərlərin itkisi də dayanmayacaq və ən yaxın bir neçə ildə ümumilikdə erməni dövlət quruluşu üçün ciddi təhlükəyə çevriləcək”, - sayt qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

SSRİ zamanı Azərbaycanda yaşamış, hazırda Ermənistanda vətəndaş cəmiyyətinin üzvü kimi fəaliyyət göstərən Mariam Avakyan 6 erməni hərbçisinin ölümünə görə məsuliyyətin İrəvan hakimiyyətinin üzərinə düşdüyünü açıqlayıb. M.Avakyan Ermənistan hakimiyyətini heç nə etməməkdə, Azərbaycanın ərazilərini mənasız yerə əldə saxlamaqda ittiham edib.

“Əsgərlərin ölümünü erməni siyasətçilərinin vicdanına buraxıram və qeyd edirəm ki, əraziləri əlimizdə saxladıqca, bu davam edəcək. Çünki ərazilər bizdə olsa da, Ermənistan rəhbərliyi heç nəyə təşəbbüs etmir, Azərbaycan isə əraziləri qaytarmaqda israrlıdır”, - deyə o bildirib.

M.Avakyan münaqişənin həlli üçün formatın tapılmasının vacib olduğunu dilə gətirib: “Elə format tapmalıyıq ki, bu, ermənilərə sülh gətirsin”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Siyasi-iqtisadi çöküşə uğrayan Ermənistan hakimiyyəti ölkənin iqtisadi vəziyyətini düzəltmək üçün narkoticarəti genişləndirir, həmçinin, terrorçulara verilən dəstəkdən əldə etdiyi pullara bel bağlayır”. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

ASİMDER rəhbəri Dağlıq Qarabağın bu gün bölgədə “ikinci Əfqanıstan” rolunu oynadığına diqqət çəkib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycandan Ermənistana yarım ton çay, o cümlədən duz aparılıb. Ermənistan mediasının yazdığına görə, Azərbaycan istehsalı olan çay və duz Gürcüstandan idxal edilirmiş.

Məlumata görə, Ermənistanın gömrük xidməti Azərbaycan məhsullarını aparan Gürcüstan dövlət nömrə nişanlı yük avtomobilini saxlayıb. Bundan sonra məhsullar müsadirə edilib. Məhsulları Ermənistana aparan erməni vətəndaşlar isə malların Azərbaycan istehsalı olduğunu bilmədiklərini açıqlayıb.

Lakin Ermənistan mediası indiyə qədər Azərbaycan istehsalı olan almalar kimi, çay və duzların da İrəvan yarmarkalarında satıldığını yazıb. Sadəcə olaraq, Azərbaycanın “DAD” firmasına məxsus almaların İrəvan bazarlarında satıldığı aşkarlanandan sonra, gömrükdə nəzarətin gücləndiyini bildiriblər.

Qeyd edək ki, aprel ayında İrəvan bazarlarında Azərbaycanın “DAD” firmasının istehsal etdiyi almaların satıldığı ortaya çıxıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2016-cı ildə “aprel müharibəsi” zamanı 2000 erməni Azərbaycanın işğal akltındakı Dağlıq Qarabağ bölgəsini tərk edib. Bu barədə BMT-nin qaçqınlarla iş üzrə ali komissarının Ermənistan ofisinin nümayəndəsi Kristof Birvirt deyib.

Onun sözlərinə görə, Qarabağı tərk edən ermənilər Ermənistanın müxtəlif bölgələrinə yerləşib.

Kristof Birvirt əlavə edib ki, “aprel müharibəsi”ndə Qarabağı tərk edən 573 erməni (172 ailə) artıq geri qayıdıb.

ABŞ Pakistana qarşı münasibəti kəskinləşdirəcək. Vaşinqtonun bu addımla İslamabadı “Əl-Qaidə” və Talibanla mübarizəni aktivləşdirməyə məcbur edəcəyi iddia olunur.

“ABŞ artıq Cənubi Asiya üçün yeni strategiya hazırlayır. Bu strategiya Trampa iyulda təqdim ediləcək. Hazırda Amerika hakim dairələrində yeni atılacaq addımlar çərçivəsində pilotsuz aparatlarla endirilən zərbələrin artırılması, Pakistana ediləcək yardımların dayandırılması, Pakistanın ABŞ-ın NATO-dan kənar əsas müttəfqiləri siyahısından çıxarılması müzakirə edilir”, - “Röyter” etibarlı mənbələrinə istinadla yazıb.

Qlobal bazarların ən məşhur sərmayəçilərindən olan Cim Rocers Qərb dünyası üçün dəhşətli sayıla biləcək proqnozlar irəli sürüb. O, “Biznes İnsayder” qəzetinə müsahibəsində bir neçə il ərzində Qərb sisteminin tamamilə çökəcəyini söyləyib.

Məşhur sərmayəçi qeyd edib ki, bu ilin sonunda və ya gələn il bütün tarixin ən böyük böhranı baş verəcək. O, dünya böhranının 2008-ci ildə olduğu kimi heç gözlənilməyən bir ölkədən başlanacağını dilə gətirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyadakı müharibə ölkənin şərq bölgələrinə keçir və böyük güclər burada qarşı-qarşıya gəlir. “İŞİD-lə mübarizə” adı altında koalisiya quraraq ölkəyə girən ABŞ, Rusiya və İran arasında yeni və daha amansız mübarizə başlayır. Suriyanı yenidən ələ keçirmək istəyən Bəşər Əsəd rejimi İran və Rusiyanın köməyi ilə İran-İraq sərhədi və neft bölgəsi olan Deyr ez-Zor ətrafında hücumlarını davam etdirir.

Suriyalı mənbələrə görə, ölkənin şərqindəki qarşıdurmalar Suriyada yeni bir dövrün başlanğıcına işarədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ-ın PKK ilə birlikdə həyata keçirdiyi plan Suriyanın şimalında, xüsusilə Türkiyənin yaxın təhdid hiss etdiyi bölgədə artır”. Bunu “Yeni Şəfəq” nəşrində türkiyəli yazar İbrahim Karagül bildirib.

Onun sözlərinə görə, Donald Tramp administrasiyası İrana yönəlik təhdid bəyanatları ilə çıxış etsə də, sıxışdırılan ölkə məhz Türkiyədir.

İ.Karagül bölgəni böyük bir fəlakətə sürükləməyə çalışdıqlarını bildirib. Suriyada yeni bir tarazlığın qurulduğunu qeyd edən yazarın sözlərinə görə, ərəb-fars döyüşü, İran-Səudiyyə Ərəbistanı döyüşü və şiə-sünni döyüşünün son hazırlıqları görülür.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qətər hakimiyyəti Yəmən səfirliyinin diplomatik korpusuna ölkə ərazisini tərk etmək üçün 48 saat vaxt verib. Bu haqda Yəməndəki diplomatik mənbəyə istinadən “RİA-Novosti” agentliyi məlumat yayıb.

Yəmən və Qətərin xarici siyasət idarələrindən məsələ ilə bağlı rəsmi bəyanatlar hələlik verilməyib.

Rusiya İŞİD lideri Əbubəkir Bağdadinin öldürüldüyünə dair sübutları əldə edə bilmir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ötən həftə Rusiya təyyarələri İŞİD liderlərinin Rakka yaxınlığında keçirdiyi toplantını bombalamışdı. Ehtimal edilirdi ki, toplantıda Bağdadi də iştirak edib. Rusiya Müdafiə Nazirliyi Bağdadinin öldürüldüyü haqda prezident Vladimir Putinə məlumat vermişdi.

Hesab olunurdu ki, Bağdadinin öldürülməsi doğru çıxarsa, bu, Rusiyanın nüfuzunun artmasında böyük rol oynayacaq. Lakin ABŞ Bağdadinin öldürülmədiyi açıqlamasını yaydı. İndi isə Rusiya İŞİD liderinin ölüm xəbərini təkzib edir.

“Rusiya prezidenti Vladimir Putin artıq növbəti prezident müddəti ortalarında “Varis əməliyyatı”na başlaya bilər”. Bunu rusiyalı keçmiş biznesmen, “Açıq Rusiya” fondunun banisi Mixail Xodorkovski Bonnda keçirilən beynəlxalq mediaforumda deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna və ABŞ arasında təhlükəsizlik üzrə razılaşma imzalana bilər. Bu haqda Ukrayna Ali Radasının spkeri Andrey Parubiy bildirib.

Onun sözlərinə görə, razılaşma ABŞ hərbi ehtiyatlarının Ukrayna ərazisində yerləşdirilməsini nəzərdə tutur.

“Razılaşma xüsusi əməliyyatların aparılması, birgə elmi-texniki layihələrin həyata keçirilməsi və hətta ABŞ hərbi ehtiyatlarının Ukrayna ərazisində yerləşdirilməsini nəzərdə tutur”, - parlament rəhbəri deyib.

Spikerin sözlərinə görə, ABŞ analoji razılaşmaları Yaponiya, Avstraliya və İsraillə imzalayıb. O qeyd edib ki, razılaşma qarşı tərəfə ən müasir müdafiə və hücum silahlarını almaq hüququ verir. Parubiy ümid etdiyini bildirb ki, Ukraynaya ABŞ silahının verilməsi haqqında məsələ yaxın vaxtlarda həll edilə bilər.

ABŞ-da səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko Kiyev ABŞ-dan fantastik dəstək aldığını söyləyib. “Donald Trampın Rusiya Prezidenti Vladimir Putindən öncə bizimlə görüşməsi xüsusi əhəmiyyət daşıyır. Bu, Kiyevə informasiya ilə silahlanmağa imkan verəcək”, – deyə o bildirib.

Rusiya Donbasın işğal edilmiş ərazilərinə Penza vilayətindən hərbi bölmələr göndərib. Bu haqda brifinq zamanı Ukrayna Müdafiə Nazirliyinin anti-terror məsələləri üzrə sözçüsü, polkovnik Aleksandr Motuzyanik deyib.

Polkovnik qeyd edib ki, kəşfiyyatın məlumatına görə, hərbi bölmələr Debaltsevo və Qorlovkada yerləşdirilib. Hərbi bölmələrin tərkibinə artilleriya və topçu qüvvələri daxildir.

Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinin müəllifləri ABŞ Konqresinin Nümayəndələr Palatasında problemlərlə qarşılaşıblar. Respublikaçılardan ibarət əksəriyyəti Senat tərəfindən artıq bəyənilmiş sənədi beynəlxalq işlər üzrə komitəyə göndərib.

Əgər Nümayəndələr Palatası qanun layihəsini dəyişdirərərək yeni formada qəbul edərə, o halda sənədi Senatla uyğunlaşdırmaq lazımdır. Anti-Rusiya sanksiyalarının tərəfdarları isə Nümayəndələr Palatasının qərarından öz narazılıqlarını gizlətmirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Pxenyanın hərəkətlərinə Vaşinqtonun növbəti cavabı hərbi əməliyyatların başlanğıcı ola bilər”. Bu haqda Rusiya Elmlər Akademiyasının Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Batyuk deyib.

“Sanksiyalara gəlincə, onları sərtləşdirmək üçün artıq sadəcə yer yoxdur. ABŞ-ın bu ölkə ilə hər hansı ticarət əlaqələri yoxdur. Hansısa növbəti addımlar artıq müharibə elanıdır”, - ekspert bildirib.

O xatırladıb ki, ABŞ artıq “Amerika gücünün nümayişi üçün” Cənubi Koreyaya B-1 sinfindən olan bombardmançılarını yerləşdirib.

Avropa İttifaqı Şurası Şengen vizasının 1995-ci ildə müəyyən edilən dizaynına dəyişikliklərin edilməsi haqqında qətnamə qəbul edib. Bu haqda Avropa İttifaqı Şurasının mətbuat xidmətinin xəbərində deyilir.

Məlumata görə, qərar saxta vizaların hazırlanmasının qarşısının almaq məqsədilə qəbul edilib. İyirmi illik dövr ərzində saxta Şengen vizaları ilə əlaqədar bir neçə hadisənin baş verdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm