• USD 1,7000 0,00% EUR 1,9995 0,00%
    • GBP 2,2935 0,00% RUB 0,0287 0,00%

Bu ərazilər azad EDİLƏCƏK, ermənilərin xam XƏYALLARI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Bu ərazilər azad EDİLƏCƏK, ermənilərin xam XƏYALLARI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Türkmənistan Prezidenti avqustun 8-də Azərbaycana rəsmi səfərə gəlib. Ermənistan xarici işlər naziri Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşündən danışıb. Rusiyalı ekspert Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin olaraq qaldığını bildirib. ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları və onun Ermənistana mümkün təsirləri İrəvanda ciddi şəkildə müzakirə olunur. İsrail, ABŞ və Rusiya Suriya üzrə məxfi danışıqlar seriyasını keçirib. Koreya yarımadası ətrafında vəziyyət gərgin olaraq qalır. Amerika və KXDR arasında qarşılıqlı təhdidlər bir-birini əvəz edir. Rusiya Silahlı Qüvvələri döyüşə hazırlıq vəziyyətinə gətirilib.

Azərbaycan, Dağlıq Qarabağ

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

“Ermənistan vəhşiliyinin, xüsusilə azyaşlı uşağı və qadınları hədəfə almasının beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənməsinə baxmayaraq, Ermənistan bu çirkin əməllərindən nəticə çıxarmayaraq 7 avqustda 13 yaşlı Yusifov Raminin yaralanması ilə nəticələnən növbəti barbar əməli törədib”. Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qoşunların təmas xəttində baş verən son gərginliyi şərh edərkən deyib.

“Hazırda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı konkret heç nə yoxdur”. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.

Onun sözlərinə görə, yeganə məlum olan məsələ sentyabrda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşəcəyidir: “Görüşün əsas məqsədi danışıqların irəliləyişi üçün atmosferin yaradılmasıdır”.

Azərbaycan müdafiə naziri Zakir Həsənov ötən ay Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Suriyada hərbi əməliyyat təcrübəsinin regionda tətbiqi məsələsini müzakirə edib. Zakir Həsənov bunu “RİA Novosti” agentliyinə müsahibəsində də təsdiqlədi.

Rusiyalı ekspert Aleksandr Bordunov Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət, o cümlədən, Rusiyanın müttəfiqi olan Ermənistanın NATO-nun Gürcüstanda keçirilən təlimlərinə qatılmasının səbəblərini şərh edib. O, Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin olaraq qaldığına diqqət çəkib.

“Azərbaycan Dağlıq Qarabağda tammiqyaslı hərbi addımlara getmədən, istədiyinə nail olur”. Bu barədə “Vivendi Modus” mərkəzinin rəhbəri, politoloq Ara Papyan deyib. Onun sözlərinə görə, Azərbaycan lokal əməliyyatlarla müharibənin köhnəlməsinə imkan vermir.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə üçüncü qüvvələrin cəlb olunması Tehran üçün “daimi narahatlıq” mövzusudur. Bunu İran XİN-in nümayəndəsi Bəhram Qasımi deyib.

Ermənistan

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları və onun Ermənistana mümkün təsirləri İrəvanda ciddi şəkildə müzakirə olunur. Həm İrəvan rəhbərliyi, həm də erməni cəmiyyəti narahatlıq içindədir. Ekspertlər əmindirlər ki, Rusiyaya qarşı sanksiyalar Ermənistana son dərəcədə neqativ təsir edəcək.

“Fikir var idi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmasaydı, Rusiya Qarabağı Azərbaycan qaytaracaq və Bakıya hərtərəfli dəstək verəcək. Erməni cəmiyyəti uzun müddət bu versiyaya inandı, lakin Ermənistan ittifaqa üzv olandan sonra da, Rusiyanın Azərbaycana silah satması davam etdi”.

Bu barədə erməni siyasi şərhçi Sarkis Artsruni deyib.

Onun iddiasına görə, Putin Ermənistanı aldatdı və erməni hakimiyyəti özünü qorumaq üçün bu oyunda iştirak etdi. S.Artsruni Rusiyanın və Ermənistan hakimiyyətinin bütün erməniləri aldatdığını qeyd edib.

Rusiya prezidenti Vladimir Putin dünən tanınmamış “Abxaziya Respublikası”na səfər edib. Putinin bu səfəri Ermənistanda Rusiya prezidentinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edə biləcəyi ümidlərini yaradıb.

Rusiya-Qərb münasibətləri

ABŞ amerikalı diplomatların göndərilməsinə görə Rusiyaya cavab vermək niyyətindədir. “Assoşieyted Press” agentliyi xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib. Tillerson ABŞ-ın planları barədə artıq Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrova xəbərdarlıq edib.

Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab olaraq öz iqtisadiyyatının dollardan asılılığını azaldacaq. Bu haqda Rusiya KİV-inə müsahibəsində ölkənin xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O əlavə edib ki, buna zərurət var.

Rusiya baş nazirin müavini Dmitri Roqozinin sözlərinə görə, ABŞ tanınmamış “Dnestryanı Moldova Respublikası” ilə yeni münaqişə üçün Moldovada diversantlar və xüsusi təyinatlı dəstələrin hazırlığına başlayır. Hərbi hazırlıq Bulboak hərbi bazasının ərazisində keçiriləcək.

Rusiya Federasiyası azad dünyanın dostu olaraq qəbul edilmir və İŞİD-dən daha çox təhlükə təşkil edir. Bu sözləri amerikalı senator Con Makkeyn deyib.

“İŞİD kimi terror qruplaşmaları həmişə təhlükəlidir. Onlar hücum etməyə davam edəcəklər, ancaq onların dünyanı idarə etmək arzusunu reallaşdırmaq imkanları, texnikaları və ambisiyaları yoxdur. Rusiyanın isə var. Rusiya azad dünyanın dostu olaraq qəbul edilmir”, - Makkeyn bildirib.

İyulda Şərqi Avropada ABŞ və NATO-ya daxil olan digər ölkələrin ongünlük hərbi təlimləri keçirildi. Təlimlərin hədəfi Rusiya tərəfindən potensial təhlükələrə qarşı dayanmağı öyrənmək idi. ABŞ-ın “The New York Times” nəşrinə görə ABŞ ordusu Şərqi Avropada vuruşmağa hazırlaşır.

Rusiya son 20 ilin ən böyük emiqrasiya dalğası ilə qarşılaşacaq. Bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin materialında deyilir. Mərkəzin hesablamalarına görə, emiqrasiyadan maddi ziyan ildə 1,5 trilyon dollara qədər təşkil edə bilər.

Vaşinqton Rusiyadan Birləşmiş Ştatlar ərazisində fəaliyyət göstərən baş konsulluqlardan birini bağlamağı tələb edə bilər. Bu haqda diplomatik mənbələrə istinadən Rusiyanın “Kommersant” nəşri yazıb.

Bu həftənin əvvəlində ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib ki, ABŞ amerikalı diplomatların göndərilməsinə görə Rusiyaya cavab vermək niyyətindədir.

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasından Belarus və Ukrayna sərhədində Hava Hücumundan Müdafiə qoşunlarından istifadə edilməsinə icazə verməyi xahiş edib. Vladimir Putinin Dövlət Dumasına təqdim etdiyi qanun layihənin qəbulu Rusiya Silahlı Qüvvələrinə Belarus və Ukraynanın sərhədində hava hücumuna qarşı müdafiə qoşunlarından istifadə etməyə icazə verəcək.

Dünən isə hərbi ekspert, jurnalist Yuri Butusov Ukraynanın “Obozrevatel” nəşrinə bildirib ki, Rusiya qoşunları Ukrayna ilə sərhəddə yerdəyişmələr və konsentrasiya ilə Ukraynaya müdaxilə ssenarisini yerinə yetirirlər.

ABŞ taktik nüvə silahının tətbiqi ssenarilərini genişləndirəcək. Amerika hərbçiləri bunu ilk dəfə rəsmən təsdiq etdilər. Bəyanatı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini, general Pol Selva səsləndirdi.

Mitçellovsk Aerokosmik Tədqiqatlar İnstitutunun konfransında çıxış edən general bildirib ki, XXI əsrdə nüvə strategiyasının effektiv vasitələrdən biri kimi zəif nüvə döyüş sursatları olmalıdır.

Türkiyə, İran, Yaxın-Şərq

Türkiyə ABŞ-PYD ittifaqının işğalı altında olan Tel Abyad, Munbiç, Afrin və Tel Rıfat bölgələrində əməliyyata hazırlaşır. Türkiyə Silahlı Qüvvələri bu bölgələrdən terrorçuların sərhədi keçməsinə və sərhəd zonasındakı mülki əhalinin hədəfə alınmasına qarşı qabaqlayıcı tədbirlər hazırlayır.

Türkiyənin Suriyanın Afrin bölqəsində əməliyyata hazırlaşması ABŞ və onun kimayə etdiyi PYD-ni (PKK terror təşkilatının Suriya qolu) təlaşa salıb. İŞİD terror təşkilatını bəhanə edərək Suriyanın şimalını PKK-ya təslim edən ABŞ indi də “Əl-Qaidə”yə hücum adı ilə İdlibi işğal etməyə hazırlaşır.

Ankara ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yeni oyununu diqqətlə izləyir.

Avqustun 10-da Türkiyənin İncirlik hava bazasında ABŞ-a aid bir təyyarəni dron (pilotsuz təyyarə) ilə vurmağı planlaşdıran İŞİD terror təşkilatının üzvü tutulub. Rusiya vətəndaşı Renad Bakıyevdir. İŞİD terrorçusu həmçinin ələvilərin dərnəklərində terror aktları törətməyi planlaşdırıb.

Renat Bakıyev Adanada 5 Yanvar Meydanında yerləşən ələvi dərnəyinə yaxın bölgədə təhlükəsizlik gücləri tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Böyük Britaniyanın “Daily Exspress” qəzeti Türkiyə ilə bağlı şok iddia irəli sürüb. Qəzet Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın atom bombası əldə etmək üçün hərəkətə keçməyə hazırlaşdığını yazıb. Bununla yanaşı, atom bombasının hər an Türkiyə tərəfindən əldə edilə biləcəyi də iddia edilir.

ABŞ xüsusi təyinatlı dəstələri Livan ordusuna “dəstək” üçün ölkənin şimal-şərqinə yerləşdirilib. Bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon bildirib. Pentaqon sözçüsü xüsusi təyinatlıların sayı barədə isə məlumat verməyib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Dövlət Departamentindən 15 nəfərlik heyət Suriyanın Ayn İsa bölgəsində PYD (PKK terror təşkilatının Suriya qanadı - red.) terror təşkilatının nümayəndələri ilə gizli görüş keçirib. Görüşün əsas mövzusu Şimali Suriya federasiyasının yaradılması olub.

Amerika tərəfinin sözlərinə görə, Suriyanın şimalında “PKK-PYD dövləti”nin yaradılması ilə Türkiyənin bu bölgələrə hücum ehtimalı də aradan qalxacaq.

İyulun əvvəlində İsrail, ABŞ və Rusiya məxfi danışıqlar seriyasını keçirib. Bu haqda İsrail məmurları və Qərb diplomatlarına istinadən “Haaretz” nəşri bildirib.

Nəşrin yazdığına görə, danışıqlarda Suriyanın cənubunda atəşkəs rejimi, Suriya-İsrail və Suriya-İordaniya sərhədlərində təhlükəsiz zonaların yaradılması müzakirə edilib. Rusiya və ABŞ müzakirə olunan məsələlər üzrə razılaşsa da, İsrail tərəfi təhlükəsiz zonaların yaradılması üzrə razılaşmalara qarşı çıxıb.

“Yeni fəlakət və döyüşün baş verməməsi üçün İraq Kürd Regional Rəhbərliyində referendum keçiriləcək”. Bunu Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani Londonda çıxan "El Hayat” qəzetinə müsahibəsində deyib.

“Sentyabrda 25-də keçiriləcək referendumdan geri dönüş yoxdur”, - kürd lider bildirib.

İraq dövlətinin ötən yüz illik uğursuz təcrübəsini yenidən yaşamaq istəmədiklərini deyən Bərzani referendumdan sonrası Bağdadla dialoqa başlayacaqlarını vurğulayıb.

İsrail təhlükəsizlik gücləri Fələstin lideri Mahmud Abbasın Ramallahdan çıxışına icazə vermir. Bu haqda İsrailin “Jerusalem Post” qəzeti Fələstin təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb. İddiaya görə, Mahmud Abbasın Ramallahdan çıxışına icazə verilməməsinin səbəbi onun ötən həftələrdə Məscidi-Əqsa ətrafında yaranan gərginliyə mane olmaması ilə bağlıdır. Lakin İsrail Baş nazirlik ofisi fələstinli təhlükəsizlik mənbələrin iddiasını təkzib ediblər.

Qeyd edək ki, Ramallah Fələstinin faktiki paytaxtı hesab olunur. Fələstin milli administrasiyasının hakimiyyət orqanları, o cümlədən onun rəhbəri Mahmud Abbasın iqamətgahı, xarici diplomatik missiyalar Ramallahda yerləşir.

İsrail Sinay yarımadasında bəzi bölgələri almaq üçün Misirə müraciət edib. Bu haqda “The New Arab” internet saytı yazıb.

Qeyd edək ki, bu, Təl-Əvivin Sinay yarımadası ilə bağlı planları barədə ilk analoji xəbər deyil.

Səudiyyə Ərəbistanı hökuməti Suriya böhranında mövqelərinin dəyişməz qaldığını və ölkədə Bəşər Əsədin olmadığı bir gələcəyi dəstəklədiklərini bildirib. Bu barədə Səudiyyə Ərəbistanının SPA rəsmi xəbər agentliyi məlumat yayıb.

Məlumatda Ər-Riyad rəhbərliyinin Suriyada idarəçilik üçün müvəqqəti heyətin qurulması, yeni konstitusiyanın tərtib olunması və Əsədin yer almadığı gələcək üçün seçkilərə hazırlaşmağı nəzərdə tutan 1-ci Cenevrə Konvensiyası ilə BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına əsasən həllini dəstəklədiyi qeyd olunub.

İŞİD terror təşkilatı video yayımlayaraq İranı yeni bir hücumla hədələyib. Təşkilat tərəfindən yayımlanan videoda üzü maskalı İŞİD üzvü yanında dayanan iki nəfərlə birgə İranın paytaxtı Tehranda yeni hücumlar törədə biləcəklərini deyib.

Fars dilində danışan terrorçu İraq və Suriyada başı kəsilən insanları xatırladaraq bənzər hadisəni Tehranda da törədəcəklərini bildirib və iranlı gənclərə cihad çağırışı edib.

Qeyd edək ki, bundan öncə İran parlamentinə və Xomeyni məqbərəsinə silahlı hücum edilib. Olaylar zamanı 18 nəfər həyatını itirib, 52 nəfərdən çox insan yaralanıb. Məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Ukrayna

“Rusiya Ukraynaya təcavüzü dayandırmayacaq və Qərblə bağlı “hibrid müharibə” taktikasını tətbiq edəcək”. Bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin materialında deyilir.

“Stratfor”un ekspertlərin fikrincə, Moskva Qərb hökumətləri daxilində qeyri-sabitlik yaradaraq, Avropa dövlətləri arasında parçalanmanı gücləndirərək, transatlantik həmrəyliyi zəiflədərək və Qərb ölkələri ilə inteqrasiyaya mane olaraq öz rəqibini əldən salacağına ümid edir.

“Rusiya Ukrayna ilə sərhəddə qoşunların zərbə briqadalarını toplayır”. Bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəhbəri Viktor Mujenko “Liqa.net” saytına müsahibəsində deyib.

“Sərhəddə yaradılan üç yeni diviziyadan söhbət gedir. Bunlar 144-cü, 3-cü və 150-ci motoatıcı diviziyalardır. Onların formalaşması 2016-cı ildə başlanıb”, - Mujenko qeyd edib.

Onun sözlərinə görə, bu diviziyalar bilavasitə Ukrayna-Rusiya sərhədindədir.

Rusiya Odessaya hücum edə bilmək üçün qondarma Dnestryanı respublikasını özünə birləşdirmək niyyətindədir. Bu sözləri Ukrayna Ali Radasının deputatı İrina Friz deyib.

İrina Frizin sözlərinə görə, rəsmi Tiraspolun Rusiya bayrağını ikinci dövlət bayrağı elan etməsi belə bir fikri səsləndirməyə əsas verir.

“Rusiya qoşunları Ukrayna ilə sərhəddə yerdəyişmələr və konsentrasiya ilə Ukraynaya müdaxilə ssenarisini yerinə yetirirlər”. Bunu “Obozrevatel” nəşrinə hərbi ekspert, jurnalist Yuri Butusov deyib.

Hərbi ekspert hesab edir ki, Rusiyada yalnız Donbas deyil, həm də Xarkov vilayətinə müdaxilə ssenariləri var.

Koreya böhranı

“ABŞ tərəfindən nüvə təhlükəsi və düşmənçilik qaldığı müddətdə Koreya Xalq Demokratik Respublikası Koreya yarımadasının nüvəzisləşdirilməsi məsələsini müzakirə etməyəcək”. Bu haqda Koreya Mərkəzi Teleqraf Agentliyi (STAK) ölkə hökumətinin bəyanatına istinadən yazıb.

Bəyanatda bildirilir ki, ABŞ tərəfindən nüvə təhlükəsi qaldığı müddətdə Pxenyan dövlətin nüvə gücünün artırılması yolundan dönməyəcək.

Şimali Koreyadakı hərbi ssenaridən uzaq dayanmaq lazımdır. Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Şimali Koreya xarici işlər naziri ilə görüşü zamanı deyib. Lavrov nüvə silahlarının məhv edilməsi ilə yanaşı, bölgədəki digər problemlərin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirib.

Şimali Koreya 2014-cü ildən bu yana ilk dəfə patrul gəmilərin üzərində gəmivuran raketlər yerləşdirib. Məlumatı, Amerika kəşfiyyat mənbələrinə istinadən Fox News telekanalı yayıb.

Telekanalın məlumatına görə, KXDR-in şərq sahillərində, Txeydonq limanında 2 qanadlı raket - Stormpetrel yerləşdirilib.

Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnaməsi “qanqster hərəkəti” adlandırılıb. Bildirilir ki, Pxenyan yeni sanksiyaların qəbulu ilə əlaqədar “fiziki hərəkətlər”ə keçəcək.

Şimali Koreya ordusu ABŞ hərbi bazalarını hədəf alan və Hvasonq-12 ballistik raketlərin istifadə olunacağı hücumlara hazırlaşır. Şimali Koreya ballistik raket atacağı tək ölkənin ABŞ olduğunu və bu iddianın sözdə qalmayacağını açıqlayıb.

Birləşmiş Millətlərin Təhlükəsizlik Palatasının ölkəyə qarşı sanksiyalarını hər fürsətdə dilə gətirən Koreya Sakit okeandan 3400 uzaqlıqda yerləşən Quama hücum edəcək.

Şimali Koreya ordusunun sözçüsü Quamdakı ABŞ-ın Anderson hərbi bazalarını bombardman etmək planı üzərində işlədiklərini və prezident Kim Yonqun qərar verdiyi an hərəkətə keçəcəklərini açıqlayıb.

Koreya Xalq Demokratik Respublikasına (KXDR) “tarixdə görünməmiş atəş və qəzəb” sözü verən ABŞ prezidenti Donald Trampın bəyanatı mümkün hərbi münaqişə riskini artırır. Belə nəticəyə Koreya yarımadası ətrafındakı son vəziyyəti şərh edən Amerika KİV-i gəlib.

Amerika hərbçiləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbi obyektlərinə önləyici zərbə planını hazırlayıblar. Bu haqda NBC telekanalı bildirib.

Telekanalın məlumatına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) planın həyata keçirilməsi üçün prezident Donald Trampın əmrini gözləyir.

ABŞ-ın və Şimali Koreya arasında mümkün hərbi qarşıdurma ssenariləri hər iki ölkənin bir-birinə qarşı səsləndirdiyi kəskin bəyanatlarından sonra daha çox müzakirə edilir. 2016-cı ildə Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə bombasının iki sınağını keçirdi. Ötən ay isə qitələrarası raketlərin iki müvəffəqiyyətli sınağı baş tutdu. Son sınaqlar göstərdi ki, Şimali Koreya ərazisindən buraxılmış raket ABŞ-ın kontinental hissəsinə, məsələn Denver və ya Çikaqoya çata bilər.

Bəyanatlar icraata yönəldilərsə hansı ssenarilərlə qarşılaşa bilərik? ABŞ-ın “Bloomberg” nəşri KXDR ilə müharibənin necə görünəcəyinə dair məqalə dərc edib.

ABŞ Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı hərbi əməliyyata hazırdır. Bu haqda avqustun 11-də ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.

“Şimali Koreya özünü düşüncəsiz apararsa, hərbi vasitələr döyüşə tamamilə hazırdır. Ümid edirəm ki, Kim Çen In başqa yolu tapacaq”, - Tramp bildirib.

ABŞ Şimali Koreyanın nüvə silahı obyektlərini izləmək üçün Böyük Britaniyadan kəşfiyyat təyyarəsi göndərməsini xahiş edib. Bu barədə "Deyli Mirror" qəzeti informasiya yayıb.

Məlumata görə, ABŞ tərəfi Böyük Britaniyadan birmənalı olaraq potensial hədəflərin müəyyən edilməsi ilə bağlı kəşfiyyat əməliyyatlarında iştirak etməsini istəyib.

Rusiya Silahlı Qüvvələri döyüşə hazırlıq vəziyyətinə gətirilib. Buna səbəb kimi Vaşinqton ilə Pxenyan arasında gərginliyin artması göstərilib. Məsələ ilə bağlı Federasiya Şurasının üzvü Viktor Ozerov məlumat verib. Onun sözlərinə görə, buna Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsi qərar verib.

Gürcüstan

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili avqustun 8-də Polşanı tərk edib. Litvaya gedən Saakaşvili sonradan Macarıstana gedib. Qeyd edək ki, Polşa prokurorluğu Gürcüstanın Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciət etdiyini açıqlayıb. İyulun 26-da Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılıb.

“2008-ci ildə Cənubi Osetiyada müharibəni həmin vaxt ölkə prezidentinin postunu tutmuş Mixail Saakaşvili provokasiya edib”. Bu haqda Gürcüstan parlamentinin keçmiş sədri Nino Burdjanadze “Russia Today” (RT) telekanalına müsahibəsində deyib.

Avqustun 8-də Rusiya prezidenti Vladimir Putin Gürcüstandan birtərəfli qaydaya ayrılan separatçı Abxaziyaya işgüzar səfərə gəlib. Səfər 2008-ci ilin avqustun 8-də başlanan Gürcüstan-Rusiya müharibəsinin 9-cu ildönümünə uyğunlaşdırılıb.

Gürcüstan Xarici İşlər Nazirliyi Abxaziya ilə sərhəddə tikanlı məftillərin çəkilməsini pisləyən bəyanat yayıb. Bəyanatda Rusiyanın bu addımı yerli əhalinin fundamental hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

“Bu addım əhalinin sərbəst hərəkət etmək, təhsil və sağlamlıq hüquqlarını məhdudlaşdırır. Bu da öz növbəsində Abxaziya regionunda humanitar vəziyyətin ağırlaşdırılmasına gətirib çıxaracaq”, - deyə bəyanatda vurğulanıb.

XİN Rusiyanı Gürcüstana qarşı aqressiv addımlara son qoymağa, beynəlxalq hüquq normalarına, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>