FETÖ Azərbaycanın dostunu niyə devirdi? - Kraliçaya and içdi və hərəkətə keçdi
Bizi izləyin

Nida Təhlil

FETÖ Azərbaycanın dostunu niyə devirdi? - Kraliçaya and içdi və hərəkətə keçdi

Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif iyulun 28-də Konstitusiya Məhkəməsinin qərarı ilə vəzifəsindən uzaqlaşdırıldı. N.Şərifin postundan uzaqlaşdırılması haqda qərarın verilməsinə səbəb onun ailə üzvlərinin adlarının “Panama sənədləri”nə qarışması, həmçinin, rüşvət iddiaları oldu. Lakin Pakistan tarixinə “məhkəmə çevrilişi” olaraq düşən bu siyasi hadisənin arxasında gizli prosesin dayandığı deyilir.

Publika.az
xəbər verir ki, Türkiyənin “haber7” saytının yazarı Taha Dağlı Pakistandakı çevrilişin bu ölkənin FETÖ-sü rolunu oynayan Tahir Kadri qrupu tərəfindən həyata keçirildiyini yazıb.

Pakistan FETÖ-nünü güclü olduğu ölkələrdəndir. Məhkəmə yolu ilə postundan uzaqlaşdırılan baş nazir Nəvaz Şərif Türkiyə və Azərbaycanla çox yaxın münasibətlərə malik idi. Şərif həmçinin, FETÖ ilə mübarizədə sərt addımlar atırdı.

Pakistanda siyasi çevrilişlər zaman-zaman olub. İndiyə qədər həm hərbi çevriliş, həm də məhkəmə çevrilişi kimi hadisələr müşahidə olunub. Bütün bu proseslərdə daim ön planda olan bir qrup var: Pakistanın FETÖ-sü olaraq tanınan Tahir Kadri qrupu. N.Şərifə qarşı həyata keçirilən çevrilişin arxasında da bu qrup dayanır.

Tahir Kadri özünü şeyxülislam olaraq təqdim edir. Onun da məktəbləri və camaatı var, eyni zamanda, siyasi fiqurdur. İllərlə məscidlərdə müəllimlik edib. Daha sonra Kanadaya köçərək, orada Pakistandakı camaatı idarə edib.

Şərifə hücum nə vaxt başlandı?

2012-ci ildə Kadri Kanadadan Pakistana qayıdanda, hədəfində ölkəsinin iqtidarı var idi. Kadri qrupunun təsir dairəsində olan Konstitusiya Məhkəməsi vasitəsilə həmin vaxt baş nazir olan Yusuf Rıza Gilani postundan uzaqlaşdırıldı. 2013-cü ildə baş nazir postuna gələn Nəvaz Şərif yeni hədəf olaraq seçildi.

Tahir Kadri həmin vaxt deyirdi ki, “mən sadəcə demokratiya istəyirəm, hərbçilərlə əməkdaşlıq etmirəm, istəyirəm ki, demokratik konstitusiyamız olsun”.

Tahir Kadrinin arxasında hansı ölkə var?

Bu şəxs 2006-cı ildən bəri Kanadada yaşayır və Kanada vətəndaşlığı var.

Kadri Kanada vətəndaşlığı alan kimi İngiltərə kraliçası Yelizaveta adına and içdi. Kanada ingilis millətlər birliyinin üzvü olaraq, kraliça Yelizavetaya bağlı olan ölkədir. II Yelizaveta Kanadanın da kraliçası sayılır, eyni zamanda, dövlət naziri statusuna sahibdir. Kadri də vətəndaşlığı alanda kraliçaya bağlı olduğuna and içir. Bu baxımdan, Pakistanda baş verən çevrilişin və Nəvaz Şərifin devrilməsinin arxasındakı ölkənin İngiltərə olduğu hesab olunur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm