Bu ərazilər azad EDİLƏCƏK, növbəti zərbə üçün DƏQİQ TARİX... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Bu ərazilər azad EDİLƏCƏK, növbəti zərbə üçün DƏQİQ TARİX... – GÜNÜN SİYASİ XÜLASƏSİ

PKK terror təşkilatı Gürcüstanda ciddi şəkildə təşkilatlanmağa başlayıb. ABŞ amerikalı diplomatların göndərilməsinə görə Rusiyaya cavab verəcək. Rusiya isə dollara qarşı müharibə elan edib. Pxenyan Koreya böhranını daha da gərginləşdirəcək bəyanatla çıxış edib. Moskva isə tərəfləri Şimali Koreyada hərbi ssenaridən uzaq dayanmağa çağırıb. İsrailin Sinay yarımadasında bəzi bölgələri almaq üçün Misirə müraciət etdiyi barədə informasiya yayılıb.

PKK terror təşkilatı Gürcüstanda ciddi şəkildə təşkilatlanmağa başlayıb. Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Onun iddiasına görə, Tiflisdə təşkilatlanan terrorçular Azərbaycana da sızmaq istəyir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə üçüncü qüvvələrin cəlb olunması Tehran üçün “daimi narahatlıq” mövzusudur. Bunu İran XİN-in nümayəndəsi Bəhram Qasımi deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ amerikalı diplomatların göndərilməsinə görə Rusiyaya cavab vermək niyyətindədir. “Assoşieyted Press” agentliyi xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

Onun sözlərinə görə, Vaşinqton sentyabrın 1-nə kimi cavab tədbirləri barədə qərar qəbul edəcək. Agentlik bildirir ki, Tillerson ABŞ-ın planları barədə artıq Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrova xəbərdarlıq edib. Tillerson qeyd edib ki, o Manilada görüşdə rusiyalı həmkarına Moskvanın mövqeyi haqqında bir neçə sual verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab olaraq öz iqtisadiyyatının dollardan asılılığını azaldacaq. Bu haqda Rusiya KİV-inə müsahibəsində ölkənin xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O əlavə edib ki, buna zərurət var.

ABŞ tanınmamış “Dnestryanı Moldova Respublikası” ilə yeni münaqişə üçün Moldovada diversantlar və xüsusi təyinatlı dəstələrin hazırlığına başlayır. Bu haqda Rusiya baş nazirin müavini Dmitri Roqozin Feysbuk səhifəsində yazıb.

Hərbi hazırlıq Bulboak hərbi bazasının ərazisində keçiriləcək. Moldova tərəfi ilə imzalanan müqavilənin məbləği 250 min dollara çatır. Hərbi baza “Dnestryanı Moldova Respublikası”nın “paytaxt”ı Tiraspolun bir neçə on kilometrliyində yerləşir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə ABŞ-PYD ittifaqının işğalı altında olan Tel Abyad, Munbiç, Afrin və Tel Rıfat bölgələrində əməliyyata hazırlaşır. Türkiyə Silahlı Qüvvələri bu bölgələrdən terrorçuların sərhədi keçməsinə və sərhəd zonasındakı mülki əhalinin hədəfə alınmasına qarşı qabaqlayıcı tədbirlər hazırlayır.

“Yeni Şəfəq” qəzeti yazır ki, hərbi rəhbərlik 2014-cü ildən başlayaraq, ABŞ-ın dəstəyilə bölgədə böyüyən PKK/PYD terror təşkilatının təmizlənməsi üçün bütün variantlar üzərində düşünür. Xüsusilə terror təşkilatının “Fərat qalxanı” əməliyyatı ilə təmizlənən bölgələrə raket və minaatanlarla hücum etməsi, eləcə də narkotik və silah daşıması kimi ehtimallar dəyərləndirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana sui-qəsd cəhdi olub. Bu iddia ilə İranın yarı-rəsmi informasiya agentliyi kimi tanınan “Fars” çıxış edib.

İddiaya görə, şahzadə Məhəmmədi öldürməyə çalışan şəxs kral ailəsindən olan başqa bir şahzadədir. Şahzadə Məhəmmədin vəziyyətinin yaxşı olduğu, sui-qəsdçi şahzadənin isə həbs olunduğu bildirilir.

Agentlik qeyd edir ki, siyasi analitiklər kral Salman bin Əbdüləziz əl-Səudun qısa müddət ərzində taxtdan imtina edəcəyini proqnozlaşdırırlar. Bildirilir ki, vəliəhd şahzadəyə sui-qəsd cəhdinin hədəfi də məhz onun taxta əyləşməsinin qarşısını almaq olub.

“El Rey el Yevm” qəzeti isə iddia edir ki, kral Salman oktyabr-dekabr aylarında taxtdan imtina edəcək.

İsrail təhlükəsizlik gücləri Fələstin lideri Mahmud Abbasın Ramallahdan çıxışına icazə vermir. Bu haqda İsrailin “Jerusalem Post” qəzeti Fələstin təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

İddiaya görə, Mahmud Abbasın Ramallahdan çıxışına icazə verilməməsinin səbəbi onun ötən həftələrdə Məscidi-Əqsa ətrafında yaranan gərginliyə mane olmaması ilə bağlıdır. Lakin İsrail Baş nazirlik ofisi fələstinli təhlükəsizlik mənbələrin iddiasını təkzib ediblər.

Qeyd edək ki, Ramallah Fələstinin faktiki paytaxtı hesab olunur. Fələstin milli administrasiyasının hakimiyyət orqanları, o cümlədən onun rəhbəri Mahmud Abbasın iqamətgahı, xarici diplomatik missiyalar Ramallahda yerləşir.

İsrail Sinay yarımadasında bəzi bölgələri almaq üçün Misirə müraciət edib. Bu haqda “The New Arab” internet saytı yazıb.

Saytın xəbərinə görə, Təl-Əviv - Qahirə arasında Sinay yarımadası ilə əlaqədar aparılan sövdələşməyə dair detalları öyrənən Misirin “Əl-Masriyun” qəzeti təhlükəsizlik güclərinin basqınına məruz qalıb. Sövdələşməyə dair xəbər isə “The New Arab” tərəfindən dərc edilib.

“El-Masriyun” qeyd edir ki, iqtisadiyyatı böhran vəziyyətində olan Misirə İsrail tərəfindən edilən təklif olduqca cəlbedici görünür.

Qeyd edək ki, bu, Təl-Əvivin Sinay yarımadası ilə bağlı planları barədə ilk analoji xəbər deyil.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanı hökuməti Suriya böhranında mövqelərinin dəyişməz qaldığını və ölkədə Bəşər Əsədin olmadığı bir gələcəyi dəstəklədiklərini bildirib. Bu barədə Səudiyyə Ərəbistanının SPA rəsmi xəbər agentliyi məlumat yayıb.

Məlumatda Ər-Riyad rəhbərliyinin Suriyada idarəçilik üçün müvəqqəti heyətin qurulması, yeni konstitusiyanın tərtib olunması və Əsədin yer almadığı gələcək üçün seçkilərə hazırlaşmağı nəzərdə tutan 1-ci Cenevrə Konvensiyası ilə BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına əsasən həllini dəstəklədiyi qeyd olunub.

“ABŞ tərəfindən nüvə təhlükəsi və düşmənçilik qaldığı müddətdə Koreya Xalq Demokratik Respublikası Koreya yarımadasının nüvəzisləşdirilməsi məsələsini müzakirə etməyəcək”. Bu haqda Koreya Mərkəzi Teleqraf Agentliyi (STAK) ölkə hökumətinin bəyanatına istinadən yazıb.

Bəyanatda bildirilir ki, ABŞ tərəfindən nüvə təhlükəsi qaldığı müddətdə Pxenyan dövlətin nüvə gücünün artırılması yolundan dönməyəcək.

Xatırladaq ki, Şimali Koreya iyulun 29-da ikinci qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib. “Xvason-14” tipli raket 47 dəqiqə 12 saniyə ərzində 998 km məsafəni qət edib. Uçuş trayektoriyasının maksimum hündürlüyü 3 min 724,9 km təşkil edib.

Raket sınağına cavab olaraq BMT Təşhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirib.

Şimali Koreyadakı hərbi ssenaridən uzaq dayanmaq lazımdır. Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Şimali Koreya xarici işlər naziri ilə görüşü zamanı deyib.

Lavrov nüvə silahlarının məhv edilməsi ilə yanaşı, bölgədəki digər problemlərin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-ın Dövlət Katibi Reks Tillersonla görüş zamanı da Lavrov ABŞ-ın Şimali Koreyaya olan münasibətinin gərginliyi artıracağını bildirərək, bunun qəbuledilməz olduğunu söyləmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm