“Ya əraziləri QAYTAR, ya da…”, müharibənin mümkün SSENARİSİ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

“Ya əraziləri QAYTAR, ya da…”, müharibənin mümkün SSENARİSİ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

2017-ci ilin sonlarına qədər Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünü hazırlayırlar. Serj Sarkisyan “Ermənistan” telekanalının “R-Təkamül” proqramına müsahibəsində prezidentlərin gözlənilən görüşü haqda danışarkən müharibəyə səbəb olacaq ritorikadan istifadə edib. Dağlıq Qarabağdakı qondarma rejimin “parlament”i 3 il müddətinə “prezident”ini seçib. ABŞ Suriyanın şimalında hərbi gücünü artırmaqdadır. Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” terror təşkilatının başçısı “Malorusiya dövləti”nin yaradılmasını elan edib. Müsəlmanların ilk qibləsi olan Məscidi-Aksa ətrafında vəziyyət gərginləşməkdə davam edir.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Latviya Respublikasına səfər edib. Dövlət başçılarının təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İyulun 21-də Rusiyanın Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş baş tutub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

Bundan başqa, dövlət başçıları Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqləyib, ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. Beynəlxalq və regional problematika ətrafında da fikir mübadiləsi aparılıb.

Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər.

“Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə konkret planın müzakirəsi və onun implementasiyasını (həyata keçirilməsi) təmin etmək lazımdır”. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə açıqlamasında deyib.

E.Məmmədyarov qeyd edib ki, ermənistanlı həmkarı ilə Brüsseldə keçirilən görüşdə Minsk qrupunun həmsədrləri prezidentlərin görüşünün keçirilməsini təmin etməyi xahiş etdilər.

“Görüşlər münaqişənin həlli prosesində əhəmiyyətli elementdir. Lakin bu görüşlər görüş xətrinə keçirilməməlidir. Əgər prezidentlər səviyyəsində görüş təşkil ediləcəksə, həmsədrlər tərəfindən münaqişənin nizama salınması üzrə planın müzakirəsi və onun implementasiyasını təmin etmək lazımdır. Buna görə biz həmişə danışıqların substantiv xarakterinə ehtiyacın olduğunu xüsusi vurğulayırıq”, - deyə nazir qeyd edib.

Xarici işlər nazirinin sözlərinə görə, prezidentlərin Sankt-Peterburq görüşündən sonra substantiv danışıqlar yolu ilə münaqişənin həllinə imkan verməmək üçün Ermənistan tərəfi müxtəlif təxribat və bəhanələrə əl atıb.Nazirin qənaətinə görə, Ermənistan hər vasitə ilə status-kvonun saxlanmasına və işğalı davam etdirməyə çalışır.

İyulun 19-da Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü görüşü başlanıb. Görüş iki gün davam edib.

İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dağlıq Qarabağdakı qondarma rejimin “parlament”i iyulun 19-da Bako Saakyanı yenidən 3 il müddətinə “prezident” seçib. Gizli “səsvermə”nin nəticəsinə görə, Saakyana “parlament”in 33 “deputat”ından 28-i səs verib. Onun rəqibi – “Hərəkat-88” Partiyasının lideri Eduard Aqabekyan 4 səs toplayıb.

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin saxta “prezident seçki”si keçirməsi Ermənistanın növbəti siyasi təxribatıdır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 19 iyulda qondarma rejimdə qanunsuz “prezident seçki”sinin keçirilməsi məsələsi ilə bağlı deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dağlıq Qarabağda münaqişə yenidən alovlana bilər, çünki bu, geosiyasi oyunların nəticəsidir”. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “RİA Novosti” agentliyinə müsahibəsində deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan müdafiə naziri Zakir Həsənovun Ermənistanın qürrələndiyi “İskəndər” raket kompleksini məhv etmək gücünə malik silahlarımızın olması haqda dedikləri İrəvanda təşvişlə müzakirə edilir.

Azərbaycanın silah arsenalında olan “Favorit” S-300PMU-2 və “Barak 8” raket sistemləri “İskəndər”in qarşısını almaq gücündədir. Ermənistanda prezident Serj Sarkisyan da daxil olmaqla müxtəlif dairələrin verdiyi reaksiyalar bu baxımdan təsadüfi deyil.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Digər tərəfdən, Ermənistandakı “İskəndər”lərin erməni hərbi birləşmələrinin arsenalına daxil olmadığı, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının tərkibində olduğu, həmçinin, Moskvanın bu raket komplekslərini İrəvana verməsinin arxasında siyasi məqsədlərin mövcudluğu şübhəsizdir. Bunu ermənilərin özləri də etiraf edir.

Ermənistanı qorxuya salan digər məqam isə Rusiyanın Azərbaycana S-400 raket müdafiə sistemlərinin verəcəyidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Azərbaycan və Ermənistan prezidentləri arasında 2017-ci ilin sonlarına qədər baş tutacaq görüşün əsas təşkilatçısı olacaq. Bu barədə Rusiya XİN-dəki mənbə “İzvestiya” qəzetinə bildirib.

“Moskva bu məsələdə əsas vasitəçi olub, çünki Minsk Qrupunun digər həmsədrlərinin Bakı və İrəvanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdləri uğursuzluqla nəticələnib”-mənbə bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünü hazırlayırlar. Bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün Moskva-Vyana videokörpüsündə bildirib.

"Həmsədrlər bundan sonra da öz səylərini intensivləşdirəcəklər, iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünə hazırlaşırlar. Yüksək səviyyədə yeni görüşün hazırlığı baxımından tərəflərlə işin səviyyəsinin artırılması üçün addımlar atılacaq", - deyə o qeyd edib.

Bu informasiyalar fonunda Ermənistan prezidenti Serj Sarkisyanın erməni mediasına müsahibəsində dediyi fikirlər diqqət çəkir. Erməni siyasi şərhçi Sarkis Artsruni Sarkisyanın prezidentlərin görüşünə getmək istəmədiyini yazır: “Onun müsahibədə dediyi fikirlər də bunu göstərir. Lakin Sarkisyan bu görüşə getməyə məcburdur, çünki Moskvanın təşəbbüsünü rədd edə bilmir”.

S.Artsruni əlavə edir ki, Rusiyanın təşəbbüsü Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Serj Sarkisyan “Ermənistan” telekanalının “R-Təkamül” proqramına müsahibəsində prezidentlərin gözlənilən görüşü haqda danışarkən müharibəyə səbəb olacaq ritorikadan da istifadə edib. Sarkisyan heç bir variantda geri çəkilməyəcəklərini bildirib: “Biz davamlı olaraq güzəştlər haqda danışırıq, lakin münaqişə daha 20 il də həll olunmasa, yenə də geri çəkilməyəcəyik”.

O, Ermənistanın hədəflərini açıqlayıb və qeyd edib ki, “öz müqəddəratını təyin etmə” prinsipini əsas götürürlər.

“İkinci şərt kimi Dağlıq Qarabağla Ermənistanın quru sərhədləri olmalıdır. Bu iki mövqe bizim üçün əsasdır. Üçüncü şərt isə Dağlıq Qarabağda təhlükəsizliyin etibarlı zəmanətləri olmalıdır. Bu prinsiplər haqda sənədin tərtib edilməsinə Dağlıq Qarabağın (qondarma DQR rejimi - red.) iştirak etməsi məcburidir”, - deyə Sarkisyan prezidentlərin görüşü öncəsi öz absurd şərtlərini irəli sürüb.

Hərçənd, Ermənistan tərəfinin məhz belə qeyri-konstruktiv mövqeyi nəticəsində uzunillik danışıqlarda heç bir nəticə əldə olunmayıb. Hesab etmək olar ki, Sarkisyanın bu qəbuledilməz şərtləri müharibə variantını yenidən gündəmə gətirə bilər.

Ermənistan

Ermənistan hökuməti Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında 30 noyabr 2016-cı ildə imzalanmış razılaşmanın təsdiqi haqqında qanun layihəsini bəyənib. Erməni KİV-ı razılaşmanın təsdiqini Ermənistanın kapitulyasiyası adlandırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Daha əvvəl isə Rusiya Federasiya Şurası razılaşmanı təsdiq edib.

Ermənistan Rusiyadan yeni hərbi kredit almaq üçün Moskva ilə danışıqlar aparır. Bunu jurnalistlərə açıqlamasında Ermənistan Maliyyə naziri Vardan Aramyan söyləyib. O, danışıqların bu ilin əvvəlindən başladığını bildirib.

Qeyd edək ki, Rusiya bundan öncə Ermənistana 200 milyon dollarlıq hərbi kredit ayırıb. Bu kredit çərçivəsində Ermənistana həmçinin “İsgəndər” raketləri də verilib.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistanda rus dilinə rəsmi statusunun verilməsi təklifilə çıxış edib. Volodin Moskvada Ermənistan parlamentinin spikeri Aroy Babloyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə belə bir təklif səsləndirib.

İrəvan Rusiyanın Ermənistanda rus dilinə rəsmi statusunun verilməsi barədə təklifinə rədd cavabı verib. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan “Sputnik” agentliyinə açıqlamasında rus dilinin Ermənistanda rəsmi status almayacağını bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə, İran, Yaxın Şərq

İyulun 19-da Türkiyə hökumətinin yeni tərkibi açıqlanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz turnesinə çıxır. Prezident 23-24 iyul tarixlərində Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfər edəcək. Səfərin əsas məqsədi Qətər böhranının həllinə kömək etməkdir.

Xatırladaq ki, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı və Misir terrorizmə dəstək verməkdə ittiham edərək iyunun 5-də Doha ilə diplomatik əlaqələri kəsiblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Rusiyadan S-400 raket sistemlərinin alınması üçün 2,5 milyard dollar ödəməyə razılaşıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya ilə Türkiyə arsında aparılan S-400 sistemlərinin alınması üçün müzakirələr yekunlaşıb və imzaların atılması an məsələsidir. Bu barədə Türkiyənin müdafiə naziri Fikri Işık açıqlama verib.

O, bildirib ki, Rusiya ilə aparılan müzakirələrdə artıq bütün maneələr dəf edilib və imzaların atılması mərhələsinə keçilib: “S-400 mövzusu artıq son nöqtəyə gəlib. Görüşlər müsbət nəticələrlə yekunlaşıb. Sadəcə imzalar atılmalıdır. Məsələ ilə bağlı hələ ki, heç bir problemlə qarşılaşmamışıq”.

Məsələ ilə bağlı açıqlama verən Rusiya hərbi şirkətinin nümayəndəsi Aleksandr Mixeyev razılaşmanın yaxın zamanda imzalanacağı xəbərini təsdiq edib.

ABŞ Suriyanın şimalında - PKK/PYD terror təşkilatının nəzarətində olan bölgədə hərbi gücünü artırmaqdadır. “Anadolu” agentliyi xəbər verir ki, ABŞ hazırda bölgədə iki hava bazası və 8 hərbi məntəqəyə sahibdir.

Haseke, Rakka və Münbiçdəki “əməliyyat nöqtələri”ndə ABŞ-ın xüsusi təyinatlı qüvvələri yerləşir. Tel-Beyder ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bölgədə qurduğu 8 hərbi məntəqədən ən yenisidir.

Münbiçdə iki hərbi məntəqədə yerləşən qüvvələr PKK/PYD-ni Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusundan müdafiə edir.

FETÖ terror təşkilatı Türkiyədə siyasi liderlərdən birinə sui-qəsd törədə bilər. Bu iddia ilə Ankara Böyük şəhər bələdiyyəsinin sədri Melih Gökçek çıxış edib.

Onun sözlərinə görə, 15 iyul dövlət çevrilişi cəhdində iştirak edən FETÖ-çü zabitlərdən birinin üzərindən qeyd tapılıb: “Həmin qeydə mənim də adım daxil olmaqla 4 nəfərin adı vardı”.

M.Gökçek bildirib ki, FETÖ bundan sonra heç nə edə bilməz: “Yalnız sui-qəsd törədə bilərlər. Sui-qəsd ya Prezidentimizə (Rəcəb Tayyip Ərdoğan), ya da müxalifət liderlərindən birinə ola bilər. Müxalifət liderinə nəsə edilərsə, Türkiyədə ara qarışar. Diqqət etmək lazımdır. Sui-qəsdən başqa heç nə edə bilməzlər”.

Almaniya Türkiyəyə qarşı silah və ehtiyyat hissələrinin ixracının dayandırılması ilə bağlı sanksiya tətbiq edib. Almaniya ilk növbədə hərbi iş birliklərini dondurub, silah və hərbi avadanlıqların satışını təxirə salıb.

ABŞ raket proqramı və “düşmən fəaliyyəti” ilə əlaqədar olaraq İrana qarşı yeni sanksiyaları tətbiq etmək niyyətindədir. Bu haqda jurnalistlərə Ağ Evin nümayəndəsi bildirib.

Ağ Evin nümayəndəsi həmçinin İranın “düşmən fəaliyyəti”ndən nümunələr gətirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Prezidenti Donald Tramp iyulun 18-də İranın 2015-ci ildən nüvə sazişinin öhdəliklərini yerinə yetirdiyini qəbul edib. Ağ Evin yaydığı informasiyaya görə, dövlət katibi Reks Tillerson İranla əldə olunmuş sazişin yerinə yetirilməsi ilə bağlı hesabatı Donald Trampa təqdim edib. Həmin sənəd prezident tərəfindən Konqresə göndərilib.

ABŞ və İsrail İranın Suriyanın cənubunda gücünü artırmasına imkan verməyəcək. Bunu jurnalistlərə açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser söyləyib. O, Suriyada atəşkəsin İranın maraqlarına xidmət etməməsi gərəkdiyini söyləyib.

Qeyd edək ki, bundan öncə İsrailin baş naziri Benyamin Netanyahu Suriyadakı atəşkəsi dəstəkləmədiyini bildirib. O, ABŞ və Rusiyanın əldə etdiyi atəşkəsin İranı Suriyada gücləndirəcəyini vurğulayıb.

İran parlamenti iyulun 18-də Yaxın Şərqdə “Amerika terrorizmi” ilə mübarizə haqqında qanun layihəsini qəbul edib. Sənədə parlamentin 212 üzvü səs verib.

Tehranın bu addımı ABŞ Senatının iyunun 15-də qəbul etdiyi qərara cavab olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Hərbi-Dəniz Qüvvələri Fars körfəzində lazer silahı sistemini (Laser Weapons System) sınaqdan keçirib. Bu barədə CNN telekanalı məlumat verib. Məlumata görə, bu, faktiki olaraq dünyada ilk işlək lazer silahıdır.

LaWS sisteminin sürəti 50 min dəfə qitələrarası ballistik raketin sürətindən artıqdır. ABŞ hərbçiləri şərti hədəf qismində pilotsuz ucan aparatı seçiblər (PUA). Nəticədə qanadı alışan PUA dənizə düşüb.

Qətər böhranının yaranmasına səbəb olan bəyanatın yerləşdirildiyi Qətər dövlət xəbərlər agentliyinə kiberhücum Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən təşkil edilib. Bu haqda ABŞ kəşfiyyatında çalışan məmurlara istinadən “Vaşinqton Post” nəşri bildirib.

Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatının nümayəndələri toplanmış informasiyanı təhlil edərək ötən həftə təsdiq ediblər ki, BƏƏ hökumətinin yüksək vəzifəli üzvləri hakerhücum planı və onun reallaşdırılmasını müzakirə ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Türkiyə əgər ərəb dünyasına gizli-gizli girərək müdaxilə etməyə çalışırsa, bu dövr keçdi”. Bunu haqda Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Muallim deyib.

“Türk qardaşlarımız ərəb dünyasında gizli, yaxud da müəyyən ölçüdə arzuolunmaz hərbi müdaxilə dövrünün çoxdan bitdiyini anlamalıdır. Əgər Türkiyə qurucu rol oynamaq istəyirsə, bunu ancaq xoş qarşılayarıq. Ancaq bu rolu hərbi bazalar və hərbi müdaxilə ilə oynamaq istəsələr, bu, yaxşı olmayacaq”, - deyə o bildirib.

Diplomat Türkiyənin bu cür addımlarının ərəb dünyasındakı nüfuzuna zərər verəcəyini vurğulayıb. Daha əvvəl Abdulla əl-Muallim ərəb ölkələrinin 13 tələbin əvəzinə 6 ümumi prinsip formalaşdırdığını deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya müxalifəti Prezident Bəşər Əsədin devrilməsindən artıq imtina edib. Bu sözləri öz Tvitter səhifəsində Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının sədri Aleksey Puşkov paylaşıb.

Qeyd edək ki, bundan öncə Fransa Əsədin devrilməsinin Paris üçün artıq prioritet olmadığını bildirib. Eyni fikri bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp da söyləyib.

Əsədin devrilməsi məsələsində hələlik İsrail, Səudiyyə Ərəbistanı və Türkiyə fikrini dəyişməyib.

“İŞİD terror təşkilatı məğlubiyyətdən sonra diversiya taktikasına keçə bilər”. Bu haqda Şimali İraq kürd anti-terror güclərinin nümayəndəsi Lahud Təlabani bildirib.

Təlabaninin sözlərinə görə, təşkilat diversiya taktikasına keçməklə “Əl-qaidə” terror təşkilatını xatırlatmağa başlayacaq.

Qeyd edək ki, daha əvvəl “Lenta.ru” saytı İŞİD-in İraq və Suriyada məğlubiyyətindən sonra ehtimal olunan əsas ekspansiya marşrutlarını açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Beynəlxalq Polis Təşkilatı (İNTERPOL) 173 kamikadzenin yer aldığı siyahını açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Lahur Təlabani həmçinin İŞİD lideri Əbubəkr əl-Bağdadinin sağ olduğunu deyib. “99 faiz ehtimalla deyə bilərəm ki, Bağdadi sağdır və Rakkada yaşayır. Onun sağ olması ilə bağlı bizdə kəşfiyyat məlumatı var”, - Təlabani bildirib.

“Moskvada İŞİD lideri Əbubəkr əl-Bağdadinin taleyi haqqında dəqiq informasiya yoxdur”. Bu haqda Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Bağdadinin taleyi ilə bağlı dövriyyədə olan bütün məlumatlar yoxlanılır.

“Bizdə hansısa daha dəqiq məlumat yoxdur. Həqiqətən, bir-birinə zidd informasiyalar hərəkət edir. Bu informasiyalar bizim müvafiq xidmətlərimiz tərəfindən yoxlanılacaq”, - Peskov əlavə edib.

Amerika Birləşmiş Ştatları İŞİD terror qruplaşmasının daxilinə sızdırdığı kəşfiyyat üzvlərini geri çağırıb. Keçən həftə Deyrezzor ərazisindəki agentlərini geri götürən ABŞ federal agentliyi dünən də İraqın Havis qəsəbəsindəki üzvlərini təhlükəsiz bölgələrə daşıyıb.

Amerika agentlərini havadan apardığı əməliyyatlar sayəsində təhlükəsiz şəkildə toplayır.

ABŞ-ın kəşfiyyat məqsədilə agent göndərdiyi daha bir bölgə isə Mosul şəhəri idi. Mosul terrorçulardan təmizləndikdən sonra ABŞ hərbi helikopterlərinin şəhərə gəldiyi və İŞİD əsgərlərindən bir neçəsini apardığı bildirilmişdi. Şəhər azad edildikdən sonra həmin əsgərlərin əslində, ABŞ kəşfiyyat agentləri olduğu ortaya çıxarıldı.

Qeyd edək ki, ABŞ rəhbərliyi altında Suriya və İraqda agentlik fəaliyyəti göstərənlər Tunis, Küveyt kimi ölkələrdən gələn miqrantlardır. Həmin gizli agentlər sayəsində koalisiya qüvvələri İŞİD-in onlarla hərbi əməliyyatının qarşısını alaraq ona qalib gəlib.

Məscidi-Aksa ətrafında vəziyyət gərginləşməkdə davam edir. İsrail ordusu Məscidi-Aksanın qapılarına qurulan elektron metal axtarışı detektorunun tətbiqini protesto etmək və axşam namazlarını qapıda qılmaq istəyən fələstinlilərə plastik mərmi, səs bombası və gözyaşardıcı qazla müdaxilə edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrail hökuməti yaşı 50-dən aşağı olan müsəlmanlara məscidə girməyi qadağan edib. İsrail polisinin verdiyi açıqlamaya görə, qadağa növbəti əmr verilənə qədər davam edəcək.

Müsəlmanların ilk qibləsi olan Məscidi-Aksanın İsrail tərəfindən ibadətə bağlanılmasına Türkiyədə sərt reaksiya verilib. İstanbul və Ankara şəhərləri başda olmaqla, Türkiyənin 81 əyalətində etiraz nümayişləri təşkil edilib.

Rusiya-Qərb münasibətləri

“Amerika tərəfi Rusiyanın diplomatik mülkiyyətini əvəzsiz qaytarmaq niyyətində deyil”. Ağ Evdəki yüksək vəzifəli məmura istinadən “RİA-Novosti” agentliyi bildirib.

Daha əvvəl – iyulun 14-də ABŞ prezidentinin köməkçisinin müavini Sebastyan Qork bildirib ki, Ağ Evdə Rusiya diplomatik mülkiyyətin Moskvaya qaytarılması imkanına baxılır. Lakin o, Suriya müharibəsini xatırladıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ABŞ-ın hərəkətini “günün günorta çağı soyğunçuluq” adlandırıb. Onun sözlərinə görə, Birləşmiş Ştatlarda çiçəklənən rusofobiya dünya miqyaslı bir sıra əhəmiyyətli problemlər üzrə qarşılıqlı maraqlara cavab verən həll üçün əminlik vermir”.

Moskva Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyətə qoyulan həbsin götürülməsi barədə Vaşinqtonla “demək olar ki” razılaşmaya nail olub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkova istinadən edən CNN telekanalının müxbiri Cim Skuitto bildirib.

Vaşinqtonda Sergey Ryabkovla ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Tomas Şennon arasında konsultasiyaların ikinci raundu keçirilib. Danışıqların əsas mövzusu Rusiyanın diplomatik mülkiyyətinin qaytarılması olub.

“Rusiya və ABŞ prezidentlərinin Hamburqda G20 sammiti çərçivəsində şam yeməyindən sonra keçirdiyi “qısa danışığı” dəyərli görüş adlandırmaq olmaz”. Bu haqda Ağ Evin nümayəndəsi jurnalistlərə bildirib.

“Tramp və Putin arasında heç bir “ikinci görüş” olmayıb, yalnız naharın sonunda edilən qısa danışıq idi. Ağ Evin ikinci görüş faktını gizlətməyə çalışması barədə deyilənlər yanlışdır və tamamilə cəfəngiyatdır”, - Amerika prezident administrasiyasının nümayəndəsi deyib.

ABŞ və Rusiya liderlərinin “məxfi görüşü” ətrafında qalmaqal “Eurasia Group” beynəlxalq konsultinq şirkətinin rəhbəri Yan Bremmerin müsahibəsindən sonra qopub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

NATO Rusiyanın “Qərb-2017” təlimini diqqətlə izləyəcək. Bunu “Röyter” agentliyinə müsahibəsində ABŞ-ın Avropadakı qoşunlarının rəhbəri general-leytenant Ben Xoces söyləyib.

“Əsas qorxu bu təlim sayəsində Belarusda “Troya atı”nın yaradılmasıdır. Biz qorxuruq ki, Rusiya Belarusda digər əməliyyatlar üçün ordu saxlasın. Rusiya deyir ki, bu, sadəcə təlimdir. Təlimdən sonra isə bütün qüvvələr başqa istiqamətə yerləşdiriləcək”, – deyə o bildirib.

ABŞ və Rusiyanın Suriyada maraqları ortaq deyil. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo söyləyib.

“Hər şey çox çətindir. Biz rusların böyük nüvə arsenalının olduğu və Suriyada möhkəmləndiyi dünyada yaşayırıq. Amerikaya elə xoş olmayan şeylər yaşatmaq çox xoşlarına gəlir. Məncə onlar elə yerlər axtarır ki, bizim həyatımızı çətinləşdirsinlər. ABŞ-ın birinci məqsədi Rusiya ekspansiyasına mane olmaqdır”, - deyə o bildirib.

Gürcüstanın NATO-ya girişi haqqında məsələ ABŞ Konqresində yenidən qaldırılıb. Konqresdə Gürcüstanın NATO-ya girişinin dəstəklənməsi, həmçinin “Sülh Naminə Tərəfdaşlıq” proqramında Kosovonun iştirakı təklif edilib.

2018-ci ildə ABŞ-ın hərbi büdcəsi layihəsinə uyğun olan düzəlişlər Konqresin respublikaçı üzvü Mayk Terner tərəfindən hazırlanıb. O, parlament üzvlərini “Şərqi Avropada Rusiya təcavüzü”nün qarşısının alınması üçün NATO ilə daha aktiv işləməyə çağırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna böhranı

ABŞ-ın strateji “RQ-4A Global Hawk” pilotsuz təyyarəsi Ukraynanın Donbas bölgəsi üzərində növbəti kəşfiyyat uçuşunu həyata keçirib. Bu haqda Rusiyanın “Korrespondent” nəşri hərbi aviasiyanın uçuşlarını izləyən qərb saytlarına istinadən yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Krım və Donbasın işğal edilmiş rayonlarının Ukrayna tərkibinə hərbi yolla qaytarılması ehtimalı çox kiçikdir”. Bunu “Apostrof” nəşrinə müsahibəsində Ukraynanın işğal edilmiş ərazilərin məsələləri üzrə nazir müavini Georgi Tuk deyib.

Tuk qeyd edib ki, Donbasın hərbi yolla qaytarılmasının tərəfdarı deyil. Onun sözlərinə görə, Ukrayna ordusu hələ Rusiya ordusu ilə qarşıdurmaya girə biləcək qədər güclü deyil.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” terror təşkilatının başçısı Aleksandr Zaxarçenko “Malorusiya dövləti”nin yaradılmasını elan edib. Zaxarçenko bu haqda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, yeni dövlətin yaradılması üçün keçid dövrü 3 il çəkəcək.

“Vəziyyət dalandadır. Biz ölkənin reinteqrasiyası planını təklif edirik. Vətəndaş müharibəsini dayandırmaq üçün vəziyyəti müzakirə etdik və nəticəyə gəldik ki, Ukrayna özünü baş tutmayan dövlət kimi göstərdi. Kiyev rejimi vətəndaş müharibəsinə son qoymaq vəziyyətində deyil. Vəziyyətdən çıxış yolu Malorusiya dövlətini təsis etməkdir. Malorusiya müstəqil gənc dövlətdir”, - Zaxarçenko deyib.

Qeyd edək ki, Kiyev “DXR” və “LXR”i (Rusiya onları “xalq respublikaları” adlandırır –red.) tanımır, onların nəzarəti altında olan əraziləri işğal edilmiş, hərbi gücləri isə terror qrupları hesab edir.

“Malorusiya dövləti”nin yaradılması haqqında “DXR” (“Donetsk Xalq Respublikası” – red)) terrorçularının başçısının bəyanatı Moskvadan edilən zəngin nəticəsidir”. Bunu Rusiya publisisti və analitiki Vladimir Qolışev “Obozrevatel” nəşrinə açıqlamasında deyib.

“Ədəbsiz leksikanın tətbiqi ilə dişlərini göstərmək Kremlin üsullarından biridir. Kvazidövlət olan “Donetsk Xalq Respublikası” özünü daha gözəl adla adlandırmağa hazırlaşır. Zaxarçenko heç nəyi həll etmir. Ona sadəcə Moskvadan zəng vurdular və ədəbsiz leksikanın tətbiqi ilə nəsə etməyi əmr etdilər”, - o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

“Koreya Xalq Demokratik Respublikasında hakimiyyət istənilən vaxt dəyişə bilər”. Bu haqda ABŞ-ın dövlət katibinin sabiq müavini Entoni Blinken deyib.

Onun sözlərinə görə, Koreya böhranı ilə əlaqədar ölkələr qabaqcadan hadisələrin bu cür inkişafına hazır olmalıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Havay ştatında sakinlərin nüvə zərbəsi zamanı hərəkətləri üzrə təlimlər başlanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm