Qarabağ OYUNU, 1993-cü ildə hazır olan XƏRİTƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağ OYUNU, 1993-cü ildə hazır olan XƏRİTƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak üçün Nyu-Yorka yola düşüb. Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb. Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendum bölgədə gərginliyi daha da artırıb. Donbasda BMT-nin sülh missiyasının yerləşdirilməsi haqqında Rusiyanın irəli sürdüyü qətnamə layihəsi ABŞ və Ukrayna tərəfindən rədd edilib. Rusiyada növbəti prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb. ABŞ Pxenyanı növbəti dəfə hədələyib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Təlimlər sentyabrın 22-dək davam edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak üçün Nyu-Yorka yola düşüb. Amerika torpaqlarında yüksək səviyyədə qarşılanan Azərbaycan liderinin mühüm görüşləri gözlənilir.

Prezidentin Nyu-York səfəri fonunda Azərbaycan Silahlı Qüvvələrinin 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatlarının iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlaması diqqət çəkir.

Təlimlər güman ki, əvvəldən planlaşdırılırdı, elə Prezidentin səfəri də. Lakin bu iki məqamın üst-üstə düşməsi ötən ilin “aprel döyüşləri”ni yada salır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan Putinin qəzəbinə rəğmən mərkəzdənqaçma siyasəti yürüdür, əvəzində Avropa İttifaqı ilə noyabr ayında yeni saziş imzalamağa hazırlaşır. Nə qədər inandırıcı görünməsə də, İrəvanın Kremlin orbitindən yayındığı, yaxud buna çalışdığı müşahidə olunur. Lakin proseslərin son nəticəsində Ermənistanda Ukrayna ssenarisinin yaşana biləcəyi da istisna deyil.

“Yelk” blokunun Putinin müəllifi olduğu Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı təklifi Rusiyada ciddi müzakirələrə səbəb oldu. Moskva hesab edir ki, “Yelk” Serj Sarkisyan hakimiyyətinin gizli layihəsidir, təklif də əslində Baqramyan 26-da (Ermənistan Prezident Administrasiyasının ünvanı) hazırlanıb. Sarkisyan bu təklifi “Yelk”in adından irəli sürməklə həm özünü hədəfdən yayındırır, həm də Moskvanı şantaj edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kanadanın elm naziri Reza Moridi İrəvana gedərək, qondarma “erməni soyqırımı” abidəsinin önündə baş əyib. R.Moridi “soyqırımı abidəsi”ni ziyarət edərkən, bundan böyük zövq aldığını dilə gətirib.

“23 avqustda Ermənistanda “erməni soyqırımı muzeyi”ni ziyarət etdim. Bir əsr öncə erməni xalqının “faciəvi itkisi”ni anmaqdan böyük qürur duydum. Bundan başqa, “anma kitabı”nı imzalamaq qürurunu da yaşadım”, - deyə o bildirib.

Bu sözlərin müəllifi Cənubi Azərbaycanın Urmiya vilayətində doğulub, əslən azərbaycanlı olduğunu gizlətmir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı Qüvvələri bu gün Şırnak vilayətinin Silopi mahalının Habur bölgəsində hərbi təlimlərə başlayıb. Təlimlər Şimali İraqa mümkün müdaxiləyə hazırlıq kimi qiymətləndirilir.

Habur sərhəd keçid məntəqəsi Şırnak və Şimali İraq kürd muxtariyyətinin Zaho bölgəsi arasında keçidi təmin edir. Hərbi ekspertləri təlimlərin kürd muxtariyyətində sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendumla eyni ərəfədə olmasına diqqət çəkirlər. Təlimlərin kürd muxtariyyətinin başçısı Məsud Bərzaniyə mesaj olduğu bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendum bölgədə gərginliyi daha da artırıb. ABŞ gizli şəkildə referenduma dəstək verdiyi halda, “ləğv edin!” və ya “təxirə salın! kimi açıq çağırışlar edir.

Ekspertlərin fikrincə, ABŞ başqa bir planın icrasını davam etdirir: PKK dövləti.

“Habertürk” saytının yazarı Sərdar Turqut 1993-ci ildə Vaşinqtonda jurnalist işlədiyi dövrdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) siyasi planlaşdırma qurumunda çalışan bir məmurla görüşüb. Amerikalı məmur ona Vaşinqtonun kürdlərlə bağlı planının təsvir edən xəritəni göstərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraq Kürd Muxtar Vilayətini ləğv edəcəyik. Bunu Türkiyə mətbuatına açıqlamasında İranın məşhur generalı Qasım Süleymaninin müşaviri Sadullah Zarei söyləyib.

“Bərzaninin referendum tələbi şiddətli savaşa səbəb olacaq. Bu savaş 1991-ci ildən bu yana İraqda mövcud olan kürd muxtariyyətinin yox olmasına gətirib çıxaracaq”, – deyə o bildirib.

Suriya ordusu Deyr əz-Zorun şərqindəki Fərat çayını keçərək şəhərin şimal hissələrində əməliyyatlara başlayıb. Ordu İŞİD terrorçularını bir neçə saat içində bəzi kəndlərdən çıxarıb.

Əməliyyat nəticəsində 10-dan çox İŞİD-çi əsir alınıb, bir neçəsi məhv edilib. İŞİD-ə məxsus silah-sursat daşıyan avtomobil zərərsizləşdirilib.

ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Serqey Lavrov Nyu-Yorkda görüş keçirib. Amerikanın təşəbbüsü ilə BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində keçirilən görüş 45 dəqiqə davam edib. Ehtimal olunur ki, görüşdə Suriya məsələsi, Ukraynadakı vəziyyət, KXDR-nın raketləri işə salması və iki ölkə arasındakı digər problemlər müzakirə olunub.

Rusiyanın BMT-dəki daimi nümayəndəliyində keçirilən görüş mətbuata qapalı keçirilib.

ABŞ və Ukrayna Donbasda BMT-nin sülh missiyasının yerləşdirilməsi haqqında Rusiyanın irəli sürdüyü qətnamə layihəsini müzakirə etməyə hazır deyil. Bu haqda Rusiya BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitənin sədr müavini Frans Klinseviç qətnamə layihəsinin Vaşinqton və Kiyev tərəfindən rədd edilməsini şərh edib. Senatorun sözlərinə görə, ABŞ və Ukraynaya müharibə lazımdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyada növbəti prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb. Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərini 2018-ci il martın 18-ə təyin edib.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən prezident seçkiləri əvvəlki seçkilərin keçirildiyi ayın ikinci bazar günü keçirilməlidir. 2012-ci ildə prezident seçkiləri martın 4-ü baş tutmuşdu.

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən nəzarət edilən çox ciddi layihə ilə əlaqəsi var. Bunu Rusiyanın “Müstəqil qəzet” nəşrinə müsahibəsində Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burdjanadze deyib.

“Layihənin məqsədi 2018-ci ildə Rusiya üçün ciddi problemlər yaratmaqdır. Layihə Rusiya üçün əhəmiyyətli olan iki ən böyük hadisə ilə bağlıdır. Çoxları futbol üzrə dünya çempionatının Rusiyadan alınması və prezident seçkilərinə təsir göstərmək arzusu ilə alışıb yanırlar. Saakaşvili belə planın icrası üçün əla namizəddir”, - Burdjanadze bildirib.

Burdjanadzenin bəyanatını Rusiya parlamentinin hər iki palatasının nümayəndələri şərh ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi təmsilçisi Nikki Heyli BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə proqramını nəzarət altına alacaq planların artıq tükəndiyini deyib. Onun sözlərinə görə, ABŞ artıq Şimali Koreya problemini Pentaqona həvalə etməyə hazırlaşır.

N.Heyli bildirib ki, Şimali Koreya “əttökən” nüvə proqramına davam etdiyi təqdirdə ABŞ özünü və mütəffiqlərini müdafiə etmək məcburiyyətində qalacaq və Şimali Koreya yox olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm