Qarabağa gətirilən ƏFQANLAR, sülh üçün 13 maddəlik PLAN… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağa gətirilən ƏFQANLAR, sülh üçün 13 maddəlik PLAN… - GÜNÜN SİYASİ XÜLASƏSİ

İran Dağlıq Qarabağa keçmək istəyən 8 PKK terrorçusunu tutub. Ermənistanın Dağlıq Qarabağa gətirdiyi 8 min muzdlu əfqan döyüşçü İslam dinindən imtina edib. Ukrayna parlamenti prezident Pyotr Poroşenkonun impiçmentinə çalışır. Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn iyunun 5-dən diplomatik münasibətləri kəsdikləri Qətərə qarşı 13 maddəlik tələbnamə irəli sürüblər. Rusiya İŞİD mövqelərinə “Kalibr” raketləri ilə zərbələr endirib. ABŞ-ın “Vaşinqton Post” qəzeti sensasiyalı araşdırma dərc edib.

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış gərginlikdən narahatlığını dilə gətirdi. Bəyanatda bildirilir ki, sülh danışıqlarının alternativi yoxdur və münaqişənin nizama salınması Helsinki Yekun Aktı çərçivəsində ola bilər: güc tətbiq etməmək, ərazi bütövlüyünün toxunulmazlığı və öz müqəddəratını təyin etmə.

Dövət Departamentinin bu bəyanatı sıradan sözlərdir. Amerika həmsədr ölkəsi olaraq, gərginliyin azalması haqda çağırış edir və bu çağırış birinci deyil və güman ki, münaqişə həll olunmadıqca, sonuncu da olmayacaq. Lakin Dövlət Departlamentinin bu bəyanatı Ermənistanda narahatlıq yaradıb. Səbəbi isə maraqlıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın Dağlıq Qarabağa gətirdiyi 8 min muzdlu əfqan döyüşçü İslam dinindən imtina edib. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı edilməsindən indiyə qədər ən çox müzakirə edilən məsələlərdən biri də müharibə vaxtı itkin düşən 4 min azərbaycanlının taleyidir. Bu rəqəm rəsmi qurumlar tərəfindən təsdiq olunub. Ermənistan tərəfi bunu nə qədər təkzib etsə də, bu həqiqətdir”. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

G.Gülbey azərbaycanlı əsirlərin Ermənistanda mədənlərdə işlədildiyi faktını yenidən gündəmə gətirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İranın təhlükəsizlik qüvvələri Cənubi Azərbaycanın Xudafərin ərazisindən işğal altındakı Dağlıq Qarabağa keçmək istəyən PKK-nın 8 terrorçusunu tutub. Terrorçuların üzərində külli miqdara silah-sursat olub. Xudafərinin İbrahim Səmi kəndi ətrafında tutulan terrorçular Araz çayından Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ ərazisinə keçmək və erməni terrorçularına qoşulmaq istəyiblər. Terrorçular İranın Kəşfiyyat Nazirliyinə (ETELAAT) təhvil verilib.

Avropa İttifaqı Suriyadan Ermənistana köçən ermənilərə 3 milyon avro ayırmaq haqda qərar verib. Suriyalı qaçqınlar üçün nəzərdə tutulan 275 milyon avroluq yardım paketinin tərkibinə daxildir.

Qeyd edək ki, Suriya müharibəsi başlanmamışdan öncə 80 min erməni yaşayıb. Hazırda onlardan cəmi 10 mini Suriyada qalıb. Suriyadan qaçan ermənilərin 16 mini isə Ermənistana köçüb. İrəvan rejimi bu ermənilərin əksəriyyətini işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinə yerləşdirib. Bununla bağlı çoxsaylı faktlar var, həmçinin, rəsmi Bakının etiraz bəyanatından təkcə Ermənistanın yox, bütün dünyanın xəbəri var.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın dünən “Habertük” telekanalına açıqlamasında Rusiya ilə Qazaxıstan və Qırğızıstan hərbiçilərinin Suriyada hərbi əməliyyatlara cəlb edilməsi haqda müzakirələrin aparıldığını bildirib. Kalının bu açıqlaması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Suriyadakı əməliyyatlarda iştirakı məsələsini yenidən gündəmə gətirib. Hansı ki, Moskva bir müddət öncə belə planının olduğunu açıqlamışdı.

KTMT-nin Suriya əməliyyatlarında iştirakından ən çox narahat olan ölkə isə Ermənistandır.

Erməni jurnalist Sarkis Artsruni yazır ki, Rusiya Ermənistanı Suriya müharibəsinə salacaq: “Bunun üçün hazırlıq gedir”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn iyun ayından diplomatik münasibətləri kəsdikləri Qətərə qarşı 13 maddəlik tələbnamə irəli sürüblər. Böhranın həlli ilə əlaqədar vasitəçi qismində çıxış edən Küveyt tələbnaməni Qətərə təqdim edib. Qəbul edilməsi üçün Qətərə 10 gün vaxt verilən siyahıda İranla diplomatik münasibətlərin dayandırılması və Türkiyənin Qətərdəki hərbi iştirakına son qoyulması tələbi də var.

Qətərdən İrandakı ofislərini bağlaması, həmçinin İranla hərbi sahədə əməkdaşlığa son qoyması; "Müsəlman qardaşlar", İŞİD, "əl-Qaidə" və "Hizbullah" kimi terror təşkilatları ilə əlaqələri dayandırması, bu təşkilatları rəsmi olaraq terrorçu elan etməsi; "əl-Cəzirə" və digər media qurumlarını bağlaması da tələb olunur.

Bütün tələblər 10 gün ərzində qəbul edilməsə, tələbnamə qüvvədən düşəcək.

Rəsmi Doha ərəb ölkələrinin irəli sürdüyü təkliflərə ciddi yanaşmalı və məsələnin həllini kənarda axtarmamalıdır. Bu sözləri BƏƏ Xarici İşlər naziri Ənvər Qarqaş deyib.

“Qətər anlamalıdır ki, münaqişənin həlli Tehranda, Beyrutda, Ankarada, Qərb ölkələrində və KİV-ə bəyanat verməkdə deyil. Əgər ərəb ölkələrinin tələblərinə məhəl qoyulmasa, həqiqi ayrılıq baş verəcək”, - deyə nazir bildirib.

Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hazırda isə muzey kimi fəaliyyət göstərən Aya Sofya məbədində keçirilən "Qədr gecəsi"nə Yunanıstanın Xarici İşlər Nazirliyinin nümayəndələri tərəfindən kəskin iradlar bildirilib. İnsan haqları mövzusunda tolerant davranmayan Yunanıstana Türkiyə rəsmiləri tərəfindən cavab verilib: "Yunanıstanda müsəlman türklərin dini azadlıqları pozulur. Getdikcə artan təzyiqə məruz qalan müsəlmanlar üçün ibadətə açıq bir məscid belə yoxdur. Müsəlmanların Ramazan bayramında, tarixi məscidlərdən birində namaz qılmaq tələblərinə bu il də mənfi cavab verən Yunanıstanı dinlərarası dialoqa və bütün dinlərə hörmət edən demokratik bir ölkə olmağa dəvət edirik".

Xatırladaq ki, dünən Yunanıstan Xarici İşlər Nazirliyi Ayasofyada Quran oxunmasına etiraz edib. “Biz Ayasofyada Türkiyə Dini İşlər İdarəsi rəhbərinin iştirakı ilə Quran oxunması və bunun Türkiyə dövlət televiziyasında yayımlanmasını qınayırıq. Ayasofya YUNESKO dünya mədəniyyət irsinin bir hissəsi kimi tanınır. Burada Quran oxunmaqla onu məscidə çevirmək cəhdi beynəlxalq ictimaiyyəti təhqir etmək deməkdir. Bu, xristianların dini hisləri ilə oynamaqdır”, – deyə bəyanatda yer alıb.

Qeyd edək ki, Ayasofya 537-ci ildə Bizans imperatoru Yustinianın əmri ilə tikilib. 1453-cü ildə İstanbulun Osmanlı imperatoru Fateh II Mehmet tərəfindən ələ keçirilməsindən sonra kilsə məscidə çevrilib. 1935-ci ildən bu günə qədər Ayasofya müzey olaraq fəaliyyət göstərir.

Türkiyə uzun illərdən sonra ilk dəfə keçən il burada azan oxunmasına izn vermişdi. Bu, rəsmi Afinanın kəskin etirazına səbəb olmuşdu.

Dünən Gürcüstan parlamentində birinci oxunuşda qəbul edilmiş yeni Konstitusiyaya əsasən, Gürcüstan qəti şəkildə parlament respublikasına çevriləcək. 2023-cü ildən artıq prezident ümumxalq səsvermə ilə seçilməyəcək.

Prezident 300 üzvdən ibarət seçicilərin xüsusi kollegiyasında keçiriləcək səsvermə ilə seçiləcək. Onların 150-si parlamentin deputatı, qalanı isə yerli hakimiyyət orqanlarının deputatlarından ibarət olacaq. İkinci əhəmiyyətli fərq ondan ibarətdir ki, 2024-cü ildən birpalatalı parlamentə seçkiləri artıq qarışıq sistemlə keçirilməyəcək.

Müxalifət islahatdan narazı qalıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ Yaxın Şərqdə Səudiyyə Ərəbistanını dəstəkləyərək regional güc balansını pozur”. Bunu İranın Nüvə enerjisi üzrə təşkilatının rəhbəri Əli Əkbər Salehi Böyük Britaniyanın “Guardian” qəzeti üçün yazdığı məqalədə bildirib.

Məqalədə qeyd edilir ki, “təhlükəsizlik dilemması” İran və qərb ölkələri arasında nüvə sazişinin icrası yolunda əsas maneədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Əgər Çinin Şimali Koreyanın nüvə proqramı ilə bağlı səyləri uğursuz olsa, ABŞ burada savaşa başlayacaq. Bunu Astanada keçirilən Avrasiya forumunda çıxışı zamanı Avropa Komissiyasının keçmiş rəhbəri Joze Manuel Barrozu söyləyib.

“ABŞ hazırda Çinə böyük təzyiqlər edir. Məncə, artıq Pekin də bu təyziqlərin blef olmadığını anlayıb. Əgər Çin bu problemi həll etməsə, ABŞ Şimali Koreyaya girəcək”, – deyə o bildirib.

Xatırladaq ki, Şimali Koreya dünən qitələrarası ballistik raket üçün yeni mühərriki sınaqdan keçirib.

ABŞ-ın “Vaşinqton Post” qəzeti sensasiyalı araşdırma dərc edib. Nəşrin yazdığına görə, keçmiş prezident Barak Obama ötən il Rusiya üçün hazırlanan “rəqəmli bomba” planını bəyənib.

Qeyd edilir ki, söhbət Rusiya infrastrukturunda yerləşdirilməsi planlaşdırıan kibersilahdan gedir. “Vaşinqton Post” bu silahı “bombanın rəqəmli ekvivalenti” adlandırıb. “Rəqəmli bomba”dan Birləşmiş Ştatlar və Rusiya arasındakı münasibətlərin gərginləşməsi halında istifadə edilə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın parlament bir sıra fraksiyaları, o cümlədən keçmiş baş nazir Yuliya Timoşenkonun rəhbəri olduğu “Batkivşina” Partiyası prezidentin impiçmentinin prosedurunu tətbiq etmək niyyətindədir. Müvafiq qanun layihəsi artıq Ali Radaya təqdim edilib və ona yaxın vaxtlarda baxılacaq.

Qanun layihəsinin qəbulu üçün 230 səs lazımdır. Bundan sonra isə o prezident Pyotr Poroşenko tərəfindən imzalanmalıdır. Qanun layihəsinin prezidentin imzası olmadan qüvvəyə minməsi üçün isə 300 səs (Ukrayna parlamenti 450 yerlikdir –red.) lazımdır.

Rusiya İŞİD mövqelərinə “Kalibr” raketləri ilə zərbələr endirib. Rusiya Müdafiə Nazirliyi yayıb. Nazirlik İŞİD mövqelərinə 6 raketin buraxıldığını bildirib.

Raketlər Aralıq dənizindəki “Admiral Essen”, “Admiral Qriqoroviç” gəmiləri və “Krasnodar” sualtı qayığından buraxılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm