“Beşgünlük müharibə”nin SƏBƏBİ, iki cəbhədə QƏLƏBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

“Beşgünlük müharibə”nin SƏBƏBİ, iki cəbhədə QƏLƏBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkmənistan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib. ABŞ ordusu Şərqi Avropada vuruşmağa hazırlaşır. ABŞ Müdafiə Nazirliyi Filippində İŞİD döyüşçülərinə qarşı hərbi əməliyyat keçirməyi planlaşdırır. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Polşanı tərk edərək Litvaya gedib. Pxenyan BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalarına amansız cavab verəcəyini bəyan edib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənistan vəhşiliyinin, xüsusilə azyaşlı uşağı və qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayaraq 7 avqustda 13 yaşlı Yusifov Raminin yaralanması ilə nəticələnən növbəti barbar əməli törədib”. Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qoşunların təmas xəttində baş verən son gərginliyi şərh edərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Almaniya və Türkiyənin münasibətlərində əsas mübahisəli məsələlərdən biri həll edilib. Bu haqda şəxsi mənbələrə istinadən Almaniyanın ARD telekanalı bildirib.

Mübahisəyə NATO-nun vasitəçiliyi ilə həll variantı tapılıb. Bundan sonra Almaniya parlamentinin deputatları Türkiyənin Konya şəhərindəki NATO bazasında xidmət edən alman ordusunun hərbi qulluqçularına baş çəkə biləcəklər.

Alman deputatların bazaya ziyarəti bundestaq tərəfindən deyil, NATO tərəfindən təşkil ediləcək. İlk ziyarətin sentyabrın 8-də reallaşması gözlənilir. Sonrakı addımlar haqqında danışıqlar davam edir.

ABŞ xüsusi təyinatlı dəstələri Livan ordusuna “dəstək” üçün ölkənin şimal-şərqinə yerləşdirilib. Bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon bildirib.

Pentaqon sözçüsü xüsusi təyinatlıların sayı barədə isə məlumat verməyib.

Məlumata görə, Livan ordusu bir neçə həftə içində Suriya sərhədində yerləşən İŞİD döyüşçülərinə qarşı əməliyyata başlayacaq. İranın dəstəklədiyi “Hizbullah” şiə təşkilatının lideri Həsən Nəsrullah da Livan ordusuna dəstək verməyə hazır olduğunu açıqlayıb.

Bu vəziyyətdə isə ABŞ xüsusi təyinatlıların “Hizbullah” döyüşçüləri ilə qarşı-qarşıya gəlməsi ehtimalı artır. ABŞ-ı dəfələrlə “böyük şeytan” adlandıran Həsən Nəsrullahın İŞİD-ə qarşı eyni cəbhədə döyüşməsi inandırıcı görünmür.

“Rəsmi Bağdadla razılığa gəlsəniz, Kürdüstanın müstəqilliyini tanıyacağıq”. Bu sözləri Misirin Bağdaddakı səfiri Alaa Musa Kürdüstan Demokrat Partiyasının üzvləri ilə görüşü zamanı deyib.

Qeyd edək ki, İraq Kürd Muxtar Vilayətində müstəqilliklə bağlı referendumun sentyabrın 25-də keçirilməsi nəzərdə tutulur.

İran Prezidenti Həsən Ruhani yeni kabinet üzvlərinin adlarının siyahısını açıqlayıb. May ayında keçirilən prezident seçkilərində qalib olan Həsən Ruhaninin yeni kabineti yalnız kişilərdən ibarət olub.

Rusiya Federasiyası azad dünyanın dostu olaraq qəbul edilmir və İŞİD-dən daha çox təhlükə təşkil edir. Bu sözləri amerikalı senator Con Makkeyn deyib.

“İŞİD kimi terror qruplaşmaları həmişə təhlükəlidir. Onlar hücum etməyə davam edəcəklər, ancaq onların dünyanı idarə etmək arzusunu reallaşdırmaq imkanları, texnikaları və ambisiyaları yoxdur. Rusiyanın isə var. Rusiya azad dünyanın dostu olaraq qəbul edilmir”, - Makkeyn bildirib.

İyulda Şərqi Avropada ABŞ və NATO-ya daxil olan digər ölkələrin ongünlük hərbi təlimləri keçirildi. Təlimlərin hədəfi Rusiya tərəfindən potensial təhlükələrə qarşı dayanmağı öyrənmək idi. ABŞ-ın “The New York Times” nəşrinə görə ABŞ ordusu Şərqi Avropada vuruşmağa hazırlaşır.

Macarıstan, Rumıniya və Bolqarıstanda keçirilən təlimlərdə ABŞ-ın 25 min hərbi qulluqçusu iştirak edirdi. Təlimlərdə ordu komandirləri gənc əsgərlərə “soyuq müharibə” dövründə SSRİ qoşunlarına qarşı istifadə olunan taktika və strategiyanı öyrədirdilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya 2014-cü ildən bu yana ilk dəfə patrul gəmilərin üzərində gəmivuran raketlər yerləşdirib. Məlumatı, Amerika kəşfiyyat mənbələrinə istinadən Fox News telekanalı yayıb.

Telekanalın məlumatına görə, KXDR-in şərq sahillərində, Txeydonq limanında 2 qanadlı raket - Stormpetrel yerləşdirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya Xalq Demokratik Respublikası (KXDR) BMT Təhlükəsizlik Şurasının yeni sanksiyalarına amansız cavab verəcək. Bu haqda Asiya-Sakit okeanı regionunda sülh üzrə Koreya Komitəsinin bəyanatında deyilir.

Bəyanatda BMT Təhlükəsizlik Şurasının qətnaməsi “qanqster hərəkəti” adlandırılıb və bildirilir ki, Pxenyan yeni sanksiyaların qəbulu ilə əlaqədar “fiziki hərəkətlər”ə keçəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Filippində İŞİD döyüşçülərinə qarşı hərbi əməliyyat keçirməyi planlaşdırır. Bu haqda anonim hərbi məmurlara istinadən NBC telekanalı bildirib.

Əməliyyatın başlanğıc tarixi bu gün məlum ola bilər. Telekanalın məlumatına görə, əməliyyata Amerika pilotsuz təyyarələri cəlb ediləcək. Ağ Ev Pentaqonun planına razılıq verəcəyi halda İŞİD-in mövqləri pilotsuz təyyarələr tərəfindən bombalanacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Polşanı tərk edib. Bununla bağlı ZET radiostansiyası məlumat yayıb.

Qeyd edək ki, Polşa prokurorluğu Gürcüstanın Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciət etdiyini açıqlayıb. İyulun 26-da Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılıb.

Saakaşvili Litvaya gələrək Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyasında iştirak edib. Bu barədə RİA informasiya yayıb.

“Məndən qanunsuz olaraq alınmış Ukrayna vətəndaşlığını geri almalıyam. Əgər mübarizə aparmasam, ukraynalıların bir çoxu qəzəblənəcək və özlərini aldadılmış hesab edəcək”, - Saakaşvili Litva vətəndaşlığına keçməklə bağlı suala cavab verərkən bildirib.

2008-ci ildə Cənubi Osetiyada müharibəni həmin vaxt ölkə prezidentinin postunu tutmuş Mixail Saakaşvili provokasiya edib”. Bu haqda Gürcüstan parlamentinin keçmiş sədri Nino Burdjanadze “Russia Today” (RT) telekanalına müsahibəsində deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putin Gürcüstandan birtərəfli qaydaya ayrılan separatçı Abxaziyaya işgüzar səfərə gəlib. Məlumata görə, səfər 2008-ci ilin avqustun 8-də başlanan Gürcüstan-Rusiya müharibəsinin 9-cu ildönümünə uyğunlaşdırılıb. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlər imzalanacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm