Putin pərdəarxasında Sarkisyanı sıxır: Qarabağ, pul və...- İrəvandan Kremlə ŞANTAJ
Bizi izləyin

Nida Təhlil

Putin pərdəarxasında Sarkisyanı sıxır: Qarabağ, pul və...- İrəvandan Kremlə ŞANTAJ

Rusiya-Ermənistan münasibətlərinin pərdəarxasında ciddi narazılıqlar var. Putin Sarkisyanı nələrəsə məcbur edir. Bu, Dağlıq Qarabağ məsələsi də ola bilər, yaxud hər hansı başqa bir məsələ də. Lakin ikitərəfli münasibətlərdə aysberqin görünməyən hissəsində gərginliyin olduğu aşkardır.

Publika.az
xəbər verir ki, bu barədə “lragir” saytı yazıb.

Sayt Ermənistan prezidenti Serj Sarkisyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı müşavirə çağırdığına diqqət çəkib: “Bundan əvvəl Çin, İran və digər ölkələrlə münasibətlərə dair müzakirələr aparılmışdı. Rusiya ilə bağlı müşavirədə yaxın vaxtlarda Moskvaya səfir təyin olunmuş Vardan Toqanyan da iştirak edirdi. Sarkisyan müşavirədə bildirdi ki, iki ölkənin əlaqələrində dostluq münasibətləri əsas faktordur: "Adətən iqtisadi əlaqələr dostluq münasibətləri yaradır, bizdə əksinədir, dostluq münasibətləri iqtisadi əlaqələri möhkəmləndirir”. Güman ki, bu bəyanatın altında Rusiya-Ermənistan münasibətlərinin bütün mahiyyəti var. Sarkisyan faktiki olaraq işarə edir ki, dostluq münasibətləri olmasaydı, Rusiya və Ermənistan arasında iqtisadi əlaqələr də olmazdı. Belə demək mümkünsə, bu “dostluq” siyasi mahiyyət daşıyır”.

Sayt Sarkisyanın bu sözlərlə Putinə mesaj verdiyini qeyd edir.

“Sarkisyan bununla iki ölkə münasibətlərində təhlükələrin olduğuna işarə edir. Bütün bunlar aysberqin görünən hissəsidir. Suyun altında nə baş verdiyi məlum deyil. Dəqiq bilinmir ki, Putin Ermənistana hansı təzyiqləri edir, hansı müzakirələr aparılır, İrəvan nələri fəda verir. Bu təzyiqlər Qarabağ məsələsində də ola bilər. Yaxud mümkündür ki, Ermənistan iqtisadi dəstək istəyir, Moskva bundan israrla qaçır. Yeri gəlmişkən, dünən Qırğızıstan prezidenti Almazbek Atambayev Moskva səfərinin gedişatında Rusiyadan 240 milyon dollar iqtisadi yardım almağa nail oldu”, - deyə sayt diqqətə çatdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm