Məxfi hücum ƏMRİ, İrəvan DİLEMMA QARŞISINDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Məxfi hücum ƏMRİ, İrəvan DİLEMMA QARŞISINDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

İrəvanda Kremlin Qarabağ üçün yeni ssenari hazırladığını düşünürlər. Vaşinqton Rusiya diplomatlarına viza verməkdən imtina edir. Türkiyənin S-400 zenit-raket kompleksləri üçün Rusiyaya ödəcəyi pulun məbləği bəlli olub. Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmalarının yaradılması haqda saziş ratifikasiya edilib. Şimali Koreya strateji təyinatlı raketlərin olduğu yeraltı şaxtaların mövcudluğunu təsdiqləyib. Ukraynada İŞİD terror qruplaşmasının üzvləri saxlanılıb.

“Kreml Qarabağ üçün yeni ssenari hazırlayır və bu ssenaridə Bakını qazanmaq üçün ərazilərin Azərbaycana qaytarılması öz əksini tapır”. Bu barədə erməni jurnalist Ramella Mnasakanyan deyib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanla münasibətləri itirmək istəmir: “Ermənistanın maraqları Moskva üçün o qədər də əhəmiyyətli görünmür. Buna görə də Azərbaycanla silahlar satır, öz nümayəndələrini mütəmadi Bakıya göndərərək, münasibətlərdə açıq yaranmamasına çalışır. Bu proseslərin davamı olaraq Qarabağ məsələsində Rusiya Bakını dəstəkləyəcək. Ermənistan qurban verilir, Qarabağ Azərbaycana qaytarılır”.

Erməni jurnalist qeyd edir ki, Ermənistan hakimiyyəti susur və baş verənlərlə razılaşır.

“Ermənistan hakimiyyəti milyardları oğurlayır, ölkəni ruslara verir, ermənilərlə mübarizə aparır, Rusiyanın Azərbaycana silah satması haqda heç nə danışmırlar”, - deyə o bildirib.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov “RİA Novosti”yə müsahibəsində Ermənistanın Rusiyadan aldığı “İskəndər” raket kompleksləri haqda danışıb. Z.Həsənov Azərbaycanın “İskəndər”ləri məhv etmək gücünə malik silahlarının olduğunu deyib.

Rusiyanın “lenta.ru” saytı Azərbaycanın silah arsenalında “İskəndər”i məhv edəcək raket sisteminin olduğunu yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dağlıq Qarabağ ətrafındakı konflikt Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı deyil”. Bunu "Sputnik Ermənistan"a müsahibəsində Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev söyləyib. O, bu konfliktin danışıqlar yolu ilə həll edilməli olduğunu bildirib:

“Qazaxıstan bu konfliktin təşkilatla əlaqələndirilməməsinin tərəfdarıdır. Ona görə ki, bu, regional konfliktdir və beynəlxalq hüququn tələblərinə uyğun həll edilməlidir”.

“Ermənistanın müdafiəsi uğrunda həmişə bizim yüzlərlə, minlərlə əsgərimiz vuruşub. Onların sərhədlərini müdafiə edib, orada məhv olublar”. Bu barədə Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dövlət Dumasında çıxışı zamanı deyib.

V.Jirinovski təklif edib ki, Ermənistanla Rusiyanın yaratdığı birləşmiş qoşunların komandanlığı Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi və ali baş komandanın əmrində olmalıdır.

“Çünki birgə qoşunların fəaliyyəti mənfi nəticələrə gətirib çıxara bilər. Bizim icazəmiz olmadan onlar hansısa döyüş fəaliyyətinə başlayacaqlar və bizim əsgərlər də avtomatik olaraq bu döyüşlərə qoşulacaq”, - deyə o bildirib.

Bu gün Rusiya Dövlət Duması Ermənistanla ötən ilin noyabrın 30-da Moskvada imzalanmış birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişi ratifikasiya edib. Saziş Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının idarə olunması üçün birləşmiş komandanlığın yaradılmasını nəzərdə tutur.

Qoşun qruplaşmasından istifadə qərarı Rusiya və Ermənistanın ali baş komandanları tərəfindən qəbul olunur. Beşillik saziş avtomatik olaraq növbəti 5 il müddətinə uzadıla bilər.

Türkiyənin S-400 zenit-raket kompleksləri üçün Rusiyaya ödəcəyi pulun məbləği bəlli olub. 4 S-400 batereyası üçün 2,5 milyard dollar ödəniləcək. Sonradan daha 2 batareyanın Türkiyəyə çatdırılması planlaşdırılır.

Türkiyə ilk dəfə S-400 raket kompleksləri ilə 2009-cu ildə maraqlanıb.

Ankarada 2015-ci ilin sonunda bildirdilər ki, Fransa və İtaliyanın birgə istehsalı olan SAMP-T zenit-raket kompleksi almaq niyyətindədir. Ancaq S-400-ün analoqu olduğu deyilən kompleksin alınması barədə razılaşma əldə etmək mümkün olmayıb.

Türkiyə daxilində 2015-ci il martın 31-də meydana gələn elektrik kəsintilərinin səbəbi İran tərəfindən həyata keçirilən kiberhücum olub. Bu haqda İranın məşhur müxalifət jurnalistlərindən olan Ruhullah Zam bildirib.

Jurnalistin əlinə keçən sənədə görə, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) kəşfiyyat qurumu 2015-ci ilin fevralında Türkiyəyə kiberhücum bölüyünün yaradılması ilə bağlı təşkilatdaxili sənəd hazırlayıb. Sənəd sonradan müvafiq quruma göndərilib. Sənəd “Çox məxfi” qrifi ilə işarələnib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vaşinqton Rusiya diplomatlarına viza verməkdən imtina edir. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Rusiya diplomatları 2016-cı ilin dekabr ayında ABŞ-dan çıxarılan Rusiya səfirliyinin əməkdaşlarını əvəz etməlidir.

“Vaşinqton yalnız əməkdaşlarımızın qovulması haqqında qərarı qüvvədə saxlamır, həm də onları əvəz etmək üçün getməli olan diplomatlarımıza vizaları verməkdən imtina edir”, - Zaxarova vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyası 2016-cı il dekabrın 29-da “seçkilərə müdaxilə” və “Amerika diplomatlarına təzyiqə” görə Rusiyaya qarşı tətbiq edilmiş yeni sanksiyalar paketi çərçivəsində 35 Rusiya diplomatını “arzuolunmaz şəxs” elan edib. Bundan başqa, Rusiyanın Merilend və Nyu-Yorkdakı diplomatik nümayəndəlikləri bağlanıb.

Rusiya Dövlət Duması Hava Kosmik Qüvvələrinin Suriyada yerləşdirilməsi haqqında müqaviləni ratifikasiya edib. Sənəd bu ilin yanvarında Dəməşqdə Rusiya ilə Suriya arasında imzalanıb.

Müqavilədə Rusiya Hava Kosmik Qüvvələri qruplaşmalarının yerləşdirilməsinin əsas vəziyyəti, funksiyaları qeyd olunub.

Sənədə əsasən, Suriyadakı maddi-texniki təminat məntəqəsinin və digər obyektlərin xarici mühafizəsi Suriya tərəfindən həyata keçiriləcək.

Daxili mühafizə, hava hücumundan müdafiə və dislokasiya yerlərində əmin-amanlığın qorunması rusiyalı hərbçilər tərəfindən təmin olunacaq.

Qeyd edək ki, müqavilənin müddəti 49 ildir.

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Xarkov şəhərində İŞİD terror qruplaşmasının iki üzvünü saxlayıb. Bu haqda yerli “NewsRoom” nəşri yazıb.

Qeyd edək ki, bu, İŞİD üzvlərinin Ukraynada olması barədə ilk xəbər deyil. Daha əvvəl Ukraynanın Xerson vilayətinin cənubunda İŞİD terror təşkilatının təlim düşərgələri açdığı iddia edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya strateji təyinatlı raketlərin olduğu yeraltı şaxtaların mövcudluğunu təsdiqləyib. Cənubi Koreyanın “Renxap” informasiya agentliyinin məlumatlarına görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) mərkəzi telekanalı raketlərin olduğu yeraltı hərbi obyektləri yoxlayan dövlət başçısı Kim Çen Inın fotoşəklini nümayiş edib. Fotoşəkildə həmçinin iyulun 4-də sınaqdan keçirilən “Xvason-14” qitələrarası ballistik raket və özüyeriyən işəsalma qurğusu görünür.

Qeyd edilir ki, Pxenyan belə yeraltı obyektləri ilk dəfə açıq nümayiş edir. “Renxap”ın məlumatına görə, raketlər görünür, ABŞ-ın “nöqtə zərbələri”indən qaçmaq üçün torpağın altında gizlədilib.

“Görünür ki, raketlərlə özüyeriyən qurğuların hərəkət edə biləcəyi gizli tunellərdən söhbət gedir”, - xəbərdə deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm