Yeni inqilabın QƏRARGAHI, Rusiya üçün mini nüvə BOMBALARI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Yeni inqilabın QƏRARGAHI, Rusiya üçün mini nüvə BOMBALARI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Prezidenti İlham Əliyev Lapşin Aleksandr Valeryeviçin əfv olunması barədə sərəncam imzalayıb. Ermənistanda Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı təkliflər gündəmə gəlib. Bu gün tarixin ən böyük terror aktının növbəti ildönümüdür. ABŞ prezidenti Donald Tramp administrasiyası nüvə silahının yeni tipinin hazırlanması ilə bağlı fikrini dəyişdirir. Saakaşvili Lvovu yeni inqilabın qərargahına çevirir.

Azərbaycan Prezidenti İlham Əliyev Lapşin Aleksandr Valeryeviçin əfv olunması barədə sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Aleksandr Lapşinin İsrailə ekstradisiya ediləcəyini bildirib. O, Lapşinin dünən cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atdığını deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Aleksandr Lapşinin intihara cəhd etməsi ilə bağlı bəzi təfərrüat məlum olub. A.Lapşin saxlanıldığı kamerada özünü asmağa cəhd edib.

Penitensiar Xidmətin əməkdaşlarının sayıqlığı nəticəsində onun intihar etməsinin qarşısı alınıb. O, dərhal Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb. Məlumata görə, hazırda A.Lapşinin səhhəti normaldır.

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən buraxılıb. Bu gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə Mehman Əliyevin barəsində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edlib. O, məhkəmə zalından azadlığa buraxılıb.

M.Əliyev prosesdən çıxandan sonra jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdiyini, müraciətində agentliyin fəaliyyətini xatırlatdığını, barəsində qaldırılmış cinayət işi ilə bağlı istintaqdan yayınmadığını, barəsində seçilmiş həbs qərarının dəyişdirilməsini xahiş etdiyini bildirib.

O, saxlandığı zamanı ona normal münasibət göstərildiyini də qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı təkliflər gündəmə gəlib. Ermənistan parlamentində təmsil olunan “Çıxış” (Yelk) bloku Rusiyanın yaratdığı ittifaqdan çıxmaqla bağlı qanun layihəsi hazırlayıb.

Layihəni parlamentin digər fraksiyaları dəstəkləmir, lakin bu təşəbbüs erməni ictimaiyyətində alqışla qarşılanıb.

Blok layihəni Ermənistan parlamentinin bu gün – 11 sentyabrda başlanan payız sessiyasının ilk iclasında təqdim edəcək. Hesab olunur ki, hətta layihə qəbul olunmasa belə, bunun gündəmə gəlməsi böyük addımdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bir sıra erməni mütəxəssisləri nüvə silahının texnologiyası haqqında bilgilərə sahibdirlər. Bunu parlamentdə çıxışı zamanı Elm Komitəsinin sədri Samvel Arutyunyan söyləyib. Onun sözlərinə görə, belə erməni alimləri həm Ermənistanda, həm də ondan kənarda var:

“Onlar vəzifələrini bilirlər və istənilən vaxt işə başlaya bilərlər. Lakin təəssüf ki, Ermənistanda bunun üçün texniki vasitələr yoxdur”.

Qeyd edək ki, bundan öncə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da ölkəsinin nüvə silahına malik olduğunu demişdi. O, bu silahın Ermənistana 70-ci illərdə gətirildiyini bildirmişdi.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova “Əl- Qaidə” terror təşkilatının adı ilə sui-qəsd təşkil edən FETÖ üzvü Mövlud Mərd Altındaş cinayətində yeni dəllilər ortaya çıxıb.

Cinayətkarın Vatsap hesabında “Əl- Qaidə” terror təşkilatının əleyhinə olan mesajları aşkar edilib. Mesajlarda sui-qəsdçinin terror təşkilatının Suriya və İraqda elan etdiyi cihadı tənqid etməsi faktı ortaya çıxıb.

Bununla da, cinayətkarın sui-qəsdi “Əl-Qaidə” terror təşkilatı adından həyata keçirməsi iddiası yalanlanıb.

Bununla yanaşı, M.M. Altındaşın cinayətdən 1 ay öncə sevgilisinə yazdığı “şəhid olmaq istəyirəm” mesajı, bu mesajdan bir müddət sonra bir rus qadınla pul qarşılığında cinsi əlaqədə olması faktı da aşkar edilib.

16 il əvvəl - 2001-ci il sentyabrın 11-də tarixin ən böyük terror aktı baş verdi. Təxminən 3 min insanın həyatına son qoyan terror aktı ilə bağlı rəsmi komissiyanın araşdırması 2002-ci ildən 2004-cü ilə qədər davam etdi. Komissiyanın hazırladığı hesabatın 28 səhifəsi indiyə qədər məxfiləşdirilib. Bu isə bir çox şübhələrin yaranmasına gətirib çıxarır.

Rəsmi versiya bundan ibarətdir ki, Nyu-Yorkdakı əkiz qüllələr və Pentaqonun binasına hücumu Üsamə Bin Ladenin lideri olduğu “Əl-Qaidə” terror təşkilatı tərəfindən həyata keçirilib. Amma bu versiyaya inanmayanlar da var.

Terror aktının 5 konsprioloji versiyasını təqdim edirik.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp administrasiyası nüvə silahının yeni tipinin hazırlanması ilə bağlı fikrini dəyişdirir. Bu haqda mənbələrə istinadən “Politico” nəşri yazır.

Xəbərə görə, ABŞ daha kiçik ölçüləri və zərərin daha aşağı dərəcəsi ilə fərqlənən “mini-bombalar”ın yaradılması üzərində düşünür. Belə silah Amerika hərbçilərinə daha çox strateji imkan verəcək. Ənənəvi nüvə silahından istifadə çoxsaylı beynəlxalq konvensiyalarla qadağandır və bu silahın daha zəif nümunələrin tətbiqinə icazəni almaq daha realdır.

Nəşr qeyd edir ki, yeni silahlanma potensial düşmənlər, ilk növbədə Rusiya və Şimali Koreyaya qarşıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bazar günü, 10 sentyabrda, Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvili tərəfdarlarının əhatəsində Ukrayna sərhədini keçdi. Prezident Pyotr Poroşenko xüsusi fərmanla Gürcüstanın qalmaqallı keçmiş prezidenti Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Sensasiyalı qərarın formal səbəbi kimi Saakaşvilinin vətəndaşlığının rəsmiləşdirilməsi zamanı verdiyi "səhv" məlumatlar göstərilir. Saakaşvili isə qərarın absurd olduğunu və Ukraynaya mütləq qayıdacağını bildirmişdi. Və bunu etdi... Amma necə?

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukraynaya qayıtması ölkənin siyasi gündəmini zəbt edib. Bəzi ekspertlərin fikrincə, ABŞ prezidenti Petro Poroşenkonu yola salmağa hazırlaşır. Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Valentin Nalivayçenkonun bu yaxınlarda verdiyi açıqlama da bunu deməyə əsas verir.

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, Təhlükəsizlik Xidmətinin sabiq sədri “NewsOne” telekanalında açıqlamasında Kiyevdəki hazırkı hakimiyyət üçün başağrısı olacaq bəzi məqamları açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynanın Lvov şəhərini siyasi mübarizənin mərkəzinə çevirir. “Yeni güclərin hərəkatı” partiyasının lideri “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko və başqa Ukrayna siyasətçiləri ilə birlikdə “Leopolis” mehmanxanasında müşavirə keçirir.

Bu haqda Ali Radanın “Qarşılıqlı yardım” fraksiyasından xalq deputatı Yeqor Sobolev bildirib.

“İndi biz müşavirə keçirəcəyik. Müşavirədə sonrakı addımlarımızı müzakirə edəcəyik. Sakkaşvili şəxsən nə etməyi planlaşdırdığını danışacaq”, - Sobolev Lvovda jurnalistlərə deyib.

Müşavirədə həmçinin “Batkivşina” fraksiyasından Sergey Vlasenko, “Batkivşina”nın Lvov təşkilatının nümayəndələri, həmçinin Yeqor Sobolevin özü iştirak edir. Müşavirənin başqa iştirakçılarının kimliyi hələ məlum deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm