Nida Təhlil
Sarkisyan Tehranda “İran təranələri”ni oynadı: Bu dəfə rəqsə başqa qonşunu çağırdı - VİDEO
Ermənistan prezidenti Serj Sarkisyan İran prezidenti Həsən Ruhaninin avqustun 5-də keçirilən inaqurasiya mərasimində iştirak etdi. Sarkisyanın səfərinin Ermənistan üçün ciddi nəticələrinin ola biləcəyini hesab etmək olar. Daha doğrusu düşmən ölkənin mediası məsələni bu cür təqdim edər və İran-Azərbaycan münasibətlərində aşılması mümkün olmayan tramplinlərin olduğu fikrini qabardır.
Bu, erməni ictimaiyyətinə hesablanmış fikir olaraq anlayışla
qarşılana bilər. Lakin Sarkisyanın sıradan İran səfərinə
Tehran-Bakı xəttində münasibətlərin pis olması fonunda yanaşmaq
üçün insanda ən azı erməni beyni olmalıdır. Bu beyin də yalnız
erməniləri qula çevirən İrəvan rejimində var. Doğrudur, İran Dağlıq
Qarabağ məsələsində sadəcə ritorik ifadələrlə Azərbaycana dəstək
verir. O da faktdır ki, Tehranın işğalçı Ermənistana dəstəyi
Bakının İrəvana qarşı apardığı blokada siyasətinə ziddir. İranın
erməni siyasətinin kökündə Rusiya ilə Cənubi Qafqaz tikəsini
bölüşdürmək perspektivləri olmaqla yanaşı, Azərbaycanın
sıxışdırılması, yaxud ən azından Bakıya qarşı revanş həmlələrinin
olması da şübhəsizdir. Lakin Bakı-Tehran xəttində vəziyyət heç də
İrəvanın arzuladığı kimi deyil və iki ölkənin region üçün bir sıra
mühüm layihələrə imza atması da bunu deməyə əsas verir. Digər
tərəfdən, Ermənistan prezidentinin formal olan andiçmə mərasimində
iştirak üçün Tehrana səfəri bütün siyasi prosesləri kökündən
dəyişdirə biləcək gediş də deyil. Yəni İranın işğalçıya təəssüf
doğuran bütün dəstəyinə rəğmən, indiki məqamda Bakı və Tehran
münasibətlərinə ayaqüstü söhbətdə son qoyulması mümkünsüz
görünür.
Amma Sarkisyanın Tehranda “İran təranələri” mahnısına qol götürüb
“oynaması” da təsadüfi deyil.
İnaqurasiyaya Ermənistan prezidenti yox, daha aşağı ranqlı erməni
məmurlardan biri gedə bilərdi, nə üçün Sarkisyan Tehrana qədər ayaq
döyür?
Səfərin ümumi mənzərəsində bu sual düşündürücüdür. Və səfərin
analizi Ermənistanın sığınmaq üçün İranı son qala olaraq gördüyü
ehtimalını ön plana çıxarır.
Sarkisyanın Tehrana birbaşa özü getməsinin arxasında Moskvaya
verilən “İran alternativi” mesajı var. Heç də ürəkaçan olmayan
Rusiya-Ermənistan münasibətləri fonunda İrəvan Putinə təkcə ondan
asılı olmadığını göstərmək istəyir, amma bir az qorxu ilə. Çünki
Ermənistan bu mesajı açıq şəkildə versəydi, o zaman, erməni
prezident andiçmədən sonra Tehrana xüsusi səfərlə yollanardı. Lakin
Sarkisyan andiçməyə qatılır və mesajı verməklə yanaşı, səfərin
formal xarakter daşıdığı rəyini də yaradır.
Rusiyaya verilən yumşaq mesajın arxasında Dağlıq Qarabağ məsələsi
də yatır. Payızda Azərbaycan və Ermənistan prezidentləri Rusiya
rəhbərliyinin təşəbbüsü ilə görüşəcək. Ehtimallar var ki, bu görüş
münaqişədə “ölüm nöqtəsi” ola bilər: ya ərazilərin qaytarılması ilə
nəticələnəcək real danışıqlar, ya da müharibə. Rusiya cənub
sərhədlərində yeni toqquşma istəmir, buna görə də Ermənistanı ən
azı real danışıqlara məcbur edə bilər. Bu gözləntilər fonunda
Sarkisyan İrana qaçaraq, Rusiyanın mümkün təzyiqləri qarşısında
özünə yeni dayaq axtarır. Bu dayaq həm də Azərbaycana qarşıdır.
Təadüfi deyil ki, Sarkisyanla Tehranda görüşən İran prezidenti
Həsən Ruhaninin “Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna
bilər” sözlərini erməni mediası “İrandan Azərbaycana mühüm
xəbərdarlıq” olaraq təqdim etdi. Məsələ İranın Azərbaycana
xəbərdarlığı yox, ermənilərin Ruhaninin sözlərini necə eşitmək
istəməsindədir.
Hesab etmək olar ki, Sarkisyan Ruhani ilə görüşündə Azərbaycandan
şikayətlənib və dəstək istəyib. İran prezidentinin nə dediyini
təxmin etmək o qədər də çətin deyil. Çünki indiki situasiyada İran
Azərbaycanla münasibətləri erməni arzusuna görə rəfə qaldırmayacaq.
Sadəcə olaraq, İran Ermənistana dəstəyin səviyyəsini müəyyən qədər
yüksəldə bilər. Bu, Bakının İrana qarşı hücum planını çantasında
gəzdirən ABŞ prezidenti Donald Tramp və İsraillə bərabərhüquqlu
münasibətlərindən irəli gəlir. Lakin nəticə etibarilə İrəvanın
ciddi nəsə qazanacağını düşünmək çətindir. Təkcə ona görə yox ki,
İran dünyanın üzərinə gəldiyi bir vaxtda Azərbaycanla qarşıdurmaya
getməyəcək, həm də Rusiya öz vassalının başqa qapılardan mədət
ummasını həzm edə bilməz.
Görünür, Sarkisyanın “İran təranələri”nə oynaması özünə
qalacaq.
Asif Nərimanlı
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı