Üç günə QƏLƏBƏ, sülh əvəzinə ƏRAZİLƏR... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Üç günə QƏLƏBƏ, sülh əvəzinə ƏRAZİLƏR... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak edib. Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşüb. İyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir. Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmalarının yaradılması haqda saziş ratifikasiya edilib. Mosulun İŞİD-dən təmizləndiyi rəsmən elan edilib. İraqın Ninova vilayətinin Tel-Afar şəhərində “xilafət”dən ayrılaraq müstəqil dövlətin yaradıldığını elan ediblər. Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyib. Qətərə qarşı embarqonun əsasını qoyan 4 ölkə - Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn böhranı daha da kəskinləşdirəcək birgə bəyanatla çıxış edib.

Azərbaycan, Dağlıq Qarabağ

İyulun 9-da Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident ordumuzun düşmənə sarsıdıcı zərbələr endirdiyini, Zəhranın və nənəsinin qanının yerdə qalmadığını deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycanın sərəncamında “İskəndər" raketlərini vura biləcək sistemlər var. Bunu Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov “RİA Novosti”yə müsahibəsində deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İyulun 11-də Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın görüşü keçirilib. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunan görüşdə həmsədrlər də iştirak edib.

Görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün bu ilin sentyabrında Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilməsinə dair razılıq əldə olunub.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə predmet danışıqların davam etdirilməsinə razıdır. Bunu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Moldovada keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət substantiv danışıqları davam etdirməyə çağırış etdiyi halda, Ermənistan buna mane olur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dünən Brüsseldə keçirilən görüşündə ciddi nəticələr əldə olunmamasına toxunan Ermənistanın “Lragir” saytı yazır ki, təmas xəttində toqquşmalar hər an başlaya bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Azərbaycan hərbi diplomatiya ilə bizi sıxır və bu təzyiq illər boyunca davam edir”. Bu barədə erməni politoloq Manvel Sarkisyan nazirlərin Brüssel görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağda status-kvonu dəyişdirmək üçün hərbi diplomatiyadan istifadə edir və bunu gizlətmir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Sərhəd Xidməti ilə Ermənistan sərhədçiləri iyunun 10-da birgə hərbi təlimlərə başlayıb. Hərbi təlimdə Ermənistan-İran sərhədinin qorunması, həmçinin, şərti qaçaqmalçıların Dağlıq Qarabağa keçməsinin qarşısını alınması həyata keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Sonradan Rusiya sərhədçilərinin erməni sərhədçiləri ilə birlikdə Azərbaycanln işağl olunmuş Dağlıq Qarabağ bölgəsində birgə təlimlərlə bağlı yayılan məlumata dəyişiklik edilib. Məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti dəyişib. Məlumatda Dağlıq Qarabağ sözü çıxarılıb və yenilənmiş versiyası yayılıb.

Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir. İki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatdırılıb.

Bakıya gətirilən silahlar və onların cəbhə bölgəsinə yerləşdiriləcəyinə dair informasiya Ermənistanda ciddi rezonansa səbəb olub. Düşmən ölkənin mediası artıq qaçacaqları yerlərinin qalmadığını, Azərbaycanın cavab zərbəsinin daha şiddətli olacağını yazır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Hetq” nəşrinin baş redaktoru Edik Baqdasaryan “facebook” səhifəsində Azərbaycanın Rusiyadan yeni silah partiyasını gətirməsini şərh edərkən yazıb ki, 2016-cı ilin aprel döyüşlərində Bakı Rusiyadan aldığı “Günəş alovu” TOS 1A və İsraildən aldığı “kamikadze” BLA pilotsuz təyyarələri ilə ağır zərbələr endirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə keçirilən 22-ci Dünya Neft Konqresində iştirak edib. Azərbaycan Prezidenti Türkiyəyə səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla ikitərəfli görüş keçirib. Məlumata görə, görüşdə təmas xəttində baş verənlər, Ermənistanın sonuncu təxribatı, ümumilikdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Erməni siyasi şərhçi Akop Badalyan Türkiyənin Azərbaycana dəstək verəcəyini qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Ordusunun gücünə qarşı çıxa bilməyən Ermənistan olduqca təhlükəli və dəhşətli yola əl atır. Düşmən ölkənin Azərbaycana qarşı kimyəvi, bioloji və bakterioloji silahdan istifadə edə biləcəyinə dair informasiyalar var. “Kavkazplus” saytı yazır ki, İrəvan “strateqləri” kütləvi qırğın silahına malik olmaq ideyasından əl çəkmirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Tərəflər Qarabağda yeni müharibəyə hazırlaşır və heç kim bunun qarşısını almağa təşəbbüs etmir”. Bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer deyib.

Rusiyalı ekspert vurğulayıb ki, proses qarşısıalınmaz vəziyyətdədir və genişmiqyaslı müharibəyə doğru gedir.

Rusiya İctimai Palatasının üzvü, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüssel görüşünü şərh edib. Onun proqnozuna görə, yaxın günlərdə Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək və münaqişənin həll olunmasına hesablanmış substantiv danışıqlara başlamaqla bağlı qərar qəbul ediləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan prezidenti Serj Sarkisyan iyulun 13-də Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonundakı hərbi hissələrin birində olub. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Sarkisyan sərhədin şimal-şərqində yerləşən erməni hərbi birləşmələrinin mövqelərinə baxış keçirib.

Cəbhədə yaranmış gərginlik və nazirlərin iyulun 11-də keçirilən Brüssel görüşündən sonra Ermənistan prezidentinin Azərbaycana sərhədə gəlməsi erməni hərbi birləşmələrinin yeni təxribatlara əl ata biləcəyi ehtimalını ön plana çıxarır.

“Kreml Qarabağ üçün yeni ssenari hazırlayır və bu ssenaridə Bakını qazanmaq üçün ərazilərin Azərbaycana qaytarılması öz əksini tapır”. Bu barədə erməni jurnalist Ramella Mnasakanyan deyib.

“Moskva Azərbaycana silahlar satır, öz nümayəndələrini mütəmadi Bakıya göndərərək, münasibətlərdə açıq yaranmamasına çalışır. Bu proseslərin davamı olaraq Qarabağ məsələsində Rusiya Bakını dəstəkləyəcək. Ermənistan qurban verilir, Qarabağ Azərbaycana qaytarılır”, - o qeyd edib.

Erməni jurnalist qeyd edir ki, Ermənistan hakimiyyəti susur və baş verənlərlə razılaşır.

İyulun 14-də Rusiya Dövlət Duması Ermənistanla ötən ilin noyabrın 30-da Moskvada imzalanmış birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişi ratifikasiya edib. Saziş və sənədə əlavə Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının təyinatını, formalaşdırılmasını və istifadəsini müəyyən edir.

Saziş Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının idarə olunması üçün birləşmiş komandanlığın yaradılmasını nəzərdə tutur.

Qoşun qruplaşmasından istifadə qərarı Rusiya və Ermənistanın ali baş komandanları tərəfindən qəbul olunur. Beşillik saziş avtomatik olaraq növbəti 5 il müddətinə uzadıla bilər.

Türkiyə, İran, Yaxın Şərq

Türkiyəyə qarşı Suriyanın Mümbiç şəhərində oynanılan oyunun eynisi Afrində səhnələşdirilir .Ankaraya PKK-nın Mümbiçi boşaldacağı barədə verdiyi sözünü yerinə yetirməyən ABŞ indi Türkiyənin Afrinə müdaxiləsinə maneə olmağa çalışır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Suriyada PKK/PYD-nin əlində olan Afrin bölgəsi ilə sərhəddə yerləşən Kilisə “Fırtına” tanklarını yeridib. Hazırda “Fırtınalar” Kilisin sərhəd xəttindəki Əlibəyli kəndindədir.

Məlumatlara görə, Türkiyə terrorçuları təmizləmək üçün sərhəd xaricində böyük əməliyyatlara hazırlaşır.

“Avropa İttifaqı bizə qarşı çox açıq və dəqiq olarsa, məsələn “Biz Türkiyəni Avropa İttifaqına qəbul edə bilmərik” desə, bu, bizi rahatlaşdırar”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BBC telekanalına müsahibəsində deyib.

Türkiyə prezidenti bildirib ki, Avropa İttifaqı açıq və dəqiq mövqeyini nümayiş etdirsə, Ankara B və C planlarını həyata keçirə bilər.

Cenevrədə 10 gün davam edən Kipr müzakirələrinin nəticəsiz yekunlaşmasından sonra adanı yeni bir gərginlik gözləyir. “Habertürk” saytı xəbər verir ki, gərginliyin səbəbi 11-ci bölgədir.

Məlumata görə, Fransanın TOTAL və İtalyan ENİ enerji şirkətiləri Şərqi Aralıq dənizində yerləşən 11-ci bölgədə iyulun 17-də qazma-axtarış işlərinə başlayacaq. “Habertürk”ə danışan mənbələr qeyd ediblər ki, Türkiyənin qarşısında iki yol var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə daxilində 2015-ci il martın 31-də meydana gələn elektrik kəsintilərinin səbəbi İran tərəfindən həyata keçirilən kiberhücum olub. Bu haqda İranın məşhur müxalifət jurnalistlərindən olan Ruhullah Zam bildirib.

Jurnalistin əlinə keçən sənədə görə, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) kəşfiyyat qurumu 2015-ci ilin fevralında Türkiyəyə kiberhücum bölüyünün yaradılması ilə bağlı təşkilatdaxili sənəd hazırlayıb. Sənəd sonradan müvafiq quruma göndərilib. Sənəd “Çox məxfi” qrifi ilə işarələnib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraqın baş naziri Heydər əl-Əbadi iyunun 9-da ölkənin ikinci ən böyük şəhəri olan Mosulun İŞİD terror təşkilatı qüvvələrindən təmizləndiyini rəsmən elan edib. İŞİD lideri Əbubəkr Əl-Bağdadinin “xilafət” elan etdiyi Əl-Nuri məscidi iyunun 29-da azad edilmişdi.

İŞİD (“İslam dövləti”) Suriya və İraqda son aylarını yaşayır. Bağdad İraqın ikinci böyük şəhəri olan Mosulda terror qruplaşması üzərində qələbəni elan etdi. “Suriyanın Demokratik Gücləri” ABŞ-ın dəstəyi ilə Suriyanın Rakka şəhərinin mühasirəsinə başlayır. Amma ərazilərin İŞİD-dən azad edilməsi onun ideologiyalarına son qoymayacaq.

“Lenta.ru” saytı İŞİD-in İraq və Suriyada məğlubiyyətindən sonra ehtimal olunan əsas ekspansiya marşrutlarını açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İŞİD üzvləri terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin öldüyünü təsdiq ediblər. İraqın “El Sumaria” telekanalı adını açıqlamadığı mənbəyə istinadən xəbər verib ki, İŞİD Bağdadinin öldüyünü təsdiqləyib. Mənbə qeyd edib ki, İŞİD üzvləri Bağdadinin ölümünü və yeni “xəlifə”nin adını açıqlayıblar.

Xatırladaq ki, Rusiya hərbi aviasiyası mayın 28-də Suriyanın Rakka şəhərinin yaxınlığında İŞİD liderlərinin müşavirəsinin keçirildiyi qərargahı bombalayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, İŞİD-in 30 səhra komandiri və onların 300-ə qədər köməkçisi məhv edilib. Onların arasında Bağdadinin də olduğu ehtimal edilir.

İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Ninova vilayətinin Tel-Afar şəhərində “xilafət”dən ayrılaraq müstəqil dövlətin yaradıldığını elan ediblər. Bu haqda yerli mənbəyə istinadən İraqın “As-Sumariya” telekanalı bildirib.

“İŞİD başçıları qısa bəyanatla Tel-Afarda müstəqil dövlət elan ediblər. Bəyanatda onların əmrlərini yerinə yetirməyənlərin cəzalandırılacağı bildirilib”, - telekanal mənbənin sözlərini sitat gətirib.

Mənbə əlavə edib ki, Tel-Afar hazırda ərəblərin və əcnəbilərin əlindədir. Onun idarə olunmasında yerli başçılar heç bir rol oynamırlar.

ABŞ və Qətər terrorizmlə mübarizə üzrə qarşılıqlı anlaşma haqqında memorandumu imzalayıb. Tillerson Qətərdə jurnalistlərə açıqlamasında bildirib ki, Dohanın ərəb qonşuları ilə yaşadığı böhrandakı mövqeyi son dərəcə dəqiq və məqbuldur. ABŞ Qətər böhranı ilə əlaqədar daha əvvəl verdiyi bəyanatlarında Körfəz ölkələrinin qərarını dəstəklədiklərini açıqlamışdı.

Qətərə qarşı embarqonun əsasını qoyan 4 ölkə - Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn iyulun 11-də böhranı daha da kəskinləşdirəcək birgə bəyanatla çıxış edib. Bəyanatda Dohaya təqdim edilən tələblərin hamısı yerinə yetirilənə kimi embarqonun davam edəcəyi vurğulanıb.

Rusiya Dövlət Duması Hava Kosmik Qüvvələrinin Suriyada yerləşdirilməsi haqqında müqaviləni ratifikasiya edib. Sənəd bu ilin yanvarında Dəməşqdə Rusiya ilə Suriya arasında imzalanıb.

Müqavilədə Rusiya Hava Kosmik Qüvvələri qruplaşmalarının yerləşdirilməsinin əsas vəziyyəti, funksiyaları qeyd olunub.

Sənədə əsasən, Suriyadakı maddi-texniki təminat məntəqəsinin və digər obyektlərin xarici mühafizəsi Suriya tərəfindən həyata keçiriləcək. Daxili mühafizə, hava hücumundan müdafiə və dislokasiya yerlərində əmin-amanlığın qorunması rusiyalı hərbçilər tərəfindən təmin olunacaq.

Qeyd edək ki, müqavilənin müddəti 49 ildir.

Qərb-Rusiya münasibətləri

Ağ Ev Senatın qəbul etdiyi qanun layihəsində Rusiyaya qarşı nəzərdə tutulan sanksiyaları dəstəkləyir. Amma prezident Donald Trampın administrasiyası sənədin bəzi müddəalarından narazıdır. Sənəddə prezidentin səlahiyyətlərinə məhdudiyyətlər gətirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiya və İran barəsində sanksiyalar haqqında qanun layihəsinin yeni versiyası təqdim edilib. Qanun layihəsinin müəllifləri Demokratlar Partiyasının yüksək vəzifəli üzvlərindən ibarət qrupdur.

Agentliyin məlumatına görə, sənəd səslərin böyük əksəriyyəti ilə Senatda dəstəklənib. Beləliklə, qanun layihəsinin müəllifləri Nümayəndələr Palatasında respublikaçıların dəstəyinə nail olmaq niyyətindədirlər.

ABŞ Konqresinin Kaliforniya ştatından olan demokrat üzvü Bred Şerman prezident Donald Trampın impiçmentini tələb edən qanun layihəsini təqdim edib. Qanun layihəsində dövlət başçısının Rusiyanın prezident seçkilərinə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyi iddia olunur.

Konqresdən keçməsi ehtimalı az olsa da, qanun layihəsi Trampın impiçmenti tələbi ilə hazırlanan ilk rəsmi sənəd kimi qeydə alınıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Vikiliks” saytı Rusiyanın maraqları üçün casusluqla məşğul olur. Bunu jurnalistlərə açıqlamasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo söyləyib. O, “Vikiliks”in ABŞ üçün düşmən olduğunu bildirib:

“ABŞ xüsusi xidmət orqanları artıq portalın ələ keçirdiyi elektron məktubları Rusiya hərbi kəşfiyyatının istifadə etdiyini təsdiqləyib. Biz “Vikiliks”ə cavab verəcəyik”.

“Moskva ABŞ prezidenti Donald Trampdan güzəştlər gözləmir”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, dövlət başçısı Vladimir Putin də heç vaxt Rusiyanın hansısa güzəştləri haqqında danışmayıb. Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri arasında görüş iyulun 7-də Almaniyanın Hamburq şəhərində G20 sammiti çərçivəsində keçirilib.

Vaşinqton Rusiya diplomatlarına viza verməkdən imtina edir. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 14-də brifinqdə bildirib.

Rusiya diplomatları 2016-cı ilin dekabr ayında ABŞ-dan çıxarılan Rusiya səfirliyinin əməkdaşlarını əvəz etməlidir.

İyulun 10-da Qara dənizdə “Sea Breeze-2017” hərbi dəniz təlimləri başlanıb. Təlimlər 22 iyul tarixinə kimi davam edəcək.Təşkilatçı ölkələr olan ABŞ və Ukraynadan başqa, Belçika, Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, Kanada, Fransa, İtaliya, Litva, Moldova, Norveç, Polşa, Portuqaliya, Türkiyə və İsveçin hərbi hissələri təlimlərə cəlb edilib. Təlimlər quru və hərbi dəniz qüvvələri, həmçinin dəniz desant bölmələrinin iştirakı ilə keçirilir.

Qərb ölkələrinin təlimlərinə cavab olaraq iyulun 12-də Krımda Qara dəniz donanmasının döyüş hazırlığının yoxlanılması başlanıb.

“Amerikanın Rusiyaya bundan sonrakı münasibəti ölkədəki seçkilərə müdaxilə ilə bağlı aparılan araşdırmanın nəticələrindən asılı olacaq”. Bunu CBS telekanalına müsahibəsində ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Heyli söyləyib.

“Məncə, Putin Trampla görüşdə bizim hamımızın ondan gözlədiyini etdi. O, seçkilərə müdaxiləni inkar etdi. Putin bilir ki, seçkiyə müdaxilə edib, amma o, bunu heç vaxt etiraf etməyəcək”, - deyə o bildirib.

“Vaşinqton Əfqanıstanda müharibəni uduzur”. Bu haqda ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsinin rəhbəri Con Makkeyn CBS telekanalına müsahibəsində deyib.

“Bizdə strategiya yoxdur və biz uduzuruq. Əfqanıstanın milli ordusu qəbuledilməz itkilər verir”, - senator bildirib.

Respublikaçı senator həmçinin qeyd edib ki, Ağ Evdə hazırda əsas problem nizamsızlıqdır.

ABŞ prezidenti Donald Trampın Rusiya ilə ehtimal olunan əlaqələri barədə növbəti iddia ortaya atılıb. Bu haqda ABŞ-ın “Nyu York Tayms” nəşri Ağ Evdəki mənbələrə istinadən yazıb.

Nəşrin yazdığına görə, ABŞ prezidentinin birinci oğlu kiçik Donald Tramp ötən il rusiyalı hüquqşünas Natalya Veselnitskaya ilə görüş keçirməyə razılaşıb. Qeyd edilir ki, Rusiya hüquqşünası qarşı tərəfə prezident seçkilərində Trampın rəqibi demokrat Hillari Klintonu etibardan sala bilən informasiyanı verməyə razılaşıb. Natalya Veselnitskayanın Rusiya hakimiyyətilə bağlı olduğu bildirilir. Onun müştəriləri arasında Rusiya hakimiyyətilə bağlı şəxslər, həmçinin Rusiyanın bir sıra dövlət şirkətləri var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna böhranı

Ukrayna böhranı həll edilənə qədər ABŞ və AB-nin Rusiyaya tətbiq etdiyi sanksiyalar qüvvədə qalacaq. Bu sözləri ABŞ Dövlət katibi Reks Tillerson iyunun 9-da Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə keçirdiyi görüşdə səsləndirib.

Tillerson qeyd edib ki, münaqişəyə səbəb olan davranışlar bitənə kimi sanksiyalar ləğv edilməyəcək.

“Şimali-Atlantika Müqaviləsi Təşkilatı Ukraynanı dəstəkləyir və heç vaxt Krımın Rusiya tərəfindən zəbtini tanımayacaq”. Bunu Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə keçirilən Ukrayna-NATO Komissiyasının iclasının açılışı zamanı hərbi alyansın baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı öz təcavüzkar hərəkətlərinə davam etdiyi müddətdə NATO Kiyevi dəstəkləyəcək. O həmçinin qeyd edib ki, Donbas münaqişəsinin nizama salınması üzrə Minsk razılaşmaları tam həcmdə yerinə yetirilməlidir. Hərbi alyansın baş katibi Rusiya hərbi güclərinin Ukraynanın şərqindən çıxarılmalı olduğunu deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cavab olaraq bildirib ki, Ukraynada Rusiya hərbi qulluqçuları yoxdur və olmayıb. O həmçinin bildirib ki, Ukraynanın NATO-ya qəbulu Alyansın hərbi infrastrukturunun Rusiyaya yaxınlaşmasının davam etdirilməsi deməkdir. Kremlin sözçüsü Kiyevin Alyansa qəbul ediləcəyi təqdirdə Avropada stabilliyin yaranmayacağını bildirib.

Ukrayna ilə assosiasiya haqqında razılaşmanın Avropa İttifaqı Şurası tərəfindən təsdiqi Kremlin növbəti məğlubiyyəti oldu. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko Feysbuk səhifəsində yazıb.

“Əminəm ki, biz qalib gələcəyik. Ukrayna Avropa xalqlarının ailəsində, Avropa İttifaqı və NATO-da mütləq olacaq”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın sabiq baş naziri Nikolay Azarov birləşdirilmiş “LXR/DNR”in (Luqansk və Donetsk “xalq respublikaları” – red.) başçısı ola bilər. Bunu “Obozrevatel” nəşrinə şərhində “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukraynanın xalq deputatı Dmitri Tımçuk deyib.

Onun sözlərinə görə, Donbasın əhalisinin müəyyən hissəsi onu hələ də qanuni rəhbər kimi qəbul edir.

“İnformasiyaya görə, o, birləşdirilmiş “LXR/DNR”ə rəhbərlik edəcək şəxs kimi Putini qane edən insanlardan biridir. Kreml bu fiqura tamamilə nəzarət edir və o, həmçinin Donbasın həm işğal edilmiş, həm də işğal edilməmiş hissəsində əhalinin müəyyən hissəsi tərəfindən qanuni lider kimi qəbul edilir”, - Tımçuk bildirib.

Qeyd edək ki, daha əvvəl separatçıların “Şərq” qruplaşmasının sabiq komandiri Aleksandr Xodakovski “LXR” və “DXR”in birləşdirilməsinin mümkünlüyündən danışıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Xarkov şəhərində İŞİD terror qruplaşmasının iki üzvünü saxlayıb. Bu haqda yerli “NewsRoom” nəşri yazıb.

Qeyd edək ki, bu, İŞİD üzvlərinin Ukraynada olması barədə ilk xəbər deyil. Daha əvvəl Ukraynanın Xerson vilayətinin cənubunda İŞİD terror təşkilatının təlim düşərgələri açdığı iddia edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

Şimali Koreya strateji təyinatlı raketlərin olduğu yeraltı şaxtaların mövcudluğunu təsdiqləyib. Cənubi Koreyanın “Renxap” informasiya agentliyinin məlumatlarına görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) mərkəzi telekanalı raketlərin olduğu yeraltı hərbi obyektləri yoxlayan dövlət başçısı Kim Çen Inın fotoşəklini nümayiş edib. Fotoşəkildə həmçinin iyulun 4-də sınaqdan keçirilən “Xvason-14” qitələrarası ballistik raket və özüyeriyən işəsalma qurğusu görünür.

Qeyd edilir ki, Pxenyan belə yeraltı obyektləri ilk dəfə açıq nümayiş edir. “Renxap”ın məlumatına görə, raketlər görünür, ABŞ-ın “nöqtə zərbələri”indən qaçmaq üçün torpağın altında gizlədilib.

“Görünür ki, raketlərlə özüyeriyən qurğuların hərəkət edə biləcəyi gizli tunellərdən söhbət gedir”, - xəbərdə deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm