Nida Təhlil
Putin Polad Bülbüloğlunun dostunu İrəvana göndərdi – GİZLİ QARABAĞ DANIŞIQLARI
Sentyabrın 14-də Rusiya prezidentinin beynəlxalq mədəni
əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy İrəvana səfərə
gəlib.
Publika.az xəbər verir ki, səfər çərçivəsində Şvıdkoy
Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
İlk baxışdan adi görünən bu səfərin arxasında bəzi detalların
olması diqqət çəkir.
İrəvanda Stalin repressiyalarının qurbanlarına aid sərgi qalmaqala
səbəb oldu. Belə ki, Ovannesa Tumanyanın ev muzeyində açılan sərgi
Ermənistan Mədəniyyət Nazirliyinin qərarı ilə bağlandı.
Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, Şvıdkoyun səfəri
bununla bağlı ola bilər.
“Mədəniyyət Nazirliyinin qərarından sonra Putinin mədəniyyət üzrə
xüsusi nümayəndəsi İrəvana baş çəkdi və yüksək səviyyədə qəbul
olundu. Güman ki, səfərin bir səbəbi məhz bu sərgi ilə bağlıdır.
Lakin hakimiyyət yaranmış səs-küyü sakitləşdirmək üçün bildirdi ki,
sərgi texniki səbəblərə görə bağlanıb və Sej Sarkisyanın göstərişi
ilə Stalin repressiyalarının qurbanlarına aid muzey yaradılacaq.
Bunun reallaşacağını demək çətindir, çünki Rusiya Stalinin gözdən
salınmasına imkan verməyəcək”, - deyə o bildirib.
Lakin Şvıdkoyun səfərinin təkcə sərgi ilə bağlı olmadığı da
aydındır. Çünki səfər proqramında mədəni əməkdaşlıq haqda heç bir
qeyd yoxdur.
Ermənistan mediası Şvıdkoyun Putinin mesajlarını çatdırmağa
gəldiyini yazır.
M.Şvıdkoyun Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun
dostu olması faktoru isə Ermənistanda ciddi narahatlıq yaradıb.
Həmçinin, Şvıdkoy Dağlıq Qarabağ münaqişəsinin həllində “xalq
diplomatiyası”nın əsas tərəfdarlarından biridir.
Bir neçə gün öncə Moskvada Azərbaycan, Rusiya və Ermənistanın din
xadimlərinin iştirakı ilə keçirilən görüş də deməyə əsas verir ki,
Rusiya münaqişənin həllində bu diplomatiyasını yenidən gündəmə
gətirir. Ehtimal ki, Şvıdkoy da İrəvanda məhz münaqişə ilə bağlı
mesajları çatdırıb.
Erməni siyasi şərhçi Razmik Akopdjanyan iddia edir ki, Putinin
nümayəndəsi ilə İrəvanda gizli danışıqlar aparılıb.
“Güman ki, bütün detallar gizli qalacaq. Lakin hesab etmək olar ki,
bu danışıqlar əsasən Qarabağ münaqişəsinə və Ermənistanın Avrasiya
İqtisadi İttifaqından çıxışına dair irəli sürülən təkliflərə həsr
olunub”, - deyə o bildirib.
Asif
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ