Torpaqların qaytarılacağı VAXT, 36-cı paralel VƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Torpaqların qaytarılacağı VAXT, 36-cı paralel VƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

BMT Baş Assambleyasının sentyabrın 19-da Nyu-Yorkda başlanacaq sessiyası Ermənistanı narahat edir. Ermənistanda əhalinin Azərbaycanla müharibədən çəkinməsinin daha bir səbəbi ortaya çıxıb. Türkmənistanın xüsusi xidmət orqanları Türkmənbaşı şəhərinin limanında terror aktının qarşısını alıb. Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirəcəyi müstəqillik referendumu bölgədə qarşıdurmanı gücləndirəcək. BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı yeni sanksiyaların tətbiqinə dair qətnaməni qəbul edib.

BMT Baş Assambleyasının sentyabrın 19-da Nyu-Yorkda başlanacaq sessiyası Ermənistanı narahat edir. Söhbət sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qarabağla bağlı görüşündən gedir.

Azərbaycan tərəfi görüşdə ərazilərin qaytarılması məsələsini konkret olaraq irəli sürəcək. Ermənistanda sentyabrın 20-də keçiriləcəyi deyilən görüşə ciddi hazırlıq aparılır.

“Aykakan jamanak” qəzeti diplomatik mənbələrə istinadən yazır ki, İrəvanda Qarabağla bağlı qapalı müzakirələr aparılır. Hətta Serj Sarkisyan Xankəndinə gələrək, müzakirələri işğal olunmuş Azərbaycan torpaqlarında da davam etdirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda əhalinin Azərbaycanla müharibədən çəkinməsinin daha bir səbəbi ortaya çıxıb. Ermənistanın qloballaşma və regional əməkdaşlıq üzrə analitik mərkəzi əhali arasında sorğu keçirib.

Mərkəzin rəhbəri Stepan Qriqoryan sorğunun nəticələrini elan edib. Sorğunun nəticələrinə görə, erməni əhalisinin 63,4 faizi hesab edir ki, Azərbaycanla irihəcimli müharibə başlayacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı dəstəkləməyəcək. Əhalinin yalnız 31 faizi KTMT-yə inanır.

Bununla yanaşı, əhalinin 50,67 faizi Avrasiya İqtisadi İttifaqına üzvlüyün Ermənistana neqativ təsir etdiyini düşünür.

Türkmənistanın xüsusi xidmət orqanları Türkmənbaşı şəhərinin limanında terror aktının qarşısını alıb. “Türkmənistan xronikası” saytına istinadən xəbər verir ki, hadisə avqustun 28-də baş verib.

Məlumata görə, Türkmənistan vətəndaşı olan iki qardaş (ad və soyad açıqlanmır) Türkmənbaşından Bakıya gələn “Bəxtiyar” adlı yük-sərnişin bərəsinə partlayıcı maddələr yerləşdirmək istəyib.

Qardaşlar partlayıcı maddələri hissələr şəkilində bərəyə yerləşdirməyi planlaşdırıb. Plana görə, partlayış Türkmənistan sularında baş verməliymiş.

Bərədə 170 sərnişin, türk şirkətlərinin yük maşınları daxil olmaqla onlarla avtomobil olub. Ehtimal olunur ki, xüsusi xidmət orqanları terror aktına hazırlıqla bağlı əvvəldən məlumatlı imiş.

Ankara Rusiyadan alınan S-400 zenit-raket kompleksləri üçün birinci ödəməni edib. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Rusiya və Türkiyə arasında S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması haqqında müqavilə ötən ay imzalanıb. Xatırladaq ki, 2015-ci ildə Türkiyə Silahlı Qüvvələrinə raket əleyhinə müdafiə sisteminin alınması ilə bağlı tender keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bir azdan bizim Müqəddəs Rusiya adlanan vətənimiz ciddi müharibə ilə üz-üzə qalacaq. Bunu Minskdəki monastırlardan birində çıxışı zamanı Rusiya Baş Kəşfiyyat İdarəsinin ehtiyatda olan polkovnik-leytenantı Anton Manşin söyləyib.

“Bizim kişilərə bu informasiya çox gərəkli olacaq. Mən əminəm ki, onlar bu savaşda iştirak edəcəklər. Dünya terrorizmi mövcud deyil. KİV-lərin yaydığı bu mifə inanmayın. Terrorizmi amerikalılar və britaniyalılar uydurublar ki, Üçüncü Dünya müharibəsini başladıb, Rusiyanı məhv etsinlər”, – deyə o bildirib.

Qeyd edək ki, Manşin iki çeçen müharibəsində və Donbas savaşında iştirak edib.

Rusiyada yerli şuralara keçirilən seçkilər biabırçılıqdır. Bunu Rossiya-1 televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Hakim Vahid Rusiya Partiyasının nümayəndəsini hədələyən Jirinovski Rusiyada Maydan təşkil edəcəyini bildirib:

“Sizin seçkilər biabırçılıqdır. Bizə nə qədər çox təzyiq etsələr, o qədər güclü birləşəcəyik. Biz sizə elə Maydan təşkil edəcəyik ki, Kiyevdə olanları giləmeyvə kimi görəcəksiniz. Bizimlə ordu və FSB də olacaq. Onlar da sizin təzyiqlərinizdən yorulublar”.

Qeyd edək ki, bir neçə gün öncə Rusiyada 16 bölgədə qubernator və regional parlament seçkisi keçirilib. Seçkidə əsas üstünlüyü Vahid Rusiya Partiyası qazanıb.

İŞİD terror təşkilatı Suriya-İraq sərhədində yerləşən Deyr-ez-Zor vilayətində ABŞ-ın dəstəklədiyi PYD-yə heç bir müqavimət göstərmədən iki gündə təxminən 45 kilometr geri çəkilib. PYD “Cəzirə Fırtınası” əməliyyatı ilə Deyr-ez-Zor şəhərinin 6 kilometrliyinə qədər yaxınlaşıb.

Yerli mənbələrin məlumatına görə, İŞİD sürətlə vilayətin cənubi-qərbinə çəkilir. Bu, İŞİD və PYD arasında razılaşma ehtimalını artırır.

PYD-nin Deyr-ez-Zora yaxınlaşması ilə Suriya ordusu və PYD arasındakı məsafə 6 kilometrə qədər azalıb. ABŞ Suriya güclərinin şəhəri ələ keçirməsini istəmir. Ekspertlərin fikrincə, bu vəziyyət PYD-nin Suriya ordusu ilə qarşıdurmanın qaçılmaz edir.

Suriya ordusunun bölmələri Deyr-ez-Zor şəhərində İŞİD terror qruplaşmasının mövqelərinə hücuma başlayıb. Aviasiya və artilleriyanın dəstəyi ilə hökumət qoşunları terrorçuların müdafiə istehkamlarını məhv edirlər. Hazırda sərt döyüşlər gedir.

Qeyd edək ki, Deyr-üz-Zor şəhəri və ondan iki kilometr uzaqlıqda yerləşən hərbi aerodrom 3 ildən çoxdur İŞİD-in mühasirəsində idi. Yanvarda terrorçular şəhərlə və təyyarə bazası arasında əlaqəni tam kəsməyi bacarıblar. Suriya ordusu sentyabrın 5-də şəhərin mühasirəsini yarıb.

Şəhər Suriyada İŞİD üçün son strateji yaşayış məntqəsi hesab edilir.

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirəcəyi müstəqillik referendumu bölgədə qarşıdurmanı gücləndirəcək. Bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşrinə İraqın keçmiş millət vəkili Feyha Bayatlı deyib.

Onun sözlərinə görə, ABŞ tərəfindən başladılan “36-cı paralel və çəkic güc” layihəsinin tətbiqi kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin “kürd dövləti” planının başlanğıcıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraq parlamentində keçirilən səsvermədə İraq Kürd Muxtariyyətinin müstəqillik referendumunu qadağan edən qərar qəbul edilib. Məlumata görə, kürd millət vəkilləri qərardan sonra etiraz əlaməti olaraq iclası tərk ediblər.

İsrail Müdafiə Qüvvələri Baş Qərargahlığının sədr müavini Yair Qolan PKK terror təşkilatını terror təşkilatı olaraq görmədiklərini söyləyib.

Türkiyə KİV-inin yazdığına görə, O, ABŞ-da keçirilən bir proqram zamanı çıxışından bildirib ki, PKK İsrail üçün terror təşkilatı deyil, ölkənin xarici siyasətinə xidmət edən orqandır. Y.Qolan, həmçinin, Şimali İraqda 25 sentyabrda keçiriləcək referendumla bağlı “Bütün kürdlər birləşib Böyük Kürdüstan yaratmalıdır” deyib.

BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı yeni sanksiyaların tətbiqinə dair qətnaməni qəbul edib. Sənədə əsasən Şimali Koreyaya neft məhsulları tədarükünə məhdudiyyət qoyulacaq.

Koreya yarımadasındakı problem sülh yolu ilə həll olunmalıdır. Bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şuan söyləyib.

“Koreya yarımadasındakı problemin həlli üçün bütün maraqlı tərəflər öz öhdəliklərini yerinə yetirməlidirlər. Çin öz sərhədləri yaxınlığında olan Koreya yarımadasında müharibəyə izn verməyəcək”, – deyə o bildirib.

Kiyev Donbasla bağlı mövqeyini sərtləşdirməlidir. Bunu jurnalistlərə açıqlamasında rusiyalı politoloq Andrey Piontkovski söyləyib.

“Ukrayna gərək Rusiyanın müharibə apardığını, onun ərazilərini işğal etdiyini bəyan etsin. Ukrayna müharibə yolu öz ərazilərini qaytara bilməz. Bu müharibə on minlərlə insanın ölümünə səbəb olacaq. Donbas Ukraynaya Rusiyada hakimiyyət dəyişikliyi olanda qayıdacaq”, – deyə o bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm