CİA-nın QAFQAZ PLANI, Qarabağda “yorucu” MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

CİA-nın QAFQAZ PLANI, Qarabağda “yorucu” MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

ATƏT-in Minsk qrupunun həmsədrləri Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkili üzərində işləyirlər. Türkiyə Almaniyaya nota verib. Ankara İraqda vətəndaş müharibəsinin başlana biləcəyini bəyan edib. Suriyanın neftlə zəngin olan Deyr-ez-Zor bölgəsi uğrunda 4 ölkənin amansız mübarizəsi başlayır. Ukraynada yeni kiberhücum barədə xəbərdarlıq edilib. Koreya Xalq Demokratik Respublikasına (KXDR) çatdırılan raket kompleksləri ətrafında yaranan qalmaqal böyüməkdədir.

“Həmsədrlər hər il etdikləri kimi, hazırda BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda xarici işlər nazirlərinin görüşünün təşkili üzərində işləyirlər”. Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. "Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri tezliklə birbaşa danışıqları bərpa edəcəklər" , - deyə o, bildirib.

R. Hoqland prezidentlərin BMT Baş Assambleyası çərçivəsində görüşünün planlaşdırılması barədə məlumatı olmadığını söyləyib.

“Qarabağın başının üzərini qara buludlar alıb və ermənilərin bölgədən çıxarılması perspektivi qaçılmaz görünür”. Bu barədə erməni siyasi şərhçi Sarkis Artsruni yazıb.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanı zəiflədən “yorucu müharibə”ni davam etdirir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın ermənipərəst “Reqnum” agentliyinin baş redaktoru, siyasi analitik Modest Kolerov İrəvanın NATO ilə yaxınlaşmasının böyük səhv olduğundan, Şimal Alyansının Ermənistanın xeyrinə olmayan məxfi Qarabağ planının mövcudluğundan danışıb. Ermənistan mediasına açıqlama verən M.Kolerov İrəvanın Gürcüstanda keçirilən NATO təlimlərinə qatılmasının sirrini açıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddə əsas şübhəlilərdən biri hesab edilən Adil Öksüzlə əlaqədar Almaniyaya nota verib. Almaniya Xarici İşlər Nazirliyinə verilən notada Adil Öksüzün Almaniyada olması barədə xəbərlərin araşdırılması və ölkədə olduğu müəyyən ediləcəyi halda tutularaq Türkiyəyə ekstradisiya edilməsi istənilib.

Kürd muxtariyyətinin müstəqilliyi ilə bağlı keçirilməsi nəzərdə tutulan referendum böyük problemlərə yol aça bilər. Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Hazırda İraqda xeyli problem var. Ölkənin bu vəziyyətində müstəqilliklə bağlı referendum keçirilsə, bu, vətəndaş müharibəsinə səbəb ola bilər”, - Çavuşoğlu bildirib.

Böyük Britaniya və ABŞ Rusiyanın dağıdılmasını nəzərdə tutan gizli strateji plana malik idi. Bu haqda Böyük Britaniyanın MI6 (Military Intelligence, Section 6) kəşfiyyat xidmətinin sabiq başçısı Con Skarlett “The Guardian” nəşrinə müasahibəsində danışıb.

Ancaq plan müvəffəqiyyətsizliyə uğrayıb.

“Rusiyanın dağıdıllması üzrə ABŞ və Böyük Britaniyanın strateji planı axırıncı bir neçə il ərzində uğursuzluqla bitdi”, - Skarlett deyib.

Onun sözlərinə görə, xarici dövlətlər üç ardıcıl addımı atmağa hazırlaşırdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya ABŞ-la müzakirələrə başlamaq üçün denuklearizasiya prosesində niyyətinin ciddi olduğunu göstərməlidir. Bu sözləri ABŞ Dövlət Departamentinin rəsmisi Hizer Noyert deyib.

“ABŞ onların denuklearizasiya prosesində ciddi addımlar atdığını gördükdən sonra Kim Çen İnlə dialoqlara getməyə hazır olacaq. Biz hələ ki, bunu görməmişik”, - Noyert bildirib.

Qeyd edək ki, ABŞ və Şimali Koreya arasında olan gərginlik Şimali Koreyanın ABŞ-ın Quam adalarına hücuma hazırlaşması ilə bağlı yayılan xəbərlərlə ən yüksək həddə çatıb.

ABŞ Cənubi Koreyada Şimali Koreya təhdidinə qarşı “Patriot” təkmilləşdirilmiş raket əleyhinə kompleksləri yerləşdirib. Cənubi Koreyanın KBS telekanalının məlumatına görə, ABŞ-ın Hava Hücumundan Müdafiə qoşunlarının Cənubi Koreyada olan 35-ci briqadası “Patriot” yeni raket komplekslərini alıb. Səkkiz ay ərzində təkmilləşdirilən yeni komplekslər artıq sınaqdan keçirilib.

Koreya Xalq Demokratik Respublikasına (KXDR) çatdırılan raket kompleksləri ətrafında yaranan qalmaqal böyüməkdədir. Kiyev Ukrayna raket mühərriklərinin KXDR-ə ötürülməsində Rusiyanı ittiham edib.

Ukrayna Dövlət Kosmik Agentliyinin sədrinin vəzifələrini icra edən Yuri Radçenko brifinqin gedişatında bildirib ki, Rusiya mütəxəssisləri “Siklon-2” və “Siklon-3” raketlərini sökərək onların içində olan Ukrayna istehsalı raket mühərriklərini Şimali Koreyaya çatdıra bilərdi.

“Operativ informasiyaya görə, Rusiya hazırda “Siklon-2” və “Siklon-3” raketlərinə malikdir. Onlarda RD-250 mühərrikləri var. Rusiya və Şimali Koreya arasındakı əməkdaşlıq münasibətlərini nəzərə alaraq istisna edilmir ki, rusiyalılar bu raketləri Pxenyana çatdıra bilər”, - Radçenko bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyanın neftlə zəngin olan Deyr-ez-Zor bölgəsi uğrunda 4 ölkənin amansız mübarizəsi başlayır. ABŞ-PKK ittifaqı ilə eyni vaxtda İran, Rusiya və Suriya İŞİD-in nəzarətində olan bölgədə hərbi güc toplayır.

Ölkənin neft və təbii qaz ehtiyatlarının 95 faizi Haseke, Rakka və Deyr-ez-Zor bölgələrində yerləşir. Deyr-ez-Zor isə Suriyanın ən böyük təbii qaz və neft ehtiyatlarına sahibdir.

Suriyanın Haseke vilayətinin Qamışlı mahalında ABŞ və Səudiyyə Ərəbistanı kəşfiyyatının lideriliyi ilə iyunun 10-da keçirdiyi toplantı da bölgənin nə qədər əhəmiyyət daşıdığını göstərir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Terrorçuların ələ keçirilmiş anbarlarından tapılan zəhərli maddələri onlara ABŞ və Böyük Britaniya çatdırıb. Bu barədə Suriya Xarici İşlər nazirinin müavini Feysal Miqdad informasiya verib.

“Aşkar edilən kimyəvi silahlar ABŞ-da fəaliyyət göstərən “Federal Laboratories” tərəfindən istehsal edilib. Zəhərli silahlar isə Böyük Britaniyanın "Cherming Defence UK" və ABŞ-ın "NonLethal Technologies" şirkətləri tərəfindən hazırlanıb”, - Miqdad bildirib.

Feysal Miqdad ABŞ və Böyük Britaniyanı kimyəvi silah istifadəsini qadağan edən konvensiyanın müddəalarını pozmaqda günahlandırıb.

Ukrayna Mərkəzi Bankı ölkə bankları və digər maliyyə strukturlarına yeni kiberhücum barədə xəbərdarlıq edib. Yeni kütləvi kiberhücum Müstəqillik Günündə (24 avqust) başlana bilər.

Xatırladaq ki, bu il iyunun 27-də Ukraynanın kompüter sistemlərində yayılan naməlum virus onlarla dövlət qurumu və özəl şirkətin fəaliyyətini iflic edib. İrimiqyaslı haker hücumu nəticəsində Ukrayna banklarının, enerji şirkətlərinin, dövlət və media qurumlarının internet resursları və lokal şəbəkələrin işi bloklanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm