Ölüm və yaşam arasında SEÇİM, Rusiya üçün ƏTÇƏKƏN… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ölüm və yaşam arasında SEÇİM, Rusiya üçün ƏTÇƏKƏN… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyədə PKK-nın növbəti genişmiqyaslı terror aktının qarşısı alınıb. Rusiya paytaxtında qanlı terror aktları törətməyə hazırlaşan qrup zərərsizləşdirilib. Koreya böhranı gərgin olaraq qalmaqdadır.Vaşinqton Pxenyanı növbəti dəfə “hərbi variantla” hədələyib. ABŞ xüsusi xidmət orqanları Rusiya prezidenti Vladimir Putin və onun ətrafı haqqında fəal şəkildə dəlil toplamağa başlayıb. “Qərb-2017” hərbi təlimlərdə iştirak edəcək birinci Rusiya əsgərləri artıq Belorusa gəliblər. Qərbi Afrikada yerləşən Burkino Faso dövlətinin paytaxtındakı türklərə aid restorana basqın edilib.

Ermənistanda sağlamlığında ciddi problemlər olan gəncləri orduya çağırırlar. Bu barədə Helsinki Vətəndaş Məclisinin Vanadzor ofisi məlumat yayıb. Məlumata görə, son zamanlar belə halların artması müşahidə olunur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Adana polisi avqustun 15-də polis forması geyərək terror aktlarına hazırlaşan 12 terrorçunu axtarır. Polis terrorçuların qanlı hücuma hazırlaşdığı villada əməliyyat keçirib.

Əməliyyatın gedişatında 12 “Kalaşnikov” avtomat silahı, 1000 ədəd patron, 24 əl qumbarası, 12 polis forması, partlayıcı qurğuların hazırlanması üçün 1,5 ton ammonium-nitrat və 300 kiloqram mismar ələ keçirilib.

Polis villada tapmadığı terrorçuları tutmaq üçün genişmiqyaslı əməliyyata başlayıb. Adana Polis Təşkilatı 12 terrorçu barədə Türkiyənin 81 vilayətinin təhlükəsizlik güclərinə xəbərdarlıq edib.

Məlumata görə, terror aktları PKK terror təşkilatının 1984-cü il avqustun 15-də ilk qanlı hücumunun 33-ci ildönümünə uyğunlaşdırılmışdı. Həmin il avqustun 15-də PKK-çılar Türkiyənin Eruh və Şəmdinli rayonlarında ilk silahlı terror hücumlarını həyata keçiriblər.

ABŞ Türkiyəni içəridən vurmağa hazırlaşır. Bu sözləri “Yeni Şəfəq” qəzetinin köşə yazarı Yusif Qaplan yazıb. O, “Diqqət! ABŞ Türkiyəyə quyu qazır” başlıqlı yazısında ABŞ-ın YPG terror təşkilatına silah yardımı etməsini xatırladaraq, Türkiyəni içəridən çökdürməyə çalışdıqlarını bildirib.

“Amerika rəhbərliyi gözümüzün içinə baxa-baxa YPG-yə xeyli silah, tank göndərir. Körfəzdən Aralıq dənizinə qədər bir dəhliz yaratmağa və PKK dövləti qurmağa çalışırlar. Əgər belə bir şey olsa, Türkiyə parçalanacaq və vətəndaş müharibəsinin beşiyinə çevriləcək”, - yazıda qeyd edilib.

“Vaşinqton Pxenyanla danışıqlar aparmağa hazırdır və rejimin dəyişməsində maraqlı deyil”. Bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson və Müdafiə Nazirliyinin başçısı Ceyms Mettisin “Wall Street Journal” qəzetində dərc edilmiş birgə məqaləsində deyilir.

Eyni zamanda bildirilir ki, Şimali Koreya probleminin həllinin diplomatik vasitələri “hərbi variantlarla” möhkəmləndirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Şimali Koreya ilə nüvə müharibəsinin astanasında olduğumuza dair bir məlumat yoxdur”. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) başçısı Maykl Pompeo deyib.

Eyni zamanda, kəşfiyyat şefi xəbərdarlıq edib ki, Pxenyan nüvə gücü olmağa çalışır:

“Şimali Koreya nüvə silahı əldə etməyə çalışır. Təxminən 20 ildir ki, çalışırlar və buna yaxınlaşıblar".

Şimali Koreyanın hədəflərini vura biləcək nüvə başlıqlı raket bir-iki ilə hazır olacaq. Bu sözləri yerli televiziyalardan birinə danışan Cənubi Koreya Müdafiə naziri Suh Çoo-Sok deyib.

Cənubi Koreya müdafiə naziri Şimali Koreyanın raket sınaqlarına davam etməsini gözlədiklərini, lakin real müharibə təhdidini görmədiklərini bildirib.

Şimali Koreya qitələrarası raketlərin müvəffəqiyyətli sınaqlarını Ukraynada istehsal edilmiş güclü raket mühərriklərinin qara bazar vasitəsilə alınması nəticəsində keçirə bilib. Bu haqda Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun eksperti Maykl Yellemanın analizinə istinadən “New York Times” nəşri yazıb.

Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Tramp Pxenyana lazımı dəstək göstərə biləcək Çinə xüsusi diqqət yetirirdi və heç vaxt Ukrayna ilə Rusiyanı ittiham etmirdi. ABŞ-ın dövlət katibi Reks Tillerson Pxenyana Moskva və Pekinin iqtisadi dəstəyi haqqında danışsa da, Kiyevin adını çəkməmişdi.

Analitiklər Şimali Koreya lideri Kim Çen Inın raket mühərriklərinə baxış keçirdiyini göstərən fotonu analiz ediblər. Onlar belə nəticəyə gəliblər ki, bu mühərriklər nə vaxtsa SSRİ-nin raket donanmasında istifadə olunan raketlərə oxşardır.

Belə mühərriklərin istehsalı keçmiş SSRİ ərazisində yalnız bir neçə zavodda həyata keçirilirdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Prezidenti Donlad Tramp tərəfindən səlahiyyətinə xitam verilən Ağ Evin keçmiş rabitə direktoru Entoni Skaramucci prezident haqqında ortaya ağlasığmaz iddialar atıb. O, Ağ Evdəki bəzi qüvvələrin Trampı devirməyə çalışdığını açıqlayıb.

Skaramucci prezidentin ətrafında çox az “sadiq” adam olduğunu da vurğulayıb.

Ağ Evin Rabitə Direktorluğu vəzifəsinə gətirildikdən 10 gün sonra vəzifəsindən göndərilən Skaramucci Vaşinqtonda, özəlliklə, Ağ Evdə prezidentlə eyni hədəfi daşımayan, fərqli siyasi istiqamətləri olan çox sayda işçinin olduğunu bildirib.

ABŞ xüsusi xidmət orqanları Rusiya prezidenti Vladimir Putin və onun ətrafı haqqında fəal şəkildə dəlil toplamağa başlayıb. Bunu Rusiya prezidentinin 2018-ci ildə növbəti dəfə prezident seçilmə imkanını şərh edən hərbi ekspert Aleksey Arestoviç “Apostrof” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, toplanan dəlillər Rusiyada prezident seçkilərindən bir neçə gün əvvəl (Rusiyada növbəti prezident seçkiləri 2018-ci martında keçirilməlidir – red.) elan ediləcək.

ABŞ-ın milli təhlükəsizlik xidmətlərinin əməkdaşları sabiq prezident Barak Obama administrasiyasına Rusiyanın planları barədə xəbərdarlıq edirdilər. Bu haqda bir sıra indiki və keçmiş məmurlara istinadən “Politico” qəzeti yazıb.

Məmurlar bildirib ki, 2014-2016-cı illərdə edilən xəbərdarlıqlara görə Kreml kəşfiyyat əməliyyatlarını aktivləşdirir və saxta şəbəkələr yaradır. Obamaya bildirilib ki, Moskva bunlardan ABŞ-ın siyasi sistemini dağıtmaq üçün istifadə etmək niyyətindədir. Amma Barak Obama administrasiyası Rusiyada bunun üçün imkanların olduğuna inanmayıb.

“Qərb-2017” hərbi təlimlərdə iştirak edəcək birinci Rusiya əsgərləri artıq Belorusa gəliblər. Amma Qərbin həyacan siqnalı çoxdan çalınıb. Planlaşdırılmış birgə Rusiya-Belarus təlimləri regionda güclü qorxu yaradıb. Ukrayna, Polşa, həmçinin Baltikyanı ölkələr özlərini təhdid altında hiss edir. Amma Moskvanın məntiqinə görə bu təlimlər lazımdır, çünki Moskva NATO təhlükəsini yenidən görür.

Yaxın vaxtlarda Ukrayna prezidenti Pyotr Poroşenko belaruslu həmkarı Aleksandr Lukaşenk ilə görüşdü. Lukaşenko Kiyevi əmin etdi ki, genişmiqyaslı təlimlər zamanı Belarus ərazisindən heç bir tank Ukrayna sərhədini keçməyəcək. Amma Kiyev ehtiyat edir ki, Rusiya istənilən Avropa ölkəsinə qarşı təcavüz üçün bu təlimlərdən istifadə edə bilər. Hər halda, Ukraynanın müdafiə naziri Stepan Poltorak belə düşünür.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Hərbi ekspert Yuri Butusov isə “Senzor.net” saytında müdaxilə üçün hazırda hərbi-siyasi ilkin şərtlərin yaranmadığını yazıb. O Rusiyanın hərbi müdaxiləsinə imkan verməyən 4 əsas faktoru göstərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror qruplaşmasının üzvlərini saxlayıb. Terrorçular paytaxt Moskvada nəqliyyatın obyektləri və böyük ticarət mərkəzlərində terror aktlarını planlaşdırırdılar.

Tutulanlardan biri İŞİD-in emissarı, partlayıcı qurğuların istehsalı üzrə mütəxəssis və terror aktlarının hazırlığı üzrə kuratordur. Digər iki terrorçunun isə kamikadze olduğu bildirilir.

Qeyd edilir ki, terror qrupu Rusiya və Mərkəzi Asiya dövlətlərinin vətəndaşlarıdır.

Suriya prezidenti Bəşər Əsədi mühakimə etmək üçün kifayət qədər sübutumuz var. Bu sözləri BMT-nin Suriyada insan hüquqlarının pozulmasının təhqiqatı üzrə müstəqil beynəlxalq komissiyasının üzvü Karla del Ponte deyib.

Əsədin mühakimə olunması üçün hazırlıqların başladıldığını deyən Ponte, məhkəmə prosesinin gecikdirilməsinə etirazını bildirib.

Qeyd edək ki, ötən həftə Karla del Ponte komissiyanın işinin nəticəsiz olmasına görə istefa edəcəyi ilə bağlı açıqlama vermişdi.

Qərbi Afrikada yerləşən Burkino Faso dövlətinin paytaxtındakı türklərə aid restorana basqın edilib. Hadisə nəticəsində 17 nəfər həlak olub, 8 nəfər xəsarət alıb. Ölənlərdən birinin Türkiyə vətəndaşı olduğu bildirilib.

Basqınla bağlı açıqlama verən rabitə naziri Remi Dandjinou hücum edənlərin cihadçı olduğunu bildirib. O, cinayətkarların polis tərəfindən öldürülərək zərərsizləşdirildiyini deyib. Hücumun Əl-qaidə terror təşkilatı tərəfindən təşkil edildiyi ehtimal edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm