Bakıdan Sarkisyanı qorxuya salan MESAJ: Ermənistan ordusu belə MƏHV EDİLƏCƏK - – VİDEO/FOTO
Bizi izləyin

Nida Təhlil

Bakıdan Sarkisyanı qorxuya salan MESAJ: Ermənistan ordusu belə MƏHV EDİLƏCƏK - – VİDEO/FOTO

Azərbaycan müdafiə naziri Zakir Həsənovun “RİA Novosti” agentliyinə müsahibəsində “Ermənistanın “İskəndər” raketlərini məhv etmək gücünə malik silahlarımız var” sözləri İrəvanda Serj Sarkisyan da daxil olmaqla siyasi çaxnaşmalara səbəb olub.

Publika.az
xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan iyulun 13-də Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonunda hərbi hissədə olarkən “Kim “İskəndər”in gücünü bilmir, belə danışır, lakin bu raketi tanıyanlar onun faciəli gücünü də bilir”, deyə bildirib.

Halbuki, Azərbaycanın müdafiə nazirinin “İskəndər”i məhv etmək gücünə sahibik” açıqlaması siyasi ritorika deyil. Azərbaycan Silahlı Qüvvələrinin arsenalında ictimaiyyətə məlum olan ən azı iki raket sistemi Ermənistanın qürrələndiyi “İskəndər”i məhv etmək qabiliyyətinə sahibdir.

1. “Favorit” S-300PMU-2: Bu raket sistemi Rusiya istehalıdır və Azərbaycan ordusunun arsenalında var. S-300PMU-2 saniyədə 2,8 kilometr sürətlə 40 kilometr uzaqlıqdakı hədəfi məhv etmək gücünə sahibdir.

2. “Barak 8”: İsrail istehsalı olan zenit-raket kompleksinə Azərbaycan dilində “İldırım-8” də deyilir. Barak ivrit dilində ildırım deməkdir. “Barak-8”-in əsas özəlliyi onun mürəkkəb döyüş şəraitində 10 kilometr məsafədə bir neçə hədəfi eyni anda vurmasındadır. Bu hədəflər səsdən iti və səs sürətinə yaxın uçan qanadlı raketlər, hədsiz aşağıdan uçan ballistik və kvaziballistik raketlər, operativ-taktiki raketlər, təyyarələr, vertolyotlar, idarəolunan bombalar və digərlərindən ibarət ola bilər. Raket buraxılandan sonra inersiyal naviqasiya sistemindən istifadə edir, hədəfə yaxınlaşanda isə raketi hədəfə yönləndirən aktiv radilokasiya sistemi işə düşür. Döyüş başlığının ağırlığı 25 kiloqramdır. Raketi havada başqa hədəfə yönləndirmək və trayektoriyasını dəyişmək də mümkündür. İnternet mənbələrində göstərilir ki, “Barak-8” İsraildən başqa dünyanın cəmi 3-4 ölkəsinin silahlanmasında mövcuddur və belə ölkələrdən biri Azərbaycandır.



Serj Sarkisyanın Zakir Həsənovun açıqlamasında dərhal reaksiya verməsi və populist ritorikadan istifadə etməsi təsadüfi deyil. Çünki “aprel müharibəsi”ndə məğlub olan Ermənistan rejiminin erməni ictimaiyyəti qarşısında yeganə təsəllisi “İskəndər” raketləri idi. Aprel döyüşlərində Ermənistanı dəstəkləməyən Rusiya sonradan ermənilərin “könlünü almaq” üçün bu raketləri düşmən ölkəyə verdi. Hərçənd, Ermənistanın qürrələndiyi “İskəndər” raketlərinin Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına məxsus olduğu, İrəvanda keçirilən paradda raketləri rus zabitlərinin idarə etdiyi və erməni hərbi birləşmələrinin arsenalında əslində belə bir silahın olmadığı da məlumdur. Sadəcə olaraq, Rusiya “İskəndər”ləri İrəvana göndərməklə siyasi oyun oynayırdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Göründüyü kimi, İrəvanın ermənilər üzərində qurduğu “İskəndər” dumanı tədricən dağılır. Maraqlısı odur ki, Serj Sarkisyanın “İskəndər” açıqlamasına elə Ermənistan mətbuatı cavab verib.

“Lragir” saytı Sarkisyanın bu açıqlamasına cavab olaraq, onun “aprel müharibəsi”indən sonra Berlində verdiyi “Ermənistan ordusu 1980-ci illərin silahları ilə döyüşürdü” açıqlamasını xatırladıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm